Bp azərbaycanda Davamlı inkişaf haqqında hesabat 2015



Yüklə 5,37 Mb.
Pdf görüntüsü
səhifə7/19
tarix14.09.2018
ölçüsü5,37 Mb.
#68371
1   2   3   4   5   6   7   8   9   10   ...   19

13

BP Azərbaycanda Davamlı inkişaf haqqında hesabat 2015

Əməkdaşlarımız

Bizim Azərbaycandakı uzunmüddətli 

uğurumuz əməkdaşlarımızın səriştəsi, 

peşəkarlığı, təcrübəsi və əzmkarlığından 

asılıdır.

İş təcrübəsi az olan və ya heç olmayan gənclərin 

təliminə sərmayə qoyur, yeni istedadları cəlb edir 

və bütün karyeraları boyunca işcilərimizə geniş 

çeşiddə inkişaf və karyera imkanları təklif edirik.



BP-nin icra göstəriciləri yüksək səriştəli

əzmkar və istedadlı işçi qüvvəsindən asılıdır. 

Bizim fərdi müxtəlifliklərə hörmətlə 

yanaşmaq və bütün əməkdaşlarımıza bərabər 

fürsət və imkanlar yaratmaq öhdəliyimiz var.

2015-ci ildə sərt bazar şərtlərini nəzərə alaraq 

rəqabət qabiliyyətliliyimizi təkmilləşdirməyə 

səy göstərdik və lazımsız struktur 

mürəkkəbliyini aradan qaldırmaq üçün 

imkanlar axtardıq. BP-nin daha məqsədyönlü 

şirkətə çevrilmək məqsədinə cavab verməsi 

üçün təşkilati strukturumuzu nəzərdən 

keçirdik və nəticədə il ərzində bir sıra yerli və 

xarici vətəndaşlar ixtisara salındı. BP-nin 

Azərbaycandakı işçilərinin ümumi sayı il 

ərzində 260 nəfər azaldılaraq ilin sonunda 

3485 nəfərə endirildi. Bu rəqəmə 3120 daimi 

işçi də daxildir ki, onların 2705 nəfəri 

Azərbaycan vətəndaşlarıdır. İlin sonunda 30 

nəfər Azərbaycan vətəndaşı xarici ölkələrə 

təyinatda olub. 

Milli işçi qüvvəsinin inkişafı 

Azərbaycanda güclü milli işçi qüvvəsi 

yetişdirmək əsas prioritetlərimizdən biri 

olaraq qalır və yerli işçi heyətinin sayını 

artırmaq və 2018-ci ilin sonuna qədər yerli işçi 

heyətinin nisbətini artıraraq 90%-ə çatdırmaq 

üçün işçilərin milliləşdirilməsi üzrə beşillik 

planımız var. İş təcrübəsi az olan və ya heç 

olmayan gənclərin təliminə sərmayə qoyur, 

yeni istedadları cəlb edir və bütün karyeraları 

boyunca işçilərimizə geniş çeşiddə inkişaf və 

karyera imkanları təklif edirik.

Əvvəlki illərdə öz əsas işçi heyətimizin –  

BP-nin Azərbaycandakı daimi əməkdaşlarının 

milliləşdirilməsinə səy göstərmək diqqət 

mərkəzimizdə olub. Bununla yanaşı, SOCAR 

ilə bağladığımız müqavilələr və kadrların 

milliləşdirilməsi ilə bağı öhdəliyimiz artıq həm 

daimi, həm də müddətli çalışan ixtisaslı 

işçilərimizi əhatə edir. Hüquqi şərtlər 

baxımından 2014-cü ildə əməliyyat tələblərini 

qarşılamaq üçün agentliklər tərəfindən 

müvəqqəti götürülmüş işçi qüvvəsinin 

əksəriyyəti BP-də müddətli müqavilələr ilə işə 

götürüldü və BP əməkdaşlarının hamısı –  

istər müddətli, istərsə də daimi – artıq ümumi 

işçi heyətinə daxildir. 

2015-ci ilin sonuna BP-nin ixtisaslı işçi 

heyətində ölkə vətəndaşlarının nisbəti 84% 

idi, əvvəlki ildə isə bu göstərici 82% olmuşdu. 

Əgər yalnız daimi işçiləri nəzərə alsaq, 

göstərici 87%-dir ki, bu da həmçinin 2014-cü 

ildən azca artıqdır. 

BP-nin Azərbaycanda yüksək vəzifə tutan yerli 

işçilərinin sayı 2015-ci ildə 275 nəfərə çatdı. 

Bu, yerli ofisdə çalışan yüksək vəzifəli 

işçilərin 48%-i və əvvəlki illə müqayisədə 

20%-ə yaxın artım deməkdir. Onların 

təxminən 21%-i qadınlardır və əksəriyyəti 

maliyyə və insan resursları sahələrində çalışır. 

2015-ci il ərzində yüksək vəzifəli daha 30

a

 



Azərbaycan vətəndaşı başqa ölkələrdə 

təyinatda idi. 

BP-nin Azərbaycanda çalışan orta səviyyəli 

menecerlərinin 88%-i (516 nəfərdən 454-ü) 

yerli işçilər idi. Bundan əlavə, orta səviyyəli 

yerli işçilərdən 29 nəfəri 2015-ci il ərzində 

xaricdə təyinatda oldu.

Məqsədimiz əməliyyatların təhlükəsiz və etibarlı şəkildə davam 

etdirilməsini təmin etmək üçün tələb olunan səriştələrə diqqəti 

cəmləşdirməklə öz işçi heyətimizin səriştələrini inkişaf etdirməkdir. 

İşçi heyətimizin idarə edilməsi 

İşçilərimiz Səngəçal terminalının emal sahəsində 

işi müzakirə edir.

BP-nin Azərbaycandakı ixtisaslı daimi işçi heyəti

Bu diaqramda yerli vətəndaşların faizi də göstərilib



BP-nin Azərbaycanda işçiləri və agentlik 

müqaviləsi əsasında işləyən əməkdaşları

500


1 000

1 500


2 000

2 500


3 000

3 500


4 000

4 500


kişi

Daimi işçil r

qadın

kişi


qadın

kişi


Müdd tli işçil r

Agentlik m kdaşları

qadın

2010


2 020

450


434

86

2011



475

521


110

2012


2 470

537


673

132


2013

2 693


562

731


137

2 817


576

276


54

12

2014



76

2 619

531

311

2015

54

2 226


500

1 000


1 500

2 000


2 500

3 000


3 500

4 00


Əcnəbi işçilər 

Yerli işçilər

0

380


2,272

2011


86%

452


2,530

2012


85%

2014


2015

494


2,722

2013


85%

2,907


86%

312


2,067

2010


87%

474


2,705

87%

415

14

BP Azərbaycanda Davamlı inkişaf haqqında hesabat 2015



a

 Bu rəqəm 2-ci paraqrafda qeyd edilmiş xaricdə təyinatda olan 

30 işçi ilə qarışdırılmamalıdır. 31 dekabr tarixinədək ümumi sayı 

30 olan işçi hələ də təyinatda idilər və il ərzində təyinatda olan 

80 işçidən 30-u yüksək vəzifəli olmuşdur.  



Yüklə 5,37 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə