Case-law guide on Article of Protocole No. Aze



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə7/13
tarix12.10.2018
ölçüsü0,88 Mb.
#73720
1   2   3   4   5   6   7   8   9   10   ...   13

1

 SAYLI 


P

ROTOKOLUN 

3-

CÜ MADDƏSI ÜZRƏ TƏLIMAT 



 

A



ZAD SEÇKI HÜQUQU 

 

üzrə qərar çıxardı. O, bu qənaətə gəldi ki, Bosniya və Herseqovinadakı faciəli münaqişədən 



on səkkiz il sonra bu ölkənin vətəndaşlarına etnik mənşələrinə görə heç bir fərq qoymadan 

Xalq Palatasına və Prezidiuma seçkilərdə namizəd qismində iştirak etmək hüququ verməyə 

qadir olan siyasi sistemi qəbul etmək vaxtı çatıb (

Zorniç Bosniya və Herseqovinaya qarşı

, 43-


cü bənd). 

42.  


Tenase  Moldovaya  qarşı

  [BP] məhkəmə  işində  Məhkəmə  ikili  vətəndaşlıq  məsələsinə 

dair qərar  çıxardı,  hərçənd  ki,  bu  qərar təkcə  1  saylı  Protokolun  3-cü maddəsi  üzrə  qəbul 

edildi.  O,  bu  qənaətə  gəldi ki,  bir  neçə  ölkənin  vətəndaşı  olmağa  icazə  verilməsi ilə  bağlı 

konsensus mövcuddur və hətta əhalinin tərkibi etnik baxımdan müxtəlif olsa belə və bir neçə 

ölkənin vətəndaşı olan parlament üzvlərinin sayı çox olsa belə, şəxsin birdən artıq ölkənin 

vətəndaşı  olması  onun  parlament  üzvlüyünə  seçilmək  hüququna  malik  olmayan  şəxs 

sayılması üçün əsas təşkil etməməlidir. 



A.  Seçilmək hüququnun olmaması və demokratik quruluş  

43.  Seçilmək hüququna qoyulan məhdudiyyətlərə gəlincə, demokratik quruluşun qorunması 

elə  bir məqsəddir  ki,  qanunun  aliliyi  prinsipinə  və  Konvensiyanın  ümumi  məqsədlərinə 

uyğundur. 

44.  Lakin  namizədliyin rədd edilməsinin  Konvensiyaya  uyğun  olması  üçün  bu  addım  ilk 

növbədə  qanuni  olmalıdır:  konkret  olaraq,  o,  qanunla  nəzərdə  tutulmalıdır. 



Diclə  və  Sadak 

Türkiyəyə  qarşı

  məhkəmə  işində  buraxılmış  siyasi  partiyadan  olan  parlament  üzvləri 

qanunsuz təşkilata üzv olduqlarına görə ağır həbs cəzalarına məruz qalmışdılar. Avropa İnsan 

Hüquqları  Məhkəməsinin qərarından  sonra  onların  işinə  yenidən  baxıldı.  Lakin  parlament 

seçkilərində onların namizədlikləri rədd edilərək belə əsas  gətirildi ki, onlar cəzalarını tam 

çəkməyiblər.  İşi  Konvensiyanın  6-cı  maddəsi  əsasında  araşdırmış  Məhkəmə  qeyd  etdi  ki, 

milli  orqanların  qərarlarından  belə  aydın  olur  ki,  işə  yenidən  baxılması  qərara  alındıqdan 

sonra işə elə baxılmalıdır ki, sanki ərizəçilər birinci dəfə məhkəmə qarşısına çıxarılırlar. O, 

bu qənaətə  gəldi  ki,  ərizəçilərin cinayət  işi  üzrə  əvvəlki məhkumluqları  və  sonra 

namizədliklərinin rədd edilməsi qanunla nəzərdə  tutulmamışdı  və  beləliklə,  1  saylı 

Protokolun 3-cü maddəsinin pozuntusu baş vermişdi. 

45.   


Eçeberriya və başqaları İspaniyaya qarşı

 məhkəmə işində ərizəçilərin namizədlikləri bu 

əsasa  görə  ləğv  edilmişdi  ki,  onlar  zorakılıqları  və  terror təşkilatı  ETA-nın  fəaliyyətlərini 

dəstəklədiyinə görə qanunsuz elan olunmuş və buraxılmış üç siyasi partiyada fəaliyyətlərini 

davam  etdirmişdilər.  Məhkəmə  müəyyən  etdi  ki,  milli  hakimiyyət  orqanlarının  belə  bir 

qənaətə  gəlməsi üçün yetərincə  əsas  vardı  ki,  sözügedən  seçki  qrupları  müvafiq  siyasi 

partiyaların fəaliyyətlərini davam etdirmək istəyirdilər. Ali Məhkəmə öz qərarını mübahisəli 

qrupların proqramlarının zahiri elementləri ilə əsaslandırmışdı və hakimiyyət orqanları ayrı-

ayrı şəxslərin namizədliklərini qadağan etmək barədə qərar çıxarmışdılar. Qruplaşmalar üçün 

izahatlarını  təqdim etmək  imkanının  yaradıldığı  çəkişmə  xarakterli  məhkəmə  prosesindən 

sonra daxili məhkəmələr onların qanunsuz elan olunmuş siyasi partiyalarla birmənalı şəkildə 

əlaqələrinin  olduğu  qənaətinə  gəldilər.  Nəhayət,  İspaniyadakı  siyasi  şərait,  yəni  hökumət 

qurumlarında müəyyən muxtar icmaların və konkret olaraq basklar diyarı təmsilçilərinin yer 

alması və siyasi partiyaların müstəqilliyə çağırışlar etməsi sübut edirdi ki, barəsində şikayət 

edilən tədbir separatçı baxışların ifadə edilməsini qadağan edən siyasətin tərkib hissəsi deyil. 

Buna  görə  də  Məhkəmə  bu qənaətə  gəldi  ki,  bu  məhdudiyyət  qarşıya  qoyulan  qanuni 

məqsədə mütənasibdir. 

46.  1 saylı Protokolun 3-cü maddəsinin aktiv aspektinə nisbətən passiv aspektinə aid işlərdə 

Məhkəmənin nəzarəti  daha  yumşaq  olsa  da,  hər  halda  belə  nəzarətin  mövcud  olmadığını 

söyləmək  olmaz.  Xüsusən belə  işlərdə  mütənasiblik  meyarı,  nisbətən  vəziyyətə 

15 

 

Avropa İnsan Hüquqları Məhkəməsi 




1

 SAYLI 


P

ROTOKOLUN 

3-

CÜ MADDƏSI ÜZRƏ TƏLIMAT 



 

A



ZAD SEÇKI HÜQUQU

 

uyğunlaşdırılmış  formada  olsa  da,  real  olaraq  tətbiq  edilir.  Konkret  olaraq,  bir  sıra  işlərdə 



Məhkəmə  dövlətin  ərazi  bütövlüyünə  və  toxunulmazlığına  və  ya siyasi sistemin dünyəvi 

xarakterinin qorunun saxlanmasına zərər yetirdiklərinə görə partiyaları ləğv edildikdən sonra 

parlament üzvlərinə tətbiq edilmiş sanksiyaların qeyri-mütənasib xarakteri ilə əlaqədar olaraq 

1 saylı Protokolun 3-cü maddəsinin bir sıra pozuntularını müəyyən  edib (aşağıda 82-84-cü 

bəndlərə bax). 

47.  Qeyd  etmək  lazımdır  ki,  proqramlarının  demokratik  prinsiplərə  uyğun  olmaması 

səbəbindən  siyasi  partiyaların  qadağan  olunmasına  aid  işlərə  adətən  Konvensiyanın  11-ci 

maddəsi (toplaşmaq və birləşmək azadlığı) əsasında baxılır. Bu halda 1 saylı Protokolun 3-cü 

maddəsi  yalnız  ikinci  dərəcəli müddəa  sayılır  və  hesab  edilir  ki,  bu  maddə  üzrə  hər  hansı 

ayrıca  məsələ  meydana  çıxmır  (



Rifah  Partiyası  və  başqaları  Türkiyəyə  qarşı 

[BP]; 


Linkov 

Çex Respublikasına qarşı



Bask Millətçi Partiyası – İparralde Regional Təşkilatı Fransaya 



qarşı

). 


B.  Tarixi kontekstin mühümlüyü 

48.  Seçilmək  hüququnun  meyarları  ümumi  mənşəyə  malik  olsa  da,  yəni  həm seçkili 

nümayəndələrin müstəqilliyini,  həm də  seçicilərin  azad  seçimini  təmin etmək  zərurətindən 

irəli  gəlsə  də,  hər  bir  dövlət  üçün  spesifik  olan  siyasi  və  tarixi  amillərə  müvafiq  olaraq 

fərqlənir.  Avropa  Şurasının  çoxsaylı  üzv  dövlətlərinin  konstitusiyalarında  və  seçki 

qanunvericiliyində  nəzərdə  tutulan  situasiyaların  rəngarəngliyi  bu  sahədə  mümkün 

yanaşmaların müxtəlifliyini göstərir. Buna görə də, 1 saylı Protokolun 3-cü maddəsini tətbiq 

etmək üçün istənilən  seçki  qanunvericiliyi  müvafiq  ölkənin siyasi təkamülü kontekstində 

qiymətləndirilməlidir  (

Maye-Moen  və  Klerfeyt  Belçikaya  qarşı

,  54-cü bənd; 



Podkolzina Latviyaya qarşı

, 33-cü bənd; 



Jdanok Latviyaya qarşı

 [BP], 106-cı bənd). 

49.  

Jdanok Latviyaya qarşı

 [BP] məhkəmə işində ərizəçi 1991-ci ildə dövlət çevrilişi həyata 

keçirməyə cəhd etmiş partiyanın üzvü idi. Dövlət çevrilişindən sonra sözügedən partiyadakı 

fəaliyyətlərini davam etdirməsi ilə əlaqədar olaraq sonradan onun namizədliyi bir neçə dəfə 

rədd  edildi.  Məhkəmənin rəyi bundan ibarət  oldu  ki,  ərizəçinin  həmin  partiyadakı  keçmiş 

vəzifəsi və həmçinin 1991-ci il hadisələrindəki mövqeyi hələ də milli parlamentə seçkilərdə 

namizəd qismində  iştirakını  istisna  edən  hal  idi.  Baxmayaraq  ki,  belə  tədbir,  məsələn, 

onilliklər və ya yüzilliklər boyu formalaşan oturuşmuş demokratik təsisatlar sisteminə malik 

ölkədə çətin ki, qəbuledilən sayıla bilərdi, həmin tədbirin qəbul olunmasına gətirib çıxarmış 

tarixi və siyasi konteksti və yeni demokratik quruluşa qarşı təhlükəni nəzərə alsaq,Latviyada 

onu qəbuledilən  hesab  etmək  olardı.  Bununla  belə,  Məhkəmə  bu qənaətə  gəldi  ki,  Latviya 

parlamenti qanunvericiliyin müəyyən etdiyi bu məhdudiyyətə tez bir zamanda son qoyulması 

üçün onu daim nəzarətdə  saxlamalıdır.  Digər amillərlə  yanaşı,  ölkənin  Avropaya  tam 

inteqrasiya  olunması  ilə  əlqədar  olaraq  Latviyada  hazırda  daha  çox  sabitliyin  olması  bu 

qənaətə haqq qazandırırdı. Müvafiq olaraq, Latviyanın qanunverici orqanı tərəfindən bununla 

bağlı addımlar atılmaması Məhkəmənin fərqli qənaətə gəlməsinə səbəb ola bilər  (

yenə orada

132-135-ci bəndlər). 



50.  Sonralar  Məhkəmə  müəyyən  zaman  keçdiyinin  nəzərə  alınmasının  vacibliyini  və 

lüstrasiyaya  dair  qanunvriciliyin  yenidən qiymətləndirilməsinin  zəruriliyini  bir  daha 

vurğuladı. 

Adamsons  Latviyaya  qarşı

  məhkəmə  işində  keçmiş  baş  nazir  olan  ərizəçinin 

seçkilərdə namizədliyi bu əsasa  görə rədd  edilmişdi ki, o, DTK-nın (Dövlət Təhlükəsizliyi 

Komitəsi,  KQB)  "əməkdaşı"  olub.  Məhkəmə  ölkənin  tarixi  konteksti  ilə  bağlı  gəldiyi 

qənaətləri  bu  işdə  təsdiq  etdi.  Bununla  belə,  o  əlavə  etdi  ki,  illər keçdikcə  müəyyən qrup 

şəxslər barəsində ümumi şübhələr artıq  yetərli deyil və hakimiyyət orqanları bu cür tədbiri 

əlavə  arqumentlər  və  sübutlarla  əsaslandırmalıdırlar.  Bu  işdə  tətbiq  edilmiş  qanun  DTK 

16 


 

Avropa İnsan Hüquqları Məhkəməsi 




Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə