Case-law guide on Article of Protocole No. Aze



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə8/13
tarix12.10.2018
ölçüsü0,88 Mb.
#73720
1   ...   5   6   7   8   9   10   11   12   13

1

 SAYLI 


P

ROTOKOLUN 

3-

CÜ MADDƏSI ÜZRƏ TƏLIMAT 



 

A



ZAD SEÇKI HÜQUQU 

 

"əməkdaşları"  ilə  əlaqədar  idi.  Həmin komitədə  mövcud  olmuş  xidməti  vəzifələrin 



müxtəlifliyini nəzərə alsaq, məhdudiyyətin miqyası həddən artıq geniş idi. Belə olan halda 

sadəcə olaraq müvafiq şəxsin müəyyən qrupa mənsub olmasının müəyyənləşdirilməsi artıq 

yetərli deyildi. Sözügedən qrupa verilmiş anlayış həddən artıq geniş idi və onun üzvlərinin 

seçki  hüquqlarına  məhdudiyyət  qoymaq  üçün  onların  real  davranışını  nəzərə  alan fərdi 

yanaşma tətbiq edilməli idi. Hər bir ayrıca halda bu cür fərdi  yanaşmanın zəruriliyi zaman 

keçdikcə xüsusilə önəm kəsb edirdi. Ərizəçi totalitar rejimin cinayətkar hərəkətlərində və ya 

Latviyanın  müstəqilliyinə  və  demokratik  quruluşuna  onun  müxalif  və  düşmən  mövqedə 

olduğunu  göstərən  hər  hansı  hərəkətdə  birbaşa  və  ya  dolayısı  ilə  iştirak  etməkdə  heç  vaxt 

təqsirləndirilməmişdi. Bundan başqa, o, onilliklər boyu davam etmiş nüfuzlu hərbi və siyasi 

karyerasından  sonra  müstəqilliyini bərpa  etmiş  Latviyada  yalnız  son  dövrlərdə  rəsmən 

seçilmək hüququ olmayan şəxs hesab edilmişdi. Belə vəziyyətdə ərizəçinin seçilmək hüququ 

olmamasına olduqca inandırıcı əsaslar haqq qazandırsa bilərdi. Bundan əlavə, keçmiş DTK 

əməkdaşlarına  digər  qanunvericilik  aktlarında  nəzərdə  tutulmuş  məhdudiyyətlərin tətbiqi 

üçün müəyyən edilmiş on illik müddət əlavə olaraq on il uzadılmış və parlament və hökumət 

tərəfindən bunun səbəbləri barədə heç bir izahat verilməmişdi. Buna görə də Məhkəmə bu 

qənaətə gəldi ki, ərizəçiyə münasibətdə həmin müddətin uzadılması açıq-aydın əsassızdır. 



C.  Seçkilərin təşkili 

51.  Seçkilərin praktiki təşkili  mürəkkəb  qanunvericiliyin  qəbul edilməsini  və  bəzi  hallarda 

ona dəyişikliklər edilməsini tələb edən kompleks məsələdir. Bu məsələnin araşdırılması tələb 

olunarkən Məhkəmə məsələnin mürəkkəbliyini və hər bir dövlətin spesifik xüsusiyyətlərini 

nəzərə  almaya  bilməz.  Nəticədə  bu məsələ  ilə  bağı  dövlətlərə  geniş  qiymətləndirmə 

sərbəstliyi verilir. 

52.  Məhkəmə  konkret olaraq bu fikirdədir  ki,  seçki  siyahılarının  lazımi  qaydada  tərtib 

edilməsi azad və ədalətli səsvermənin zəruri ilkin şərtidir. Seçkidə namizəd qismində iştirak 

hüququnun səmərəliliyi, şübhəsiz ki, səsvermə hüququnun ədalətli şəkildə həyata keçirilməsi 

ilə  şərtlənir.  Seçki  siyahılarının  düzgün  təşkil  edilməməsi  namizədlərin seçkidə  bərabər  və 

ədalətli əsasda iştirak etmək şanslarını azaltmış olur (

Gürcüstan Əmək Partiyası Gürcüstana 

qarşı

, 82-83-cü bəndlər). Seçki siyahılarının tərtib edilməsinə dair qaydaların seçkidən bir ay 

əvvəl  gözlənilmədən dəyişdirildiyi  işdə  Məhkəmə  yeni qeydiyyat sisteminin mükəmməl 

olmadığını qəbul etdi, amma bu fakta daha çox önəm verdi ki, dövlət orqanları yeni səsvermə 

qaydalarını  daha  ədalətli etmək  üçün  heç  bir  səy  göstərməmişdilər.  Konkret  olaraq,  seçki 

orqanları  "inqilabdan sonrakı" siyasi situasiyada seçki siyahılarındakı açıq-aydın qüsurların 

çox  qısa  müddətlərdə  aradan  qaldırılmasında  çətinliklə  üzləşmişdilər  və  buna  görə  də  bu 

məsələnin dövlət orqanları tərəfindən ideal formada həll ediləcəyini gözləmək onların üzərinə 

həddən  artıq  ağır  və  öhdəsindən  gəlinməsi  mümkün  olmayan  yük  qoymağa  bərabər  idi. 

Siyahıda qeydə alınmalarını yoxlamaq və zərurət olduqda düzəlişlər aparılmasını tələb etmək 

vəzifəsi seçicilərin  üzərinə  düşürdü.  Məhkəmə  bu qənaətə  gəldi  ki,  bu  məsələ  dövlətin 

qiymətləndirmə sərbəstliyinin hüdudları daxilindədir (

yenə orada

). 


1.  Ciddi namizədliklərin təmin edilməsi: depozit qoyma tələbi  

53.  Bir  sıra  dövlətlərin  seçki  qanunvericiliyində  qeyri-ciddi  namizədləri  öz  namizədliyini 

irəli sürməkdən çəkindirmək üçün depozit ödənişinin edilməsi nəzərdə tutulur. Belə tədbirlər 

seçkidə  namizədliklərini irəli sürənlərin məsuliyyətini  artırır  və  seçkilərin dairəsini ciddi 

namizədlərlə  məhdudlaşdırır,  eyni  zamanda  dövlət  vəsaitlərinin  əsassız  xərclənməsinin 

qarşısını alır. Buna görə də bu tədbirlərin qanuni məqsəd daşıdığını, yəni səmərəli və rasional 

şəkildə  təmsil  olunma  hüququnu  təmin etməyə  yönəldiyini  hesab  etmək  olar  (

Suxovetski 

Ukraynaya qarşı

, 61-62-ci bəndlər). 

17 

 

Avropa İnsan Hüquqları Məhkəməsi 




1

 SAYLI 


P

ROTOKOLUN 

3-

CÜ MADDƏSI ÜZRƏ TƏLIMAT 



 

A



ZAD SEÇKI HÜQUQU

 

54.  Bununla belə,  depozitin  məbləği  mütənasib  olmalıdır  ki,  bir  tərəfdənqeyri-ciddi 



namizədlərin çəkindirilməsi,  digər tərəfdən isə  ciddi  namizədlərin qeydiyyata  alınmasına 

imkan yaradılması arasında balans gözlənilmiş olsun. Beləliklə, Məhkəmə bu cür depozitlərin 

seçkilər üçün tələb olunan məbləğin  və  dövlət tərəfindən təmin edilən seçki təşviqatı 

xidmətlərinin xərclərini və seçkilərin təşkilinin digər iri həcmli məsrəflərini azaltmağa kömək 

edə biləcəyini nəzərə alır. 

55.  Mütənasiblik  meyarının  təmin edilməsi  üçün,  tələb  olunan  depozitin  məbləği  həddən 

artıq yüksək olmamalı, yaxud seçki yarışına qatılmaq istəyən qətiyyətli namizəd üçün inzibati 

və  ya maliyyə  baryeri təşkil  etməməli  və  xüsusən də  yetərincə  təmsilçiliyi olan siyasi 

cərəyanların  meydana  çıxmasına  əngəl  törətməməli  və  ya  plüralizm  prinsipinə  müdaxilə 

təşkil  etməməlidir  (

yenə  orada

,  72-73-cü bəndlər).  Seçki  depozitini  ödəmək tələbi  və 

depozitin  və  (və  ya) seçki təşviqatı  xərclərinin  geri  ödənilməsi  üçün  partiyanın  səslərin 

müəyyən faizini qazanmasının şərt kimi irəli sürülməsi cəmiyyətdə kifayət qədər təmsilçisi 

olan ideya cərəyanlarının parlamentdə təmsil olunmasına xidmət edir və həmin şərt 1 saylı 

Protokolun 3-cü maddəsi baxımından əsaslı və mütənasibdir, həmçinin nəzərə almaq lazımdır 

ki,  bu  məsələdə  iştirakçı  dövlətlərə  geniş  qiymətləndirmə  sərbəstliyi  verilir  (

Rusiya 

Sahibkarlarının Mühafizəkar Partiyası və başqaları Rusiyaya qarşı

, 94-cü bənd). Bu sözlər 

hətta depozitin geri ödənilməsinin mümkün olmadığı hallara da aiddir (

Suxovetski Ukraynaya 

qarşı

). 


Bununla belə,  depozitin  geri  ödənilməsinin mümkün olub-olmaması  məsələsi  1  saylı 

Protokolun  1-ci maddəsi  üzrə  məsələləri  meydana  çıxara  bilər. 



Rusiya  Sahibkarlarının 

Mühafizəkar Partiyası və başqaları Rusiyaya qarşı

 məhkəmə işində Məhkəmə müəyyən etdi 

ki,müəyyən  namizədlər tərəfindən  düzgün  olmayan  informasiyaların  verilməsi ilə  əlaqədar 

olaraq partiyanın siyahısının bütünlüklə ləğv edilməsinə gətirib çıxarmış ölkədaxili prosedur 

hüquqi müəyyənlik prinsipini pozub. Ərizəçi partiya artıq seçki depozitini ödəmişdi. 1 saylı 

Protokolun 3-cü maddəsi üzrə şikayətlə bağlı gəldiyi qənaəti nəzərə alaraq, Məhkəmə hesab 

etdi  ki,  depozit  məbləğini  geri  qaytarmaqdan imtina edilməsi  1  saylı  Protokolun  1-ci 

maddəsini pozub. 



2.  Siyasi mühitdə həddən artıq parçalanmanın qarşısını almaq 

56.  Namizədlərin  siyahısında  təmsil olunmaq üçün tələb  olunan  imzaların  sayı  ilə  bağlı 

şərtlər  qanunverici  orqanı  seçərkən  xalqın  öz  rəyini ifadə  etməsinə  maneə  təşkil  etmir 

(

Asensio  Serkueda  İspaniyaya  qarşı

  (qərardad); 

Kanar  adalarının  Milli  Federasiyası 

İspaniyaya  qarşı

  (qərardad); 



Brito  da  Silva  Gerra  və  Souza  Manyo  Portuqaliyaya  qarşı

 

(qərardad); 



Mixaela Mixayi Nyaqu Rumıniyaya qarşı

 (qərardad), 31-ci bənd). 

57.  Lakin belə  tədbirlər qanuni məqsəd  daşımalı,  məsələn,  namizədliklərin  reprezentativ 

xarakterini  təmin etmək  və  qeyri-münasib  namizədləri kənarlaşdırmaq  məqsədi ilə 

namizədlər arasında ağlabatan seleksiyanın aparılmasına yönəlməli və bu məqsədə mütənasib 

olmalıdır. Müvafiq olaraq, seçki siyahısında qeydiyyata alınmış bütün vətəndaşların 0,55%-

ini təşkil edən 100.000 imzadan ibarət hədd 1 saylı Protokolun 3-cü maddəsinə uyğun hesab 

edildi (


yenə orada

). 


58.  Analoji  olaraq,  Məhkəmə  hesab  etdi  ki,  imza  qoyanların  seçki  siyahısında  qeydiyyata 

alındığını  sübut  etmək  üçün  imzaların  təsdiq  olunması  tələbi qanuni məqsəd  daşıyır,  yəni 

imza  qoyanların  səsvermə  hüququna  malik  olduqlarına  və  onların  hər  birinin  yalnız  bir 

namizədi dəstəklədiklərinə  əminliyin təmin  olunmasına  yönəlib.  Buna  görə  də  sözügedən 

rəsmiyyətlərə riayət etməyən namizədin namizədliyinin rədd edilməsi qeyri-mütənasib tədbir 

sayılmadı (



Brito da Silva Gerra və Souza Manyo Portuqaliyaya qarşı

 (qərardad)). 

18 

 

Avropa İnsan Hüquqları Məhkəməsi 




Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə