Aqil İman
194
Hacı Loğman QORQUD
TANRI DƏRGAHINA PİLLƏKƏN...
“Qaf”dan qərar tapmış, “kaf”dan kainat,
İsmi-feyli hərfi olmuş əsli-zat,
“Vey”dən bina tutub, “kaf”-“nun”-nan nicat,
“Yey”dən bişərikdi, bişərikdi “lam”...
Bu yazını təsadüfən böyük övliya Miskin Abdalın bu
dərin sufi fikirləri ilə başlamadım…
Bu bir bənd şeirin məna dərinliklərinə endikcə insanı
vahimə basır, sanki sözün qurğuşun ağırlığını hiss edirsən,
məna içində itib batırsan, sahilsiz bir ümmana düşmüş qa-
rışqa kimi hiss edirsən özünü, mənanın mənbəyindəki zər-
rənin dəryaya çevrilməsi anlayanı öz dərinliklərində boğ-
mağa başlayır. İnsan hey çalışır ki, üzüb bir sahilə çıxsın,
amma sahil görünmür...
Sözün qüdrəti, siqləti, yaratdığı ehtişamlar göz önündə-
dir. Külli-kainatın dibsiz ənginlikləri, onları bəzəyən hər nə
varsa...
Bu bəndin ikinci misrasının fəlsəfəsindən başlamalı
olacağıq və bu yazının adının seçilməsi də kiminçünsə pa-
foslu səslənən fikir kimi görünməsin. Bu misra ilə adın düz
mütənasibliyini araşdıraq...
İsmi-feyli hərfi olmuş əsli-zat, – misrasının mənası be-
lədir: hərfin dildə səslənməsi onu hərəkətə gətirir və o yara-
nışın başlanğıcıdır. Yəni sözü hərəkətə gətirmək yaratmaq
deməkdir, hər şey sözlə başlayıb, sözlə bitir. Bu mənada
sözü yerində işlətmək, ona təsir gücü vermək hər qələm sa-
hibinə müyəssər olan iş deyil.
Bu dünya görüş yeridi
195
Haqqında söz açacağım şair Aqil İman da dediklərimə
rəğmən sözün təsir gücünü hiss edən qələm sahiblərindən-
dir ki, onun şeirləri elə ilk andaca oxucunun qəlbinin həssas
tellərinə toxunur, onu duyğulandırır və oxucu həmin obraz-
da özünü görə bilir. Çünki fikirlər real həyatdan qaynaqla-
nan hisslərin ifadəsidir.
Bu ənənə Göyçə ədəbi mühitində ki, qələm sahiblərinin
saz-söz çeşməsindən gələn sısqalardır ki, Aqil İman şeirin-
də büllur çeşməyə çevrilərək söz xəzinəmizi, ədəbiyyatı-
mızı zənginləşdirir.
Aqil İmana bu istedad atası, gözəl ustadnamələr müəl-
lifi şair Həsən Xəyallıdan irsən keçmişdir. Ümumiyyətlə,
Göyçə ədəbi mühiti Azərbaycan klassik ədəbiyyatına Mis-
kin Abdal, Ağ Aşıq Allahverdi, şair Məmmədhüseyn, Şeyx
Alı, Dədə Ələsgər, Zodlu Abdulla, Növrəs İman kimi dahi
filosoflar, təsəvvüf şairləri bəxş etmişdir. Bunların ən ka-
mili Miskin Abdaldan başlayan sufi xəttdir ki, Aşıq Ələs-
gərdə kamil bir zirvəyə çatmış, modernləşmiş və aşıq ədə-
biyyatını klassik formaya çevirmişdir. Belə ki onun öz qay-
da-qanunları, tələbatı və təyinatı olmuşdur. Ona görə də bu
tələbləri pozmadan şeir yazan, onu bədii və fəlsəfi fikirlə
yükləyən şairlər sırasında Həsən Xəyallı, Aqil İman kimi
şairlərlə bərabər bu nəsildən olan Sərraf Şiruyə, Molla
Əmirxan, Xasay Hacıyev, Qəmgin Fəzi, Eldar Həsənli, Aq-
şin Hacızadə, Qılman İman kimi bir çox şairlər bu ənəni
uğurla davam etdirməkdədir.
Şairin sözü o zaman böyük bədii gücə malik olur ki, o
sufi fikirlərlə yüklənsin, həyat realıqlarını, dini, şəriəti əha-
tə edə bilsin. Hələ XII əsrdə Nizami Gəncəvi yazmışdı:
Şəriət elmindədir şairin şeir gücü...
(Sirlər xəzinəsi)
Aqil İman
196
Həsən Xəyallının dövrünün mütərəqqi, ziyalıpərvər in-
san olması, Aşıq Ələsgər məktəbindən süzülüb gələn ədəbi-
bədii dəyərləri mükəmməl şəkildə mənimsəməsi, dinə, şə-
riətə, ədəb-ərkana dərin bələdçiliyi şeirlərində açıq-aydın
görünür:
Yaxşıda çəkilər yaxşının adı,
Yamanın qazancı nəhlətdə olar.
Aqil bir kəlmədə min könül yapar,
Hərcayı hərcayı söhbətdə olar.
Mərifət anlayan çox zilə çıxmaz,
Səmtinə düşməsə, heç su da axmaz.
Pələng pəncəsindən ovu buraxmaz,
Tülkünün bəyliyi xəlvətdə olar.
Kimə məlum deyil yaltağın işi,
Bir sözü düzdürsə, yalandı beşi.
Qurd çəni axtarar, quzğunlar leşi,
Qarışqa həmişə zəhmətdə olar.
Yaxşı qonşu qonşuluğa yol salar,
Yaman qonşu aralığa qal salar.
Xain, xəbis ürəyinə xal salar,
Gecəsi, gündüzü qeybətdə olar.
Görmüşəm hər cürə nadan insanı,
Dövlətdə, vardadı xəsisin canı.
El qəhri çəkənin şöhrəti, şanı,
Mərifətdə olar, hörmətdə olar.
Bu dünya görüş yeridi
197
Gözləmə namərddən xoş xasiyyəti,
Nanəcib al qurar dosta xəlvəti.
Həsən Xəyallının sözü-söhbəti,
Hər fəsil gül açar, qiymətdə olar.
İctimai və sosial həyatın görünən və görünməyən cə-
hətlərini, şüurun naqisliyini bir ustad gözü ilə qələmə alan
şairin bu gün də aktuallığını itirməyən problemləri poetik
şəkildə ifadəsi, şairin aşıq poeziyasına, şeirin tələb – qayda-
larına dərin bələdçiliyindən xəbər verir. Didaktik cəhətdən
heç də klassik şeir formalarından geridə qalmayan, bəzən
də onları ötüb keçən misal çəkdiyim bu qoşma-ustadnamə
həm məzmun, həm də ritmiklik və axıcılığı ilə lazımı qədər
diqqəti cəlb edə bilir. Ustadlardan gələn ənənəni davam et-
dirərək şeirdə özünü tapmaq çox da asan deyil, çünki deyil-
miş ifadələri, daha da məzmunlu, daha da təsirli demək ol-
duqca dərin təfəkkür tələb edən istedaddır. Ümumiyyətlə
poeziya olduqca incə bir məsələ, geniş bir meydandır ki,
hər kəsin atı orada yeriməz. Xalqın gözü tərəzi olduğu ki-
mi, qəlbi də həssasdır: yaxşı-yamanı olduğu kimi seçir.
Aqil İman da bu təbi saxlamağı bacarıb:
Əvvəl tərifləyib göyə qaldırdım,
İndi də qoy söyüm: söyüş yeridi.
“Bir yandan boşalır, bir yandan dolur”,
Nə qəbul otağı, nə iş yeridi.
Astarı sökülüb, üzüdü köhnə,
Kündəsi boş gedir, boş qalıb təhnə.
Əvvəldən axıra tamaşa, səhnə,
Yarış meydanıdı, döyüş yeridi.
Dostları ilə paylaş: |