BÖYÜK
SADİQLİK
301-ci
gün
gün
301
Məbəd həmişə təqib olunub və olunacaq. Hər
kəs bizə baxır. Əgər biz imanda, ümiddə və
sevgidə ölsək, bu, xalqların tarixini dəyişə
bilər. Əgər biz imanımız üçün sevgidə və
ümiddə qala bilməsək, xalqlar çox vaxt
Məsihi inkar edəcəklər.
Çində və Şimali Koreyada işləyən müjdəçidən
BÖYÜK
SADİQLİK
302-ci
gün
BÖYÜK
SADİQLİK
Böyük müdaxilə
RUMINİYA: COANA MİNDRATZ
Coana Mindratz öz hərəkəti ilə bir çoxlarını təəccübləndirmişdi. O, cəsarətlə polisə yaxınlaşıb
dedi: “Allahın xalqından olan Məsihin altı şagirdi burada əzab çəkir. Mən də onlarla əzab
çəkmək istəyirəm.” Tezliklə o da həmin gün bir az əvvəl həbs olunmuş insanlar – yəhudi
məsihçi pastor, onun həyat yoldaşı və başqa dörd məsihçi ilə birlikdə mahnı oxumağa başladı.
Rumıniya dövləti Almaniya faşizm ilə
müttəfiq olandan
bəri dəhşətli bir dərəcədə
yəhudiləri təqib edir və öldürürdü. Amma
bu yəhudi məsihçi ər-arvadı – pastor Riçard
Vurmbrandı və həyat yoldaşı Sabinanı – bü-
tün Rumıniya yaxşı tanıyırdı və sevirdi.
Məhkəmə günü bir neçə məşhur dini
rəhbər Vurmbrandın tərəfini tutmaq üçün
gəlmişdi, həmin rəhbərlər ümid edirdilər ki,
onların müdaxiləsi ər-arvadı azad edəcək.
Amma birdən
səma sovet döyüş təyyarələri
ilə doldu və tez hamını, eləcə də məhbusları
bomba sığınacağına saldılar. Orada pastor
Vurmbrand hakimlər də daxil olmaqla qrup
üçün dua etməyə imkan tapdı. Onun duası
həqiqətən imana və tövbəyə cildini dəyişmiş
bir çağırış idi, təhlükə sovuşandan sonra
məhkəmə yenidən başlandı və möcüzə baş
verdi.
Allah həmin böhran zamanı
hakimlərin
ürəyini dəyişdirdi və Vurmbrand azadlığa bu-
raxıldı! Bir hakim əlavə etdi: “Polis altı insa-
nı həbs edib, amma mənim qarşımda yeddi
insan dayanıb. Burada aydındır ki, nəyisə
səhv salıblar.
Məhkəmə buraxılır!”
Əslində yəhudilərin ittiham olunduğu
həmin dövrdə bu, yeganə məhkəmə işi idi ki,
yəhudilər bəraət almışdılar.
Bu, izah olunmazdır. İnanılmaz bir şey-
dir. Allah nə vaxt bizim gerçəkliyimizə
addım atır, Onun ayaq izləri aydın görü-
nür. Ətrafımızda olan insanlar, imansızlar
da daxil olmaqla anlayırlar ki, bizi kimsə
qoruyur. Onlar ona bizi qoruyan “Allah”
və ya “Qoruyan Mələk” kimi baxırlar. Am-
ma bir məsihçi kimi bilirik ki, göylərdəki
Atamız güclüdür və möcüzəyə ehtiyacı-
mız olanda onu törətmək üçün qayğımıza
qalır. Öz həyatınızda və ya əzizlərinizin
həyatında Allahın müdaxiləsi barədə
şəhadətlik etməyə imkan olubmu? Allahın
həyatınızda müdaxilə etdiyi üçün bu gün
Ona minnətdarlığınızı bildirin.
Mənə
həyat verdin, sevgi
göstərdin, qayğıma qalmağınla
ruhumu hifz etdin.
Əyyub 10:12
303
gün
BÖYÜK
SADİQLİK
-cü
Böyük müdafiə
UKRAYNA: VERA YAKOVLEVNA
Bir Ukrayna şəhərində saysız-hesabsız məsihçilər imanlarına görə artıq Sibir əmək
düşərgələrinə göndərilmişdilər. İndi isə Vera Yakovlevnanın növbəsi idi. Bu düşərgələrin adı
hamıya məlum idi və o əmin idi ki, oradan sağ çıxmaz.
Mühafizəçi onun Məsih haqqında
şəhadətlik etdiyini görəndə Veranın cəzası
saatlarla buzun üstündə ayaqyalın dayan-
maq olurdu. O, gündəlik iş normasını yerinə
yetirməyəndə
döyülürdü və axşam yeməyi
olan sulu bulyondan məhrum olurdu.
Bir axşam sıxıntı içində olan və ağlayan
Vera tək qalmaq üçün həbsxananın bağ-
çasında gəzişməyə başladı. Bu acınacaqlı
vəziyyətində o, qadağan olunmuş zonanı
keçdiyini bilmədi, əslində, bu zonanı keçən
məhbuslar oradaca güllələnirdilər.
Birdən kobud bir səslə kimsə qışqırdı: “Ey,
sənin anan məsihçidirmi?”
Çaşqınlığa düşmüş və qorxudan əsən Vera,
əslində, həmin dəqiqələrdə anasını düşünür-
dü. O dedi: “Siz nəyə görə soruşursunuz?”
Mühafizəçi dedi: “Çünki mən on dəqiqə
olar ki, sənə baxıram,
amma səni güllələyə
bilmirəm. Mən qolumu tərpədə bilmirəm.
Əslində, mənim qolum sağlamdır – mən bü-
tün günü onu hərəkət etdirmişəm. Ona görə
də mən belə fikirləşdim ki, sənin üçün dua
edən anan var. Geriyə qaç –
mən başqa
tərəfə baxacağam.”
Vera səhəri gün həmin mühafizəçini gör-
dü. O, Veraya baxıb gülümsədi və qolunu
qaldırıb dedi: “İndi mən onu yenə də tərpədə
bilirəm.”
Biz təhlükəsiz oynamağı xoşlayırıq.
Biz macəralar üzərində zəmanətin ol-
masını xoşlayırıq. Biz çətin işi rahat
etməyə üstünlük veririk. Çətinlik gələndə
həyatlarımızı mümkün qədər şübhədən və
qorxudan mühafizə etmək istəyirik. Am-
ma biz unutmuşuq ki, Allahın xidmətində
ön cəbhədə olanda O, bizi qoruyur. Al-
lahın müdafiəsi evdə rahatlığımız üçün
təhlükəsizlik ədyalından daha çox döyüşdə
bir qalxana bənzəyir. Sadəcə, Allahın
müdafiəsinə arxalanmalı olduğunuz iman
addımını axırıncı dəfə nə vaxt atmısınız?
Siz həyatınızı mühafizə etməklə həddən
artıq məşğulsunuzmu ki, Allaha necə eti-
bar etməyi unutmusunuz? Siz həddən ar-
tıq ehtiyatlısınızmı ki, Allah üçün heç vaxt
risk etmirsiniz? Nəticədən asılı olmayaraq,
şəhadətlik sadəcə “risk” deyil. Bu, iman-
dır.
O, ədalətin yollarını qoruyur,
möminlərin yollarını hifz edir.
Sül. Məs. 2:8