Bu materialı (və ya onun təcüməsini) çap olunmuş və ya elektron formada yaymaq istəyən
naşirlərdən və ya təşkilatlardan xahiş olunur ki, əlavə təlimatlar üçün bu poçt ünvanı ilə
əlaqə saxlasınlar:
publishing@echr.coe.int
.
© Avropa Şurası/Avropa İnsan Hüquqları Məhkəməsi, 2016
© Avropa Şurası, azərbaycan dilində nəşr, 2017
Bu Təlimat Araşdırmalar Şöbəsi tərəfindən hazırlanıb və Məhkəmə üçün məcburi qüvvəyə
malik deyil. Mətn 31 may 2016-cı ildə yekunlaşdırılıb; ona redaktə xarakterli düzəlişlər edilə
bilər.
Sənədi bu saytdan yükləmək olar <
www.echr.coe.int
> (Case-Law – Case-Law Analysis –
Case-Law Guides).
Bu nəşr Şərq Tərəfdaşlığı ölkələri üçün Proqram Əməkdaşlığı Çərçivəsində (PCF 2015-2017)
Avropa İttifaqının və Avropa Şurasının “Avropa İnsan Hüquqları Konvensiyasının və Avropa
İnsan Hüquqları Məhkəməsinin presedent hüququnun Azərbaycanda tətbiqi” Birgə
Proqramının vəsaiti hesabına dərc olunub. Nəşrdə ifadə edilən fikirlərə və şərhlərə görə
Avropa İttifaqı, Avropa Şurası və Avropa İnsan Hüquqları Məhkəməsi məsuliyyət daşımır.
Yeni nəşrlər barədə
məlumatla
Məhkəmənin
Twitter
hesabından
(
twitter.com/echrpublication
) tanış ola bilərsiniz.
1
SAYLI
P
ROTOKOLUN
3-
CÜ MADDƏSI ÜZRƏ TƏLIMAT
–
A
ZAD SEÇKI HÜQUQU
Mündəricat
Oxucuların nəzərinə ............................................................................................ 4
I. Ümumi prinsiplər .......................................................................................... 5
A. Maddənin əhəmiyyəti və tətbiq dairəsi ...................................................................................... 5
B. Şərh prinsipləri ........................................................................................................................... 6
II. Aktiv aspekt: səsvermə hüququ ................................................................. 7
A. Mülki hüquqların itirilməsi ........................................................................................................ 8
B. Məhbuslarla bağlı xüsusi hallar ................................................................................................. 9
C. Yaşayış yeri səsvermə hüquqlarından istifadənin şərti kimi .................................................... 11
1. Xaricdə yaşayan vətəndaşların səsvermə hüququ ............................................................... 11
2. Müəyyən ərazilərlə bağlı xüsusi hallar ............................................................................... 12
3. Ölkə ərazisində yaşamayan vətəndaşlar üçün xaricdə seçkilərin təşkili ............................. 13
III. Passiv aspekt: seçkidə namizəd qismində iştirak hüququ .................... 14
A. Seçilmək hüququnun olmaması və demokratik quruluş .......................................................... 15
B. Tarixi kontekstin mühümlüyü .................................................................................................. 16
C. Seçkilərin təşkili ....................................................................................................................... 17
1. Ciddi namizədliklərin təmin edilməsi: depozit qoyma tələbi ............................................. 17
2. Siyasi mühitdə həddən artıq parçalanmanın qarşısını almaq .............................................. 18
D. Digər qanuni məqsədlər ........................................................................................................... 20
E. Seçki kampaniyasından başlayaraq... . ..................................................................................... 22
F. ...deputat vəzifəsinin icrasına qədər .......................................................................................... 23
IV. Seçki mübahisələri .................................................................................... 25
İstinad edilən işlərin siyahısı ............................................................................ 28
3
Avropa İnsan Hüquqları Məhkəməsi
1
SAYLI
P
ROTOKOLUN
3-
CÜ MADDƏSI ÜZRƏ TƏLIMAT
–
A
ZAD SEÇKI HÜQUQU
Oxucuların nəzərinə
Bu Təlimat praktiki hüquqşünasları Strasburq Məhkəməsi tərəfindən qəbul edilmiş
fundamental qərarlar barəsində məlumatlandırmaq üçün Avropa İnsan Hüquqları Məhkəməsi
(bundan sonra "Məhkəmə", "Avropa Məhkəməsi" və ya "Strasburq Məhkəməsi"
adlandırılacaq) tərəfindən dərc olunan Konvensiyaya dair təlimatlar silsiləsinin tərkib
hissəsidir. Konkret olaraq bu Təlimatda Avropa İnsan Hüquqları Konvensiyasının (bundan
sonra "Konvensiya" və ya "Avropa Konvensiyası" adlandırılacaq) 1 saylı Protokolunun 3-cü
maddəsinə dair 31 may 2016-cı ilədək mövcud olan presedent hüququnun təhlili və qısa
icmalı verilir. Oxucular bu sahəyə aid mühüm prinsipləri və müvafiq presedentləri burada
tapa biləcəklər.
İstinad edilən presedentlər aparıcı, mühüm və (və ya) ən son qərar və qərardadlar arasından
seçilib.*
Məhkəmənin qərarları təkcə Məhkəmənin icraatına verilmiş işlərin həll olunmasına xidmət
etmir, həm də ümumən Konvensiyanın müəyyən etdiyi normaların izah edilməsinə, icrasının
təmin edilməsinə və inkişaf etdirilməsinə xidmət edir və bununla da dövlətlərin bu
müqavilənin iştirakçısı qismində götürdükləri öhdəliklərə riayət etmələrinə yardımçı olur
(
İrlandiya Birləşmiş Krallığa qarşı
, 18 yanvar 1978-ci il, 154-cü bənd, A seriyaları, № 25).
Beləliklə, Konvensiyanın bərqərar etdiyi sistemin missiyası ümumi maraqlar naminə dövlət
siyasəti məsələlərini müəyyənləşdirməkdən və bu yolla Konvensiyanın iştirakçısı olan bütün
dövlətlərdə insan hüquqlarının müdafiəsi standartlarını daha yüksək səviyyəyə qaldırmaqdan
və insan hüquqlarına dair məhkəmə praktikasını genişləndirməkdən ibarətdir (
Konstantin
Markin Rusiyaya qarşı
[BP], ərizə № 30078/06, 89-cu bənd, AIHM 2012).
* Təlimatın elektron versiyasında istinad edilən işlərin hiperlinkləri Məhkəmə tərəfindən
qəbul edilmiş qərar və
ya qərardadların, habelə Avropa İnsan Hüquqları Komissiyasının (bundan sonra "Komissiya" adlandırılacaq)
qərar və ya məruzələrinin ingiliscə və ya fransızca (Məhkəmənin iki rəsmi dilində) olan orijinal mətnləri ilə
əlaqələndirilib. Başqa hal göstərilməyibsə, bütün istinadlar Məhkəmənin Palatası tərəfindən işin mahiyyəti üzrə
qəbul edilmiş qərarları bildirir. "Qərardad" sözü sitatın Məhkəmənin qərardadından gətirildiyini, "[BP
]
" isə işə
Böyük Palata tərəfindən baxıldığını bildirir.
4
Avropa İnsan Hüquqları Məhkəməsi