Bp azərbaycanda Davamlı inkişaf haqqında hesabat



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə16/35
tarix07.04.2018
ölçüsü0,95 Mb.
#36498
1   ...   12   13   14   15   16   17   18   19   ...   35

27

Biz necə işləyirik

2011-ci il ərzində Azərbaycanda maraqlı tərəfləri 

bir çox istiqamətlərdə əməkdaşlığa cəlb etmişik:



Hökumətlə

Azərbaycan hökuməti ilə uğurlu və qarışıqlı faydalı 

tərəfdaşlığımız davam edib və genişlənib. 

• 

Həyata keçirdiyimiz əməliyyatları müzakirə 



etmək üçün Prezident İlham Əliyevlə bir neçə 

görüş keçirmişik. 

• 

Aprel ayında Prezident İlham Əliyev BP 



qrupunun baş icraçı direktoru Robert Dadlini 

qəbul etdi. İyul ayında Prezident İlham Əliyev 

BP AGT-nin prezidenti Rəşid Cavanşiri 60-illik 

yubileyi münasibətilə qəbul etdi, onu “Şöhrət” 

ordeni ilə təltif etdi.

• 

 Türkiyə ilə Azərbaycan arasında 



hökumətlərarası saziş və Şahdəniz (ŞD) qazının 

ixracı ilə bağlı digər əsas sazişlər imzalandı.

• 

 İyun ayında Xəzər neft-qaz sərgisində Rəşid 



Cavanşir Prezident İlham Əliyevi və onun 

qonaqlarını BP-nin stendində qəbul etdi və 

interaktiv model vasitəsilə BP-nin regionda 

apardığı əməliyyatların miqyasını nümayiş 

etdirdi. 

• 

 Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 



ilə hasilatın pay bölgüsü sazişləri, tranzit əraziyə 

malik ölkə hökumətləri ilə sazişlər və digər 

sazişlər çərçivəsində qarşılıqlı maraq doğuran 

bir sıra məsələlər üzrə birlikdə işlədik.

• 

 İyul ayında BP-nin Rusiya/MDB üzrə iqtisadi 



şöbəsinin rəhbəri və baş iqtisadçısı BP-nin 

illik “Dünya energetikasının statistik icmalı”nı 

hökumət orqanları, media, universitetlər və 

biznes ictimaiyyətinə təqdim etmək üçün 

Azərbaycana gəldi.

• 

 SD Mərhələ 2 layihəsi və Səngəçal 



terminalının planlaşdırılmış genişləndirilməsi ilə 

əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi, 

Nəqliyyat Nazirliyi, Azərbaycan Arxeologiya və 

Etnoqrafiya İnstitutu, Qaradağın yerli rəhbərliyi 

ilə əməkdaşlıq etdik.

• 

 İqtisadi İnkişaf Nazirliyində iqtisadi siyasətin 



təhlili və proqnozlaşdırma bacarıqlarının inkişaf 

etdirilməsinə dəstək verdik. 

• 

 Beynəlxalq Maliyyə Korporasiyasının 



həyata keçirdiyi biznesə imkan yaradan 

mühit layihəsinin bacarıqların yaradılması 

komponentini tərəfdaşlarımızla birlikdə 

maliyyələşdirdik.



Vətəndaş cəmiyyəti ilə

• 

Azərbaycandakı sosial fəaliyyətimizlə bağlı 



əminliyin təmin edilməsi, məsləhətlərin 

verilməsi və problemlərin müəyyən edilməsi 

məqsədilə BP tərəfindən təsis edilmiş 

müstəqil şirkətdənkənar məsləhət qrupu 

olan Azərbaycan Sosial Təhlil Komissiyası 

(ASTK) ilə əlaqələrimizi davam etdirdik. 

2011-ci ilin may ayında iş icrası ilə bağlı bir sıra 

məsələlərin müzakirə olunması üçün ASTK 

ilə görüşlərin keçirilməsinə şərait yaratdıq. 

ASTK-nın Azərbaycanda BP-yə təqdim etdiyi, 

bir sıra tövsiyələr verən beşinci hesabatı bizim 

cavablarımızla birlikdə BP-nin Azərbaycan üzrə 

veb-saytında yerləşdirildi.

• 

 Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan 



Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü 

çərçivəsində gəlirlərin şəffaflığına dəstəyimizi 

davam etdirdik.

• 

 Şəfəq-Asiman blokunun üç-ölçülü seysmik 



çəkilişlərinin ətraf mühitə potensial təsirləri 

barədə vətəndaş cəmiyyəti ilə geniş 

məsləhətləşmələr apardıq.

• 

 “BP Azərbaycanda davamlı inkişaf haqqında 



hesabat 2010”u müzakirə etmək üçün yerli 

QHT-lərlə görüş keçirdik.

• 

 BP-nin Azərbaycandakı fəaliyyətləri, Xəzər 



regionu üzrə enerji məsələlərinə münasibətimiz 

və ŞD Mərhələ 2 layihəsinin gedişi ilə 

maraqlanan tədqiqatçılarla görüşdük.

• 

 2011-ci ildəki görüşlərimiz zamanı vətəndaş 



cəmiyyəti təmsilçiləri icmalarla daha geniş 

əməkdaşlıq və Azərbaycandakı gələcək 

layihələrimizə daha çox cəlb olunmaqla bağlı bir 

neçə mühüm təklif irəli sürdülər.



Əməkdaşlarla

• 

 Aktual məsələləri müzakirə etmək üçün bir 



neçə ümumi yığıncaq keçirdik.

• 

 Daxili intranet səhifəsini müntəzəm 



yeniləşdirdik.

• 

 İşçi heyəti üçün “Compass” jurnalının 2011-



ci ildə fəaliyyətlərimizi əhatə edən səkkiz 

nömrəsini Azərbaycan (çap şəklində) və ingilis 

(onlayn versiyasında) dillərində nəşr etdik.

• 

İşçilər arasında fasiləsiz təkmilləşmə (FT) 



mədəniyyəti aşılamaq üçün FT mövzusunda 

doqquz video-hekayə hazırladıq.

• 

BP AGT intranet şəbəkəsində əməyin 



təhlükəsizliyi ilə bağlı, AGT regionu üzrə 

prezidentin video-müraciəti də daxil olmaqla, 

25 material təqdim etdik. 

• 

 Öz işçilərimiz və onların ailə üzvləri arasında 



sürücülük mədəniyyətinin yüksəldilməsi üçün 

avtomobillərin təhlükəsiz idarə olunması üzrə iki 

kampaniya keçirdik.

• 

 Yeni təşkilati model, əməyin təhlükəsizliyi və 



ətraf mühit riskləri ilə bağlı təşkilati strukturu 

müzakirə etmək üçün BP AGT üzrə 150 yüksək 

vəzifəli rəhbərin yığıncağını keçirdik.

Maraqlı tərəflərlə əlaqələr 

Dünyanın hər yerində 

öz işlərimizi yerli icmaların faydalana biləcəyi tərzdə aparırıq; 

Azərbaycanda davamlı inkişafa dəstək verir, təhsil təşəbbüslərinə 

sponsorluq edir və gəlirlərin şəffaflığını təşviq edirik

BP-nin Azərbaycan Sosial Təhlil 

Komissiyasını şirkətdənxaric müstəqil bir 

orqan kimi təsis etməsi təqdirəlayiqdir və 

bu, özlüyündə BP-nin sosial təsirinə necə 

ciddi yanaşdığını nümayiş etdirir. İnanırıq ki, 

bu, dünyanın hər yerində neft-qaz sənayesi 

üçün ən yaxşı bir nümunədir. 

Azərbaycan Sosial  

Təhlil Komissiyası 

Beşinci hesabat, avqust 2011

ASTK-nın hesabatı ilə tanış olun: 

bp.com/caspian/asrc

Yerli kütləvi informasiya vasitələrinin nümayəndələri tikinti sahəsinə səfər zamanı




Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə