Case-law guide on Article of Protocole No. Aze



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə12/13
tarix12.10.2018
ölçüsü0,88 Mb.
#73720
1   ...   5   6   7   8   9   10   11   12   13

1

 SAYLI 


P

ROTOKOLUN 

3-

CÜ MADDƏSI ÜZRƏ TƏLIMAT 



 

A



ZAD SEÇKI HÜQUQU 

 

deputatlıqdan  imtina  onun  qərarı  qətidir.  Nəhayət,  Aİ  qanunvericiliyinə  uyğun  olaraq 



aparılmış  ölkədaxili  icraatda  o,  mövqeyinin  müdafiəsi  üçün  münasib  hesab  etdiyi 

arqumentləri təqdim etmək imkanına malik idi. Buna görə də Məhkəmə 1 saylı Protokolun 3-

cü maddəsinin pozulmadığını müəyyən etdi. 

IV.  Seçki mübahisələri  

 

84.  Seçkilərlə bağlı mübahisələrə aid işlərin sayı çoxdur. Lakin bu məsələyə Konvensiyanın 



6-cı maddəsi üzrə baxıla bilməz, Məhkəmə müəyyən edib ki, bu maddə belə hallara tətbiq 

edilmir. Onun rəyinə görə, ərizəçinin Fransa Milli Assambleyasına seçkidə namizəd qismində 

iştirak  etmək  və  deputat  yeri  tutmaq  hüququ  6-cı  maddənin  1-ci bəndində  nəzərdə  tutulan 

mənada "mülki" hüquq deyil, siyasi hüquqdur və bu hüququn həyata keçirilməsinə yönələn 

məsələlərlə  bağlı  mübahisələr bu bəndin tətbiq dairəsi  xaricindədir  (

Pyer-Blox  Fransaya 

qarşı

, 50-ci bənd). Eləcə də 6-cı maddənin cinayət hüquqi  aspekti seçki qaydalarına riayət 

edilməməsinə görə təyin olunan cəzalara şamil olunmur (

yenə orada

, 61-ci bənd). 

"Geragyun 

Xorhurd  Patqamavorakan  Akumb"  Ermənistana  qarşı 

məhkəmə  işində  ərizəçi  QHT 

parlament seçkilərində müşahidəçi idi. Onun müxtəlif sənədləri təqdim etməməsi ilə əlaqədar 

olaraq  sonradan  mübahisə  yaranmışdı.  Məhkəmə  hesab  etdi  ki,  sözügedən  icraatın  nəticəsi 

QHT-nin  hüquqları  üçün  həlledici  əhəmiyyət  daşımırdı  və  buna  görə  də  həmin icraat 

Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tətbiq dairəsinə düşmürdü. 

85.  Bununla belə,  bir  neçə  işdə  seçki prosesi kontekstində  səmərəli  hüquqi  müdafiə 

vasitəsinin olmaması Konvensiyanın 13-cü maddəsi üzrə araşdırıldı. Məhkəmə qeyd etdi ki, 

yalnız  demokratik  prosesin  düzgün  cərəyan etməsini təmin etmək  iqtidarında  olan  hüquqi 

müdafiə vasitələri səmərəli sayıla bilər (



Petkov və başqaları Bolqarıstana qarşı

). 


Petkov və 

başqaları Bolqarıstana qarşı

 məhkəmə işində ərizəçilərin adları üç aydan da az müddət öncə 

qəbul edilmiş qanunvericilik müddəası əsasında seçki gününə cəmi on gün qalmış namizədlər 

siyahısından  çıxarılmışdı. Siyahıdan  çıxarma barədə bu kimi qərarlar sonradan  etibarsız və 

qüvvədən  düşmüş  elan  olundu,  amma  seçki  orqanları  ərizəçilərin  namizədliklərini bərpa 

etmədiklərinə görə onlar seçkidə namizəd kimi iştirak edə bilmədilər. Məhkəmə hesab etdi ki

seçkilər kontekstində  mövcud  olan  hüquqi  müdafiə  vasitəsi  yalnız  maddi  ziyanın 

kompensasiyasını  nəzərdə  tutduğuna  görə  Konvensiyanın  13-cü maddəsində  nəzərdə 

tutulmuş  səmərəli  vasitə  sayıla  bilməzdi. 

Qrosaru  Rumıniyaya  qarşı

  məhkəmə  işində 

Məhkəmə qanunverici orqana seçkidə uğursuzluğa məruz qalmış ərizəçinin mübahisəli seçki 

qanunvericiliyi  normalarının  şərhinə  məhkəmə  tərəfindən yenidən  baxılmasına  nail  olmaq 

imkanından  məhrum  olduğunu  qeyd  etdi  və  1  saylı  Protokolun  3-cü maddəsi ilə  birgə 

götürülmüş halda 13-cü maddənin pozulduğunu müəyyən etdi. 

86.  Hüquqi  müdafiə  vasitəsi  mövcud  olmadığı  hallarda  hər  hansı  çatışmazlıqlarla  bağlı 

məsələni 1 saylı Protokolun 3-cü maddəsi əsasında Məhkəmənin qarşısında qaldırmaq olar. 

Belə  çatışmazlıqlar  seçki  prosesinin  dürüstlüyünü  sual  altına  alarsa,  bu  maddənin 

pozuntusunu  təşkil  edə  bilər.  Namizədlik  hüququndan  məhrum  edilmə  və  ya seçkinin 

nəticələri ilə bağlı mübahisələrə dair qərarların qəbulu prosesi sui-istifadə hallarına qarşı ən 

azı  müəyyən minimal təminatlarla  müşayiət  olunmalıdır.  Konkret  olaraq,  sözügedən 

məsələlər barəsində  qərarlar qərəzsizliyinə  dair  ən  azı  minimal  təminatlar olan orqan 

tərəfindən qəbul edilməlidir.  Analoji  olaraq,  müvafiq  orqanın  malik  olduğu  diskresion 

səlahiyyət  həddən  artıq  geniş  olmamalıdır:  o,  daxili  qanunvericilik  müddəalarında  kifayət 

qədər dəqiq göstərilən çərçivələrlə məhdudlaşmalıdır. Nəhayət, müvafiq orqandakı prosedur 

elə  olmalıdır  ki,  həmin  orqanın  ədalətli,  obyektiv  və  kifayət qədər  əsaslandırılmış  qərar 

25 


 

Avropa İnsan Hüquqları Məhkəməsi 




1

 SAYLI 


P

ROTOKOLUN 

3-

CÜ MADDƏSI ÜZRƏ TƏLIMAT 



 

A



ZAD SEÇKI HÜQUQU

 

çıxarılması təmin edilsin və səlahiyyətindən sui-istifadə etməsinin qarşısı alınsın (



Podkolzina 

Latviyaya  qarşı

,  35-ci bənd; 



Kovaç  Ukraynaya  qarşı

,  54-55-ci bəndlər; 



Kərimova 

Azərbaycana  qarşı

,  44-45-ci bəndlər; 



Riza  və  başqaları  Bolqarıstana  qarşı

,  144-cü bənd). 

Lakin bu məsələni nəzərdən keçirərkən Məhkəmənin araşdırması ökədaxili orqan tərəfindən 

qəbul  edilmiş  qərarın  əsassız  və  ya  açıq-aydın  məntiqsiz  xarakter  daşıyıb-daşımadığını 

müəyyənləşdirməklə məhdudlaşır (

yenə orada

, 144-cü bənd; 

Kərimli və Əlibəyli Azərbaycana 

qarşı

, 38-42-ci bəndlər). 

87.  Seçkinin nəticələrini  etibarsız  elan  edən qərarların  qəbulu  həmin nəticələrin  həqiqətən 

seçicilərin istəklərini ifadə  etmədiyinə  olan  həqiqi inamdan irəli  gəlməlidir  (



Kovaç 

Ukraynaya qarşı

). 


Kərimova Azərbaycana qarşı

 məhkəmə işində Məhkəmə müəyyən etdi ki, 

iki seçki məmuru ərizəçinin qalib gəldiyi seçkinin yekun nəticələrini dəyişmək üçün uğursuz 

cəhd  ediblər.  Lakin  milli  hakimiyyət  orqanları  ölkədaxili  seçki  qanunvericiliyini  pozaraq 

seçkinin nəticələrini etibarsız elan etmiş və nəticələri saxtalaşdırmanın məhdud təsirə malik 

olduğunu  nəzərə  almamışdılar.  Bunu  etməklə  dövlət  orqanları  mahiyyət  etibarı  ilə  həmin 

məmurların  seçkiyə  əngəl  törətmək cəhdinə  yardımçı  olmuşdular.  Bu  qərar  əsassız  olaraq 

ərizəçini parlamentə seçilmə imkanından məhrum etməklə onun seçki hüquqlarını pozmuşdu. 

Bu həm də seçki prosesinin dürüstlüyünün və effektivliyinin qayğısına qalmamağın təzahürü 

idi  ki,  bu  da  azad  seçki  hüququnun  ruhuna  uyğun  hal  sayıla  bilməzdi.  Beləliklə, 

məhkəmələrin rolu xalqın ifadə etmiş olduğu iradəsini dəyişməkdən ibarət deyil. Konvensiya 

orqanları  iki  işdə  (



I.Z.  Yunanıstana  qarşı

,  Komissiyanın  qərarı; 



Babenko  Ukraynaya  qarşı

 

(qərardad)) seçkidə uğursuzluğa məruz qalmış namizədlərin seçki prosesinin ədalətsiz olduğu 



barədə  şikayətlərini  araşdırdılar,  amma  ərizəçilər seçkinin nəticəsi ilə  bağlı  hər  hansı  real 

ziyana  məruz  qalmadıqlarına  görə  onların  şikayətlərini rədd etdilər. 



Riza  və  başqaları 

Bolqarıstana qarşı

 məhkəmə işində xaricdə təşkil edilmiş 23 seçki məntəqəsindəki nəticələr 

qeyri-normal halların baş verdiyi iddia edilərək etibarsız elan edilmiş və beləliklə parlament 

üzvü deputat yerindən məhrum olmuşdu. Məhkəmə həm 101 seçicinin səsvermə hüququna, 

həm də parlament üzvünün seçkidə namizəd qismində iştirak etmək hüququnavə onun təmsil 

etdiyi partiyanın seçki hüququna müdaxiləni araşdırdı. O, bu qənaətə gəldi ki, bir sıra seçki 

məntəqələrində seçkinin nəticələrini etibarsız elan etmək üçün sırf formal xarakterli əsaslar 

gətirilmişdi.  Bundan  başqa,  qərarını  əsaslandırmaq  üçün  məhkəmənin  istinad  etdiyi  hallar 

daxili  qanunvericilikdə  aydın  və  dəqiq  şəkildə  nəzərdə  tutulmamışdı  və  həmçinin sübuta 

yetirilməmişdi ki, həmin hallar seçicilərin seçimini dəyişmiş olub və ya seçkinin nəticələrini 

təhrif  edib.  Bundan  əlavə,  səsvermənin nəticələrinin  etibarsız  elan  edildiyi  seçki 

məntəqələrində  yeni seçkilərin  təşkilinin  mümkünlüyü  (Venesiya  Komissiyası  tərəfindən 

qəbul  edilmiş  "Seçkilər keçirilərkən  tövsiyə  olunan  normalar  toplusu"na  zidd  olaraq)  seçki 

qanunvericiliyində nəzərdə tutulmamışdı, halbuki bunun sayəsində seçkinin nəticələrinin ləğv 

edilməsinin daşıdığı qanuni məqsəd, yəni seçki prosesinin qanuniliyinin qorunması məqsədi 

seçicilərin  və  parlament seçkilərindəki  namizədlərin  subyektiv  hüquqları  ilə  uzlaşdırılmış 

olardı.  Müvafiq  olaraq,  Məhkəmə  bu qənaətə  gəldi  ki,  1  saylı  Protokolun  3-cü maddəsi 

pozulub.  Beləliklə,  səsvermənin nəticələrini  etibarsız  elan  etmək barədə  qərarların  qəbulu 

həmin nəticələrin seçicilərin istəklərini ifadə etmədiyinə olan həqiqi inamdan irəli gəlməlidir. 

88.  İstənilən halda dövlətlər seçki pozuntuları ilə bağlı fərdlərin sübuta yetirilə bilən əsaslı 

şikayətlərinə  səmərəli  şəkildə  baxılmasını  və  ölkədaxili  qərarların  yetərincə 

əsaslandırılmasını  təmin etməlidirlər.  Məhkəmə  baxdığı  işlərin birində  konkret olaraq 

Venesiya  Komissiyası  tərəfindən qəbul edilmiş    "Seçkilər keçirilərkən  tövsiyə  olunan 

normalar toplusu"na istinadən müəyyən etdi ki, milli hakimiyyət orqanları seçki şikayətlərinə 

mahiyyəti  üzrə  baxmaqdan  yayınmaq  üçün  həddən  artıq  formal  əsaslar  gətiriblər. 

Pozuntuların  seçkinin  ümumi  nəticəsinə  təsirini müəyyənləşdirməzdən  əvvəl  onların 

26 

 

Avropa İnsan Hüquqları Məhkəməsi 




Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə