1
SAYLI
P
ROTOKOLUN
3-
CÜ MADDƏSI ÜZRƏ TƏLIMAT
–
A
ZAD SEÇKI HÜQUQU
üzrə qərar çıxardı. O, bu qənaətə gəldi ki, Bosniya və Herseqovinadakı faciəli münaqişədən
on səkkiz il sonra bu ölkənin vətəndaşlarına etnik mənşələrinə görə heç bir fərq qoymadan
Xalq Palatasına və Prezidiuma seçkilərdə namizəd qismində iştirak etmək hüququ verməyə
qadir olan siyasi sistemi qəbul etmək vaxtı çatıb (
Zorniç Bosniya və Herseqovinaya qarşı
, 43-
cü bənd).
42.
Tenase Moldovaya qarşı
[BP] məhkəmə işində Məhkəmə ikili vətəndaşlıq məsələsinə
dair qərar çıxardı, hərçənd ki, bu qərar təkcə 1 saylı Protokolun 3-cü maddəsi üzrə qəbul
edildi. O, bu qənaətə gəldi ki, bir neçə ölkənin vətəndaşı olmağa icazə verilməsi ilə bağlı
konsensus mövcuddur və hətta əhalinin tərkibi etnik baxımdan müxtəlif olsa belə və bir neçə
ölkənin vətəndaşı olan parlament üzvlərinin sayı çox olsa belə, şəxsin birdən artıq ölkənin
vətəndaşı olması onun parlament üzvlüyünə seçilmək hüququna malik olmayan şəxs
sayılması üçün əsas təşkil etməməlidir.
A. Seçilmək hüququnun olmaması və demokratik quruluş
43. Seçilmək hüququna qoyulan məhdudiyyətlərə gəlincə, demokratik quruluşun qorunması
elə bir məqsəddir ki, qanunun aliliyi prinsipinə və Konvensiyanın ümumi məqsədlərinə
uyğundur.
44. Lakin namizədliyin rədd edilməsinin Konvensiyaya uyğun olması üçün bu addım ilk
növbədə qanuni olmalıdır: konkret olaraq, o, qanunla nəzərdə tutulmalıdır.
Diclə və Sadak
Türkiyəyə qarşı
məhkəmə işində buraxılmış siyasi partiyadan olan parlament üzvləri
qanunsuz təşkilata üzv olduqlarına görə ağır həbs cəzalarına məruz qalmışdılar. Avropa İnsan
Hüquqları Məhkəməsinin qərarından sonra onların işinə yenidən baxıldı. Lakin parlament
seçkilərində onların namizədlikləri rədd edilərək belə əsas gətirildi ki, onlar cəzalarını tam
çəkməyiblər. İşi Konvensiyanın 6-cı maddəsi əsasında araşdırmış Məhkəmə qeyd etdi ki,
milli orqanların qərarlarından belə aydın olur ki, işə yenidən baxılması qərara alındıqdan
sonra işə elə baxılmalıdır ki, sanki ərizəçilər birinci dəfə məhkəmə qarşısına çıxarılırlar. O,
bu qənaətə gəldi ki, ərizəçilərin cinayət işi üzrə əvvəlki məhkumluqları və sonra
namizədliklərinin rədd edilməsi qanunla nəzərdə tutulmamışdı və beləliklə, 1 saylı
Protokolun 3-cü maddəsinin pozuntusu baş vermişdi.
45.
Eçeberriya və başqaları İspaniyaya qarşı
məhkəmə işində ərizəçilərin namizədlikləri bu
əsasa görə ləğv edilmişdi ki, onlar zorakılıqları və terror təşkilatı ETA-nın fəaliyyətlərini
dəstəklədiyinə görə qanunsuz elan olunmuş və buraxılmış üç siyasi partiyada fəaliyyətlərini
davam etdirmişdilər. Məhkəmə müəyyən etdi ki, milli hakimiyyət orqanlarının belə bir
qənaətə gəlməsi üçün yetərincə əsas vardı ki, sözügedən seçki qrupları müvafiq siyasi
partiyaların fəaliyyətlərini davam etdirmək istəyirdilər. Ali Məhkəmə öz qərarını mübahisəli
qrupların proqramlarının zahiri elementləri ilə əsaslandırmışdı və hakimiyyət orqanları ayrı-
ayrı şəxslərin namizədliklərini qadağan etmək barədə qərar çıxarmışdılar. Qruplaşmalar üçün
izahatlarını təqdim etmək imkanının yaradıldığı çəkişmə xarakterli məhkəmə prosesindən
sonra daxili məhkəmələr onların qanunsuz elan olunmuş siyasi partiyalarla birmənalı şəkildə
əlaqələrinin olduğu qənaətinə gəldilər. Nəhayət, İspaniyadakı siyasi şərait, yəni hökumət
qurumlarında müəyyən muxtar icmaların və konkret olaraq basklar diyarı təmsilçilərinin yer
alması və siyasi partiyaların müstəqilliyə çağırışlar etməsi sübut edirdi ki, barəsində şikayət
edilən tədbir separatçı baxışların ifadə edilməsini qadağan edən siyasətin tərkib hissəsi deyil.
Buna görə də Məhkəmə bu qənaətə gəldi ki, bu məhdudiyyət qarşıya qoyulan qanuni
məqsədə mütənasibdir.
46. 1 saylı Protokolun 3-cü maddəsinin aktiv aspektinə nisbətən passiv aspektinə aid işlərdə
Məhkəmənin nəzarəti daha yumşaq olsa da, hər halda belə nəzarətin mövcud olmadığını
söyləmək olmaz. Xüsusən belə işlərdə mütənasiblik meyarı, nisbətən vəziyyətə
15
Avropa İnsan Hüquqları Məhkəməsi
1
SAYLI
P
ROTOKOLUN
3-
CÜ MADDƏSI ÜZRƏ TƏLIMAT
–
A
ZAD SEÇKI HÜQUQU
uyğunlaşdırılmış formada olsa da, real olaraq tətbiq edilir. Konkret olaraq, bir sıra işlərdə
Məhkəmə dövlətin ərazi bütövlüyünə və toxunulmazlığına və ya siyasi sistemin dünyəvi
xarakterinin qorunun saxlanmasına zərər yetirdiklərinə görə partiyaları ləğv edildikdən sonra
parlament üzvlərinə tətbiq edilmiş sanksiyaların qeyri-mütənasib xarakteri ilə əlaqədar olaraq
1 saylı Protokolun 3-cü maddəsinin bir sıra pozuntularını müəyyən edib (aşağıda 82-84-cü
bəndlərə bax).
47. Qeyd etmək lazımdır ki, proqramlarının demokratik prinsiplərə uyğun olmaması
səbəbindən siyasi partiyaların qadağan olunmasına aid işlərə adətən Konvensiyanın 11-ci
maddəsi (toplaşmaq və birləşmək azadlığı) əsasında baxılır. Bu halda 1 saylı Protokolun 3-cü
maddəsi yalnız ikinci dərəcəli müddəa sayılır və hesab edilir ki, bu maddə üzrə hər hansı
ayrıca məsələ meydana çıxmır (
Rifah Partiyası və başqaları Türkiyəyə qarşı
[BP];
Linkov
Çex Respublikasına qarşı
;
Bask Millətçi Partiyası – İparralde Regional Təşkilatı Fransaya
qarşı
).
B. Tarixi kontekstin mühümlüyü
48. Seçilmək hüququnun meyarları ümumi mənşəyə malik olsa da, yəni həm seçkili
nümayəndələrin müstəqilliyini, həm də seçicilərin azad seçimini təmin etmək zərurətindən
irəli gəlsə də, hər bir dövlət üçün spesifik olan siyasi və tarixi amillərə müvafiq olaraq
fərqlənir. Avropa Şurasının çoxsaylı üzv dövlətlərinin konstitusiyalarında və seçki
qanunvericiliyində nəzərdə tutulan situasiyaların rəngarəngliyi bu sahədə mümkün
yanaşmaların müxtəlifliyini göstərir. Buna görə də, 1 saylı Protokolun 3-cü maddəsini tətbiq
etmək üçün istənilən seçki qanunvericiliyi müvafiq ölkənin siyasi təkamülü kontekstində
qiymətləndirilməlidir (
Maye-Moen və Klerfeyt Belçikaya qarşı
, 54-cü bənd;
Podkolzina Latviyaya qarşı
, 33-cü bənd;
Jdanok Latviyaya qarşı
[BP], 106-cı bənd).
49.
Jdanok Latviyaya qarşı
[BP] məhkəmə işində ərizəçi 1991-ci ildə dövlət çevrilişi həyata
keçirməyə cəhd etmiş partiyanın üzvü idi. Dövlət çevrilişindən sonra sözügedən partiyadakı
fəaliyyətlərini davam etdirməsi ilə əlaqədar olaraq sonradan onun namizədliyi bir neçə dəfə
rədd edildi. Məhkəmənin rəyi bundan ibarət oldu ki, ərizəçinin həmin partiyadakı keçmiş
vəzifəsi və həmçinin 1991-ci il hadisələrindəki mövqeyi hələ də milli parlamentə seçkilərdə
namizəd qismində iştirakını istisna edən hal idi. Baxmayaraq ki, belə tədbir, məsələn,
onilliklər və ya yüzilliklər boyu formalaşan oturuşmuş demokratik təsisatlar sisteminə malik
ölkədə çətin ki, qəbuledilən sayıla bilərdi, həmin tədbirin qəbul olunmasına gətirib çıxarmış
tarixi və siyasi konteksti və yeni demokratik quruluşa qarşı təhlükəni nəzərə alsaq,Latviyada
onu qəbuledilən hesab etmək olardı. Bununla belə, Məhkəmə bu qənaətə gəldi ki, Latviya
parlamenti qanunvericiliyin müəyyən etdiyi bu məhdudiyyətə tez bir zamanda son qoyulması
üçün onu daim nəzarətdə saxlamalıdır. Digər amillərlə yanaşı, ölkənin Avropaya tam
inteqrasiya olunması ilə əlqədar olaraq Latviyada hazırda daha çox sabitliyin olması bu
qənaətə haqq qazandırırdı. Müvafiq olaraq, Latviyanın qanunverici orqanı tərəfindən bununla
bağlı addımlar atılmaması Məhkəmənin fərqli qənaətə gəlməsinə səbəb ola bilər (
yenə orada
,
132-135-ci bəndlər).
50. Sonralar Məhkəmə müəyyən zaman keçdiyinin nəzərə alınmasının vacibliyini və
lüstrasiyaya dair qanunvriciliyin yenidən qiymətləndirilməsinin zəruriliyini bir daha
vurğuladı.
Adamsons Latviyaya qarşı
məhkəmə işində keçmiş baş nazir olan ərizəçinin
seçkilərdə namizədliyi bu əsasa görə rədd edilmişdi ki, o, DTK-nın (Dövlət Təhlükəsizliyi
Komitəsi, KQB) "əməkdaşı" olub. Məhkəmə ölkənin tarixi konteksti ilə bağlı gəldiyi
qənaətləri bu işdə təsdiq etdi. Bununla belə, o əlavə etdi ki, illər keçdikcə müəyyən qrup
şəxslər barəsində ümumi şübhələr artıq yetərli deyil və hakimiyyət orqanları bu cür tədbiri
əlavə arqumentlər və sübutlarla əsaslandırmalıdırlar. Bu işdə tətbiq edilmiş qanun DTK
16
Avropa İnsan Hüquqları Məhkəməsi