Case-law guide on Article of Protocole No. Aze



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə9/13
tarix12.10.2018
ölçüsü0,88 Mb.
#73720
1   ...   5   6   7   8   9   10   11   12   13

1

 SAYLI 


P

ROTOKOLUN 

3-

CÜ MADDƏSI ÜZRƏ TƏLIMAT 



 

A



ZAD SEÇKI HÜQUQU 

 

59.  Lakin ən  azı  minimum  sayda  imza  toplanılması  və  onların  yoxlanması  tələbi qanunun 



aliliyi prinsipinə  uyğun  olmalı  və  seçkilərin  dürüstlüyünün  qorunmasına  yönəlməlidir. 

Tahirov  Azərbaycana  qarşı

  məhkəmə  işində  ərizəçinin  namizədliyini rədd  etmiş  seçki 

komissiyası  tərəfindən təqdim edilən təminatlar,  xüsusən  imzaların  etibarlılığına  dair  qərar 

verən ekspertlərin təyin edilməsi yetərli  deyildi.  Bundan  əlavə,  ərizəçi  komissiyanın 

iclaslarında iştirak etmək və ya arqumentlərini irəli sürmək imkanına malik deyildi və həmin 

arqumentlərin  heç  biri  komissiya  tərəfindən  araşdırılmamışdı.  Beləliklə,  imzaların  etibarsız 

olduğu  iddia  edilərək  ərizəçinin  namizədliyinin rədd edilməsi  əsassız  qərar  idi.  ATƏT-in 

hesabatı  əsasında  Məhkəmə  qeyd  etdi  ki,  bu  nöqsanlar  sistem  xarakterlidir  və  bir  sıra 

namizədliklər bu səbəblərə  görə  əsassız  olaraq  rədd  edilir.  O,  Hökumətin birtərəfli 

bəyanatının insan hüquqlarına hörmətin təmin edilməsi üçün yetərli olmadığı qənaətinə gəldi 

və bəyanatı rədd edərək işə mahiyyəti üzrə baxılmasını davam etdirdi. 

60.  Bu kimi say məhdudiyyətlərinə  dair  meyarlar  həmçinin deputat yerlərinin seçkilərin 

nəticələrinə uyğun surətdə ayrılması ilə əlaqədar olaraq Məhkəmə tərəfindən məqbul hesab 

edildi.  Seçki  sistemləri bəzən biri-biri ilə  o qədər də  uzlaşmayan  məqsədlərin  həyata 

keçirilməsinə yönəlmiş olur: bir tərəfdən xalqın rəyini ədalətli və dürüst şəkildə əks etdirmək, 

digər tərəfdən isə  kifayət qədər  aydın  və  ardıcıl  siyasi iradənin  ortaya  qoyulmasına  şərait 

yaratmaq üçün cəmiyyətdəki  ideyaların  cərəyanlarını  düzgün  istiqamətləndirmək.  1  saylı 

Protokolun 3-cü maddəsinin müddəalarından  heç  də  belə  nəticə  çıxmır  ki,  seçkinin 

nəticəsinin müəyyənləşdirilməsində  bütün səslər eyni çəkiyə  malik  olmalıdır  və  ya bütün 

namizədlər  qalib  gəlmək  üçün  eyni  şansa  malik  olmalıdırlar,  yaxud  da  seçki  sistemi  həddi 

keçməyən səslərin  "hədər  getməsini"  istisna  edə  bilməz  (

"Yeni  Demokratlar"  Partiyası  və 

"Bizim Torpaq" Partiyası Latviyaya qarşı

 (qərardad)). 

61.  Seçkilərdə tətbiq edilən say məhdudiyyətlərinin təsirləri ayrı-ayrı ölkələrdə fərqlənə bilər 

və müxtəlif seçki sistemləri fərqli və bəzən hətta bir-birinə zidd siyasi məqsədlər daşıya bilər. 

Bir sistem partiyaların parlamentdə ədalətli təmsilçiliyini daha çox önə çəkə bilər, digəri isə 

partiya sistemində  parçalanmalara  yol  verməməyə  və  parlamentdə  bir  hakim  partiyanın 

çoxluğunun formalaşmasını təşviq etməyə yönəlmiş ola bilər. Məhkəmə bu fikirdədir ki, bu 

məqsədlərin  heç  biri  özü-özlüyündə  məntiqsiz  sayıla  bilməz.  Bundan  başqa, 

məhdudiyyətlərin  oynadığı  rol  onların  hansı  səviyyədə  müəyyən edilməsindən  və  hər bir 

ölkədəki partiya sistemindən  asılı  olaraq  fərqlənir.  Say  həddinin  aşağı  olması  yalnız  kiçik 

qrupların  parlamentə  düşməsini  istisna  edir  və  sabit  çoxluq  təşkil  etmə  imkanlarını 

çətinləşdirir,  partiya  sisteminin  həddən  artıq  parçalanmış  olduğu  hallarda  isə  say  həddinin 

yüksək  olması  bir  çox  seçiciləri təmsilçilik  imkanından  məhrum  edir.  Bu  cür  çoxlu  sayda 

situasiyalar  mümkün  seçim  imkanlarının  müxtəlifliyini  göstərir.  Buna  görə  də  Məhkəmə 

müvafiq seçki sisteminin xüsusiyyətlərini nəzərə almadan həmin sistemin müəyyən etdiyi hər 

hansı konkret say həddini qiymətləndirə bilməz (



Yumak və Sadak Türkiyəyə qarşı

 [BP], 131-

132-ci bəndlər). 

62.  Məsələn, iki alternativ şərtin (ya ayrıca seçki dairəsi təşkil edən adada etibarlı sayılmış 

səslərin ən azı 30%-ini qazanmaq, ya da bütövlükdə muxtar ərazidə etibarlı sayılmış səslərin 

ən  azı  6%-ini  qazanmaq)  yerinə  yetirilməsi tələbinə  gəlincə,  Məhkəmə  hesab  etdi  ki,  belə 

sistem seçkidəki  namizədlərə  maneə  təşkil  etməkdən  çox-çox  uzaqdır  və  daha  kiçik  siyasi 

qruplaşmaları  müəyyən müdafiə  ilə  təmin  edir  (



Kanar  adalarının  Milli  Federasiyası 

İspaniyaya  qarşı

  (qərardad)).  Analoji  olaraq,  Məhkəmə  bu qənaətə  gəldi  ki,siyahıdakı 

namizədlərin  seçilmiş  sayılmasından  ötrü  namizədlərin  siyahısına  verilən səslər  və 

parlamentdə onlara ayrılan yerlər üçün müəyyən edilmiş 5%-lik hədd 1 saylı Protokolun 3-cü 

maddəsinə uyğundur, belə ki, bu, cəmiyyətdə kifayət qədər təmsilçisi olan ideya cərəyanlarını 

təşviq edir və parlamentin həddən artıq parçalanmamasına kömək edir (



"Yeni Demokratlar" 

Partiyası və "Bizim Torpaq" Partiyası Latviyaya qarşı

 (qərardad)). 

19 

 

Avropa İnsan Hüquqları Məhkəməsi 




1

 SAYLI 


P

ROTOKOLUN 

3-

CÜ MADDƏSI ÜZRƏ TƏLIMAT 



 

A



ZAD SEÇKI HÜQUQU

 

63.  



Yumak və Sadak Türkiyəyə qarşı

 [BP] məhkəmə işində isə, əksinə, Məhkəmə müəyyən 

etdi  ki,  ümumən seçkidəki  10%-lik  hədd  həddən  artıq  yüksəkdir  və  bu  həddin  aşağı 

salınmasını tövsiyə etmiş Avropa Şurasının orqanları ilə razılaşdı. Bu hədd siyasi partiyaları 

müəyyən  hiylələrə  əl  atmağa  məcbur  edirdi  ki,  bu  da  seçki  prosesinin  şəffaflığına  heç  də 

kömək  etmirdi.  Bununla  belə,  Məhkəmə  sözügedən seçkilərin  konkret  siyasi  kontekstini, 

habelə praktikada 10%-lik həddin təsirlərini məhdudlaşdıran müəyyən düzəlişlərin və digər 

təminatların  olduğunu  (məsələn,  digər  siyasi  partiyalarla  seçki  koalisiyası  təşkil  etmək 

imkanını  və  ya  Konstitusiya  Məhkəməsinin rolunu) nəzərə  almaqla  vəziyyəti 

qiymətləndirdikdən  sonra  10%-lik  həddin  ərizəçilərin  1  saylı  Protokolun  3-cü maddəsi ilə 

təmin edilən hüquqlarının mahiyyətinə xələl gətirən təsirə malik olduğunu hesab etmədi.  

64.  Nəhayət, səslərin sayılması qaydalarında qəflətən və gözlənilmədən dəyişiklik edilməsi 1 

saylı Protokolun 3-cü maddəsini poza bilər. Məhkəmə parlamentə seçilmək üçün tələb olunan 

səslərin  sayı  ilə  bağlı  Xüsusi  Ali  Məhkəmənin  oturuşmuş    presedent  hüququndan 

gözlənilmədən  geri  çəkilməsi nəticəsində  deputat yerlərindən məhrum  olmuş  parlament 

üzvlərinin barəsində bu maddənin pozulduğunu müəyyən etdi. O xüsusən bu faktı nəzərə aldı 

ki,  seçkilərdən  sonra  presedent  hüququnda  edilmiş  dəyişiklik  boş  seçki  bülletenlərinin 

mənasını  və  əhəmiyyətini dəyişmişdi  ki,  bu  da  seçicilərin  seçki  qutusuna  atdıqları 

bülletenlərdə  ifadə  etdikləri iradələrində  dəyişiklik  edilməsinə  səbəb  olmuşdu.  Dəyişiklik 

həm də  parlament  üzvlərinin seçilməsi  üsulunda  uyğunsuzluq  yaratmışdı  (



Pasxalidis, 

Kutmeridis və Zaxarakis Yunanıstana qarşı

). 


D.  Digər qanuni məqsədlər 

65.  Konvensiyanın  8-11-ci maddələri kontekstində  hüquqların  məhdudlaşdırılmasına  əsas 

verən qanuni məqsədlərin  tam  siyahısı  kimi  siyahı  1  saylı  Protokolun  3-cü maddəsində 

nəzərdə tutulmayıb və müvafiq olaraq, seçkidə namizəd qismində iştirak hüququna qoyulan 

məhdudiyyətlərin bir sıra digər məqsədləri də Məhkəmə tərəfindən əsaslı məqsəd kimi qəbul 

edilə bilər. 

66.  Məsələn, Məhkəmə dövlətə qarşı loyallıq ilə hökumətə qarşı loyallıq arasında fərq qoyur. 

Belə ki, dövlətə qarşı loyallığın təmin edilməsi seçki hüquqlarına qoyulan məhdudiyyətlərə 

haqq  qazandıran  qanuni  məqsəd təşkil  edə  bilər,  amma  hökumətə  qarşı  loyallıq  barəsində 

eyni  sözləri  söyləmək  olmaz  (



Tenase  Moldovaya  qarşı

 [BP],  166-cı  bənd).  Analoji  olaraq, 

rəsmi dili yetərli səviyyədə  bilmək  öhdəliyi qanuni məqsəd  daşıya  bilər  (

Podkolzina 

Latviyaya  qarşı

).  Məhkəmə  həmçinin müəyyən  edib  ki,  parlament  seçkisində  namizədlərin 

üzərinə  məşğulluqları  və  partiya  üzvlükləri barədə  dəqiq məlumat  vermək  öhdəliyinin 

qoyulması  namizədin  peşəsi  və  siyasi  baxışları  ilə  bağlı  seçicilərin məlumatlı  seçim 

etmələrinə imkan yaratmağa xidmət edir və beləliklə qanuni məqsəd təşkil edir (

Krasnov və 

Skuratov v. Rusiyaya qarşı

). Yalnız təqdim etdiyi sənədin qüsurlu formada olması səbəbindən 

namizədin seçilmək  hüququndan  məhrum  edilməsi isə,  əksinə,  qarşıya  qoyulmuş  qanuni 

məqsədə mütənasib hesab edilməyib (

yenə orada

, 65-66-cı bəndlər). 

67.  Məhkəmə  həmçinin  ənənəvi  protestant  partiyasının  namizədlər  siyahısına  qadınların 

daxil edilməsi öhdəliyinə qarşı şikayətin yer aldığı ərizəni qəbul olunmayan elan etdi. O, bu 

qənaətə  gəldi  ki,  üzv  dövlətlərdə  gender  bərabərliyinə  doğru  inkişaf  kişilərə  nisbətən 

qadınların rolunun ikinci dərəcəli olması ideyasının dövlət tərəfindən dəstəklənməsinə imkan 

vermir (

Yenilənmiş Protestant Partiyası Niderlanda qarşı

 (qərardad)). 

68.  Bundan  başqa, 

Melniçenko  Ukraynaya  qarşı

  məhkəmə  işində  ABŞ-da  qaçqın  statusu 

almış  ərizəçinin  namizədliyi bu əsasa  görə  rədd  edilmişdi  ki,  o,  yaşayış  yeri  barədə  yalan 

məlumat təqdim  edib.  Qüvvədə  olan  qanunvericiliyə  uyğun  olaraq,  o,  məlumatları  hələ  də 

özündə saxladığı ölkədaxili pasportundan götürmüşdü və həmin pasportdakı məlumatlar onun 

20 


 

Avropa İnsan Hüquqları Məhkəməsi 




Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə