3
BP Azərbaycanda Davamlı inkişaf haqqında hesabat 2015
OverviewÜmumi baxış
Nailiyyətlər
Əməliyyatlar və biznesin inkişafı
2015-ci ildə Şahdəniz Mərhələ 2 layihəsi üzrə
böyük irəliləyişlərə nail olundu və bir çox əsas
işlər vaxtından əvvəl tamamlandı.
Səhifə 10-a baxın.
Qərbi Azəri, Çıraq və Şahdəniz platformalarında
dövri texniki xidmət işlərini uğurla başa
çatdırdıq.
Səhifə 12-yə baxın.
AYDH müqavilə sahəsində 2 ölçülü seysmik
araşdırmalar 2015-ci ilin dekabrında təhlükəsiz
şəkildə tamamlandı.
Səhifə 12-yə baxın.
Əməkdaşlarımız
Azərbaycanda BP-nin yüksək vəzifələrdə işləyən
yerli əməkdaşlarının sayı il ərzində 20% artaraq
275-ə çatdı.
Səhifə 14-ə baxın.
Əməyin təhlükəsizliyi
Qeydiyyata alınan xəsarətlərin tezliyi 2014-cü
illə müqayisədə 11%, yol-nəqliyyat qəzalarının
ümumi səviyyəsi isə 42% aşağı düşdü.
Səhifə 20-yə baxın.
Ətraf mühit
Obyektlərimizdə qazın məşəldə yandırılmasında
əsaslı azalmaya nail olduq. Bu göstərici 2%-ə
endi.
Səhifə 24-ə baxın.
Əməliyyatlarımız nəticəsində yaranan təhlukəli
tullantıların həcminin dörd dəfə azalmasına nail
olduq.
Səhifə 25-ə baxın.
Ceyhan Dəniz terminalının yanalma körpüsündən tankerin doldurulması prosesi.
Bu bölümdə BP-nin 2015-ci ildə Azərbaycanda əldə etdiyi mühüm
nailiyyətlərin və qarşılaşdığı çətinliklərin xülasəsini veririk.
Nailiyyətlər və çətinliklər
2015
13 fevral
Mərkəzi Azəri platforması hasilata başlanmasının
10 illiyini qeyd etdi.
14 aprel
Azərbaycanın Milli Məclisi (Parlament) Abşeron
Yarımadasının Dayazsulu Hissəsi üzrə Hasilatın
Pay Bölgüsü Sazişini ratifikasiya etdi.
25 may
Bakı-Tbilisi-Ceyhan boru kəmərinin fəaliyyətə
başlamasının və kəmərə ilk neft həcminin
doldurulmasının 10 illiyi qeyd olundu.
29 iyun
Cənubi Qafqaz Boru Kəmərinin
Genişləndirilməsi layihəsi çərçivəsində kəmər
xəttinin tikintisinə başlandı.
3 sentyabr
Ceyhan terminalında Bakı-Tbilisi-Ceyhan kəməri
ilə nəql edilmiş neftin yüklənildiyi 3000-ci tanker
yola salındı.
Sahibkarlığın inkişafı
2015-ci ildə Azərbaycanda tərəfdaşlarımızla
birlikdə 131 yerli şirkətlə dəyəri təxminən
1,09 milyard dollar olan yeni uzunmüddətli
müqavilələr imzaladıq.
Səhifə 29-a baxın.
Çətinliklər
Əməyin təhlükəsizliyi
2015-ci ildə səkkiz yüksək potensiallı hadisə
qeydə alındı.
Səhifə 20-yə baxın.
Biz Bakıdakı ilk ofisimizi 1992-ci ildə açdıq, iki
il sonra isə BP Azərbaycan hökuməti ilə tarixi
“Əsrin müqaviləsi”ni imzaladı.
Xəzərdəki tarixçəmiz barədə oxuyun:
bp.com/xezer/tarix
Bakı
TÜRKİY
Ceyhan
rzurum
Supsa
Tbilisi
AZ RBAYCAN
X Z R D NİZİ
AR
ALI
Q D
NİZ
İ
QARA D NİZ
Az ri-Çıraq-D rinsulu
Gün şli (AÇG)
6
231 milyon
Şahd niz
1
9,9 milyard
S ng çal terminalı
1,2 milyon
49,3 milyon
3,2 milyon barel
Bakı-Tbilisi-Ceyhan boru k m ri (BTC)
1,2 milyon
262,8 milyon
Q rb İxrac Boru K m ri (QİBK)
106 min
31,4 milyon
Ceyhan terminalı
3112 tanker
361 tanker
C nubi Qafqaz Boru K m ri (CQBK)
19,8 milyon
18,6 milyon
Az rbaycanda yerli
x rcl rimiz
1,54 milyard
Dayazsulu Abseron
2 ölçülü seysmik
Ş f q-Asiman
3 ölçülü seysmik
GÜRCÜSTAN
10
$70,2
milyon
$58,4
milyard
2,8
milyard
67,7
milyard
4
BP Azərbaycanda Davamlı inkişaf haqqında hesabat 2015
BP Azərbaycanda – ilk baxışda
Strukturumuz, təşkilatımız, obyektlərimiz və tariximiz
Azərbaycanın karbohidrogen ehtiyatlarının Gürcüstan
və Türkiyə vasitəsilə dünya bazarlarına nəql edilməsi
ilə Xəzər regionu dünyada neft və qaz hasil edən
mühüm ərazilərdən birinə çevrilib.
BP Azərbaycan, Gürcüstan və Türkiyədə
Azərbaycanda BP şirkəti Azərbaycan
hökuməti ilə bağlanmış bir neçə hasilatın
pay bölgüsü sazişi və tranzit əraziyə malik
ölkə hökuməti sazişi (TƏMÖHS) əsasında
fəaliyyət göstərir. Gürcüstan və Türkiyədə
isə ixrac boru kəmərlərini və terminalları
əhatə edən TƏMÖHS-lər çərçivəsində
fəaliyyət göstərir.
Hüquqi struktur
Azərbaycanda BP-yə aid bir sıra hüquqi
şəxslərin nümayəndəlikləri fəaliyyət göstərir
və bu da BP-nin 1992-ci ildə Bakıda ilk ofisini
açmasından etibarən ölkədə və regionda
keçdiyi inkişafı əks etdirir. Əsas hüquqi
şəxs BP Eksploreyşn (Kaspian Si) Limited
(“BP Exploration (Caspian Sea) Limited”)
şirkətidir.
Biznes strukturu
2015-ci ilin sonuna Azərbaycan, Gürcüstan
və Türkiyə üzrə regional rəhbər qrupu
regional prezidentə tabe olan 16 vitse-
prezidentdən, təchizat və tədarük
məsələləri üzrə baş məsul şəxsdən,
baş hüquq müşavirinin köməkçisindən,
planlaşdırma və kommersiya əməliyyatları
şöbəsinin rəhbərindən, eləcə də nəzarət
və maliyyə əməliyyatları şöbəsinin
rəhbərindən ibarət idi.
Hüquqi ünvan
BP Eksploreyşn (Kaspian Si) Limited
şirkətinin Azərbaycandakı ofisinin
qeydiyyatdan keçirilmiş ünvanı: Neftçilər
prospekti 153, Nəsimi rayonu, Bakı şəhəri,
AZ1010, Azərbaycan. Telefon: +994 (0)12
497 599 3000. Faks: +994 (0)12 599 3665.
Əməkdaşlar
2015-ci ilin sonunda Azərbaycanda
BP tərəfindən daimi işə götürülmüş
əməkdaşların sayı 3150 nəfər idi ki, bunların
2735-i Azərbaycan vətəndaşları idi.