Case-law guide on Article of Protocole No. Aze



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə2/13
tarix12.10.2018
ölçüsü0,88 Mb.
#73720
1   2   3   4   5   6   7   8   9   ...   13

1

 SAYLI 


P

ROTOKOLUN 

3-

CÜ MADDƏSI ÜZRƏ TƏLIMAT 



 

A



ZAD SEÇKI HÜQUQU 

 

I.  Ümumi prinsiplər 

 

 

Konvensiyanın 1 saylı Protokolunun 3-cü maddəsi: Azad seçki hüququ 



“Razılığa  gələn 

Yüksək Tərəflər  qanunverici  hakimiyyət  orqanını  seçərkən  xalqın 

iradəsini sərbəst ifadə  edə  biləcəyi  şəraitdə  ağlabatan  dövriliklə  gizli  azad  seçkilər 

keçirməyi öhdələrinə götürürlər

.” 

 

A.  Maddənin əhəmiyyəti və tətbiq dairəsi  



1.  “Konvensiyanın  preambulasına  əsasən,  təməl  insan  hüquqları  və  azadlıqları  ‘effektiv 

siyasi  demokratiya’  vasitəsilə  daha  yaxşı  təmin  olunur.  1  saylı  Protokolun  3-cü maddəsi 

demokratiyanın  səciyyəvi  prinsipini  təsbit etdiyinə  görə  Konvensiya  sistemində  mühüm 

əhəmiyyət kəsb edir” (



Matye-Moen və Klerfeyt Belçikaya qarşı

, 47-ci bənd). 

2.  1 saylı Protokolun 3-cü maddəsi yalnız qanunverici orqanın seçilməsinə aiddir. Amma bu 

ifadə təkcə milli parlamentlə məhdudlaşmır. Belə ki, müvafiq dövlətin konstitusiya quruluşu 

nəzərdən keçirilməlidir  (

Timke  Almaniyaya  qarşı

,  Komissiyanın  qərarı).  Ümumiyyətlə,  1 

saylı Protokolun 3-cü maddəsinin tətbiq dairəsinə yerli seçkilər, yəni istər bələdiyyə seçkiləri 

(

Ksuereb  Maltaya  qarşı



Salleras  Llinares  İspaniyaya  qarşı

),  istərsə  də  regional  seçkilər 

(

Malyar Fransaya qarşı

) daxil deyil. Məhkəmə bu qənaətə gəlib ki, bir çox ölkələrdə yerli 

hakimiyyət orqanlarına həvalə olunan tənzimləyici normativ aktları və qaydaları qəbul etmək 

səlahiyyətini 1 saylı Protokolun 3-cü maddəsində qeyd edilən qanunvericilik səlahiyyətindən 

fərqləndirmək lazımdır, baxmayaraq ki, qanunvericilik səlahiyyətinə malik orqan təkcə milli 

parlamentlə məhdudlaşmır (



Molka Polşaya qarşı

 (qərardad)). 

Prezident seçkilərinə gəlincə, Məhkəmə bu fikirdədir ki, dövlət başçısının səlahiyyətləri özü-

özlüyündə  1  saylı  Protokolun  3-cü maddəsində  nəzərdə  tutulan  "qanunverici  orqanın" 

səlahiyyətləri kimi şərh oluna bilməz. Bununla belə, o, 1 saylı Protokolun 3-cü maddəsinin 

prezident  seçkilərinə  tətbiqinin  mümkünlüyünü  istisna  etmir.  Müvafiq  dövlət  başçısının 

vəzifəsinin  ona  qanunvericilik  təşəbbüsü ilə  çıxış  etmək  və  ya  qanunvericilik  aktları  qəbul 

etmək səlahiyyəti  verdiyi,  yaxud  qanunvericiliyin  qəbuluna nəzarət etməsinə  imkan  verən 

geniş  səlahiyyətlərə,  yaxud  da  qanunvericiliyi  qəbul edən  əsas  orqanlara  etimadsızlıq 

göstərmək səlahiyyətinə malik olduğu müəyyən edilərsə, o, yəqin ki, 1 saylı Protokolun 3-cü 

maddəsində  nəzərdə  tutulan  "qanunverici  orqan"  hesab  edilə  bilər  (

Boşkoski  Keçmiş 

Yuqoslaviya  Respublikası  Makedoniyaya  qarşı

  (qərardad); 



Brito  Da  Silva  Gerra  və  Souza 

Manyo Portuqaliyaya qarşı

 (qərardad)). Bununla belə, sonrakı işlərdə bu imkandan heç vaxt 

istifadə  edilməyib  və  hətta bu barədə  heç  bir  söz  deyilməyib  (

Paksas  Litvaya  qarşı

  [BP]; 


Ançuqov and Qladkov Rusiyaya qarşı

, 55-56-cı bəndlər). 

3.  Məhkəmə bir sıra hallarda bu rəydə olub ki, Avropa Parlamenti 1 saylı Protokolun 3-cü 

maddəsində nəzərdə tutulmuş "qanunverici orqanın" bir hissəsini təşkil edir (



MetyusBirləşmiş 

Krallığa qarşı

 [BP], 45-54-cü bəndlər; 



Okketto İtaliyaya qarşı

 (qərardad), 42-ci bənd). 

4.  Seçkilərin faktiki cəhətlərinə gəlincə, Komissiyanın və Məhkəmənin dəfələrlə təkrar etdiyi 

kimi,  1  saylı  Protokolun  3-cü maddəsində  yalnız  o  nəzərdə  tutulur  ki,  onlar  azad  və  gizli 

səsvermə yolu ilə keçirilməlidir (

X. Birləşmiş Krallığa qarşı

, Komissiyanın 6 oktyabr 1976-cı 

il tarixli qərarı). Həmin maddədə daha sonra aydınlıq gətirilir ki, seçkilər ağlabatan dövriliklə 

keçirilməlidir.  Belə  məsələlərin qiymətləndirilməsində  dövlətlərin sərbəstliyinin  hüdudları 

genişdir. Bununla belə, presedent hüququnda aşağıdakı rəhbər prinsiplər təqdim edilib: 

 



Avropa İnsan Hüquqları Məhkəməsi 


1

 SAYLI 


P

ROTOKOLUN 

3-

CÜ MADDƏSI ÜZRƏ TƏLIMAT 



 

A



ZAD SEÇKI HÜQUQU

 

“Komissiya  hesab  edir  ki,  seçkilərin  ağlabatan  dövriliklə  keçirilib-keçirilməməsi məsələsi 



parlament seçkilərinin məqsədi nəzərə  alınmaqla  müəyyənləşdirilməlidir.  Həmin məqsəd isə 

üstünlük təşkil  edən ictimai rəydə  baş  verən  əsaslı  dəyişikliklərin  xalq  nümayəndələrinin 

rəylərində də öz əksini tapmasını təmin etməkdən ibarətdir. Prinsipcə parlament, uzunmüddətli 

qanunvericilik planları da daxil olmaqla, qanunvericilik ideyalarını formalaşdırmaq və həyata 

keçirmək  imkanına  malik  olmalıdır.  Seçkilər  arasındakı  müddətin  həddən  artıq  az  olması 

seçicilərin iradəsinin  həyata keçirilməsi  üçün  siyasi  planların  hazırlanmasına  mane  ola  bilər; 

həmin müddətin  həddən  artıq  uzun  olması  isə  parlamentdəki  siyasi  qrupların  durğunluğuna 

gətirib  çıxara  bilər  ki,  bu  da  seçicilərin üstün tutulan iradəsinə  heç  bir aidiyyəti olmayan 

durumla nəticələnə bilər.” (

Timke Almaniyaya qarşı

, Komissiyanın qərarı) 

5.  Məhkəmənin presedent hüququnda ümumi seçki tələbi davamlı olaraq inkişaf etdirilib və 

hazırda  təməl  prinsipdir  (



X.  Almaniyaya  qarşı

,  Kommissiyanın  qərarı; 



Hörst  Birləşmiş 

Krallığa qarşı (№ 2)

 [BP], 59 və 62-ci bəndlər; 



Matye-Moen və Klerfeyt Belçikaya qarşı

, 51-


ci bənd).  Lakin  1  saylı  Protokolun  3-cü maddəsi  seçki  hüququnun  həyata keçirilməsi 

məsələsində bütün vətəndaşlara qarşı bərabər rəftar prinsipini özündə ehtiva etsə də, buradan 

heç də belə nəticə çıxmır ki, seçkinin nəticəsinin müəyyənləşdirilməsində bütün səslər eyni 

çəkiyə  malik  olmalıdır.  Belə  ki,  miqdarı  parlamentə  düşmək üçün müəyyən  edilmiş  həddi 

keçməyən səslərin "hədər getməsini" seçki sistemində istisna etmək olmaz (

yenə orada

, 54-cü 

bənd; 


"Yeni Demokratlar" Partiyası və "Bizim Torpaq" Partiyası Latviyaya qarşı

 (qərardad)). 

6.  Bununla belə, hər bir seçicinin səsinin qanunvericilik orqanının təşkilinə təsir göstərməsi 

mümkün  olmalıdır,  əks  halda  səsvermə  hüququ,  seçki  prosesi  və  son nəticədə  demokratik 

quruluşun özü mənasını itirmiş olardı (

Riza və başqaları Bolqarıstana qarşı

, 148-ci bənd). 

Beləliklə, dövlətlər seçkilərin təşkilində geniş qiymətləndirmə sərbəstliyinə malikdirlər. Seçki 

dairələrinin sərhədlərinin qeyri-bərabər sayda əhalisi  olan  dairələrin  meydana  çıxmasına 

səbəb olan tərzdə müəyyənləşdirilməsi 1 saylı Protokolun 3-cü maddəsini pozmur, bu şərtlə 

ki,  seçkilər  xalqın  sərbəst iradəsini  düzgün  əks  etdirmiş  olsun  (



Bompar  Fransaya  qarşı

 

(qərardad)). Nəhayət, qanunverici orqanın seçilməsində xalqın öz rəyini sərbəst surətdə ifadə 



etməsini təmin edən  seçki  sisteminin  (bu,  istər proporsional təmsilçiliyə  əsaslanan  sistem, 

istərsə  də  majoritar  və  ya  hər  hansı  digər sistem olsun)seçilməsi elə  məsələdir  ki,  burada 

dövlət  geniş  qiymətləndirmə  sərbəstliyinə  malikdir  (

Metyus  Birləşmiş  Krallığa  qarşı

  [BP], 


64-cü bənd). 

B.  Şərh prinsipləri 

7.  1 saylı Protokolun 3-cü maddəsi Konvensiyanın və Protokolların digər substantiv (maddi-

hüquqi) normalarından fərqlənir, belə ki, bu maddədə müəyyən hüquq və  ya azadlıq deyil, 

Razılığa  gələn  Yüksək  Tərəfin  öhdəliyi,  yəni  xalqın  öz  rəyini sərbəst ifadə  etməsini təmin 

edən seçkilərin keçirilməsi  öhdəliyi müəyyən  edilib.  Lakin  1  saylı  Protokolun  3-cü 

maddəsinin  hazırlanmasına  aid  materialları  və  bu maddənin  bütövlükdə  Konvensiya 

baxımından  şərhini  nəzərə  alaraq,  Məhkəmə  müəyyən  edib  ki,  bu  maddə  həm də  seçmək 

hüququndan  (seçki  hüququnun  "aktiv  aspekti")  və  seçilmək  hüququndan  (seçki  hüququnun 

"passiv aspekti") ibarət olan fərdi hüquqları nəzərdə tutur (

Matye-Moen və Klerfeyt Belçikaya 

qarşı

, 48-51-ci bəndlər; 



Jdanok Latviyaya qarşı

 [BP], 102-ci bənd). 

8.  Sözügedən  hüquqlar  qeyri-məhdud  deyil.  Onlara  "dolayı  məhdudiyyətlərin"  tətbiqi 

mümkündür və bu sahədə iştirakçı dövlətlərə geniş qiymətləndirmə sərbəstliyi verilməlidir. 1 

saylı Protokolun 3-cü maddəsi ilə əlaqədar olan "dolayı məhdudiyyətlər" konsepsiyası həmin 

maddənin təmin  etdiyi  hüquqlara  qoyulan  məhdudiyyətlərin  güddüyü  məqsədlərin 

münasibliyinin müəyyənləşdirilməsi  üçün  mühüm  əhəmiyyət  daşıyır.  3-cü maddənin tətbiq 

dairəsinin 8-11-ci maddələrdə  sadalanan  "qanuni  məqsədlər"  kimi  məqsədlərlə 

məhdudlaşdırılmadığını  nəzərə  alsaq,  deməli,  iştirakçı  dövlətlər məhdudiyyətə  haqq 

 



Avropa İnsan Hüquqları Məhkəməsi 


Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə