Bp azərbaycanda Davamlı inkişaf haqqında hesabat 2015



Yüklə 0,51 Mb.

səhifə1/19
tarix14.09.2018
ölçüsü0,51 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   19


BP Azərbaycanda 

Davamlı inkişaf haqqında hesabat 2015



bp.com/xezer/hesabat


Building a stronger

safer BP


BP in Azerbaijan 

Sustainability Report 2015



bp.com/caspian/report

Hesabatımız haqqında

Bu hesabat 31 dekabr 2015-də bitən təqvim ilini 

əhatə edir. Bəzi hallarda 2016-cı ildə baş vermiş 

mühüm hadisələr də hesabata daxil edilib. 

Başqa cür göstərilməyibsə, mətndə 

“BP p.l.c.” və onun törəmə şirkətləri 

və filiallarının əməliyyatları və 

fəaliyyətləri arasında fərq qoyulmur. 

Xüsusi olaraq göstərilən hallar istisna 

olmaqla, bu hesabatda “bizə”, “biz” 

və “bizim” sözlərinə edilən istinadlar 

Azərbaycanda BP şirkətinə edilən 

istinadlardır. Əgər hesabatda “BP 

Azərbaycanda” deyilərək istinad 

edilirsə, bu o deməkdir ki, yalnız 

Azərbaycanda olan əməliyyatlarımıza 

istinad edilir. Əgər biz “BP AGT”yə 

istinad ediriksə, onda bizim 

Azərbaycan, Gürcüstan və 

Türkiyədəki fəaliyyətlərimizə istinad 

edirik. “BP” və “BP qrupu”na edilən 

konkret istinadlar “BP p.l.c.”, onun 

törəmə şirkətləri və filialları deməkdir. 

Dollarla ifadə edilən bütün məbləğlər 

ABŞ dollarını nəzərdə tutur və digər 

pul vahidlərindən çevrilibsə, bu 

məbləğin ayrılması anına olan 

məzənnəni əks etdirir. Qaz həcmləri 

standart kubmetr və ya standart 

kubfutla verilir.  

Bu hesabat hər il Azəri-Çıraq-

Dərinsulu Günəşli yatağı üçün birgə 

əməliyyat şirkətinin əməliyyatçısı və 

idarəedicisi, həmçinin Ze Bakı-Tbilisi-

Ceyhan Payplayn Kompani (“The 

Baku-Tbilisi-Ceyhan Pipeline 

Company”) şirkətinin idarəedicisi 

qismində çıxış edən BP Eksploreyşn 

(Kaspian Si) Limited (“BP Exploration 

(Caspian Sea) Limited”) ilə Şahdəniz 

yatağının əməliyyatçısı və Sauz 

Kokazus Payplayn Kompani (“South 

Caucasus Pipeline Company”) 

şirkətinin texniki operatoru qismində 

çıxış edən BP Eksploreyşn (Şahdəniz) 

Limited (“BP Exploration (Shah 

Deniz) Limited”) tərəfindən nəşr 

edilir. Bu şirkətlərin hər biri bu 

hesabatın məqsədlərinə uyğun 

olaraq öz layihələri üzrə müvafiq 

məlumatları vermişdir.

BP-nin Azərbaycanda davamlı inkişaf haqqında 2015-ci il üçün hesabatında öncədən söylənmiş, 

məsələn, çıxarıla bilən həcmlər və ehtiyatlara, əsaslı, əməliyyat xərcləri və digər xərclərə, həmçinin 

gələcək layihələrə aid müəyyən bəyanatlar ola bilər. Bir sıra amillərdən, o cümlədən tələb və təklifin 

dəyişməsindən, qiymət və işlərin gedişi məsələlərindən, həmçinin siyasi, hüquqi, maliyyə, 

kommersiya və sosial şəraitdən asılı olaraq faktiki nəticələr belə bəyanatlardakı göstəricilərdən 

fərqlənə bilər.

Xəbərdaredici bildiriş

Üz qabığındakı şəkil

Şahdəniz Mərhələ 2 layihəsi üst modulların 

tikintisi üzrə menecer Rəhman Rəhmanov körpü 

ilə birləşən iki platformanın üst modullarının inşa 

olunduğu Amek-Tekfen-Azfen tikinti sahəsində 

həmkarı ilə söhbət edir.




Hesabatın 

içindəkilər 



“BP Azərbaycanda. Davamlı 

inkişaf haqqında hesabat 2015” 

bizim 2015-ci təqvim ili ərzində 

nail olduğumuz istehsalat 

göstəricilərini, ətraf mühitin 

mühafizəsi ilə bağlı gördüyümüz 

işləri və Azərbaycandakı 

fəaliyyətlərimizin digər sahələrini 

əhatə edir. Bu hesabat bizim 

davamlı inkişaf haqqında 13-cü 

hesabatımızdır və əvvəlki 

hesabatlar barədə aldığımız rəyləri 

özündə əks etdirir.

2  Giriş sözü 

Regional prezident 2015-ci ildə həyata 

keçirdiyimiz müxtəlif fəaliyyətlərin əsas 

məqamları barədə düşüncələrini və gələcək 

planlarımızı bölüşür.

4  BP Azərbaycanda – ilk baxışda

Təşkilati strukturumuz ilk baxışda, 2015-ci  

ildə əsas nailiyyət və çətinliklərimizin 

xülasəsi.

Ümumi baxış 

6  Əməliyyatlarımız

Xəzər regionunda davamlı fəaliyyətimizi 

saxlamaqla dünya səviyyəli əməliyyat 

və layihələri həyata keçirmək barədə 

öhdəliyimizə sadiqik. 

13  Əməkdaşlarımız

Bizim Azərbaycandakı uzunmüddətli 

uğurumuz əməkdaşlarımızın səriştəsi,

peşəkarlığı, təcrübəsi və əzmkarlığından 

asılıdır.

19  Əməyin təhlükəsizliyi

Diqqəti təhlükəsiz, etibarlı və qaydalara uyğun 

əməliyyatlara yönəldir, gördüyümüz hər işdə 

əməyin təhlükəsizliyi və əməliyyat risklərinin 

idarə edilməsini əsas götürürük.

23  Ətraf mühit

Biz başa düşürük ki, ətraf mühitə təsirlərin 

idarə olunması neft və qazın məsuliyyətli 

şəkildə hasil olunması prosesinin mühüm bir 

hissəsidir.

27  Cəmiyyət

Biz istəyirik ki, cəmiyyətə təsirimiz maraqlı 

tərəflərlə açıq dialoqun dəstək verdiyi

sahibkarlığın və icmaların davamlı inkişafına 

yol açan, müsbət təsir olsun.

Əsas istiqamətlər 

34 Beşillik icra göstəriciləri

Hasilat, əməyin təhlükəsizliyi, ətraf mühit 

və sosial xərcləri əhatə edən əsas icra 

göstəricilərimiz.

BP-nin Azərbaycanda həyata keçirdiyi davamlı 

inkişaf fəaliyyətlərinə dair məlumat, açıqlama 

və bəyanatların faktlara və izahlara əsaslandığı 

barədə BP rəhbərliyində əminlik yaratmaq 

məqsədi ilə biz BP-nin Azərbaycanda 2015-ci 

il üçün hazırladığı davamlı inkişaf haqqında 

hesabatı yoxlamışıq. Gördüyümüz işlərin əhatə 

dairəsi və gəldiyimiz nəticələrlə səhifə 35-də 

tanış olmaq olar.

“Ernst & Young”şirkəti 

Yoxlama prosesinə  

giriş sözü

Ümumi baxış

Əməliyyatlarımız

Əməyin təhlükəsizliyi

 

Ətraf mühit



 

Cəmiyyət


Hesabat prosesi

Əməkdaşlarımız

1

BP Azərbaycanda Davamlı inkişaf haqqında hesabat 2015






Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   19


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə