Böyük Sadiqlik



Yüklə 56 Kb.
Pdf görüntüsü
səhifə105/122
tarix23.11.2017
ölçüsü56 Kb.
#12100
1   ...   101   102   103   104   105   106   107   108   ...   122

307
gün
-ci
BÖYÜK 
SADİQLİK
Böyük ayələr
KOMMUNİST ÖLKƏLƏRİ: GİZLİ MƏBƏD
“Müqəddəs Kitab həqiqiliyində qalır, hətta şeytan ondan sitat gətirsə də.”
Əvvəlcədən Müqəddəs Kitabı ələ salmaq 
ideyası olub ki, özünə hörmət edən heç 
bir insan ona inanmasın. Bu planı həyata 
keçirmək üçün milyonlarla kitab nəşr olun-
muşdu, buraya “Komik  Müqəddəs  Kitab”, 
“İmanlılar  və  İmansızlar  üçün  Müqəddəs 
Kitab” daxildir. 
Bu kitablar İsanı ələ salırdılar, Onun 
möcüzələrini sual altına atırdılar və məsihçi 
imanının başqa cəhətlərini lağa qoyurdular. 
Amma tənqidlər o qədər çox idi ki, heç kim 
onlara ciddi yanaşmırdı. Kommunistlərin 
fikrincə, kitabın yanlışlığı barədə Kəlamın 
saysız-hesabsız ayələri “sübut” kimi mətnə 
daxil edilmişdi. 
Gizli məbədin üzvləri bu “komik” kitablar 
çap olunan kimi onun nüsxələrini qapırdılar. 
Bu kitablarda verilmiş ayələr ruhani aclıq 
keçirənlər üçün ləzzətli bir qida idi. Bütün 
bunlar qanuni idi, onların Allaha nifrət edən 
hökumətləri tərəfindən nəşr olunmuşdu. İl-
yas ac olarkən qarğalar onu yedizdirdiyi 
kimi, Allah da kommunist ölkələrində aclıq 
çəkən övladlarını yedizdirmək üçün dövlətin 
nəşriyyatlarından istifadə etdi. 
Nəşriyyat işçiləri bu kitabların yenidən 
nəşr olunması barədə minlərlə məktub 
alarkən sevinirdilər. Onlar cəld bu kitabların 
yeni nüsxələrini çıxarırdılar. Onlar bilmirdilər 
ki, bu məktublar gizli məbədin başqa 
üzvlərinə Allah kəlamı ilə dolu qiymətli ki-
tabları paylamaq istəyən imanlılardan gəlib. 
Məhdudiyyətlər 
qoyulmuş 
ölkələrə 
Müqəddəs Kitab göndərmək belə vacibdir-
mi?  Şəhidlər  və  onların  qərarları  barədə 
hekayələri  oxuyun.  Müqəddəs  Kitabı  öz 
qiymətindən  dörd  dəfə  ucuz,  köhnə  mal 
kimi  satan  ölkədə  yaşayan  bizlər  ruhani 
aclıq  keçirənləri  həqiqətən  qiymətləndirə 
bilmirik. Biz yazı stollarımızda Müqəddəs 
Kitabları qalaq-qalaq yığdığımız bir halda, 
başqa  imanlılar  məbəddə  bölüşmək  üçün 
bir nüsxəni əldə etməyə can atırlar. Sizcə, 
ədalətlidirmi ki, məbədlərlə dolu ölkələrdə, 
demək olar ki, hər bir ailədə Müqəddəs Ki-
tablar var, amma məhdudiyyətlər qoyulmuş 
ölkədə heç bir kitab yoxdur? Ya Rəbb, bizim 
Kəlam üçün aclığımızı yenidən oyat və ar-
tıq acından ölənlərə Kəlamı çatdırmaq üçün 
bizi yeniləşdir! Bu gün məhdudiyyətlər qo-
yulmuş  ölkələrdə  Müqəddəs  Kitabı  payla-
mağa necə yardım etmək barədə düşünün. 
Vədlərin damağıma necə də ləzzət 
verir! Onlar dilimdə baldan şirindir.
Məzmur 119:103


gün
308
BÖYÜK 
SADİQLİK
-ci
İsa ilə dostluq baha qiymətədir. Yalnız iman 
xilas edir, amma xilas edən iman heç vaxt 
tək deyil. Bu, həmişə Məsih uğrunda böyük 
qurbanlar ilə müşayiət olunur. 
Pastor Riçard Vurmbrand 


309
gün
BÖYÜK 
SADİQLİK
-cu
Böyük şəhadətlik 
SUDAN: KUVA BAŞİR 
“Əgər mən ölsəm, çox xoşbəxt olaram, çünki başqa məsihçilərin ardımca gəlmələri üçün 
nümunə qoyacağam.”
Gənclər pastoru olan sudanlı Kuva Ba-
şir növbəti Müqəddəs Kitab dərsi üçün 
hazırlaşarkən dəhşətli, amma gözləmədiyi bir 
xəbər eşitdi. 1987-ci il idi və dövlətin Sudan 
müsəlman qoşunu indicə Blu Nayl ərazisini 
ələ keçirmişdi. 
Hər bir kəsi islamı qəbul etməyə məcbur 
edən müsəlman qoşunu tezliklə Başiri həbs 
etdi. Başir azadlığa buraxılmazdan əvvəl yed-
di gün döyüldü və ona işgəncə verildi, amma 
o, islamı qəbul etmədi. Ona deyildi ki, heç 
vaxt gənclər üçün fəaliyyətlər təşkil etməsin 
və ya bir daha məbədə getməsin, amma 
Başir bundan qorxmadı. O bilirdi ki, islam 
qüvvələri onun qəlbinə toxuna bilməzlər. 
O, ikinci dəfə həbs ediləndə belə dedi: 
“Mən, İsa çarmıxda öldüyü kimi heç bir qor-
xu olmadan könüllü surətdə ölərəm.” Başir 
onu həbs edənlərə Allah haqqında danış-
dı və zabit onu güllələməklə hədələdi. Bu-
nun əvəzinə belə qərara gəldilər ki, Başirin 
əllərinə turşu töksünlər ki, islama qayıtmadı-
ğını daim yadda saxlasın. 
Amma Başirin imanı möhkəm qaldı. Bu 
gün onun yanmış, faydasız əlləri Sudan Efi-
opiya sərhədi boyunca olan Bonqa qaçqın 
düşərgəsində birlikdə işlədiyi gənclər üçün 
canlı şəhadətliyə çevrildi. 
Şəhidlərin  təsirli  ölümləri  vasitəsilə 
dedikləri xəbəri biz gündəlik həyatlarımız 
vasitəsilə bölüşməliyik. Biz Allahın lütfünə 
canlı şahidlər olmalıyıq. Ola bilsin ki, biz 
Məsihə  olan  imanımıza  görə  ölməyib  heç 
vaxt  şəhidlərin  sırasına  qoşulmayacağıq. 
Amma  Onun  üçün  yaşamağa  görə  bizim 
gündəlik imkanlarımız var. Belə deyilir ki, 
“Bizi  öldürməyən  şey  bizi  daha  da  güclü 
edir.” Biz əzablardan sağ çıxırıq ki, Allahın 
lütfü  barədə  başqalarına  danışmaq  üçün 
həyatımızı  davam  edək.  Sizin  həyatınız 
əzablardan çapıqlar əldə edibmi? Utanma-
yın.  Qoy  sizin  çapıqlarınız  şəhadətliyiniz 
olsun. Qoy onlar sizin sarsılmaz imanınızı 
görən bütün insanlara hekayənizi danışsın. 
Lakin əgər bir insan məsihçi kimi əzab 
çəkirsə, qoy bundan utanmasın, bu 
adı daşıyaraq Allahı izzətləndirsin.
1 Peter 4:16


Yüklə 56 Kb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə