1
SAYLI
P
ROTOKOLUN
3-
CÜ MADDƏSI ÜZRƏ TƏLIMAT
–
A
ZAD SEÇKI HÜQUQU
"əməkdaşları" ilə əlaqədar idi. Həmin komitədə mövcud olmuş xidməti vəzifələrin
müxtəlifliyini
nəzərə alsaq, məhdudiyyətin miqyası həddən artıq geniş idi. Belə olan halda
sadəcə olaraq müvafiq şəxsin müəyyən qrupa mənsub olmasının müəyyənləşdirilməsi artıq
yetərli deyildi. Sözügedən qrupa verilmiş anlayış həddən artıq geniş idi və onun üzvlərinin
seçki hüquqlarına məhdudiyyət qoymaq üçün onların real davranışını nəzərə alan fərdi
yanaşma tətbiq edilməli idi. Hər bir ayrıca halda bu cür fərdi yanaşmanın zəruriliyi zaman
keçdikcə xüsusilə önəm kəsb edirdi. Ərizəçi totalitar rejimin cinayətkar hərəkətlərində və ya
Latviyanın müstəqilliyinə və demokratik quruluşuna onun müxalif və düşmən mövqedə
olduğunu göstərən hər hansı hərəkətdə birbaşa və ya dolayısı ilə iştirak etməkdə heç vaxt
təqsirləndirilməmişdi. Bundan başqa, o, onilliklər boyu davam etmiş nüfuzlu hərbi və siyasi
karyerasından sonra müstəqilliyini bərpa etmiş Latviyada yalnız son dövrlərdə rəsmən
seçilmək hüququ olmayan şəxs hesab edilmişdi. Belə vəziyyətdə ərizəçinin seçilmək hüququ
olmamasına olduqca inandırıcı əsaslar haqq qazandırsa bilərdi. Bundan əlavə, keçmiş DTK
əməkdaşlarına digər qanunvericilik aktlarında nəzərdə tutulmuş məhdudiyyətlərin tətbiqi
üçün müəyyən edilmiş on illik müddət əlavə olaraq on il uzadılmış və parlament və hökumət
tərəfindən bunun səbəbləri barədə heç bir izahat verilməmişdi. Buna görə də Məhkəmə bu
qənaətə gəldi ki, ərizəçiyə münasibətdə həmin müddətin uzadılması açıq-aydın əsassızdır.
C. Seçkilərin təşkili
51. Seçkilərin praktiki təşkili mürəkkəb qanunvericiliyin qəbul edilməsini və bəzi hallarda
ona dəyişikliklər edilməsini tələb edən kompleks məsələdir. Bu məsələnin araşdırılması tələb
olunarkən Məhkəmə məsələnin mürəkkəbliyini və hər bir dövlətin spesifik xüsusiyyətlərini
nəzərə almaya bilməz. Nəticədə bu məsələ ilə bağı dövlətlərə geniş qiymətləndirmə
sərbəstliyi verilir.
52. Məhkəmə konkret olaraq bu fikirdədir ki, seçki siyahılarının lazımi qaydada tərtib
edilməsi azad və ədalətli səsvermənin zəruri ilkin şərtidir. Seçkidə namizəd qismində iştirak
hüququnun səmərəliliyi, şübhəsiz ki, səsvermə hüququnun ədalətli şəkildə həyata keçirilməsi
ilə şərtlənir. Seçki siyahılarının düzgün təşkil edilməməsi namizədlərin seçkidə bərabər və
ədalətli əsasda iştirak etmək şanslarını azaltmış olur (
Gürcüstan Əmək Partiyası Gürcüstana
qarşı
, 82-83-cü bəndlər). Seçki siyahılarının tərtib edilməsinə dair qaydaların seçkidən bir ay
əvvəl gözlənilmədən dəyişdirildiyi işdə Məhkəmə yeni qeydiyyat sisteminin mükəmməl
olmadığını qəbul etdi, amma bu fakta daha çox önəm verdi ki, dövlət orqanları yeni səsvermə
qaydalarını daha ədalətli etmək üçün heç bir səy göstərməmişdilər. Konkret olaraq, seçki
orqanları "inqilabdan sonrakı" siyasi situasiyada seçki siyahılarındakı açıq-aydın qüsurların
çox qısa müddətlərdə aradan qaldırılmasında çətinliklə üzləşmişdilər və buna görə də bu
məsələnin dövlət orqanları tərəfindən ideal formada həll ediləcəyini gözləmək onların üzərinə
həddən artıq ağır və öhdəsindən gəlinməsi mümkün olmayan yük qoymağa bərabər idi.
Siyahıda qeydə alınmalarını yoxlamaq və zərurət olduqda düzəlişlər aparılmasını tələb etmək
vəzifəsi seçicilərin üzərinə düşürdü. Məhkəmə bu qənaətə gəldi ki, bu məsələ dövlətin
qiymətləndirmə sərbəstliyinin hüdudları daxilindədir (
yenə orada
).
1. Ciddi namizədliklərin təmin edilməsi: depozit qoyma tələbi
53. Bir sıra dövlətlərin seçki qanunvericiliyində qeyri-ciddi namizədləri öz namizədliyini
irəli sürməkdən çəkindirmək üçün depozit ödənişinin edilməsi nəzərdə tutulur. Belə tədbirlər
seçkidə namizədliklərini irəli sürənlərin məsuliyyətini artırır və seçkilərin dairəsini ciddi
namizədlərlə məhdudlaşdırır, eyni zamanda dövlət vəsaitlərinin əsassız xərclənməsinin
qarşısını alır. Buna görə də bu tədbirlərin qanuni məqsəd daşıdığını, yəni səmərəli və rasional
şəkildə təmsil olunma hüququnu təmin etməyə yönəldiyini hesab etmək olar (
Suxovetski
Ukraynaya qarşı
, 61-62-ci bəndlər).
17
Avropa İnsan Hüquqları Məhkəməsi
1
SAYLI
P
ROTOKOLUN
3-
CÜ MADDƏSI ÜZRƏ TƏLIMAT
–
A
ZAD SEÇKI HÜQUQU
54. Bununla belə, depozitin məbləği mütənasib olmalıdır ki, bir tərəfdənqeyri-ciddi
namizədlərin çəkindirilməsi, digər tərəfdən isə ciddi namizədlərin qeydiyyata alınmasına
imkan yaradılması arasında balans gözlənilmiş olsun. Beləliklə, Məhkəmə bu cür depozitlərin
seçkilər üçün tələb olunan məbləğin və dövlət tərəfindən təmin edilən seçki təşviqatı
xidmətlərinin xərclərini və seçkilərin təşkilinin digər iri həcmli məsrəflərini azaltmağa kömək
edə biləcəyini nəzərə alır.
55. Mütənasiblik meyarının təmin edilməsi üçün, tələb olunan depozitin məbləği həddən
artıq yüksək olmamalı, yaxud seçki yarışına qatılmaq istəyən qətiyyətli namizəd üçün inzibati
və ya maliyyə baryeri təşkil etməməli və xüsusən də yetərincə təmsilçiliyi olan siyasi
cərəyanların meydana çıxmasına əngəl törətməməli və ya plüralizm prinsipinə müdaxilə
təşkil etməməlidir (
yenə orada
, 72-73-cü bəndlər). Seçki depozitini ödəmək tələbi və
depozitin və (və ya) seçki təşviqatı xərclərinin geri ödənilməsi üçün partiyanın səslərin
müəyyən faizini qazanmasının şərt kimi irəli sürülməsi cəmiyyətdə kifayət qədər təmsilçisi
olan ideya cərəyanlarının parlamentdə təmsil olunmasına xidmət edir və həmin şərt 1 saylı
Protokolun 3-cü maddəsi baxımından əsaslı və mütənasibdir, həmçinin nəzərə almaq lazımdır
ki, bu məsələdə iştirakçı dövlətlərə geniş qiymətləndirmə sərbəstliyi verilir (
Rusiya
Sahibkarlarının Mühafizəkar Partiyası və başqaları Rusiyaya qarşı
, 94-cü bənd). Bu sözlər
hətta depozitin geri ödənilməsinin mümkün olmadığı hallara da aiddir (
Suxovetski Ukraynaya
qarşı
).
Bununla belə, depozitin geri ödənilməsinin mümkün olub-olmaması məsələsi 1 saylı
Protokolun 1-ci maddəsi üzrə məsələləri meydana çıxara bilər.
Rusiya Sahibkarlarının
Mühafizəkar Partiyası və başqaları Rusiyaya qarşı
məhkəmə işində Məhkəmə müəyyən etdi
ki,müəyyən namizədlər tərəfindən düzgün olmayan informasiyaların verilməsi ilə əlaqədar
olaraq partiyanın siyahısının bütünlüklə ləğv edilməsinə gətirib çıxarmış ölkədaxili prosedur
hüquqi müəyyənlik prinsipini pozub. Ərizəçi partiya artıq seçki depozitini ödəmişdi. 1 saylı
Protokolun 3-cü maddəsi üzrə şikayətlə bağlı gəldiyi qənaəti nəzərə alaraq, Məhkəmə hesab
etdi ki, depozit məbləğini geri qaytarmaqdan imtina edilməsi 1 saylı Protokolun 1-ci
maddəsini pozub.
2. Siyasi mühitdə həddən artıq parçalanmanın qarşısını almaq
56. Namizədlərin siyahısında təmsil olunmaq üçün tələb olunan imzaların sayı ilə bağlı
şərtlər qanunverici orqanı seçərkən xalqın öz rəyini ifadə etməsinə maneə təşkil etmir
(
Asensio Serkueda İspaniyaya qarşı
(qərardad);
Kanar adalarının Milli Federasiyası
İspaniyaya qarşı
(qərardad);
Brito da Silva Gerra və Souza Manyo Portuqaliyaya qarşı
(qərardad);
Mixaela Mixayi Nyaqu Rumıniyaya qarşı
(qərardad), 31-ci bənd).
57. Lakin belə tədbirlər qanuni məqsəd daşımalı, məsələn, namizədliklərin reprezentativ
xarakterini təmin etmək və qeyri-münasib namizədləri kənarlaşdırmaq məqsədi ilə
namizədlər arasında ağlabatan seleksiyanın aparılmasına yönəlməli və bu məqsədə mütənasib
olmalıdır. Müvafiq olaraq, seçki siyahısında qeydiyyata alınmış bütün vətəndaşların 0,55%-
ini təşkil edən 100.000 imzadan ibarət hədd 1 saylı Protokolun 3-cü maddəsinə uyğun hesab
edildi (
yenə orada
).
58. Analoji olaraq, Məhkəmə hesab etdi ki, imza qoyanların seçki siyahısında qeydiyyata
alındığını sübut etmək üçün imzaların təsdiq olunması tələbi qanuni məqsəd daşıyır, yəni
imza qoyanların səsvermə hüququna malik olduqlarına və onların hər birinin yalnız bir
namizədi dəstəklədiklərinə əminliyin təmin olunmasına yönəlib. Buna görə də sözügedən
rəsmiyyətlərə riayət etməyən namizədin namizədliyinin rədd edilməsi qeyri-mütənasib tədbir
sayılmadı (
Brito da Silva Gerra və Souza Manyo Portuqaliyaya qarşı
(qərardad)).
18
Avropa İnsan Hüquqları Məhkəməsi