304
BÖYÜK
SADİQLİK
-cü
gün
Böyük qərar
RUMINİYA: RİÇARD VƏ SABİNA VURMBRAND
Ölkədən qaçmaq üçün çox da gec deyildi; minlərlə insan özlərinə çıxış yolu tapa bilirdilər.
Pastor ilə həyat yoldaşı bilmirdilər ki, getsinlər, yoxsa qalsınlar. “Əgər biz həbsxanaya getsək,
illərlə orada qalacağıq. Bəs onda oğlumuz necə olsun?”
Amma onlar məbədlərini tərk etmək
istəmirdilər. Məbəd üzvlərinin onların
qüvvəsinə və dəstəyinə ehtiyacları var idi və
buna görə də insanları tərk edib getməkdə
özlərini təqsirkar hiss edirdilər. Dostlarından
biri mələyin Luta dediyi sözləri onlara xatır-
latdı: “Öz canını qurtar, arxana baxma.”
Pastor təəccübləndi: “Bu söz Allahdan idi-
mi? Canımızı qurtaraqmı?”
Onun həyat yoldaşı başqa bir ayə oxu-
du. “Kim canını xilas etmək istəyirsə, onu
itirəcək, amma kim Mənimlə Müjdə uğrun-
da canını itirirsə, onu xilas edəcək” (Mark
8:35).
Beləliklə, bu müzakirə gizli ev toplantısı-
nın gecə duasına qədər davam etdi, burada
əlliyə yaxın imanlı gecə duasına yığışmışdı.
Gecə yarısına yaxın diz çökmüş insanların
içərisindən bir qadın belə dua etdi: “Çıxıb
getməyi düşünən sizlər – yadda saxlayın
ki, Yaxşı Çoban öz sürüsünü atmır. O, axıra
qədər qalır.”
Bu qadın pastor və həyat yoldaşının
mübarizəsi haqqında heç nə bilmirdi, amma
onlar üçün bu sözlər aydın idi. Onlar qaldı-
lar və sürüyə xidmət etməyə qərar verdilər
və sonra onlarla birlikdə həbsxanada əzab
çəkdilər.
Vurmbrandlar kimi biz də qərarlarımız
üçün dua etməliyik, Müqəddəs Kitabı araş-
dırmalıyıq və başqalarının məsləhətinə
qulaq asmalıyıq. Vurmbrandlar kimi biz
də cavab almazdan əvvəl Allaha itaət
etməyə özümüzü həsr etməliyik. Bu, baş-
lıca amildir. Bu, sanki nə etməli olduğu-
muzu soruşmazdan əvvəl bizim duadan
əvvəl “Bəli” ilə başlamağımızdır. Biz öz
həyatlarımızdan əl çəkməyə hazır olmalı-
yıq və bütün sahibkarlıq hissini itirməliyik.
Yalnız bundan sonra biz həqiqi həyatımızı
və Allahın həyatlarımız üçün tam iradəsini
tapırıq. Həyatınızda çox vaxt möhkəm
tutub saxladığınız, Allah hansısa qərar
barədə fikrinizi dəyişmək istəyəndə ona
heç cür icazə vermədiyiniz hallar olurmu?
Kim canını xilas etmək istəyirsə, onu
itirəcək, amma kim Mənimlə Müjdə
uğrunda canını itirirsə, onu xilas
edəcək.
Mark 8:35
305
gün
-ci
BÖYÜK
SADİQLİK
Böyük ad günü şənlikləri
RUSİYA
“Bu gün mənim ad günümdür, yoxsa sənin?” – bir göz qırpımında məsihçi soruşdu.
“Səninki bu gündür” – ata dedi. “Mənimki
isə keçən həftə idi.” Kommunist ölkələrində
ad günləri başqa imanlılar ilə birlikdə yı-
ğışmaq üçün böyük səbəb idi. Bəzi ailələr
əslində gizli məbəd toplantısı olan ad günü
şənliyi üçün hər həftə yığışırdılar.
Cavan insanlar bu “şənliklər”dən Müjdəyə
həsr olunmalarını möhkəmləndirmək üçün
istifadə edirdilər. 1966-cı ildə Rusiyada üç
gənc oğlan və dörd qız qatarda ilahi oxuduq-
ları üçün həbs olundular.
Məhkəmədə yeddi gənc diz çökdülər.
“Biz özümüzü Allahın əllərinə təslim edi-
rik” – onlar hakimin və yığışmış şahidlərin
qarşısında belə söylədilər. “Rəbbimiz, imana
görə əzab çəkməyə icazə verdiyin üçün Sənə
minnətdarıq.”
Onların etirafından sonra məhkəmə zalın-
da olan başqa məsihçilər gənclərin həbsinə
səbəb olmuş ilahini oxumağa başladılar. On-
lar dedilər: “Gəlin, gənclərimizi Məsihə həsr
edək.”
Kommunistlər məbədin görüşməsinə və
böyüməsinə mane ola bilmədilər. Rusiyanın
bir qəzetində üç dəfə həbsdə olmuş pastor
haqqında danışılır. Hər dəfə onu azadlığa
buraxdıqdan sonra o, dərhal gedib dirilmə
dərsləri keçirirdi.
Bu imanlılar Allaha öz sadiqliklərini ifadə
etmək üçün hər nə lazım idisə, ondan istifadə
edirdilər. Onlar Allahın məbədinə xidmət
edərkən ölkələrində ittiham olunmağa risk
etmişdilər və əzab çəkmişdilər.
Bizim fiziki əzələlərimizin daha
da möhkəm olması üçün əvvəlcə onlar
zəifləməlidir və məşqlər, eləcə də ağır iş
nəticəsində dartılmalıdırlar. Buna oxşar
olaraq, iman da əzələ kimidir, yalnız daha
çox məşq edəndə böyüyür. Əzab çəkmək bi-
zim imanımızın əzələsini məşq etdirir. Biz
sınaqlar zamanı Allahın qarşısında dartıl-
malı və “zəifləməliyik”. Amma biz nəticədə
daha da möhkəmlənirik. Məhdudiyyətlər
qoyulmuş məbədlər əzablarına görə nəhəng
gücü nümayiş etdirirlər. Eyni şeyi biz
Amerikada imanımız üçün deyə bilərikmi?
Məşqlər bizi yorur – biz onu yerinə yetirmək
istəmirik. Buna oxşar olaraq, əzab çəkmək
haqqında düşüncə sizi narahat edə bilər.
Amma siz imanınızı məşq etdirməsəniz,
böyüyə bilməzsiniz.
Siz qısa bir müddət əzab çəkdikdən
sonra sizi İsa Məsihdə Özünün
əbədi izzətinə çağırmış, hər cür lütf
verən Allah Özü sizi bərpa edəcək,
möhkəmlədəcək, qüvvətləndirəcək və
sarsılmaz təmələ oturdacaq.
1 Peter 5:10
306
BÖYÜK
SADİQLİK
-cı
gün
Böyük aşkarlıq
RUSİYA: ADSIZ MƏHBUS
Dul qadın dörd uşağından ikisinin əlindən tutaraq, şəhid olmuş ərinin cəsədinin yanında da-
yanmışdı. Onun əri həbsxanada ölmüşdü və cəsədində olan əlamətlər aydın göstərirdi ki, onu
yavaş-yavaş və ağrı ilə öldürmüşdülər.
Başqa imanlılar da belə talelərinin ola
biləcəyini düşünürdülər, amma yüzlərlə iman-
lı insan onun dəfn mərasiminə gəlmişdi. O,
tövbə edəndən üç ay sonra imanına görə öl-
müşdü və indi onun üçün yas tuturdular.
İnsanlar dəfn mərasiminin keçirildiyi evin
ətrafına yığışmışdılar və bir çoxları onun bu
nümunəsindən ruhlanmışdılar. Həmin gün
səksən insan camaat qarşısında Məsihi qəbul
etdi, onların içərisində Kommunist Gənclər
Təşkilatının üzvü olan çoxlu gənc də var idi.
Məsihçilər şəhərin o biri başına, çaya
getdilər, burada onlar yeni imanlıları vəftiz
etməyə başladılar. İndi izdiham artıq on beş
minə çatmışdı.
Tezliklə sayca çoxlu polis gəlib çıxdı. On-
lar xidmətin rəhbərlərini həbs etmək istədilər,
çünki hər bir kəsi həbs edə bilməzdilər.
Məsihçilər dərhal diz çökdülər, Allahdan xa-
hiş etdilər ki, xidməti başa vurmaqda onla-
ra imkan versin. Sonra onlar çiyinbəçiyinə
dayanıb polisin irəliyə gəlməsinə mane ola-
raq vəftiz xidmətini davam etdirdilər. Bütün
yeni imanlılar vəftiz olunduqdan sonra izdi-
ham polisin irəliyə gəlməsinə imkan verərək
səpələnməyə başladı.
Min nəfər insan bir yeni imanlının
göstərdiyi nümunəyə görə ruhlanmışdı.
Aşkarlıq sözü aydınlıq, görünmə; nü-
mayiş; baxış, gözlə seçilən deməkdir. Sö-
zün mənası aydındır. İmanımızın aşkarlığı
da beləcə aydındır. Bu hekayədə olan kişi
İsanı nümunə kimi götürmüşdü. Aydın və
sadə. Onun aydın nümunəsinin nəticəsində
çoxlu başqa imanlılar da öz imanlarını aş-
kar etməkdə eyni nümunəni götürmüşdülər.
Beləliklə, bizim də həyatlarımız ətrafda
olanların hamısına Məsihə olan imanımızı
aydın şəkildə nümayiş etdirməlidir. Baş-
qaları sadəcə sizin nümunənizə baxmaqla
Məsihin ardınca necə getməyi bilərlərmi?
Onlar sizin imanınızı nümunə götürməyə
cəlb olunarlarmı? Ehtiyatlı olun ki, ima-
nınızın aşkarlığını ritorik və ya başqa di-
ni çaşqınlıqlar ilə dolaşıq salmayasınız.
Sadəcə, Məsih kimi olun və başqaları sizin
ardınızca gələcək.
Allahdan nümunə götürün.
Efes. 5:1
Dostları ilə paylaş: |