Böyük Sadiqlik



Yüklə 56 Kb.
Pdf görüntüsü
səhifə108/122
tarix23.11.2017
ölçüsü56 Kb.
#12100
1   ...   104   105   106   107   108   109   110   111   ...   122

BÖYÜK 
SADİQLİK
315-ci
gün
gün
315
Mənim sevimli Rəbbim ilə hər yerdə yaxşıdır. 
Onunla mənim qaranlıq zindanda nurum var. 
Mən zahiri insan üçün yaxşı olan yerdə deyil
bəhrə gətirə bildiyim yerdə olmağı, harada 
olmalıyamsa, orada olmağı Ondan xahiş 
etdim. Bu, mənim çağırışımdır. 
Rusiyalı pastor P. Rumatçik – beşinci dəfə həbs olunarkən  
yazdığı məktubdan 
BÖYÜK 
SADİQLİK


316
BÖYÜK 
SADİQLİK
-cı
gün
Başqa bir böyük vəkil 
ALMANİYA: DİETRİX BONHOEFER
On dörd yaşlı Dietrix Bonhoefer xidmətçi olmaq arzusunu bəyan edəndə onun zəngin ailəsi 
məbədi tənqid etdi. Dietrix onlara dedi ki, məbədi yenidən təşkil edəcək. 
Onun iyirmi yaşı olanda “Müqəddəslərin 
birliyi” adlı dissertasiyası “teoloji möcüzə” 
kimi tərifləndi. Təyin olunmuş bir xidmətçi, 
teologiya üzrə professor və müəllif kimi Bon-
hoefer öz həyatını məbəd məsələlərini araş-
dırmaqla keçirdi. 
1933-cü ildə Adolf Hitler hakimiyyətə 
gələndə məbəd Hitlerin fikirlərindən birini 
qəbul etdi. Onun irəli sürdüyü fikrə əsasən, 
yəhudi irsinin xidmətçilərini təyin etmək 
üçün məbədin hüququ rədd olunurdu. Yalnız 
Bonhoefer bu qərara qarşı açıqcasına danışdı 
və onun ləğv olunmasını irəli sürdü. 
Mühazirələr və nəşr olunmuş məqalələr 
vasitəsilə Bonhoefer şər faşizmə qarşı durdu 
və məbədi “qurbanlara görə və…onlara yar-
dım etməyə tələsmək üçün yollar axtarmaq-
da öz səsini ucaltmadığı” üçün məzəmmət 
etdi. 
1943-cü ilin aprel ayında Bonhoefer 
Berlində “silahlı qüvvələri devirdiyi” üçün 
həbs olundu. Amma həbsxanada olarkən o, 
yazmaqda davam etdi. “Məbəd qışqırmalı ol-
duğu bir vaxtda sakit idi.”
1945-ci ildə Bonhoefer Flossenburq həbs 
düşərgəsinə köçürüldü, burada onu altı nəfər 
ilə birlikdə aprelin 9-da asdılar. Dar ağacı-
na getməzdən əvvəl onun diz çöküb dua 
etməsini müşahidə edən düşərgə həkimi belə 
deyirdi ki, “indiyə qədər, demək olar ki, heç 
vaxt Allahın iradəsinə bütünlüklə itaətkar 
tərzdə ölən insan görməyib.” 
Belə deyilir ki, əgər biz nəyinsə tərəfini 
tutmasaq,  biz  yəqin  ki,  hər  bir  şeydə 
uğursuzluqla  üzləşəcəyik.  Bu,  Almani-
ya  faşizmində  belə  idi.  Məsihçi  ölkəsində 
olan  məbəd  Bonhoeferin  tənha  səsini  ba-
tıraraq  tarixin  şər  dalğasına  qarşı  səssiz 
dayandı.  Əgər  biz  belə  məsələlərdə  səssiz 
qalırıqsa,  həqiqətin  tərəfdarı  olduğumu-
zu  deyə  bilərikmi?  Bu  məsələlərə  görə 
səssizliyimiz  məhdudiyyətlər  qoyulmuş 
ölkələrdə qəddarlıqla razılığa bir işarədir. 
Həqiqətin tərəfdarı imanda birbaşa olma-
lıdır. Bonhoefer kimi biz də mövqeyimizin 
nəticələrinə dözməyə hazır olmalıyıq. Yox-
sa,  biz  Məsihə  görə  danışıb-danışmamağı 
qərara gələrkən “hər bir şeydə uğursuzluq” 
təhlükəsi ilə qarşılaşmış olarıq. 
Mənim adıma görə hamı sizə nifrət 
edəcək. Amma başınızdan bir tük 
belə, əskik olmayacaq. Dayanıb 
dözməklə canlarınızı qurtarın.
Luka 21:17-19


317
gün
-ci
BÖYÜK 
SADİQLİK
Böyük silah
RUMINİYA: SABİNA VURMBRAND 
Səhər saat 5:00-da onlar qapının döyüldüyünü eşitdilər və dərhal bildilər ki, bu, polislərin 
reydidir. Sabinanın əri artıq həbsxanada idi və o, narahat idi ki, əgər özünü də aparsalar, gənc 
oğlunun taleyi necə olar? Rumıniya polisi səhər tezdən evə girib onun qonaqlarını qorxudanda 
Sabina sakitcə dua etdi və özünü, eləcə də ailəsini Allahın əllərinə tapşırdı. 
Onlar tələb etdilər: “Sabina Vurmbrand? 
Biz sənin burada silah gizlətdiyini bilirik. De 
görək, onlar haradadır!” O, söz deməyə ma-
cal tapmamış onlar sandıqları, şkafları açıb 
tökdülər və siyirmələri yerə boşaltdılar. On-
lar qışqıraraq deyirdilər: “Əgər sən bizə silah-
ların harada gizlədildiyini göstərməsən, biz 
buranı dağıdacağıq!” 
Sakit qalmağa çalışan Sabina sadəcə: 
“Bizim bu evdə yeganə silahımız budur” 
– deyərək, polislərin ayaqlarının altından 
Müqəddəs Kitabı qaldırdı. 
Zabit cavab verdi: “Əgər sən mənə 
həqiqəti söyləməsən, həmin silahlar barədə 
tam məlumat vermək üçün bizimlə getməli 
olacaqsan.” 
Sabina Müqəddəs Kitabı stolun üstünə qo-
yub dedi: “Zəhmət olmasa, bizə dua etmək 
üçün bir neçə dəqiqə verin, sonra mən sizinlə 
gedərəm.”
Sabinanı apararkən o öz “silahını”, 
Müqəddəs Kitabını itirdiyi üçün ağladı, am-
ma onun sözlərini ürəyində gizlətdiyini anla-
maqdan güc əldə etdi, burada onları heç kim 
müsadirə edə bilməzdi. 
Allahın  zirehlərinə  aid  olan  təsvirdə 
yalnız bir hücumedici silah var. Efeslilərə 
məktubda Paul məsihçi imanında müdafiə 
ölçülərini sadalayır: dəbilqə, zireh, kəmər, 
qalxan  və  qoruyucu  ayaqqabılar.  Am-
ma  o,  bir  müdafiə  silahını  dəstəkləyir: 
Allahın  Kəlamı.  Bu,  seçmə  silahdır. 
Təhlükəsizliyimizə  görə  yolu  təmizləmək 
üçün  qədim  dövrdə  əsgər  öz  qılıncın-
dan  asılı  olduğu  kimi,  biz  də  Kəlamın  iti 
ucundan  asılı  olmalıyıq.  Çox  kədərlidir 
ki,  bir  çox  məsihçilər  ruhani  mübarizədə 
müdafiəsiz  qalıblar.  Onlar  Sabina  kimi 
Müqəddəs  Kitabı  əzbərləməyiblər;  onlar 
Kəlamın gücündən götürməyi bacarmırlar. 
Növbəti qurban olmayın. Bu gün silahınızı 
götürün. 
Xilas dəbilqəsini və Ruhun qılıncını, 
yəni Allahın kəlamını götürün.
Efes. 6:17


Yüklə 56 Kb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə