Aqil İman
198
Ay İman, günləri illə qarşılar,
Söznən dilə tutub, əllə qarşılar.
Gələni, gedəni güllə qarşılar,
Elə bil bu dünya görüş yeridi.
Dünyadan giley, qınaq kimi yazılan, bu zəngin sufi dü-
şüncəli qoşmanın son bəndindəki fikrə diqqət edin: Elə bil
bu dünya görüş yeridi.
Bircə bu misranın sufi məzmunu tutarlı bir kitabdır.
Həqiqətən də insanlar bu dünyaya zəvvar kimi gəlir, hərə-
nin bir missiyası və hər kəsin bir vacib əməli var. Bir sözlə
Aqil İman qələmi sözə kəsər verməyi bacaran qələmdir.
Dədə Ələsgər yazır ki,
Nütfəsində əyri olan tez göstərər isbatın,
Hər ağac kökündə bitər, hər meyvə gözlər zatın.
Hərcayı hədyana sayar, naşı bilməz qiymətin,
Əhli-ürfan məclisində gövhər misaldı yüküm.
Aqil İmanın oğul yadigarı, davamçısı, istedadlı şair
Qılman İman da atasının getdiyi yolu uğurla davam etdirir:
Səfərimiz uzun çəkir,
Mənzilə yolumuz çatmır.
Özümüzü təsdiq üçün,
İmzaya qolumuz çatmır.
Əcəl qəza kəndirimdi,
Ölüm dərdə endirimdi,
Satdığımız ömrü indi:
Almağa pulumuz çatmır.
Bu dünya görüş yeridi
199
Gördük hər dərddən betəri,
Qəza gətirən qədəri...
“Ol”duq ölməkdən ötəri,
Ölmüşük, “ol”umuz çatmır.
Və yaxud:
Dünyaya ucuz gələnlər,
Getməyi baha istəmir.
Baş endirib başdakına,
Qul olmaq ŞAHA istəmir.
Dirisi asılıb dardan,
Ölüsü bezibdi gordan,
Adamlar da adamlardan,
Adamlıq daha istəmir.
Yeri boyda göy istəyən,
Göyü boyda öy istəyən.
Allahdan hər şey istəyən:
Heç nə Allaha istəmir.
Qılman İmanın fikirlərindəki dolğunluq, fəlsəfi ideya-
lar, heca şeirlərindəki modernist manevrləri diqqət çəkən
əsas amillərdəndi:
Allahdan hər şey istəyən:
Heç nə Allaha istəmir.
beytində şairin imanı, inancı diqqət çəkəndir. Belə ki, insan
naşükürlüyü, Allahın insana verdiklərinin müqabilində in-
Aqil İman
200
sanın gündə ən çoxu Allahı yada salması vacibliyi, şükran-
lıq sətiraltı məzmunda ifadə olunur...
Yəqin ki, fikirlərim aydındır, Göyçə ədəbi mühitində
Miskin Abdal, Aşıq Alı, Dədə Ələsgər, şair Məmməd-
hüseyn kimi dahilərin sözü qabağında söz demək, əli qələm
tutandan cəsarət istəyir, əlbəttə, sözün məsuliyyətini başa
düşəndən.
Dediklərimin əyani sübutu kimi, Aqil İmanın gizli dün-
yasındakı nakam sevgisinin göynərtisini ifadə edən bu bən-
zərsiz qoşmasına baxın:
Bir kəsdən inciyib, küsmərəm heç vaxt,
Hər bəla özümə özümdən keçib.
Yerdə tapdığımı göydə itirdim,
Mənimki səbirdən, dözümdən keçib.
Ən gözəl arzuydu bir ömür sürmək,
Müşkülə çevrilib üzünü görmək.
Yoxsa baxa-baxa adam öldürmək,
Sənin gözlərinə gözümdən keçib?
İman çəkən zülm təkdi, əzab tək,
Bağlı qaldım oxunmamış kitabtək.
Sual dolu baxışına cavabtək,
Bir söz deyəmmədim üzümdən keçib...
Düzünü deyim ki, bu şeiri oxuyanda içindən səmimi
gələn bir “ah” çəkməyə bilmirsən, nə qədər ismətlə, abırla
yazılmış nakam bir eşqin həsrətinin səmimi etirafları...
Ümumiyyətlə böyük şairliyin yolu, böyük bir eşqdən,
sədaqətdən, aşiqlikdən keçir. Belə ki, Nizamini, Camini,
Rumini, Nəsimini, Miskin Abdalı, Qurbanini, Füzulini,
Bu dünya görüş yeridi
201
Xəstə Qasımı, Tufarqanlı Abbası, Aşıq Alını, Dədə Ələs-
gəri, Səməd Vurğunu və başqa şairləri oxuduqca eşq yolun-
da sadiq bir aşiqliyin, məcnunluğun şahidi olursan. Bir gö-
zəlin fərağında yanmaq şairin bəşər sevgisini ilahi eşqə qo-
vuşduran yoldur. Ona görə də sadaladığım dahi şairlər so-
nunda bəndəyə olan eşqini Allahın sevdasıyla əvəzləmiş və
həqiqi söz sahibləri olmuşlar. Bu mənada Aqil İmanın şeir-
lərini oxuyarkən şairin əlçatmaz bir sevdanın odunda za-
man-zaman qovrulduğunu hiss edirsən:
Tanrı yaradanda hamıdan seçib,
Tək gözəl yaradıb, qız, səni belə!
Sən Allah, az eylə nazı-qəmzəni,
Nəzərə gətirər tez səni belə!
Dərdimin üstünə dərd yığa-yığa,
Həzrəti İsatək çəkdin çarmıxa.
Az qalır yerindən dörd olub çıxa,
Bir gün görməyəndə göz, səni belə!
Və yaxud:
Bu ömür yolunu burulub geri,
Arxanca qaçıram, haqlayım səni.
Elə istəyirəm gündə yüz dəfə,
Arayım, axtarım, yoxlayım səni.
Kirpiyin pərvanə, gözlərin də şam,
Könlüm gecələyir sizdə hər axşam!
Harda itirmişəm, harda tapmışam,
Qoy elə ordaca saxlayım səni.
Dostları ilə paylaş: |