Case-law guide on Article of Protocole No. Aze



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə3/13
tarix12.10.2018
ölçüsü0,88 Mb.
#73720
1   2   3   4   5   6   7   8   9   ...   13

1

 SAYLI 


P

ROTOKOLUN 

3-

CÜ MADDƏSI ÜZRƏ TƏLIMAT 



 

A



ZAD SEÇKI HÜQUQU 

 

qazandırmaq üçün həmin siyahılarda yer almayan məqsədə istinad etməkdə sərbəstdirlər, bu 



şərtlə ki, nəzərdən keçirilən işin konkret halları baxımından həmin məqsədin qanunun aliliyi 

prinsipinə və Konvensiyanın ümumi məqsədlərinə uyğun olduğu sübuta yetirilməlidir.  

9.  "Dolayı  məhdudiyyətlər"  konsepsiyası  həmçinin o deməkdir  ki,  Məhkəmə  8-11-ci 

maddələrin kontekstində  istifadə  edilən məhdudiyyətin  "zəruriliyi"  və  ya  "təxirəsalınmaz 

ictimai tələbatdan" irəli gəlməsi kimi ənənəvi meyarları bu halda tətbiq etmir. Məhdudiyyətin 

1 saylı Protokolun 3-cü maddəsinə uyğunluğunu araşdırarkən Məhkəmə diqqətini əsasən iki 

meyara yönəldir: məhdudiyyət əsassız və ya qeyri-mütənasib idimi və xalqın öz rəyini sərbəst 

ifadə  etməsinə  müdaxilə  təşkil  edirdimi?  Bundan  əlavə,  o,  hər  hansı  ölkənin seçki 

qanunvericiliyini həmin ölkənin siyasi təkamülü kontekstində qiymətləndirməyin zəruriliyini 

vurğulayır, bu isə o deməkdir ki, bir sistemdə qəbuledilməz sayılan cəhətlərə digər sistemdə 

haqq  qazandırıla  bilər  (

Matye-Moen  və  Klerfeyt  Belçikaya  qarşı

,  52-ci bənd; 



Jdanok 

Latviyaya qarşı

 [BP], 103-104 və 115-ci bəndlər). 

10.  Parlament seçkilərində səs vermək hüququna ("aktiv aspekt") nisbətən namizəd qismində 

iştirak etmək hüququna ("passiv aspekt") daha sərt tələblər tətbiq edilə bilər. Faktiki olaraq, 1 

saylı Protokolun 3-cü maddəsinin "aktiv" aspekti ilə bağlı qiymətləndirmə adətən şəxsi və ya 

şəxslər qrupunu səs  vermək  hüququndan  məhrum  edən  qanunvericilik  normalarının 

mütənasibliyinin  daha  geniş  şəkildə  qiymətləndirilməsini  özündə  ehtiva  etdiyi  halda,  seçki 

hüququnun "passiv" aspekti bağlı Məhkəmənin qiymətləndirməsi əsasən şəxsin namizədliyini 

irəli sürmək  hüququndan  məhrum  edilməsinə  gətirib  çıxaran  ölkədaxili  prosedurlarda  sui-

istifadə  hallarının  olub-olmadığının  yoxlanması  ilə  məhdudlaşır  (

yenə  orada

,  115-ci bənd; 



Melniçenko Ukraynaya qarşı

, 57-ci bənd). 

11.  Seçki  hüququnun  "passiv"  aspektinin  pozulduğunu  məhz  kimin  iddia  etmək  hüququna 

malik olması məsələsinə gəlincə, Məhkəmə qəbul edib ki, seçki qanunvericiliyi və ya milli 

hakimiyyət  orqanları  partiya  siyahısındakı  ayrı-ayrı  şəxslərin seçkidə  namizəd qismində 

iştirak  hüququnu  məhdudlaşdırırsa,  müvafiq  partiya məhz  partiya  qismində,  öz 

namizədlərindən ayrılıqda bu pozuntunun qurbanı olduğunu iddia edə bilər (

Gürcüstan Əmək 

Partiyası Gürcüstana qarşı

, 72-74-cü bəndlər; 



Riza və başqaları Bolqarıstana qarşı

, 142-ci 

bənd). 

12.  Nəhayət,  ölkənin  seçki  sistemini  araşdırarkən  (bu  araşdırma  istər  seçki  hüququnun 



"aktiv", istərsə də  "passiv" aspektinə  aid olsun) Məhkəmə dövlətlərin tarixi kontekstlərinin 

müxtəlifliyini nəzərə  alır.  Belə  ki,  şəraitlərin  bu  müxtəlifliyi onunla nəticələnə  bilər  ki

Məhkəmə  bir  ölkənin  seçki  normaları  ilə  digərininkinin fərqliliyini qəbul edə,  eləcə  də 

araşdırılan dövrdən asılı olaraq seçki sistemi qarşısında qoyulan tələbi daha yuxarı səviyyəyə 

qaldıra və bununla bağlı izahat verə bilər. 

II.  Aktiv aspekt: səsvermə hüququ  

13.  Seçki hüququnun "aktiv" aspekti məhdudiyyətlərə məruz qala bilər. 1 saylı Protokolun 3-

cü maddəsinin əhatə etdiyi hər hansı digər məsələ kimi bu məsələdə də üzv dövlət müəyyən 

qiymətləndirmə sərbəstliyinə malikdir ki, onun da hüdudları kontekstdən asılı olaraq fərqlənə 

bilər. Məsələn, seçki prosesində kifayət qədər yetkinləşmiş şəxslərin iştirakını təmin etmək 

üçün minimal yaş həddinin müəyyənləşdirilməsi mümkündür (



Hörst Birləşmiş Krallığa qarşı 

(№ 2)

 [BP], 62-ci bənd). 

14. Bununla belə,  həyata keçirilən nəzarət mütənasibliyə  riayət edilməsini nisbətən  əhatəli 

şəkildə  yoxlamaqdan  ibarətdir.  Dövlətlərə  verilən müəyyən qiymətləndirmə  sərbəstliyi 

müəyyən şəxslərin və  ya qrupların ölkənin siyasi həyatında iştirakına, xüsusən qanunverici 

 



Avropa İnsan Hüquqları Məhkəməsi 


1

 SAYLI 


P

ROTOKOLUN 

3-

CÜ MADDƏSI ÜZRƏ TƏLIMAT 



 

A



ZAD SEÇKI HÜQUQU

 

orqanın  üzvlərinin bu orqana təyin  olunması  vasitəsilə,əngəl  törədilməsi ilə 



nəticələnməməlidir  (

Əziz  Kiprə  qarşı

,  28-ci bənd; 



Tenase  Moldovaya  qarşı

  [BP],  158-ci 

bənd). 

Əziz Kiprə qarşı

 məhkəmə işindəMəhkəmə Kiprin türk icması üzvlərinin qanunverici 

orqana seçkilərdə  səs  vermək  imkanına  malik  olmaması  məsələsi  ilə  bağlı  qərar  çıxardı. 

Onun rəyi  bundan ibarət  oldu  ki,  1963-cü ildən bəri Kiprdə  anormal  situasiyanın  və 

qanunvericilik  boşluğunun  mövcudluğu  səbəbindən  ərizəçi,  Kipr  Respublikasında  yaşayan 

Kiprin  türk  icmasının  üzvü  olaraq,  Nümayəndələr  Palatasının  üzvlərinin seçilməsində  öz 

rəyini ifadə  etmək  imkanından  tamamilə  məhrum  edilib.  Bununla  da  ərizəçinin səsvermə 

hüququnun  mahiyyətinə  xələl  gətirilmiş  olub.  Məhkəmə  həmçinin  sözügedən  hüquqdan 

istifadə  etmək məsələsində  Kiprin  türk  icmasının  üzvlərinə  və  Kiprin  yunan  icmasının 

üzvlərinə qarşı rəftarda açıq-aydın bərabərsizlik olduğunu müəyyən etdi. Müvafiq olaraq, 1 

saylı  Protokolun  3-cü maddəsi ilə  birgə  götürülməklə  Konvensiyanın  14-cü maddəsinin 

pozuntusu baş vermişdi. 

15.  Həmçinin qeyd etmək lazımdır ki, müvafiq hallarda 1 saylı Protokolun 3-cü maddəsinin 

tətbiq dairəsinə  düşməyən seçkilərə  aid  şikayətlər  Konvensiyanın  digər maddələri  əsasında 

irəli sürülə bilər. Belə ki, 

Molka Polşaya qarşı

 məhkəmə işində ərizəçi bələdiyyə şuralarına, 

rayon şuralarına və regional məclislərə seçkilərdə iştirak etmək imkanına malik deyildi. Əlil 

arabasında  olan  şəxslərin seçki məntəqəsinə  daxil  olması  üçün  imkan  yox  idi,  seçki 

bülletenlərini binadan bayıra çıxarmağa isə icazə verilmirdi. Məhkəmənin rəyi bundan ibarət 

oldu  ki,  aktiv  həyat tərzi  sürmək istəyən  ərizəçinin seçki məntəqəsinə  daxil  olması  üçün 

hakimiyyət  orqanlarının  lazımi  şərait  yaratmamasının  ərizəçidə  onun fərdi müstəqillik 

duyğusuna və beləliklə həm də onun şəxsi həyatının keyfiyyətinə zərər yetirə biləcək alçalma 

və iztirab hissi yaratdığını istisna etmək olmaz. Buna görə də Məhkəmə bu fikirlə razılaşdı ki, 

belə vəziyyətə 8-ci maddə tətbiq edilə bilər. 



A.  Mülki hüquqların itirilməsi 

16.  Şəxs  və  ya qrup səsvermə  hüququndan  məhrum  edildikdə  Məhkəmə  bu  cür  hallara 

xüsusi  diqqətlə  yanaşır.  Belə  hallarda  səsvermə  hüququndan  məhrum  edilmənin qanuni 

məqsəd daşıması və həmçinin mütənasiblik meyarına riayət edilməsi xüsusilə ciddi şəkildə 

yoxlanılır.  Məhkəmə bir sıra işlərə baxıb ki, həmin işlərdə səsvermə hüququndan məhrum 

edilmə  cinayət  işinin  istintaqının  tərkib  hissəsi qismində  baş  verib. 



Labita  İtaliyaya  qarşı

 

[BP] məhkəmə işi mafiya üzvü olmaqda şübhəli bilinən şəxsin mülki hüquqlarını avtomatik 



olaraq  müvəqqəti itirməsi ilə  əlaqədar  idi.  Məhkəmə  razılaşdı  ki,  bu  tədbir qanuni məqsəd 

daşıyıb. Lakin bu tədbirin yalnız ərizəçinin bəraət almasından sonra tətbiq edildiyini nəzərə 

alaraq,  o,  həmin tədbirin qeyri-mütənasib  olduğu  qənaətinə  gəldi,  belə  ki,  şübhəli  şəxsin 

mafiyaya mənsub olmasından şübhələnmək üçün faktiki əsas yox idi. Həmçinin 



Vito Sante 

Santoro  İtaliyaya  qarşı

  məhkəmə  işində  ərizəçi polis nəzarətinə  verildiyinə  görə  qısa 

müddətə səsvermə hüququndan məhrum edilmişdi. Lakin onun nəzarətə götürülməsi barədə 

qərarın  icra  üçün  təqdim  edildiyi  tarix  ilə  adının  seçki  siyahısından  silindiyi  tarix  arasında 

doqquz  aydan  artıq  vaxt  keçmişdi.  Nəticədə  ərizəçi iki seçkidə  səs  vermək  imkanından 

məhrum olmuşdu, halbuki tədbir dərhal icra olunsaydı, belə hal baş verməzdi. Hökumət bu 

qədər  vaxtın  keçməsini  əsaslandırmaq  üçün  heç  bir  səbəb  göstərmədi.  Buna  görə  də 

Məhkəmə bu qənaətə gəldi ki, 1 saylı Protokolun 3-cü maddəsinin pozuntusu baş verib. 

17.  Mülki  hüquqların  itirilməsi məsələsi təkcə  cinayət  işi  kontekstində  meydana  çıxmır. 

Albaneze İtaliyaya qarşı

 məhkəmə işi ərizəçilər barəsində müflisləşmə prosesinin aparıldığı 

müddətdə onların seçki hüquqlarının dayandırılması ilə əlaqədar idi. Məhkəmə qeyd etdi ki, 

müflisləşmə  prosesi cinayət  hüququnun  deyil,  mülki  hüququn  tətbiq dairəsinə  düşür  və 

beləliklə,  bu,  müflisləşmiş  şəxs  tərəfindən  hər  hansı  aldatma  və  ya  saxtakarlıq  olduğunu 

nəzərdə tutmayan prosesdir. Buna görə də şəxsin seçki hüquqlarının məhdudlaşdırılmasının 

 

Avropa İnsan Hüquqları Məhkəməsi 




Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə