Case-law guide on Article of Protocole No. Aze



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə4/13
tarix12.10.2018
ölçüsü0,88 Mb.
#73720
1   2   3   4   5   6   7   8   9   ...   13

1

 SAYLI 


P

ROTOKOLUN 

3-

CÜ MADDƏSI ÜZRƏ TƏLIMAT 



 

A



ZAD SEÇKI HÜQUQU 

 

məqsədi mahiyyət  etibarı ilə cəzalandırıcı xarakter daşıyıb. Belə ki, bu tədbir müflisləşmiş 



elan olunan şəxsləri alçaltmaqdan savayı hər hansı digər məqsədə xidmət etməyib və hüquq 

pozuntusu törədib-törətməmələrindən asılı olmayaraq, sadəcə ödəniş qabiliyyətli olmamaları 

səbəbindən  onların  cəzalandırılmasına  xidmət  edib.  Buna  görə  də  1  saylı  Protokolun  3-cü 

maddəsinin məqsədləri üçün bu tədbir qanuni məqsəd daşıyan tədbir olmayıb. 

18.  Məhkəmə  həmçinin  şəxsin  qismən qəyyumluğa  verilməsi səbəbindən səsvermə 

hüquqlarını itirməsi məsələsini araşdırıb (



Alayoş Kişş Macarıstana qarşı

). Onun rəyi bundan 

ibarət  olub  ki,  belə  tədbir qanuni məqsəd  daşıya  bilər,  yəni  yalnız  qərarlarının  nəticələrini 

qiymətləndirmək və şüurlu və düşüncəli qərarlar qəbul etmək iqtidarında olan vətəndaşların 

dövlət işlərində iştirakını təmin etmək məqsədindən irəli gələ bilər. Lakin nəzərdən keçirilən 

halda səsvermə hüququna qoyulmuş qadağa heç nəyə fərq qoymadan və qəyyumluq altında 

olan şəxsin faktiki imkanlarından asılı olmayaraq avtomatik olaraq tətbiq edilən, habelə tam 

qəyyumluğa verilmə ilə qismən qəyyumluğa verilmə arasında fərq qoyulmadan tətbiq edilən 

məhdudiyyət  idi.  Bundan  başqa,  Məhkəmə  hesab  etdi  ki,  əqli  və  ya  psixi  qüsuru  olan 

şəxslərin ayrıca kateqoriya kimi təsnifləşdirilməsi suallar doğura bilən təsnifatdır və onların 

hüquqlarının  məhdudlaşdırılması  məsələsi  ciddi  şəkildə  yoxlanılmalıdır.  Beləliklə,  o,  bu 

nəticəyə  gəldi  ki,  şəxsin  heç  nəyə  fərq  qoyulmadan  və  məhkəmə  tərəfindən fərdi qaydada 

qiymətləndirmə  aparılmadan  səsvermə  hüquqlarından  məhrum  edilməsi  qarşıya  qoyulan 

məqsədə mütənasib sayıla bilməz. 



B.  Məhbuslarla bağlı xüsusi hallar 

19.  Ümumiyyətlə  məhbuslar  Konvensiya  ilə  təmin olunan bütün təməl  hüquq  və 

azadlıqlardan istifadə etməkdə davam edirlər, amma azadlıq hüququ istisna təşkil edir, belə 

ki,  bu  halda  həbsin qanuniliyi məsələsi  açıq-aydın  Konvensiyanın  5-ci maddəsinin tətbiq 

dairəsinə düşür (

Hörst Birləşmiş Krallığa qarşı (№ 2)

 [BP], 69-cu bənd). 1 saylı Protokolun 

3-cü maddəsi ilə  təmin edilən  hüquqlarla  bağlı  istisnalara  yol  verilmir.  Buna  görə  də 

məhbusun  sadəcə  olaraq məhkum  edilməsi nəticəsində  həbsdə  saxlanan  şəxs  statusunda 

olması  o  demək  deyil  ki,  o,  Konvensiyada  nəzərdə  tutulmuş  hüquqlarını  itirməlidir.  Bu 

hüquqların  saxlanması  cəmiyyəti  Konvensiyada  nəzərdə  tutulmuş  hüquq  və  azadlıqları 

aradan qaldırmağa yönələn fəaliyyətlərdən qorumaq üçün tədbirlər görülməsinə mane olmur. 

20.  Beləliklə,  1  saylı  Protokolun  3-cü maddəsi,  məsələn,  qulluq  mövqeyindən sui-istifadə 

edərək  ciddi  pozuntuya  yol  verən,  yaxud  davranışı  qanunun  aliliyi  prinsipinə  və  ya 

demokratik cəmiyyətin dayaqlarına zərər yetirən şəxsin seçki hüquqlarına məhdudiyyətlərin 

tətbiqini  istisna  etmir.  Bununla  belə,  mülki  hüquqlardan  məhrum  etmə  kimi sərt tədbir 

düşünülməmiş  şəkildə  tətbiq edilməməlidir  və  mütənasiblik  prinsipi  müvafiq  şəxs 

barəsindəki sanksiya ilə  onun  davranışı  və  fərdi  xüsusiyyətləri  arasında  nəzərəçarpan  və 

yetərli əlaqənin olmasını tələb edir (

yenə orada

, 71-ci bənd). 

21.  Beləliklə, məhbusun siyasi hüquqlarından məhrum edilməsi cinayətin qarşısını almaq və 

vətəndaş məsuliyyətini artırmaq kimi qanuni məqsədlərə, eləcə də qanunun aliliyinə hörmət 

prinsipinə  və  demokratik  rejimin  lazımi  qaydada  fəaliyyət  göstərməsinə  və  qorunub 

saxlanmasına  xidmət edə  bilər.  Lakin  belə  tədbir  avtomatik  surətdə  və  ya mütənasiblik 

tələbinə uyğun olmayan şəkildə tətbiq edilə bilməz. 

22.  Dövlətlər məhkum  olunmuş  məhbusların  səsvermə  hüquqlarının  məhdudlaşdırılması 

tədbirlərinin mütənasibliyini müəyyənləşdirməyi məhkəmələrin  öhdəsinə  buraxmağı  qərara 

ala  və  ya belə  tədbirin  hansı  hallarda  tətbiq edilməli  olduğunu  müəyyən edən müddəaları 

qanunvericiliklərinə  daxil  edə  bilərlər.  Sonuncu  halda  qanunverici  orqan  məhdudiyyətin 

ümumi  şəkildə,  avtomatik  surətdə  və  heç  nəyə  fərq qoymadan tətbiq edilməsinə  yol 

verməmək  üçün  toqquşan  maraqlar  arasında  balansı  gözləməlidir.  Müvafiq  olaraq,  xüsusi 

 



Avropa İnsan Hüquqları Məhkəməsi 


1

 SAYLI 


P

ROTOKOLUN 

3-

CÜ MADDƏSI ÜZRƏ TƏLIMAT 



 

A



ZAD SEÇKI HÜQUQU

 

məhkəmə  qərarı  olmadan  səsvermə  hüququna  qadağanın  tətbiqi  özü-özlüyündə  1  saylı 



Protokolun 3-cü maddəsinin pozuntusuna səbəb olmur (

Skoppola İtaliyaya qarşı (№ 3)

 [BP], 


102-ci bənd). 

23.   


Hörst Birləşmiş Krallığa qarşı (№ 2)

 [BP] məhkəməişində Məhkəmə 1 saylı Protokolun 

3-cü maddəsinin pozulduğunu müəyyən etdi, belə ki, səsvermə hüququna qoyulmuş qadağa 

heç  nəyə  fərq  qoymadan  avtomatik  olaraq  həbs cəzası  çəkənlərin  hamısına  tətbiq edilən 

qadağa  idi.  Bu  qadağa  48.000  məhbusu  əhatə  edirdi  ki,  bu  da  yüksək rəqəm  idi  və  o,  bir 

günlük həbsdən tutmuş ömürlük azadlıqdan məhrumetməyə qədər bütün növ həbs cəzalarına 

və ən xırda hüquq pozuntularından tutmuş ən ağırına qədər müxtəlif növ hüquq pozuntularına 

aid  idi.  Bundan  əlavə,  şəxs  tərəfindən  törədilmiş  hüquq  pozuntusu  ilə  onun səsvermə 

hüquqlarından məhrum edilməsi arasında birbaşa əlaqə  yox idi. Məhkəmə həmçinin 

Söyler 

Türkiyəyə qarşı

 məhkəmə işində 1 saylı Protokolun 3-cü maddəsinin pozulduğunu müəyyən 

etdi, həmin işdə məhkum olunmuş şəxslərin səsvermə hüququna qoyulan məhdudiyyətlərin 

dairəsi və təsiri daha geniş idi, belə ki, onlar hətta cəzasını həbsxanada çəkməyən və ya daha 

həbsdə  saxlanılmayan  məhkumlara  da  şamil olunurdu. 

Frodl  Avstriyaya  qarşı

  məhkəmə 

işində  səsvermə  hüquqlarından  məhrum  edilmə  sistematik olaraq bütün məhbuslara  deyil, 

yalnız  bilərəkdən  hüquq  pozuntusu  törətdiyinə  görə  bir ildən  artıq  müddətə  azadlıqdan 

məhrumetmə  cəzasına  məhkum  olunanlara  şamil  olunurdu.  Bununla  belə,  bu  tədbirin 

avtomatik tətbiqi ilə şəxsin davranışı və ya işin halları arasında heç bir əlaqə yox idi. Buna 

görə  də  Məhkəmə  bu qənaətə  gəldi  ki,  səsvermə  hüququnun  qadağan  olunması  qarşıya 

qoyulmuş məqsədlərə mütənasib deyildi. 

24.  Lakin 

Skoppola  İtaliyaya  qarşı  (№ 3)

  [BP]  məhkəmə  işində  Məhkəmə  yalnız  dəqiq 

müəyyənləşdirilmiş müəyyən hüquq pozuntularına görə məhkum olunmuş, yaxud qadağanın 

tətbiqi üçün qanunla müəyyən edilən həddən daha yuxarı müddətə azadlıqdan məhrumetmə 

cəzası almış şəxslərin səsvermə hüququna tətbiq edilənqadağanı araşdırdı. Qanunverici orqan 

bu tədbirin müddətinin hər bir işin konkret hallarına uyğun olaraqtənzimlənməsinə diqqətlə 

yanaşmışdı.  O,  həmçinin  qadağanın  müddətini təyin  olunmuş  cəzanın  müddətindən  asılı 

olaraq müəyyənləşdirmiş  və  beləliklə,  onu  dolayısı  ilə  cəzanın  ağırlıq  dərəcəsinə 

uyğunlaşdırmışdı.  Məhkum  olunmuş  məhbusların  çoxu  qanunverici  orqana  seçkilərdə 

səsvermə imkanını qoruyub saxlamışdılar. Bundan əlavə, bu sistem daimi qadağanın şamil 

olunduğu  məhkumların  səsvermə  hüquqlarını  bərpa etməsinin mümkünlüyünü nəzərə 

tuturdu.  Beləliklə,  İtaliyanın  seçki  sistemi  həddən  artıq  sərtliyi ilə  səciyyələnən sistem 

deyildi. Buna görə də Məhkəmə qərara aldı ki, 1 saylı Protokolun 3-cü maddəsinin pozuntusu 

baş verməyib. 

25.  Bununla belə, qeyd etmək lazımdır ki, 1 saylı Protokolun 3-cü maddəsinin pozulduğunun 

müəyyən edilməsi üçün məhkumlar  həqiqətən səs  vermələrinin  qarşısının  alındığını  sübut 

etməlidirlər.  Onların  təkcə  həbsdə  saxlanılan  şəxs  durumunda  olmalarına  istinad  etmələri 

yetərli  deyil,  belə  ki,  müvafiq  seçkilərin  tarixindən  əvvəl  onların  vaxtından  qabaq  azad 

edilməsi və ya psixiatriya müəssisəsinə yerləşdirilməsi və s. bu kimi hadisələr baş verə bilər. 

Buna görə də belə şikayət ərizələri açıq-aydın əsassız sayılaraq qəbul olunmayan elan edilir 

(

Dann və başqaları Birləşmiş Krallığa qarşı

 (qərardad)). 

26.  Bundan  başqa,  Məhkəmə  məhbusun  səsvermə  hüququna  qoyulmuş  qadağanın  səbəb 

olduğu pozuntulara son qoymaq üçün məhz hansı tədbirlərin görülməsinin zəruri olduğunu 

dövlətlərə  bildirməyi  heç  vaxt  məqsədəuyğun  saymayıb.  Ən  yaxşı  halda  o,  bunun  üçün 

müddət təyin edib  (



Qrins  və  M.T.  Birləşmiş  Krallığa  qarşı

,  120-ci bənd).  Bununla belə, 

dövlətlər pozuntuya  səbəb  olmuş  qanunvericilikdə  dəyişikliklər etməyin mürəkkəbliyinə 

istinad edə  bilməzlər. 



Ançuqov  və  Qladkov  Rusiyaya  qarşı

  məhkəmə  işində  Məhkəmə  bu 

arqumenti nəzərə  aldı  ki,  qadağa  parlament  tərəfindən dəyişdirilə  bilməyən Konstitusiya 

10 


 

Avropa İnsan Hüquqları Məhkəməsi 




Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə