Böyük Azərbaycan yolçusu
11
ƏLİ QƏMBƏRALI OĞLU
ƏLİRZAYEV
İqt.e.d.,prof.,kafedra
müdiri, Əməkdar elm
xadimi, Avropa Təbiət
Elmləri Akademiyasının
Akademiki
BÜNYAMIN QƏMBƏRLİ ORİJİNAL ADAMDIR
Mən çox nehrəmli və naxçıvanlılar tanıyıram. Onların
hər biri ümumi cəhətlərə, elinə və yaşadığı əraziyə uyğun
xüsusi keyfiyyətlərə, dünyagörüşü və həyat fəaliyyətinə
malikdir. Bünyamin Qəmbərli işə tamamilə fərqli və yaxşı
mənada mürəkkəb adamdır. O, iti ağlı olan, prosesləri yaxşı
analiz edə bilən,
hadisələrə biganə olmayan, vətəninin və
kəndinin təəsübünü çəkən ziyalı bir adamdır. Onun həyat yolu
heç kim tərəfindən diktə olunmur və heç kəsi də təbliğ etmir.
Mən Bünyamin müəllimdə proqramlı düşünmək, yeniliyi qəbul
etmək, savadlı, vətənə, millətə, dövlətçiliyə və insanlığa
xidməti olan adamlara real yanaşma xüsusiyyətləri və ədalətli
qiymət vermək qabiliyyətləri görmüşəm. Onun müstəqillik
yolunda xidmətləri az deyildir. Mən onun Xalq Hərəkatının
öncül yerlərində fəallığını və riskli fəaliyyətini görmüşəm. Mən
Bünyamin müəllimi fikrini başqasının fikri ilə bölüşən, onu
özünün süzgəcindən keçirib qərar verməyi bacaran adam kimi
Böyük Azərbaycan yolçusu
12
tanıyıram.
O, müəllimliklə bərabər ictimai-siyasi hərəkatda
olduqca fəaldır, haqsızlığa qarşı susan adam deyil.
Bünyamin Qəmbərlinin həyat yolu Nehrəmə və nehrəmlilərə
hər zaman başucalığı və şərəf gətirir.
1988-ci ildən Xalq Hərəkatına qoşulan Bünyamin
müəllim Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda
mübarizə aparmaqla Naxçıvan və Nehrəmdə Xalq Cəbhəsinin
yaradılmasında, geniş yayılmasında və fəaliyyətində ciddi rol
oynamış, arxasınca xeyli insanlar toplamışdır. Heydər Əliyevin
Naxçıvanda Ali Məclisin sədri seçilərkən cəbhəçilərin səfərbər
edilməsində də mühüm rolu olmuşdur.
Mən bir neçə dəfə
mühüm görüşlərdə onun ədalətli mövqe tutduğunu, qətiyyətli
hərəkətini görmüşəm.
Mən 1990-cı ildə Nehrəm kəndindən deputatlığa öz
namizədliyimi irəli sürmək üçün imza toplanmasına təşəbbüs
göstərəndə baxmayaraq mən cəbhəçi deyildim, onun mənim
haqqımda ağızdolusu müsbət danışıqlarının və hərəkətlərinin
şahidi olmuşam.
1992-ci ildə Naxçıvan Ali Məclisinin iclasında kolxoz
və sovxozların əmlakının özəlləşdirilməsi haqqında qərar
qəbulunun müzakirəsində mənim çıxışlarıma Bünyamin
müəllim özü və ətrafındakıların müsbət rəyini təşkil etmişdir.
Ali Məclisin iclasında bir çox etiraz edən adamlara cavabla:
“Əli bəy düz deyir!”,-kimi nümayişkaranə çıxış etmişdir.
Bir dəfə 1993-cü ilin qış aylarında axşam saat 21:00
radələrində mən Heydər Əliyevin dəvəti ilə onun yanına
getmişdim. Bünyamin müəllim də orda qəbul otağında
gözləyirdi. Məni görüb: “Əli müəllim,
siz buyurun keçin mən
Heydər bəylə sonra görüşərəm”- dedi və öz növbəsini mənə
verdi. Mənim siyasi mövqeyimə və fəaliyyətimə çox hörmətlə
yanaşırdı. Radikal adam olsa da, hər zaman həqiqəti düzgün
qiymətləndirirdi. Nehrəmdə Heydər Əliyevin görüşlərinin təşkil
Böyük Azərbaycan yolçusu
13
olunmasında və keçirilməsində xüsusi iştirak edirdi. Heydər
Əliyevin Nehrəm çıxışlarında hər zaman onun yanında olub.
Bünyamin müəllim 1990-cı ildə Nehrəm
kəndindən
Naxçıvan Ali Məclisinə deputat seçildi. Həm deputatlıq
dövründəki fəaliyyəti, həm insanlarla münasibət qurmaq
bacarığı, əhali ilə səmimi olması, həm Nehrəmdə xeyir-şər
işlərində iştirakı və həm də qabiliyyəti və düzgünlüyü hesabına
bu müddətdə qazandığı inam və etibar onun 2009-cu ildə
“Nehrəm” Xeyriyyə Cəmiyyətinin sədri seçilməsi ilə
nəticələndi. Biz bu qurumda çox səmərəli fəaliyyət göstərdik.
O, çox qısa müddətdə başına ziyalı təbəqəsi toplamağı bacarır.
Bünyamin müəllim dinamik adamdır. Onun dinamizmi
özünün təbiəti, Nehrəm amili və keçdiyi həyat yolu ilə bağlıdır.
Onun mübarizliyi və çevikliyi Azərbaycan, Naxçıvan və
Nehrəm üçün xeyirlər verib, bundan sonra da xeyir verə bilər.
O müəllim həyatı yaşamışdır.
Mən də müəlliməm, hesab
edirəm ki, müəllim imkanları ilə bu qədər çox iş görən bir
adamın potensialından gələcəkdə də istifadə etmək olar.
Bünyaminin siyasi fəaliyyətinə dair “Nehrəm uşaqları”
və “Mübarizə” kitablarımda geniş yazmışam. Bünyaminin
Azərbaycan Bayrağını zala gətirməsini və Nehrəmdə Heydər
Əliyevin görüşü zamanı çox yüksək səviyyədə iştirakını və
həlledici rolunu ətraflı qeyd etmişəm.
Bünyamin yaxşı yaşındadır. Onun gələcəyinə inanıram
və ona uğurlar arzulayıram.
Böyük Azərbaycan yolçusu
14
ARİF ƏLİ OĞLU ƏLİYEV
ADBTİA-nin Rus dili və
ədəbiyyatı kafedrasının müdiri,
əməkdar müəllim,
ƏLLİ YAŞIN MÜBARƏK !
Nehrəm Naxçıvan Muxtar diyarının
həm qədim, həm də
tarixi kəndidir. Kəndin şərqində “Qızılburun” adlanan yerdə
Tunc dövrünə aid yaşayış məskəninin qalıqları, qəbir abidələri
qalmaqdadır. Ötən əsrin 60-cı illərində Tiflisdə arxiv və
kitabxanada işlərkən əlimə “Sbornik materialov dlya opisaniya
mestnosti plemyon kafkaza” toplusu keçdi ( Tiflis, 1900, 27-ci
buraxılış, 2-ci bölmə). Vərəqlədim. Maarif xadimi Kərimbəy
İsmayılovun Nehrəm kəndi ilə bağlı yazısını böyük həvəslə
nəzərdən keçirdim. Özüm üçün qeydlər etdim. Məndə bu kəndə
maraq atam Əli İbrahim oğlundan keçmişdir. Rəsmi vəzifələrdə
işləyən atam ara-sıra bu kəndə gedər, hər dəfə 1887-1897-ci
illərdə müəllimlik etmiş,
böyük ədib, dramaturq, məşhur
“Molla Nəsrəddin” jurnalının qurucusu Cəlil Məmmədquluza-
dənin qızı Münəvvər xanımı ziyarət edərdi. Atam ömrünün so-
nunadək Münəvvər xanımın xidmətində durdu. Bu məşhur
kənddə dinə ehtiram əxlaq kodeksinə çevrilib. Atamın dediyinə