5
yaların müəyyənləşdirilməsi və ayrılması ......................33
Addım 2b – Sahə dəyərləndirilməsinin həyata keçirilməsi
..........................................................................................35
Addım 3 – Potensial meşə tərkibinin müəyyən edilməsi..35
Addım 4 – Transformasiya strategiyası haqqında qərar
verlməsi ............................................................................36
Addım 5 – Mühafizə metodu, sahənin hazırlanması və
səpin/əkin metodları üzrə qərar veriməsi .........................37
Addım 6 – Gözlənilən aqrotexniki və qulluq tələblərinin
göstərilməsi ......................................................................38
5.2 Meşə transformasiya planı .......................................40
5.3 Yerli
insanların cəlb olunması ..................................44
6 Xülasə və gələcəyə baxış ..................................................45
İstinadlar .................................................................................47
6
ÖN SÖZ
İqlim modelləşdirilməsinin nəticələri göstərir ki, region
Cənubi Qafqaz regionu orta illik temperaturlarda davamlı
artım və daha aşağı orta illik yağıntılarla üzləşə bilər. Regionda
həmçinin ekstremal hava hadisələrinin daha sıx baş verməsi
gözləniləndir. Bölgənin ağac cinslərinin böyüyüb inkişaf edə
biləcəyi coğrafi zonalar yerdəyişməyə məruz qalacaq, digər
tərəfdən, regionun ağac cinslərinin meşələri bəsləməkdən
məhrum olduğu həmin hissələri öz həyat qabiliyyətini
itirəcəkdir. Nəticə etibarilə, bu meşələr bölgə insanlarının asılı
olduğu ekosistem xidmətlərini təmin etməyə artıq qadir
olmayacaq, yaxud da bu xidmətləri daha az miqdarda təmin
edəcəkdir.
Bu tövsiyələrin məqsədi Cənubi Qafqaz ölkələrində, yəni
Azərbaycan, Ermənistan və Gürcüstanda meşələrin iqlim
dəyişikliklərinə planlaşdırılan adaptasiyasını dəstəkləməkdir.
Bu tövsiyələr proqnoz olunan iqlim dəyişikliklərinin regionun
meşələrinə təsirlərini və meşə idarəçilərinin bu təsirləri
azaltmaq üçün həyata keçirə biləcəyi strategiyaları təsvir edir,
bununla meşələrin eko-sistem funksiyalarının dayanıqlılığına
yardım etməyə çalışır. Tövsiyələrdə təsvir olunan təcrübi
tədbirlər xüsusilə də süni salınmış meşə massivlərinin iqlim
dəyişmələrinin təsirlərinə daha dayanıqlı olmasına
hədəflənmişdir.
Tövsiyələr əsasən meşə mütəxəssislərinə yardımçı olmaq
məqsədilə hazırlanmış, lakin eyni zamanda elm adamları və
səlahiyyətli şəxslər üçün maraqlı ola bilər. Bu tövsiyələr WWF
tərəfindən 2011-ci ildə dərc olunmuş Meşələrin Bərpası üzrə
Tövsiyələr (Meşələrin Bərpası üzrə Tövsiyələr, 2011) əsasında
tərtib olunmuşdur.
Bu tövsiyələr sənədli materiallar əsasında hazırlanmış
tədqiqata və 2012-2014-cü illərdə həyata keçirilmiş “Cənubi
7
Qafqazda meşələrin transformasiyası vasitəsilə iqlim
dəyişikliyinə qarşı meşə ekosistemlərin bərpa olunma
qabiliyyətinin artırılması” layihəsindən əldə olunmuş əyani
təcrübəyə əsaslanmışdır. Layihə Avropa İttifaqı tərəfindən
dəstəklənmiş və WWF -Almaniya və onun tərəfdaş təşkilatları
– WWF-Qafqaz, WWF -Ermənistan və WWF - Azərbaycan
tərəfindən həyata keçirilmişdir. Biz bu dəstək və tərəfdaşlığa
görə səmimi təşəkkürlərimizi bildiririk.
WWF - Almaniya, WWF - Qafqaz, WWF - Ermənistan və
WWF Azərbaycan hazırkı tövsiyələrlə bağlı istənilən əlavə
təkmilləşmə təkliflərinə açıqdır və bu tövsiyələrin geniş
miqyasda mümkün icrasından məmnun olacaqdır.
Matias Liştenberger Qafqaz Program əməkdaşı, WWF -
Almaniya
8
1
GİRİŞ
WWF 2011-2014-cü illər ərzində Enerji Tematik Proqramı
daxil olmaqla ətraf mühit və təbii sərvətlərin dayanıqlı idarə
olunması təşəbbüsü çərçivəsində Aİ-nın maliyyə dəstəyi ilə
“Cənubi Qafqazda meşələrin transformasiyası vasitəsilə iqlim
dəyişikliyinə qarşı meşə ekosistemlərinin bərpa olunma
qabiliyyətinin artırılması” layihəsini həyata keçirmişdir.
Layihə meşələrin transformasiya metodlarını Cənubi Qaf-
qazın Ermənistanda iki, Azərbaycanda iki və Gürcüstanda iki
məntəqə olmaqla toplam 6 məntəqədə pilot layihə olaraq
sınaqdan keçirmişdir. Transformasiya tədbirləri ümumilikdə
448 hektar sahədə həyata keçirilmişdir. Bu tövsiyələr həmin
sahələrdə əldə olunan təcrübələr əsasında hazırlanmışdır.
İlk olaraq, regiondakı meşə landşaftları haqqında qısa
icmal verilmişdir. İcmalın ardınca regionun iqliminin necə
dəyişdiyinə dair hesablamalar və iqlim modellərindən alınan
proqnozlar əsasında gələcəkdə iqlimin necə olacağı barədə
şərhlər verilir. Daha sonra təlimatlar iqlim dəyişmələrinin
meşələrə təsirini və Cənubi Qafqazın iqlimində proqnoz olunan
dəyişikliklərin regionun meşələrinə təsirini təsvir edir. Ardınca
təlimatlar iqlimdə proqnoz olunan dəyişiklikləri və müxtəlif
ağac cinslərinin gələcək iqlim şəraitlərinə münasibliyini nəzərə
almaqla meşə transformasiya tədbirlərini təsvir və izah edir.
Biz ümid edirik ki, müşayiətedici sənəd olan “Meşələrin
Bərpasi üzrə Tövsiyələr”lə birlikdə bu tövsiyələr də faydalı
olacaq və Qafqaz regionda və ya digər bölgələrdə həyata
keçiriləcək oxşar səylər üçün ilhamverici amil olacaqdır.
Dostları ilə paylaş: |