Şahdəniz
Şahdəniz (ŞD) qaz yatağı 1999-cu ildə kəşf
edilib. Yataq sahildən dənizə doğru 70 km
məsafədə, suyun dərinliyinin 50-600 metr
arasında dəyişdiyi bir ərazidə yerləşir. Onun
məhsuldar layının qalınlığı 1000 metrdən artıq,
uzunluğu isə 22 kilometrdir. Geoloji baxımdan
mürəkkəb olan ŞD çox yüksək təzyiqə və
çoxsaylı məhsuldar lay horizontlarına malikdir.
8
BP Azərbaycanda Davamlı inkişaf haqqında hesabat 2015
Sərnişin daşıma gəmisindən Qərbi Çıraq
platformasının görüntüsü.
Azəri-Çıraq-Dərinsulu Günəşlidən (AÇG) neft hasilatı, 2003-2015
(milyon barel)
27,3
27,2
34,0
38,7
44,6
47,1
51,8
52,4
58,0
70,1
74,9
69,6
71,7
89,1
81,4
42,8
69,7
72,4
90,6
98,0
76,6
62,5
35,0
49,0
45,8
51,4
49,6
41,4
45,2
4,0
39,2
25,4
55,4
68,7
38,9
50,8
22,6
57,1
54,5
27,1
53,3
18,3
46,4
49,5
42,5
17,7
50
100
150
200
250
300
2012
2013
2014
17,3
56,2
40,3
26,0
51,6
39,9
2015
2011
2010
2009
2008
2007
2006
2005
Çıraq
M rk zi Az ri
Q rbi Az ri
Ş rqi Az ri
D rinsulu Gün şli
Q rbi Çıraq
BP-nin Xəzərdə əməliyyatçısı olduğu və podratçı kimi işlətdiyi əsas obyektlər
Ümumilikdə gündə 5 485 milyon kub fut qaz, şirkətlərin iştirak
payı istisna olmaqla.
a
“Digər” ə Kanada, Cənubi Amerika, Afrika, Asiya (Azərbaycan
istisna olmaqla) və Avstraliya daxildir.
BP-nin törəmə şirkətlərinin dünyanın
müxtəlif yerlərində təbii qaz hasilatındakı
xalis payı
a
(%)
63%
28%
5%
4%
ABŞ
Avropa
Azərbaycan
Digər
a
9
BP Azərbaycanda Davamlı inkişaf haqqında hesabat 2015
Əməliyyatlarımız
2015-ci ildə ŞD yatağından qazın Azərbaycan,
Gürcüstan və Türkiyə bazarlarına etibarlı
şəkildə çatdırılması davam edib. İl ərzində
yataqdan təxminən 9,9 milyard kubmetr qaz
və 18,3 milyon barel (2,3 milyon ton)
kondensat hasil edilib. Şahdənizin hazırda
gündəlik hasilat gücü 29,5 milyon kubmetr və
ya təxminən 10,8 milyard kubfut qazdır.
2015-ci ildə Şahdənizdə iki hasilat quyusunu
tamamladıq. Beş SD quyusu barel ekvivalenti
ilə gündəlik ümumi neft debitinin səviyyəsinə
görə BP-nin dünya üzrə operatoru olduğu ən
məhsuldar hasilat quyuları arasında ilk yerləri
tutub.
2015-ci ildə ŞD əməliyyat xərclərinə təxminən
482 milyon, əsaslı xərclərə isə 4,37 milyard
dollar vəsait xərclənib, əsaslı xərclərin əksər
hissəsi Şahdəniz Mərhələ 2 layihəsi ilə
əlaqədar olub.
Şahdəniz qaz və kondensat hasilatı
Hasilatın
başlanma tarixi
Ölçü vahidi
Hasilat başlanandan
2015-ci ilin
sonunadək
2014
2015
ŞD qaz
Noyabr 2006
milyard kubmetr
67,7
9,9
9,9
milyard kubfut
2 390,8
348,1
348,8
milyon barel neft
ekvivalenti
412,1
60
60,1
ŞD kondensat
Noyabr 2006
milyon barel
136,5
18,7
18,3
milyon ton
17,1
2,3
2,3
gundəlik ümumi neft debitinin
səviyyəsinə gorə BP-nin
dünya uzrə operatoru olduğu
ən məhsuldar hasilat quyuları
arasında ilk yerləri tutub.
Beş ŞD quyusu
10
BP Azərbaycanda Davamlı inkişaf haqqında hesabat 2015
Şahdəniz Mərhələ 2
Şahdəniz Mərhələ 2 (ŞD2) Azərbaycandan
Avropaya və Türkiyəyə qaz çatdıracaq nəhəng
bir layihədir. Bu layihə yeni Cənub Qaz Dəhlizi
açmaqla Avropa bazarlarının qaz təchizatını və
enerji təhlükəsizliyini gücləndirəcək. ŞD2
dünyanın ən böyük qaz işlənməsi
layihələrindən biridir.
Bu layihə nəhəng Şahdəniz yatağından hasil
ediləcək illik 16 milyard kubmetr qazın
təxminən 3500 km uzunluğunda boru kəməri
vasitəsilə Gürcüstan, Türkiyə, Yunanıstan,
Bolqarıstan və İtaliyaya ixracını təmin edəcək.
Layihənin mühəndis-texniki, təchizat-tədarük
və tikinti işlərinin ümumilikdə 66%-dən çox
hissəsi tamamlanıb və işlər Şahdəniz Mərhələ
2 layihəsindən ilk qazın 2018-ci ildə əldə
edilməsi planına uyğun irəliləyir. Avropaya ilk
təchizat isə 2020-ci ilə gözlənilir.
2015-ci ilin sonunda Azərbaycanda artıq
20000-dən çox insan bütün əsas müqavilələr
üzrə tikinti işlərinə cəlb olunmuşdu ki, onların
da 80%-dən çoxu Azərbaycan vətəndaşlarıdır.
ŞD2 layihəsinin və Cənubi Qafqaz Boru
Kəmərinin (CQBK) genişləndirilməsinin
ümumi xərclərinin 28 milyard dollar olacağı
təxmin edilir.
ŞD2 layihəsinə körpü ilə birləşdirilən iki yeni
platforma və 26 sualtı quyu, suyun 550
metrədək dərinliyində inşa olunan 500 km
uzunluğunda sualtı boru kəmərləri və
Səngəçal terminalının genişləndirilməsi
daxildir.
Ölkədəki bütün tikinti-quraşdırma və istehsalat
sahələrində - həm dənizdə, həm də quruda, o
cümlədən Səngəçal terminalı, Bakı
yaxınlığındakı ATA (AMEK/Tekfen/Azfen) sahəsi,
Bakı Dərin Özüllər Zavodu və boru kəməri
marşrutu boyunca irimiqyaslı işlər davam edir.
Daha bir mühüm nailiyyət Bakı Gəmiqayırma
Zavodunda inşa edilən “Xankəndi” sualtı tikinti
gəmisi üçün iki iri gövdə seksiyasının Volqa-Don
kanalı vasitəsilə təhlükəsiz şəkildə Sinqapurdan
Bakıya gətirilməsi oldu. Seksiyalar Bakı
Gəmiqayırma Zavodunda inşası başa çatmış
burun hissəsi ilə birləşdiriləcək. Ümumi inşası
bitdikdən sonra bu yeni gəmi Şahdəniz 2
sahəsinə aparılaraq sualtı qurğuların tikintisini
həyata keçirəcək.
2015-ci ilin iyul ayında “İstiqlal” qazma
qurğusu sertifikasiya və yenidənqurma üçün
“Caspian Shipyard Company” tərsanəsinə
gətirilib. “Heydər Əliyev” qazma qurğusu isə
Şahdəniz Mərhələ 2 layihəsinin öncəqazma
proqramı çərçivəsində iki quyunun qazma
əməliyyatlarını bitirib və üçüncü quyunun
aşağı hissəsini qazmağa başlayıb. Bu iki
qazma qurğusu artıq ilk qazın hasilatına və
ondan sonrakı tədrici artırılmasına hazırlıq
çərçivəsində doqquz hasilat quyusu qazıb.
Qazma işləri hasilatın planlaşdırılan sabit
səviyyəsinə nail olmaq üçün tələb olunan
bütün quyuların qazılması istiqamətində
davam edəcək.
Səngəçal terminalı
Neftin və qazın Azəri-Çıraq-Dərinsulu Günəşli
(AÇG) və Şahdənizdən sualtı boru kəmərləri
ilə Səngəçal terminalına nəqli davam etdi.
Terminalın gündəlik texnoloji emal gücü
hazırda 1,2 milyon barel neft və 29,5 milyon
kubmetr Şahdəniz qazı təşkil edir. AÇG səmt
qazı da daxil olmaqla qaz üzrə ümumi
texnoloji emal və ixrac gücü gündəlik 49,3
milyon standart kubmetrdir.
Solda: Cənubi Qafqaz Boru Kəmərinin
Genişləndirilməsi layihəsi çərçivəsində Hacıqabul
rayonunda boru kəmərinin xəndəyə endirilməsi
fəaliyyəti.
Sağda: Şahdəniz Mərhələ 2 platformasının üst
modullarının tikintisi davam edir.
Tikinti işlərinə cəlb olunmuş
20000-dən çox insanın
80%-dən çoxu Azərbaycan
vətəndaşlarıdır.
80%