Bu dünya göRÜŞ yeriDİ



Yüklə 1,03 Mb.
səhifə11/42
tarix25.06.2018
ölçüsü1,03 Mb.
#51917
1   ...   7   8   9   10   11   12   13   14   ...   42

Bu dünya görüş yeridi 

 

 



59 

QIRMIZI-QIRMIZI 

  

Açılıb yaramın üstdən, 



Güllər qırmızı-qırmızı. 

Gözlərimdən axıb getdi, 

Sellər qırmızı-qırmızı 

 

Yaz yerinə qış gətirdi, 



Torpaq alıb, daş gətirdi, 

Yaşım üstə yaş gətirdi, 

İllər qırmızı-qırmızı. 

 

Bu nə qəzəb, bu nə kindi, 



Bəxtim ayna, dərd çirkindi! 

Tutub yaxamdan silkindi, 

Əllər qırmızı-qırmızı. 

 

İmanam, yannam tüstümə, 



Tale durandan qəsdimə. 

Yağdırır qarğış üstümə, 

Dillər qırmızı-qırmızı. 

 

 



 

MƏN 

 

Çal, ay aşıq, sızıldayım, 



O tellərdə, pərdədə mən. 

Həsrət-hicran tapasıyam, 

Sevinc olan yerdə də mən. 

 



Aqil İman 

 

 



60 

Çətin düşə yurda yolum

Bağlanıbdı sağım-solum. 

Allaha da qurban olum, 

O verdiyi dərdə də mən. 

 

İman, hanı örüş, qoruq? 



Bitə yemlik, dəyə moruq. 

Göyçə deyin boynuburuq, 

Bir qəribəm Bərdədə mən. 

 

 



BAŞIMA 

Dostum Cəfər Cəmilovun xatirəsinə 

 

Bu səhər dünyam dağılıb, 



Yer-göy olub dar başıma. 

Yollarımı duman kəsib, 

Ələnibdi qar başıma. 

 

Dağlarım, düyünlərim var



Ahlarım var, ünlərim var, 

Görəcəkli günlərim var, 

“Mənim bəxtəvər başıma”. 

 

İman, nədir bu hıçqırıq? 



Səbrini bas, döz bir qırıq. 

Cəfər – deyib ağlayırıq, 

Yığılıb dostlar başıma. 

 



Bu dünya görüş yeridi 

 

 



61 

KİŞİLƏR 

 

Sizdəydi əzəmət, qürur,  



Dağ boyda ürək, kişilər!  

Tədbirdə Qazan xanıydız,  

Döyüşdə Beyrək, kişilər! 

 

Bəzəyiydiz el-elata, 



Sözü sözə qata-qata,  

Niyə gəlmir səsiniz ta,  

Ay dili yüyrək kişilər? 

 

Az-az çəkilir adınız,  



Unudubmu dost-yadınız?  

Cıdıra çıxmır atınız,  

Bu dərdə neynək, kişilər?! 

 

Bizi verib dünyaya beh,  



Bir-bir köçüb getdiniz eh!  

Necoldu kəhrəba təsbeh,  

Bir deyin görək, kişilər?! 

 

Gen süfrəniz Hatəmsayaq,  



Qapı bağlı, gəlmir qonaq!  

Eşmə bığ – gümüşü papaq,  

Görünür tək-tək kişilər! 

 

İman, nə tez keçdi illər? 



Susdu ötən qumru dillər.  

Sizdən soruşuram ellər:  

Hanı dördböyrək kişilər?! 



Aqil İman 

 

 



62 

BÖYÜDÜM 

 

Qayğılarım dənə dönüb saçımda,  



Dəyirman yox, dəni harda üyüdüm? 

Fikirini çəkə-çəkə dərdlərin,  

Aman Allah, dərdimdən tez böyüdüm! 

 

Qəm daşıdım “ömür” adlı şələdə,  



Qətrə yaşım ümman oldu gilədə,  

Görüşə tələsir o qız hələ də,  

Hanı xan çinarım, salxım söyüdüm? 

 

Susubdu, ötməyir qumrutək dillər,  



Çox ürək altında daşlaşıb illər.  

İmanam, nə yazsam daha, ay ellər,  

Dilə düşüb, qəlb ovutmaz öyüdüm. 

 



Bu dünya görüş yeridi 

 

 



63 

 

 Kirpiyin pərvanə, gözlərin də şam, 



Könlüm gecələyir sizdə hər axşam! 

 



Aqil İman 

 

 



64 

ON BEŞ İLDİ 

 

Çölümü odlara qalayıb hər gün,  

İçimi qovurur köz on beş ildi!  

Elə tale yazıb yazan bəxtimə,  

Pozan axtarıram düz on beş ildi! 

 

O saçları süsən, donu qırmızı,  



Göndərib üstümə həsrət qansızı.  

Xəbər gətirməyir qonşunun qızı,  

Yollara dikilib göz on beş ildi! 

 

Cavabsız qalıbdı verdiyim sual,  



Dodağı qıfıllı, məhəbbəti lal.  

Şürüşmür çiyninə başındakı şal, 

Düşmür o bulağa iz on beş ildi! 

 

Dözüb-dayanmaqdı hicrana halım,  



Çəkər keşiyini hər gün xəyalım.  

Eşidib biləndən anası zalım,  

Görüşə bilmirik biz on beş ildi! 

 

Ay İman, bu ömrün həsrəti bəlli,  



Yığdın ürəyinə dərdi cütəlli.  

Nə ümid verən var, nə də təsəlli,  

Eləcə deyirlər: “döz!” on beş ildi! 

 

 



 


Bu dünya görüş yeridi 

 

 



65 

SƏNDƏN ÖTƏRİ 

 

Mən səfər adamı, sən uzun yolsan

Həsrəti bir çimdik, sevinci bolsan. 

Nə vaхtsa ayrılıb gedəsi olsam, 

Çəkə biləcəmmi görüm kədəri, 

Get, bir az darıхım səndən ötəri. 

 

İkimiz bir ürək, de necə bölüm? 



Kimə nə düşəcək – sevinc, ya zülüm? 

Deyirlər ayrılıq ən çətin ölüm

Ay mənə vüsalı ilan zəhəri, 

Get, bir az darıхım səndən ötəri. 

 

Zirvələr görünmür çəni tapandan, 



Saçımız ağappaq dəni tapandan. 

Əhdə хilaf çıхdım səni tapandan, 

Tək-tənha qoymuşam qəmi, qəhəri, 

Get, bir az darıхım səndən ötəri. 

 

İman nə düşünür, qələm nə yazıb, 



Nimdaş libasdadı həsrətim kasıb. 

Öpüm, əzizləyim bağrıma basıb, 

Həyatda nə varsa dərddən betəri, 

Get, bir az darıхım səndən ötəri. 

 

 

 

 

 

 



Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə