Case-law guide on Article of Protocole No. Aze



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə6/13
tarix12.10.2018
ölçüsü0,88 Mb.
#73720
1   2   3   4   5   6   7   8   9   ...   13

1

 SAYLI 


P

ROTOKOLUN 

3-

CÜ MADDƏSI ÜZRƏ TƏLIMAT 



 

A



ZAD SEÇKI HÜQUQU 

 

öhdəliyini icra etmək məsələsində  dövlətlər  geniş  qiymətləndirmə  sərbəstliyinə  malikdirlər 



(

Benkaddur Fransaya qarşı

). 


3.  Ölkə ərazisində yaşamayan vətəndaşlar üçün xaricdə seçkilərin təşkili  

35.  1  saylı  Protokolun  3-cü maddəsi  dövlətlərin  üzərinə  ölkə  ərazisində  yaşamayan 

vətəndaşların  səsvermə  hüququnu  həyata keçirmələrini təmin edən sistem yaratmaq 

öhdəliyini  qoymur. 



Sitaropulos  və  Zyakumopulos  Yunanıstana  qarşı

  [BP] məhkəmə  işində 

ərizəçilər  şikayət  etmişdilər  ki,  bu  məsələ  tənzimlənmədiyinə  görə  özlərinin səsvermə 

hüququnu  mühacir  qismində  yaşadıqları  ölkədə  (Fransada)  həyata keçirə  bilmirlər,  halbuki 

onların  mənşə  ölkəsinin  (Yunanıstanın)  konstitusiyasında  belə  bir imkan nəzərdə  tutulub. 

Məhkəmə müəyyən etdi ki, 1 saylı Protokolun 3-cü maddəsinin pozuntusu baş verməyib, belə 

ki,  Yunanıstana  səfər edəcəkləri təqdirdə  bu səfərin  ərizəçilərin maliyyə  işlərində,  ailə  və 

peşə  həyatlarında  yaradacağı  fasilə  onların  səsvermə  hüquqlarının  mahiyyətinə  xələl 

gətirəcək dərəcədə qeyri-mütənasib amil deyildi. 

36.  Lakin  milli  qanunvericilikdə  belə  sistemin  yaradılması  nəzərdə  tutulubsa,  konkret 

öhdəliklər, xüsusən zərurət olduqda xarici ölkədə yeni seçki keçirmək öhdəliyi yarana bilər. 

Riza  və  başqaları  Bolqarıstana  qarşı

  məhkəmə  işində  Məhkəmə  bu  faktı  nəzərdən 

qaçırmadığını  bildirdi  ki,  digər  suveren  ölkədə  yeni seçkilərin keçirilməsi,  hətta  onlar 

məhdud  sayda  seçki  məntəqələrində  keçirilsə  belə,  mühüm  diplomatik  və  ya təşkilati 

maneələrlə qarşılaşa və əlavə xərclərə səbəb ola bilər. Bununla belə, o hesab etdi ki, seçki 

günü  səsvermə  prosesində  seçki qurumu tərəfindən  ciddi  pozuntuların  baş  verdiyi seçki 

məntəqəsində  yeni seçkilərin keçirilməsi seçkinin nəticələrinin ləğvinin  kökündə  duran 

qanuni məqsədə,  yəni  seçki  prosesinin  qanuniliyini  və  həmçinin parlament seçkilərində 

seçicilərin  və  namizəd qismində  iştirak  edənlərinhüquqlarını  qorumaq  məqsədinəuyğun 

olardı. 


37.   

Oran Türkiyəyə qarşı

 məhkəmə işi xaricdə yaşayan türkiyəli seçicilərin heç bir partiyanı 

təmsil etməyən müstəqil  namizədlərə  gömrük  postlarında  təşkil  olunmuş  seçki 

məntəqələrində səs vermək imkanına malik olmaması ilə əlaqədar idi. Belə hallarda  yalnız 

siyasi partiyalara səs vermək olardı. Belə məhdudiyyət bu faktla əsaslandırılırdı ki, mühacir 

seçiciləri seçki dairəsinə  təhkim  etmək  mümkün  deyil.  Məhkəmə  hesab  etdi  ki,  bu 

məhdudiyyət qiymətləndirilərkən  mühacirlərin səsvermə  hüquqlarını  həyata keçirmələrinə 

qoyulan hamılıqla razılaşdırılmış ümumi məhdudiyyətlər, habelə qanunverici orqanın xaricdə 

yaşayan vətəndaşların ilk növbədə ölkədə yaşayan şəxslərə təsir göstərən məsələlərə təsirini 

məhdudlaşdırmağa  yönələn  qanuni  marağı  nəzərə  alınmalıdır.  O,  hakimiyyətə  gələ  və 

ümummilli rejimə təsir göstərmək səlahiyyətinə malik ola bilən yeganə qurumlar olan siyasi 

partiyaların oynadığı rolu da vurğuladı. Bundan başqa, məhdudiyyət daha iki qanuni məqsəd 

daşıyırdı: demokratik plüralizmi genişləndirmək, eyni zamanda namizədlər arasında sistemdə 

disfunksiya yaradacaq dərəcədə  həddən  artıq  parçalanma  olmasının  qarşısını  almaq  və 

beləliklə  qanunverici  orqanı  seçərkən  xalqın  öz rəyini ifadə  etmək  imkanını  gücləndirmək. 

Müvafiq  olaraq,  məhdudiyyət  qanunverici  orqanın  ölkədə  və  seçkilərdən  sonra  ölkəyə 

rəhbərlik edəcək  hökumətdə  siyasi sabitliyi təmin etməkdən ibarət  qanuni  marağına  uyğun 

idi. Beləliklə, 1 saylı Protokolun 3-cü maddəsinin pozuntusu baş verməmişdi. 

13 

 

Avropa İnsan Hüquqları Məhkəməsi 




1

 SAYLI 


P

ROTOKOLUN 

3-

CÜ MADDƏSI ÜZRƏ TƏLIMAT 



 

A



ZAD SEÇKI HÜQUQU

 

III.  Passiv aspekt: seçkidə namizəd qismində iştirak 



hüququ 

38.  Seçki  hüququnun  "aktiv"  aspekt  kimi  onun  "passiv"  aspekti,  yəni seçkidə  namizəd 

qismində  iştirak  etmək  hüququ  da  Məhkəmənin  presedent  hüququ  çərçivəsində  inkişaf 

etdirilib.  Belə  ki,  Məhkəmə  bildirib  ki,  bu  hüquq  "həqiqi  demokratik  rejim  konsepsiyasına 

xas  olan"  amildir  (

Podkolzina  Latviyaya  qarşı

, 35-ci bənd).  O,  1  saylı  Protokolun  3-cü 

maddəsinin bu aspekti ilə  bağlı  məhdudiyyətlərin qiymətləndirilməsinə  hətta səsvermə 

hüququna  qoyulan  məhdudiyyətlərin  araşdırılması  tələb  olunan  hallarla  müqayisədə  daha 

ehtiyatla yanaşıb; belə ki, burada mütənasiblik meyarı daha məhduddur. Beləliklə, dövlətlər 

passiv  aspektin  qiymətləndirilməsində  daha  geniş  sərbəstliyə  malikdirlər  (



Eçeberriya  və 

başqaları İspaniyaya qarşı

, 50-ci bənd). 

39.  Bununla belə, Konvensiyanın 14-cü maddəsi əsasında ayrı-seçkiliyə qoyulan qadağa hər 

iki aspektə eynilə şamil olunur. Bu baxımdan, hətta seçkidə namizəd qismində iştirak etmək 

hüququna  münasibətdə  adətən  dövlətlərə  verilən qiymətləndirmə  sərbəstliyinin  hüdudları 

geniş olsa da, əgər fərqli rəftar irqi mənsubiyyətə, dərinin rənginə və ya etnik mənsubiyyətə 

əsaslanırsa,fərqli rəftara haqq qazandıran obyektiv və əsaslı səbəblər anlayışı mümkün qədər 

dar çərçivədə şərh olunmalıdır (



Seydiç və Fintsi Bosniya və Herseqovinaya qarşı

 [BP], 44-cü 

bənd). 

40.  


Seydiç və Fintsi Bosniya və Herseqovinaya qarşı

 [BP] məhkəmə işində Məhkəmə yalnız 

özünün  “təsisçi  xalqlar”a  aid  olduğunu  bəyan edən  şəxslərin  Xalqlar  Palatasına  (Dövlət 

parlamentinin ikinci palatası) və Prezidiuma (Dövlət başçısı funksiyasını icra edən kollektiv 

orqan) seçkilərdə iştirak etmək hüququna malik olduğunu nəzərdə tutan istisnaedici qaydanı 

araşdırdı.  Beləliklə,  həmin  xalqlara  aid  olduğunu  bəyan etməkdən imtina edən potensial 

namizədlər öz namizədliklərini irəli sürə bilməzdilər. Məhkəmə qeyd etdi ki, bu istisnaedici 

qayda ən azından Konvensiyanın ümumi məqsədlərinə, xüsusilə də sülhün bərqərar olunması 

məqsədinə  geniş  mənada  uyğun  gələn məqsəd  daşıyıb.  Mübahisələndirilən konstitusion 

müddəalar qəbul olunanda bu məsələ ilə bağlı olduqca kövrək atəşkəs razılaşması qüvvədə 

idi.  Bu  müddəalar  soyqırım  və  etnik təmizləmə  ilə  əlamətdar olan qəddar  münaqişəyə  son 

qoymağa yönəlmişdi. Bu münaqişənin təbiəti elə idi ki, “təsisçi xalqların” (yəni, boşnaklar, 

xorvatlar  və  serblərin)  razılığı  sülhün  təmin  olunması  üçün  zəruriidi.  Sülh  danışıqlarında 

digər icma nümayəndələrinin  (yerli  qaraçı  və  yəhudi  icmaları  kimi)  iştirak  etməməsini  və 

münaqişədən sonra cəmiyyətdə  “təsisçi  xalqlar”  arasında  real  bərabərliklə  bağlı  danışıq 

iştirakçılarının  qayğılarını  bu  amillə  izah  etmək  olardı,  amma  bunlara  bu  amillə  haqq 

qazandırmaq  olmazdı.  Lakin  Deyton  Sülh  Sazişi  imzalandıqdan  sonra  Bosniya  və 

Herseqovinada mühüm müsbət dəyişikliklər baş vermişdi. Bundan əlavə, Avropa Şurasının 

üzvü  olmaqla  və  Konvensiyanı  və  ona  dair  Protokolları  qeyd-şərtsiz  ratifikasiya  etməklə 

cavabdeh  dövlət  könüllü  olaraq  müvafiq  standartlara  uyğunlaşmağa  razılıq  vermişdi.  Buna 

görə  də  Məhkəmə  bu qənaətə  gəldi  ki,  ərizəçilərin  (qaraçı  və  ya yəhudi  mənşəli  şəxslər 

olaraq)  davamlı  olaraq  seçkidə  namizəd qismində  iştirak  etmək  hüququna  malik  olmaması 

obyektiv və əsaslı səbəbə söykənmirdi və buna görə də 1 saylı Protokolun 3-cü maddəsi ilə 

birgə götürülməklə 14-cü maddənin pozuntusunu təşkil edirdi. 

41.  

Zorniç Bosniya və Herseqovinaya qarşı

 məhkəmə işində Məhkəmə eyni səbəblərə görə 

bu qənaətə gəldi ki, ərizəçinin yuxarıda göstərilən səbəbdən Xalqlar Palatasına və Prezidiuma 

seçilmək  hüququna  malik  olmaması  ilə  bağlı  1  saylı  Protokolun  3-cü maddəsi  pozulub. 



Seydiç  və  Fintsi  Bosniya  və  Herseqovinaya  qarşı

  [BP] məhkəmə  işi  üzrə  onun qərarının 

icrasında  həddən  artıq  yubanma  olduğunu  və  barəsində  şikayət edilən  pozuntunun  həmin 

yubanmanın birbaşa nəticəsi olduğunu qeyd edərək, Məhkəmə Konvensiyanın 46-cı maddəsi 

14 

 

Avropa İnsan Hüquqları Məhkəməsi 




Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə