Böyük Sadiqlik



Yüklə 56 Kb.
Pdf görüntüsü
səhifə102/122
tarix23.11.2017
ölçüsü56 Kb.
#12100
1   ...   98   99   100   101   102   103   104   105   ...   122

298-ci
gün
BÖYÜK 
SADİQLİK
Böyük xahiş 
ŞİMALİ KOREYA: QONAQ GƏLƏN MÜJDƏÇİ
Oğlan qonaq gələn “biznesmeni” mehmanxanada tapanda onun yanına qaçdı və əlindən tutdu. 
Mat qalmış qonaq əlini kənara çəkməyə çalışdı, amma tezliklə aşkar etdi ki, oğlan barmağı ilə 
ovcunda səssizcə çarmıx işarəsini çəkir. Məbəd ilə əlaqə saxlamaq üçün dua edən bu müjdəçi 
arıq oğlanın sifətinə baxıb dərhal anladı ki, “Şimali Koreyada məbəd sağdır!”
Növbəti gün müjdəçi oğlanla gizlicə gö-
rüşdü. O öyrəndi ki, oğlanın atası neçə illər 
əvvəl həbs edilmiş məsihçidir. Oğlanın ailəsi 
qəddar hökumətin rəhbərliyi altında çox 
əzab çəkmiş və sağ qalmaq üçün başqaların-
dan yemək istəyirdilər. İndi quraqlıq olduğu 
üçün hər yerdə insanlar pis qidalanmadan 
ölürdülər. 
Müjdəçi oğlan üçün nə edə biləcəyini so-
ruşanda əmin idi ki, oğlan ondan ailəsi üçün 
yemək istəyəcək. Amma oğlan ondan ancaq 
dörd şey istədi: oğlanın neçə illər yığıb sax-
ladığı ondabirini götürüb onu vəftiz etsin, 
ona Rəbbin Süfrəsini versin və yaxşı bir 
Müqəddəs Kitab versin.
Kişi oğlanın müdrikliyini görəndə göz yaş-
ları ilə doldu. Fiziki yardım ona yalnız bir-
iki gün kömək edə bilərdi, sonra o, yenidən 
həmin vəziyyətə qayıdacaqdı. Ruhani kömək 
isə onu əbədiyyət üçün hazırlayacaqdı. 
Nəsə  istəmək  və  nəyəsə  ehtiyacı  olmaq 
bir çox insanlar üçün tamamilə fərqli şey-
dir.  Onların  istədikləri  onların  ehtiya-
cı  olduqları  şeylər  deyil.  Amma  onların 
ehtiyacı  olduqları  şeylər  onların  ən  çox 
istəmədikləri  şeylərdir.  Ona  görə  bir  çox 
insanlar  hirslənirlər.  Bu  hekayədə  olan 
uşaq  bizə  öyrədir  ki,  bütün  istəklərimiz 
bütün ehtiyaclarımız ilə bir olanda nə baş 
verir. O, düzgün şeyləri istəyirdi. O özünə 
ən  çox  lazım  olan  əsas  şeyi  istəmişdi: 
İsa  Məsihi.  Sizin  bütün  istəkləriniz  bü-
tün  ehtiyaclarınız  olanda  siz  böyük 
məmnunluq  əldə  edəcəksiniz.  Siz,  ola 
bilsin  ki,  pul  istəyirsiniz,  amma  tezliklə 
aşkar  edəcəksiniz  ki,  pul  yalnız  bir  çox 
ehtiyacları  ödəyir.  Sizə,  ola  bilsin  ki,  pul 
lazımdır,  amma  tezliklə  başqa  şeyləri  də 
istəyəcəksiniz. Yalnız İsa eyni vaxtda həm 
istəklərinizi, həm də ehtiyaclarınızı təmin 
edə bilər. 
Sizin hər ehtiyacınızı isə Allahım 
Məsih İsada olan Öz izzətli 
zənginliyinə görə ödəyəcək.
Filip. 4:19


299
gün
BÖYÜK 
SADİQLİK
-cu
Böyük duruş 
NİGERİYA: SARATU TURUNDU 
“Mən qaçmayacağam. Mən dayanmağa hazıram.”
Saratu Turundunun otuz beş yaşı var idi 
və ərdə deyildi. O, uşaqları çox sevirdi və çox 
istəyirdi ki, öz uşaqları olsun, amma Allah 
onun duasına cavab vermədi. 
Saratu özünü Allaha və məbədə həsr 
etməyə qərar verdi. O, məbəd ailəsini bü-
tün ürəyi ilə qəbul etdi. O, xüsusilə dirilmə 
məktəbində dərs keçməyi sevirdi. Onun uşaq-
lar ilə qarşılıqlı ünsiyyəti və onlara Məsihə 
gedən yolu göstərmək imkanı Saratunu ağla-
sığmaz sevinc ilə doldurmuşdu. O bilirdi ki, 
Məsihsiz heç vaxt xoşbəxt ola bilməz. 
Amma onun şəhəri Kadunaya hökmran-
lıq edən fanatik müsəlmanlar məsihçiləri 
təqib etməyə başladılar. O, başqa kəndlərdə 
məsihçilərin təqib olunduğunu, evlərinin və 
əmlaklarının yandırıldığını eşitmişdi. Onlar-
dan bəziləri hətta döyülüb öldürülmüşdülər. 
Ona görə də izdiham Kaduna şəhərində 
məsihçilərə hücum edəndə Saratu artıq 
qərara gəlmişdi ki, orada qalacaq və Məsihi 
müdafiə edəcək. Saratunun qardaşları ona 
yalvardılar ki, onlarla birlikdə meşəyə qaç-
sın. Amma o, hirsli izdihamın onun sevim-
li məbədini yandırdığını görsə də, getmək 
istəmədi. Müsəlmanlar binanın ətrafına ben-
zin töküb alışdırarkən o, öz evində diz çöküb 
dua edirdi.
Ailəsi və dostları Saratunu mehriban, hər 
bir kəsə məhəbbət göstərən rəhmli bir insan 
kimi xatırlayırlar. O, Xilaskarını sevərək öl-
dü. 
İnsan  gücündən  artıq  güc  haqqında 
danışılan  hekayələr  maraqlı  olduqla-
rı  halda,  həm  də  ruhlandırıcıdırlar.  Biz 
ağır  yol  qəzalarında  anaların  yanan  ma-
şınlardan  uşaqlarını  çıxarmalarına  dərin 
hörmət  bəsləyirik.  Adrenalinin  hesabına 
insan bədəni heyrətamiz igidliklər etməyə 
qadirdir.  Adrenalin  insan  əzələlərimizə 
təsir  göstərdiyi  kimi  imanımız  da  heç 
vaxt mümkün ola bilməyəcəyini düşündü-
yümüz  şeyləri  həyata  keçirməkdə  ruhani 
əzələlərimizə güc verir. Saratu öz şəhərində 
Məsihi müdafiə etməyi qərara gələndə ru-
hani  əzələlərini  əymişdi.  O,  ola  bilsin  ki, 
həmin  ana  qədər  heç  vaxt  düşünməmişdi 
ki, bunu etməyə gücü var. Amma Allah ona 
bu gücü verdi. Həyatda elə bir şey olubmu 
ki, siz heç vaxt edə bilməyəcəyinizi düşün-
müsünüz? Bu gün Allaha sadiqliyinə görə 
minnətdarlığınızı  bildirin  ki,  sizi  möhkəm 
saxlasın. 
Xidmətçi haqlı çıxacaq, çünki Rəbb 
onu haqlı çıxarmağa qadirdir.
Roma. 14:4


300
BÖYÜK 
SADİQLİK
-cü
gün
Böyük intiqam
İSPANİYA: BARTOLOMİ MARKİZ 
“Mən səndən xahiş edirəm, intiqam alasan…”
İspaniyalı şəhid Bartolomi Marki-
zin məktubunu oxuyanlar onun sonuncu 
məktubunda intiqam almaq sözlərini görəndə 
məəttəl qaldılar. Sonra onlar gördülər ki, bu 
sözlərlə o özünə görə qisas almaq üçün qan 
tökməyi deyil, amma daha çox insanın İsanın 
qanının altına gəlməsini xahiş edir. 
“Mən sizdən xahiş edirəm ki, mənə pislik 
edənlərə yaxşılıq etməklə məsihçi intiqamı-
nı alasınız” – Markiz başqa imanlıları ruh-
landırırdı. “Mən tezliklə gedəcəyim yerdə, 
cənnətdə sizi görəcəyimə ümid edirəm.”
İspan kommunistlər 1939-cu ildə bir neçə 
pastor ilə birlikdə Markizi öldürdülər. Onun 
sonuncu məktubu həyat yoldaşı və məsihçi 
bacı-qardaşları üçün sevinc məktubu idi. 
“Bir neçə saatdan sonra Xeyir-dualının iz-
har olunmaz sevincini yaşayacağam. Məsih 
naminə təqib olunanların ölümü necə də 
asandır! Allah mənə layiq olmadığım imtiya-
zı verir: Onun lütfündən həzz alaraq ölmək. 
O, həyat yoldaşına yazırdı: “Nə qədər 
ki, mənim ürəyim döyünür, o, sənə sev-
gi ilə döyünəcək. Mən dinin, vətənin və 
ailənin yüksək ideallarının müdafiəsi uğrun-
da məhkum edilərkən göylərin qapısı mənim 
üçün açıldı. İndi daha çox olan sevgimizin 
xatirəsinə görə səndən xahiş edirəm ki, ca-
nının xilasını ali borcun hesab edəsən. Bu-
nunla biz cənnətdə əbədiyyət üçün birləşmiş 
olacağıq. Orada heç kəs bizi bir-birimizdən 
ayırmayacaq.” 
Məsih  üçün  əzab  çəkənlər  daha  böyük 
mənzərəni görmək bacarığına malik olmalı-
dırlar. Müqəddəs Kitab bizə fərdi həyatlar 
barədə  öyrədən  hekayələr  ilə  doludur. 
Amma  həmin  həyatlar  daha  böyük  plana 
–  Allah  ilə  şər  arasında  döyüşə  uyğunla-
şır.  Daha  böyük  mənzərə  imkan  verir  ki, 
müqavimətin və əzabın arxasında şeytanın 
necə  durduğunu  görək;  ona  görə  də  bizə 
qarşı duranlardan intiqam almalıyıq. On-
lar, sadəcə olaraq, şeytanın planında şah-
mat oyununda olan piyada kimidir. Markiz 
kimi  şəhidlər  bizə  xatırladır  ki,  şeytanın 
hücumlarına  görə  qisas  almaq  üçün  hü-
cumçuları  Məsihə  gətirməkdən  daha  bö-
yük  intiqam  ola  bilməz.  Dövlətin  qəddar 
rəhbərləri  və  rejimlər  üçün  dua  edin.  Elə 
insanlara  Müjdəni  paylaya  bilmək  im-
kanı  olan  müjdəçiləri  və  başqa  insanları 
dəstəkləyin.
Sülh qaynağı olan Allah Şeytanı 
tezliklə ayaqlarınızın altında əzəcək.
Roma. 16:20


Yüklə 56 Kb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə