Case-law guide on Article of Protocole No. Aze



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə10/13
tarix12.10.2018
ölçüsü0,88 Mb.
#73720
1   ...   5   6   7   8   9   10   11   12   13

1

 SAYLI 


P

ROTOKOLUN 

3-

CÜ MADDƏSI ÜZRƏ TƏLIMAT 



 

A



ZAD SEÇKI HÜQUQU 

 

Ukraynada yaşadığını göstərirdi. Məhkəmə razılaşdı ki, namizədlərin qeydiyyatı üçün yaşayış 



yerinə aid şərtin tətbiq edilməsi qəbul edilən sayıla bilər. Bununla belə, o qeyd etdi ki, ərizəçi 

daxili  qanunvericiliyə  riayət  etmişdi,  belə  ki,  həmin  qanunvericilik  onun  davamlı  olaraq 

ölkədə yaşamasını tələb etmirdi. Bundan əlavə, onun durumu elə idi ki, ya Ukraynada qalmalı 

və  sağlamlığına  ziyan  yetirilməsi təhlükəsi  altında  olmalı  idi  (bu  halda  siyasi  hüquqlarını 

həyata keçirməsi mümkün olmayacaqdı), ya da ölkəni tərk etməli və seçkidə namizəd kimi 

iştirak etmək hüququndan məhrum olmalı idi. Müvafiq olaraq, Məhkəmə bu qənaətə gəldi ki

1 saylı Protokolun 3-cü maddəsi pozulub. 

69.  Nəhayət, 



Antonenko  Rusiyaya  qarşı

  məhkəmə  işində  (qərardad) məhkəmə  maliyyə 

nöqsanlarına yol verildiyini və seçki təşviqatının ədalətsiz şəkildə aparıldığını əsas gətirərək 

səsvermədən  bir  gün  əvvəl  ərizəçinin parlament seçkilərində  namizəd qismində  iştirakını 

qadağan etmişdi. Ərizəçinin şikayəti namizədliyinin ləğv edilməsi barəsində deyil, ləğvetmə 

qərarının seçki məntəqələrinin açılmasından az öncə qəbul edilməsi barəsində idi. Məhkəmə 

bu qənaətə  gəldi  ki,  qəbul  edilmiş  qərarın  vaxtı  daxili  qanunvericiliyə  uyğun  idi  və  bu 

qərardan  şikayət  vermək  imkanına  təsir  göstərmirdi,  çünki  həmin qərardan  şikayət  verilə 

bilməzdi. 

70.  Məhkəmə həmçinin bir sıra hallarda razılaşdı ki, potensial namizədlər tutduqları vəzifə 

ilə əlaqədar olaraq namizədlikdən məhrum edilə bilərlər. 

Gitonas və başqaları Yunanıstana 

qarşı

  məhkəmə  işində  qanunvericilik  dövlət  vəzifəsi  tutan  şəxslərin müəyyən 

kateqoriyalarının (o cümlədən büdcədən məvacib alan dövlət qulluqçularının və publik hüquq 

təşkilatlarının və dövlət müəssisələrinin işçilərinin) seçkilərə qədərki üç il ərzində üç aydan 

artıq müddətdə  vəzifə  öhdəliklərini yerinə  yetirdikləri  hər  hansı  dairədən  namizədliklərini 

irəli sürmələrinə və parlamentə seçilmələrinə imkan vermirdi: hətta namizəd seçkidən öncə 

tutduğu vəzifədən istefa versəydi belə, dövlət qulluqçularının digər kateqoriyalarından fərqli 

olaraq  namizədlik  hüququnu  itirməsi  qüvvədə  qalırdı.  Məhkəmə  bu qənaətə  gəldi  ki,  bu 

tədbir ikili məqsədə xidmət edir: müxtəlif siyasi əqidələrə malik namizədlərin parlamentdə 

bərabər təsir  imkanlarına  malik  olmasını  təmin etmək  və  seçiciləri  dövlət  qulluqçularının 

təzyiqindən müdafiə etmək. Növbəti ildə Məhkəmə xatırlatdı ki, yerli dövlət qulluqçularının 

müəyyən  kateqoriyalarının  müəyyən  növ  siyasi  fəaliyyətlərdə  iştirakına  qoyulan 

məhdudiyyətlər  digər  şəxslərin,  o  cümlədən  şura  üzvlərinin,  eləcə  də  seçicilərin yerli 

səviyyədə effektiv siyasi demokratiya hüquqlarını qorumaqdan ibarət qanuni məqsəd daşıyır. 

Namizədliyə  qoyulmuş  qadağanın  yalnız  ərizəçilər  həmin məhdudiyyətin  şamil  olunduğu 

siyasi  postlarda  qaldıqları  müddət  ərzində  qüvvədə  olduğu  nəzərə  alınaraq,  sözügedən 

tədbirlər mütənasib  hesab  edildi  (

Əhməd  və  başqaları  Birləşmiş  Krallığa  qarşı

). 


Brike 

Latviyaya qarşı

 məhkəmə işində Məhkəmə əlavə etdi ki, dövlət qulluqçuların namizədliyinə 

qadağa  qoyulması  mülki  dövlət  qulluğunun  müstəqilliyi tələbindən irəli  gələn reaksiya 

olduğuna  görə,  bu  tələb  xüsusilə  hakimlərə  şamil  olunur  və  bunda məqsəd  vətəndaşların 

Konvensiyanın 6-cı maddəsi ilə qorunan hüquqlarını təmin etməkdir. Müvafiq olaraq, o, bu 

nəticəyə  gəldi  ki,  sözügedən  qadağa  Konvensiya  ilə  təmin edilən  hüquqların  mahiyyətinə 

xələl gətirmir, çünki hakim seçkidə namizəd qismində iştirak etmək üçün vəzifəsindən istefa 

verə bilər. 

71.  Lakin seçkidə namizəd qismində iştirak hüququna qoyulan məhdudiyyətlər, hətta qanuni 

məqsəd daşısa belə, şərtlərin həddən  artıq gec və ya qəflətən müəyyənləşdirilməsi, yaxud da 

yetərincə  aydın  olmaması  səbəbindən  bu  hüququn səmərəsiz  hala  gəlməsi ilə 

nəticələnməməlidir. 



Likurezos Yunanıstana qarşı

 məhkəmə işində parlament üzvünün bütün 

növ  peşə  fəaliyyətlərinin  parlament  üzvü  vəzifələri ilə  bir  araya  sığmadığını  nəzərdə  tutan 

dəyişiklik  cari  qanunvericiliyə  dərhal  daxil  edilmiş  və  parlament  üzvləri deputat yerlərini 

itirmək məcburiyyətində  qalmışdılar,  halbuki  digər  peşə  fəaliyyətlərinin  parlament  üzvü 

vəzifələri ilə  bir  araya  sığmaması  onların  seçilməsinə  qədər  elan  olunmamışdı.  Parlament 

21 

 

Avropa İnsan Hüquqları Məhkəməsi 




1

 SAYLI 


P

ROTOKOLUN 

3-

CÜ MADDƏSI ÜZRƏ TƏLIMAT 



 

A



ZAD SEÇKI HÜQUQU

 

üzvlüyündən bu cür mütləq kənarlaşdırma  tədbirinin dərhal  tətbiq edilməsinə  haqq 



qazandıran hər hansı önəmli təxirəsalınmaz səbəb mövcud deyildi. Məhkəmə ilk dəfə "qanuni 

gözlənti"  prinsipinə  istinad  etdi  və  müvafiq  olaraq,  1  saylı  Protokolun  3-cü maddəsinin 

pozulduğunu  müəyyən  etdi.  O,  həmin prinsipi 

"Ekoqlasnost"  Bolqarıstana  qarşı

  məhkəmə 

işində yenidən tətbiq etdi. Seçki qanunvericiliyinə daxil edilmiş üç yeni şərtin heç biri özü-

özlüyündə  problem  yaratmasa  da,  onların  qanunvericiliyə  gec  daxil  edilməsi səbəbindən 

ərizəçinin həmin şərtləri yerinə yetirməsi üçün cəmi bir ay vaxtı var idi. Məhkəmə hesab etdi 

ki,  seçkilərdə  iştirakla  bağlı  siyasi  qruplara  tətbiq  edilmiş  şərtlər  əsas  seçki  qaydalarının 

tərkib  hissəsidir.  Buna  görə  də  həmin  şərtlər  seçki  sisteminin  digər  əsas elementləri kimi 

zaman baxımından eyni sabitlik tələbinə cavab verməlidir. Məhkəmə həmçinin müəyyən etdi 

ki,  keçmiş  ruhaninin  namizədliyinin rədd edilməsi üçün əsas təşkil  etmiş  normalar  həddən 

artıq  qeyri-dəqiq  idi  və  buna  görə  də  onların  doğura  biləcəyi nəticələri  öncədən  görmək 

mümkün deyildi.  Nəticədə  onlar  seçki  orqanlarına  həddən  artıq  qiymətləndirmə  sərbəstliyi 

verir  və  sözügedən məhdudiyyətin tətbiqində  özbaşınalığa  yol  verilməsi  üçün  həddən  artıq 

imkan yaradırdı (

Seyidzadə Azərbaycana qarşı

). 


E.  Seçki kampaniyasından başlayaraq... 

.

 

72.  1 saylı Protokolun 3-cü maddəsi ilə təmin edilən hüquqların səmərəli olması üçün onların 

müdafiəsi  namizədlik məsələsi ilə  məhdudlaşa  bilməz.  Belə  ki,  bu  maddə  seçki 

kampaniyasını da əhatə edir. 

73.  Konvensiyanın  10-cu maddəsinə  aid  bir  sıra  işlərdə  Məhkəmə  azad  seçki  hüququ  ilə 

ifadə  azadlığı  arasında  sıx  əlaqə  olduğunu  vurğuladı.  O  müəyyən  etdi  ki,  bu  hüquqlar  və 

konkret olaraq siyasi diskussiya azadlığı,  birlikdə  götürülmüş  halda,  istənilən demokratik 

sistemin təməlini təşkil  edir.  Bu  iki  hüquq  qarşılıqlı  əlaqədədir  və  bir-birini  daha  da 

möhkəmləndirir:  məsələn,  ifadə  azadlığı  "qanunverici  hakimiyyət  orqanını  seçərkən  xalqın 

iradəsini sərbəst ifadə  etməsinitəmin etmək  üçün"  zəruri  "şərtlərdən"  biridir.  Bu  səbəbdən 

seçkiqabağı dövrdə hər növ fikir və informasiyaların sərbəst dövriyyəsinə imkan yaradılması 

olduqca önəmlidir (



Bouman Birləşmiş Krallığa qarşı

, 42-ci bənd). 

74.  Bu  hüquqlar  qarşılıqlı  asılılıq  əlaqəsində  olduqlarına  görə,  seçki  kampaniyalarına  aid 

çoxsaylı  işlərə  10-cu maddə  üzrə  baxılır.  Məsələn,  Məhkəmə  televiziyada  istənilən siyasi 

reklamı  qadağan  edən qanunvericiliyi  pozaraq  kiçik  siyasi  partiyanın  reklamını  yaydığına 

görə  televiziya  kanalına  cərimə  tətbiq edilməsi ilə  əlaqədar  olaraq  10-cu maddənin 

pozulduğunu  müəyyən  etdi  (

"TV  Vest  AS"  və  "Ruqalann  pensyonistparti"  Norveçə  qarşı

). 


Həmçinin seçki ərəfəsində  canlı  televiziya  yayımında  rəqib  namizədi  oğru  kimi  təqdim 

etdiyinə görə qadın siyasətçiyə xəbərdarlıq edildiyi işdə 10-cu maddənin pozulduğu müəyyən 

edildi.  Digər  işdə  məhkəmə  qərarı  ilə  digər  (qadın)  namizədə  ittihamlara  cavab  vermək 

hüququ verildi (



Vitrenko və başqaları Ukraynaya qarşı

). 


75.  Bununla belə,  konkret  olaraq  seçkiqabağı  təşviqat  kampaniyası  zamanı  efir  vaxtının 

bölgüsünə  aid  işlərdə  1  saylı  Protokolun  3-cü maddəsi  üzrə  məsələlər  meydana  çıxa  bilər. 

Müxtəlif namizədlərə ayrılan efir vaxtının bərabərliyinə aid işdə Məhkəmə bildirdi ki, 1 saylı 

Protokolun 3-cü maddəsində  seçki  hüquqlarının  həyata keçirilməsində  bütün  vətəndaşlarla 

bərabər qaydada rəftar etmək prinsipi təsbit edilsə də, özü-özlüyündə bu maddə seçkiqabağı 

kampaniyada siyasi partiyaya  radio və  ya televiziyada efir vaxtı verilməsi hüququnu təmin 

etmir. Lakin müstəsna hallarda, məsələn, seçki ərəfəsində bir partiyaya hər hansı siyasi çıxış 

üçün  efir  vaxtı  ayrılmadığı  halda  digərinə  bu  imkan  yaradıldıqda  bu  maddə  üzrə  məsələ 

meydana  çıxa  bilər  (

"Yeni  Demokratlar"  Partiyası  və  "Bizim  Torpaq"  Partiyası  Latviyaya 

qarşı

 (qərardad)). 

22 

 

Avropa İnsan Hüquqları Məhkəməsi 




Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə