Bu dünya göRÜŞ yeriDİ



Yüklə 1,03 Mb.
səhifə40/42
tarix25.06.2018
ölçüsü1,03 Mb.
#51917
1   ...   34   35   36   37   38   39   40   41   42

Aqil İman 

 

 



206 

təlşüur  prosesidir”  (Z.Freyd)  bu  qorxu  lap  dərinləşir.  Yu-

xardakı bənd isə Aqil İmana məxsusdu. Onun ölümlə bağlı 

belə  yazması  yəqin  ki,  heç  də  təsadüfi  deyilmiş.  Şairlik 

Aqil İmanın nəslində irsi olduğu kimi görünür, ölüm möv-

zusu  da  irsi  xarakter  daşıyır.  Ata-oğul  İman+lıların  ya-

radıcılığından  qırmızı  xətlə  keçir.  Ölüm  mövzusunda  Qıl-

man İmanın şeirinə baxaq: 

 

Bu dünyada nə gördümsə

Hamısını göz apardı. 

Torpağın astar yerinə, 

Əcəl məni üz apardı. 

 

Mətnin hermenevtikasına (– aydınlaşdırıram deməkdir, 



məqsədi  mətnin  obyektiv  (sözlərin  qrammatik  mənaları  və 

tarixən  şərtlənmiş  variantları)  və  subyektiv  (müəlliflərin 

niyyəti)  əsaslarına  görə  mənasının  müəyyən  etmək  olan 

şərh  məharəti  nəzəriyyəsi”)  baxsaq,  sözləri  sanki  “ölmüş” 

(“Taxtalı  köydən  məktublar”  –  rəhmət  sənə,  Əziz  Nesin!) 

yaxud  da,  ölümü  real  gerçəklik  və  xəyali  (ideal)  səltənət 

kimi  sevən  ata-oğulun  poetik  düşüncəsinin  inikası  kimi 

qəbul olunur. 

Aqil  İmanla  bağlı  maraqlı  xatirələrdən  biri  də,  onun 

tələbə vaxtı qumar oynayaraq, pul qazanıb dolanması faktı-

dı. Belə bir deyim var: “Qumarda oynamayan udur”. Əslin-

də, bütün oyunlar güclüylə gücsüzün, fırıldaqla safın, bəxt-

liylə bəxtsizin mübarizəsidi. Təsadüfü deyil ki, əksər oyun-

larda xanalar ağ və qara olur. Ümumən, həyat ağla-qaranın 

(xeyirlə şərin) mübarizəsidir və bu oyunda olmamaq da ol-

mur. Yəni hamımız bu qumarda varıq və qumarda da udan 

olmadığına görə hər kəs öz taleyinə məğlubdu: 



Bu dünya görüş yeridi 

 

 



207 

 

Dözmək olar dözüləsi beş ilə



Beş – dedim, qorxuram bağrım deşilə. 

Bu sevgini mən udanda “şeş” ilə, 

Gəlib sənin “yek” atıbdı həsrətin. 

 

Aqil  İmanın  böyüyüb  başa  çatdığı  Göyçə  ədəbi  mü-



hitində dil qısırlığı olmadığına görə dastan, aşıq şeiri, folk-

lor çox oxunub təqdir olunduğundan, onun şeirlərindəki dil 

məziyyətlərinin  üstünlüyü  aydın  nəzərə  çarpır  və  mən  hə-

min zənginlikləri ayrı-ayrılıqda göstərmək istəmirəm, çünki 

görünən dağa bələdçi lazım deyil. Həm də bu ədəbi mühit-

dən  olan  Məmmədhüseyn,  Həsən  Xəyallı,  Sərraf  Şiruyə, 

Alqayıt,  Xasay  Hacıyev  kimi  saz-söz  məclislərində  yaxşı 

tanınan  şairlərin  mənəvi  varislərindən  olan  Aqil  İmanın 

poetik dili şəksiz ki, zəngin olmalıdır və zəngindir. 

Aqil  İman  pul  yox,  söz  qumarbazı  imiş.  Sözlə  qumar 

oynayan  bu  adam  yazmayanda  sözü  udurmuş,  yazandasa 

hamı kimi məğlubmuş. Söz içimizdə dünya boydadı, vərəq-

dəsə hərf boyda. Qumarda oynamayan udurmuş... 

 

“Ulduz” jurnalı,  

№6, 2011-ci il 

  



Aqil İman 

 

 



208 

Ziyad QULUZADƏ 

 

PAYIZ ADAMI 

  

 “Yaradan əzəldən qəmə həvəskar



 Sevincə yaradıb gözü tox məni” 

Aqil İman 

 

Zamansızlıq dünyanın o üzünə qəm küləklərinin sakit-



cə  əsdiyi  vaxtlarda  dünyanın  bu  üzündən  ruhunun  bütün 

dərinliyi ilə ayrılmış bir var olma anıdır. Bu laməkanlıqda o 

saatların  üzünə  qara-qara  şeirlər  deyib  zamana  xəcalət  təri 

axıtdırdı.  Tanrının  qabağında  zamanı  rəzil-rüsvay  edirdi. 

Aqil İman mənim təsəvvürümdə əllərində qum saatının şü-

şəsini sındırmış, qumu barmaqları arasından cənub küləklə-

rinin sərxoş mehinə vermiş qoca bir dərvişi xatırladır. Onu 

başqa cür təsəvvür də edə bilmirəm. Sanki zamansızlıq kü-

ləyinin  qanadlarında  dünyanın  dərd  bataqlığına  xoşluqla 

enmiş  və  kədərli  nəğmələr  oxuyur.  Nə  qəribə  fəğan  edir 

onun… 

Poeziya  bu  odlar  diyarının  hər  bir  vətəndaşının  krip-



tosunda,  arxetiplərində,  ruhunun  məhrəmində  gizli,  ya  da 

açıq halda mövcuddur. Əslində, şair, yazıçı olmaq üçün gə-

rək profesionallıq dərəcəsinə qalxasan. “Aşk”ın yazarı Əlif 

Şafak  “yaradıcılıq  didinmək  və  zəhmətdir”  deyirdi.  Hə-

qiqətən də, əzabların içində istedad və bir də xoş məhəbbət 

qarışınca peşəkarlıq və sənət ortaya çıxır. 

Bəzən  hər  şey  biz  istəyən  kimi  olmur…  Arzularımız 

ürəyimizin gizlinlərində ilişib qalır. 

Amma, lakin, əfsus!!! 



Bu dünya görüş yeridi 

 

 



209 

Onun  yollarını  küləklər,  ömrün  dolanbac  labirintləri, 

tale  və  alnının  qırışları  arasından silinib  getmiş  yazılar  qa-

rışdırdı. Özünü özünə unutdurdu. Özgələşdi. Böyük isteda-

dını məşhuri-cahan etmək üçün taleyinə qarşı üsyan qaldı-

rıb, alın qırışlarını açıb, oradakı yazıları yerli-köklü siləcək-

di. Və yenidən, lap əvvəldən dünyanın taleyini yazacaqdı. 

…ta Adəmdən bu yana… 

…sətir-sətir… 

…misra-misra… 

Ancaq heyif… Zaman sərt üzünü göstərəndə artıq əcəl 

ona  bir  addım  da  olsa  yaxınlaşmışdı.  Gözdən,  könüldən 

uzaqlarda poeziyanın şöhrət zirvəsinə qalxmaq həvəsini za-

man  əlindən  almışdı  Aqil  İmanın.  O  şair  olmaqdan  imtina 

etmişdi. Ancaq durarmı şair ürəyi!? Durmaz. Qələmsiz, ka-

ğızsız, şeirsiz ötüşməz. Şeirlərini taleyüklü dərdləri ilə  ya-

zırdı,  qəlbinin,  beyninin  əbədi  guşələrinə.  Yarı  məhəbbət, 

yarı vətənpərvərlik, yarı da “özümsəl” mahnılar… ona görə 

“özümsəl” deyirəm ki, onun yaradıcılığında hərdən elə mo-

dern üslublu, yeni ideyalara, struktura və harmonik vəhdətə 

rast  gəlirdim  ki… …susdum…  …AQİL  İMANnın  yeni 

avazını dinləyirəm…  

 

İmanam, uzaqdan eşit sədamı: 

Gəlim gözlərinə olum fədamı? 

Dayan! Ayaq saxla payız adamı, 

Xəzəl dəlisiyəm səni sevəndən. 

 

Sormayın… Dindirməyin… Demərəm. Onun kriptosu: 



– SUSMAQ. İfadə tərzi: Yuğlamaq. 

Hə! Bax, belə. Bəlkə, mən də susum!? Dinməyim. Yaz-

mayım. Yox. Hələ deməli olduğum nəsnələr var. 



Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə