24
təcrübələr əsasında yığım üçün təkcə müəyyən ağacları
seçməyən üsullar vasitəsilə meşələrdə genetik müxtəlifliyi
saxlamaq.
2.Təbii meşələrdən və baza göstəricilərindən istifadə
etməklə meşə massivlərinin və landşaftın struktur
mürəkkəbliyini saxlamaq.
3.Parçalanmanı azaltmaqla, yoxa çıxmış cinsləri (meşə
növlərini) bərpa etməklə və mühafizə olunan ərazi şəbəkələrini
genişləndirməklə meşə landşaftları arasında qarşılıq əlaqənin
saxlanması (bax, aşağıda 8).
4.Funksional müxtəlifliyin (və zənginliyin) saxlanması və
rəngarəng təbii meşələrin monotip və ya kasad cinslərdən
ibarət meşə massivlərinə çevrilməsini əngəlləmək.
5.Bölgəyə yad cinslərə nəzarət edilməsi və ağac əkini,
meşələrin salınması və ya meşə örtüyünün bərpası layihələri
üçün qeyri-doğma ağac cinslərinə etibar edilməsinin
azaldılması vasitəsilə qeyri-təbii rəqabətin azaldılması.
6.Region mənşəli ağaclarla və gələcəkdə gözlənilən iqlim
şəraitlərinin səciyyəvi olduğu qonşu regionların iqlimlərinə
uyğunlaşmış ağaclarla regenerasiya prosesinə yardım
göstərilən sahələrin bölgüsü vasitəsilə mənfi nəticələrin
mümkünlüyünü azaltmaq.
7.Bütün miqyaslarda (meşə, landşaft və bioregional) və
bütün elementlərdə (genetik, cinslər və icma) biomüxtəlifliyin
saxlanması, eləcə də orqanizmlərin, ağac cinslərinin təcrid
olunmuş və ya parçalanmış populyasiyasını onların yayılma
arealları və sığnaq şəbəkələri hüdudunda mühafizə olunması
daxil olmaqla xüsusi tədbirləri görülməsi. Bu populyasiyalar
25
böyük ehtimal iqlim dəyişikliklərinə reaksiya vermək üçün
təkrar adaptasiya olmuş gen fondlarını təmsil edir və şərait
dəyişdikcə əsas populyasiya növlərini formalaşdıra bilər.
8.Elmi şəkildə tərtib olunmuş, hərtərəfli, adekvat və
təmsilçi mühafizə olunan milli və regional ərazi şəbəkələrinin
mövcudluğunu təmin etmək. Bu cür şəbəkələri iri miqyaslı
landşaftların bir-biri ilə əlaqəsi üçün milli və regional planlaş-
dırmaya salınması.
4.3
Avropa İttifaqı ölkələrində meşə trans-
formasiyası
Meşə massivlərinin transformasiyası Avropa İttifaqında
son iyirmi il ərzində geniş yayılmışdır. Belə ki, getdikcə daha
çox meşə idarəçiləri ənənəvi aqrotexniki təcrübələrin meşə-
liklərin ekoloji cəhətdən qeyri stabil vəziyyətə düşməsinə şahid
olmuşlar. Meşələrin transformasiyası istiqamətində gedən bu
hərəkat hətta iqlim dəyişikliklərinin meşələrə təsiri haqqında
narahatlıqların geniş yayılmasından əvvəl təşəkkül tapmış,
sonradan həşəratlara və xəstəliklərə müqavimət barədə qayğı-
larla, həmçinin monokultura meşələrinin sahələrə uzunmüd-
dətli təsiri və estetik mülahizələrlə daha geniş vüsət almışdır.
Materik Avropanın qərb və mərkəzi hissəsində ən azı 6-7
hektar xalis Norveç küknarı (Picea abies) cinslərin təbii
areallarından kənarda yerləşmişdir; ən azı 4-5 milyon hektar
meşə təbiətən genişyarpaqlı cinslərin və qarışıq ağac
cinclərinin dominant olduğu sahələrdə yerləşmişdir. Bu
meşələr zaman keçdikcə meşələrin azalmasına, külək
nəticəsində yıxılmalara, həşəratların hücumuna, quraqlığa və
torpağın korlanmasına daha intensiv şəkildə məruz qalmışdır.
26
Belə meşə massivlərinin qarışıq meşələrə transformasiyası
Avropa İttifaqı ölkələrində ən vacib strateji meşəçilik
hədəflərinə və meşə siyasəti və təcrübələrinə çevrilmişdir.
Birləşmiş Krallıqda və İrlandiyada gümüşü küknar (Picea
sitchensis), Norveç küknarı və qarmaqvari şam şamı (Pinus
contorta) kimi qeyri-doğma cinslərdən istifadə etməklə iynə-
yarpaqlı monokulturadan ibarət geniş meşə plantasiyaları
salınmışdır. Hazırda bu ölkələrdə həmin plantasiyaların qarışıq
“davamlı örtük” meşələrinə transformasiyası istiqamətində
geniş vüsət alan hərəkat gedir.
Avropa İttifaqı ölkələrində aşağıdakı standart vəziyyətlər
və trasnformasiya konsepsiyaları fərqləndirilə bilər:
1.
Norveç küknarı ( Picea abies) monokulturaları –
Fıstıq ağaclarının əkilməsi vasitəsilə transformasiya; daha
dəqiq desək, bu transformasiya Almaniyanın Bavariya və
Hesse torpaqlarında keçirilmişdir (Bayerische Landesanstalt
für Wald und Forstwirtschaft 2009; Hessen-Forst 2008):
2.
Şam ağacı ( Pinus sylvestris) monokulturaları – şam
meşələrinin ağac örtüyünün açılmasından sonra palıd
ağaclarının (və digər genişyarpaqlı cinslər) tətbiqi vasitəsilə
transformasiya; daha dəqiq desək, bu cür transformasiya
tədbirləri Almaniyanın Brandenburq torpağında həyata
keçirilmişdir (Ministerium für Ländliche Entwicklung, Umwelt
und Verbraucherschutz des Landes Brandenburg und
Landesforstanstalt Eberswalde 2006).
3.
Duqlas küknar monokulturalarının zənginləş-
dirilməsi; Almaniyanın Hesse torpağında aparılmışdır
(Hessen-Forst 2008).
27
4.
Xalis fıstıq meşələrinin zənginləşdirilməsi; Alma-
niyanın Hesse torpağında həyata keçirilmişdir (Hessen-Forst
2008).
Almaniyanın Brandenburq torpağının təcrübəsi xüsusilə
uyğundur, çünki Cənubi Qafqazda olduğu kimi ilkin vəziyyət
bir qayda olaraq sahəyə adaptasiya olmayan süni salınmış şam
ağaclarından ibarət monokultura meşələrinin geniş yayılması
ilə səciyyələnir. Birləşmiş Krallığın təcrübəsi də maraqlıdır:
İlkin vəziyyətin Cənubi Qafqazdakından fərqli olmasına
baxmayaraq, transformasiyanın məqsədi eynidir və meşə admi-
nistrasiyası iynəyarpaqlı monokulturaların daha dayanıqlı
meşələrə çevrilməsi yolları haqqında proses təlimatları işləyib
hazırlamışdır.
5
REGİONUN SÜNİ SALINMIŞ MEŞƏLƏRİNİ İQ-
LİM DƏYİŞİKLİKLƏRİNƏ DAHA DAYANIQLI EDƏ-
CƏK TRANSFORMASİYA TƏDBİRLƏRİ ÜZRƏ TƏC-
RÜBİ TÖVSİYƏLƏR
Bu tövsiyələr Cənubi Qafqazda meşələri, xüsusilə də meşə
plantasiyalarını iqlim dəyişmələrinə daha dayanıqlı etmək üçün
müvafiq tədbirlərin işlənib hazırlanma prosesinə diqqət yetirir.
Hasarlama, zəminin hazırlanması, səpin və əkin kimi xüsusi
tədbirlər haqqında təfsilatlı tövsiyələr müşayiətedici nəşr olan
“Meşələrin bərpası üzrə Tövsiyələr: Cənubi Qafqazda meşə
landşaftlarının bərpası” adlı sənəddə ehtiva olunmuşdur.
Bu tövsiyələr ÜTMF-nin “Cənubi Qafqazda meşələrin
transformasiyası vasitəsilə iqlim dəyişikliyinə qarşı meşə
ekosistemlərin bərpa olunma qabiliyyətinin artırılması”
layihəsinin icrasından əldə etdiyi təcrübələrdən bəhrələnmişdir.
Layihənin və bu təlimatların meşəçilik üzrə əsas diqqəti
regiondakı monokultura meşə zolaqlarının son dərəcə
Dostları ilə paylaş: |