Bp azərbaycanda Davamlı inkişaf haqqında hesabat 2015



Yüklə 5,37 Mb.
Pdf görüntüsü
səhifə3/19
tarix14.09.2018
ölçüsü5,37 Mb.
#68371
1   2   3   4   5   6   7   8   9   ...   19

3

BP Azərbaycanda Davamlı inkişaf haqqında hesabat 2015

OverviewÜmumi baxış

Nailiyyətlər 



Əməliyyatlar və biznesin inkişafı 

2015-ci ildə Şahdəniz Mərhələ 2 layihəsi üzrə 

böyük irəliləyişlərə nail olundu və bir çox əsas 

işlər vaxtından əvvəl tamamlandı.  

Səhifə 10-a baxın.

Qərbi Azəri, Çıraq və Şahdəniz platformalarında 

dövri texniki xidmət işlərini uğurla başa 

çatdırdıq.  

Səhifə 12-yə baxın.

AYDH müqavilə sahəsində 2 ölçülü seysmik 

araşdırmalar 2015-ci ilin dekabrında təhlükəsiz 

şəkildə tamamlandı.  

Səhifə 12-yə baxın.

Əməkdaşlarımız 

Azərbaycanda BP-nin yüksək vəzifələrdə işləyən 

yerli əməkdaşlarının sayı il ərzində 20% artaraq 

275-ə çatdı.  

Səhifə 14-ə baxın.

Əməyin təhlükəsizliyi 

Qeydiyyata alınan xəsarətlərin tezliyi 2014-cü 

illə müqayisədə 11%, yol-nəqliyyat qəzalarının 

ümumi səviyyəsi isə 42% aşağı düşdü. 

Səhifə 20-yə baxın.

Ətraf mühit 

Obyektlərimizdə qazın məşəldə yandırılmasında 

əsaslı azalmaya nail olduq. Bu göstərici 2%-ə 

endi.  


Səhifə 24-ə baxın. 

Əməliyyatlarımız nəticəsində yaranan təhlukəli 

tullantıların həcminin dörd dəfə azalmasına nail 

olduq.  


Səhifə 25-ə baxın.

Ceyhan Dəniz terminalının yanalma körpüsündən tankerin doldurulması prosesi.

Bu bölümdə BP-nin 2015-ci ildə Azərbaycanda əldə etdiyi mühüm 

nailiyyətlərin və qarşılaşdığı çətinliklərin xülasəsini veririk.

Nailiyyətlər və çətinliklər 

2015


13 fevral 

Mərkəzi Azəri platforması hasilata başlanmasının 

10 illiyini qeyd etdi.

14 aprel 

Azərbaycanın Milli Məclisi (Parlament) Abşeron 

Yarımadasının Dayazsulu Hissəsi üzrə Hasilatın 

Pay Bölgüsü Sazişini ratifikasiya etdi.

25 may 


Bakı-Tbilisi-Ceyhan boru kəmərinin fəaliyyətə 

başlamasının və kəmərə ilk neft həcminin 

doldurulmasının 10 illiyi qeyd olundu.

29 iyun 


Cənubi Qafqaz Boru Kəmərinin 

Genişləndirilməsi layihəsi çərçivəsində kəmər 

xəttinin tikintisinə başlandı. 

3 sentyabr  

Ceyhan terminalında Bakı-Tbilisi-Ceyhan kəməri 

ilə nəql edilmiş neftin yüklənildiyi 3000-ci tanker 

yola salındı.

Sahibkarlığın inkişafı 

2015-ci ildə Azərbaycanda tərəfdaşlarımızla 

birlikdə 131 yerli şirkətlə dəyəri təxminən 

1,09 milyard dollar olan yeni uzunmüddətli 

müqavilələr imzaladıq.  

Səhifə 29-a baxın. 

Çətinliklər 

Əməyin təhlükəsizliyi 

2015-ci ildə səkkiz yüksək potensiallı hadisə 

qeydə alındı.  

Səhifə 20-yə baxın.

Biz Bakıdakı ilk ofisimizi 1992-ci ildə açdıq, iki 

il sonra isə BP Azərbaycan hökuməti ilə tarixi 

“Əsrin müqaviləsi”ni imzaladı.

Xəzərdəki tarixçəmiz barədə oxuyun: 



bp.com/xezer/tarix 


Bakı

TÜRKİY

Ceyhan

rzurum

Supsa

Tbilisi

AZ RBAYCAN

X Z R D NİZİ

AR

ALI

Q D

NİZ

İ

QARA D NİZ

Az ri-Çıraq-D rinsulu 

Gün şli (AÇG) 



231 milyon

Şahd niz



 

9,9 milyard 

S ng çal terminalı 

1,2 milyon 

49,3 milyon

3,2 milyon barel

Bakı-Tbilisi-Ceyhan boru k m ri (BTC) 

1,2 milyon

262,8 milyon

Q rb İxrac Boru K m ri (QİBK) 

106 min

31,4 milyon

Ceyhan terminalı 

3112 tanker 

361 tanker 

C nubi Qafqaz Boru K m ri (CQBK) 

19,8 milyon

18,6 milyon

Az rbaycanda yerli 

x rcl rimiz 

1,54 milyard

Dayazsulu Abseron 

2 ölçülü seysmik

Ş f q-Asiman 

3 ölçülü seysmik

GÜRCÜSTAN

10

$70,2 

milyon

$58,4 

milyard

2,8 

milyard

67,7 

milyard

4

BP Azərbaycanda Davamlı inkişaf haqqında hesabat 2015



BP Azərbaycanda – ilk baxışda 

Strukturumuz, təşkilatımız, obyektlərimiz və tariximiz 

Azərbaycanın karbohidrogen ehtiyatlarının Gürcüstan 

və Türkiyə vasitəsilə dünya bazarlarına nəql edilməsi 

ilə Xəzər regionu dünyada neft və qaz hasil edən 

mühüm ərazilərdən birinə çevrilib.



BP Azərbaycan, Gürcüstan və Türkiyədə 

Azərbaycanda BP şirkəti Azərbaycan 

hökuməti ilə bağlanmış bir neçə hasilatın 

pay bölgüsü sazişi və tranzit əraziyə malik 

ölkə hökuməti sazişi (TƏMÖHS) əsasında 

fəaliyyət göstərir. Gürcüstan və Türkiyədə 

isə ixrac boru kəmərlərini və terminalları 

əhatə edən TƏMÖHS-lər çərçivəsində 

fəaliyyət göstərir.

Hüquqi struktur 

Azərbaycanda BP-yə aid bir sıra hüquqi 

şəxslərin nümayəndəlikləri fəaliyyət göstərir 

və bu da BP-nin 1992-ci ildə Bakıda ilk ofisini 

açmasından etibarən ölkədə və regionda 

keçdiyi inkişafı əks etdirir. Əsas hüquqi 

şəxs BP Eksploreyşn (Kaspian Si) Limited 

(“BP Exploration (Caspian Sea) Limited”) 

şirkətidir. 

Biznes strukturu 

2015-ci ilin sonuna Azərbaycan, Gürcüstan 

və Türkiyə üzrə regional rəhbər qrupu 

regional prezidentə tabe olan 16 vitse-

prezidentdən, təchizat və tədarük 

məsələləri üzrə baş məsul şəxsdən, 

baş hüquq müşavirinin köməkçisindən, 

planlaşdırma və kommersiya əməliyyatları 

şöbəsinin rəhbərindən, eləcə də nəzarət 

və maliyyə əməliyyatları şöbəsinin 

rəhbərindən ibarət idi.

Hüquqi ünvan 

BP Eksploreyşn (Kaspian Si) Limited 

şirkətinin Azərbaycandakı ofisinin 

qeydiyyatdan keçirilmiş ünvanı: Neftçilər 

prospekti 153, Nəsimi rayonu, Bakı şəhəri, 

AZ1010, Azərbaycan. Telefon: +994 (0)12 

497 599 3000. Faks: +994 (0)12 599 3665.

Əməkdaşlar 

2015-ci ilin sonunda Azərbaycanda 

BP tərəfindən daimi işə götürülmüş 

əməkdaşların sayı 3150 nəfər idi ki, bunların 



2735-i Azərbaycan vətəndaşları idi.


Yüklə 5,37 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə