1
SAYLI
P
ROTOKOLUN
3-
CÜ MADDƏSI ÜZRƏ TƏLIMAT
–
A
ZAD SEÇKI HÜQUQU
məqsədi mahiyyət etibarı ilə cəzalandırıcı xarakter daşıyıb. Belə ki, bu tədbir müflisləşmiş
elan olunan şəxsləri alçaltmaqdan savayı hər hansı digər məqsədə xidmət
etməyib və hüquq
pozuntusu törədib-törətməmələrindən asılı olmayaraq, sadəcə ödəniş qabiliyyətli olmamaları
səbəbindən onların cəzalandırılmasına xidmət edib. Buna görə də 1 saylı Protokolun 3-cü
maddəsinin məqsədləri üçün bu tədbir qanuni məqsəd daşıyan tədbir olmayıb.
18. Məhkəmə həmçinin şəxsin qismən qəyyumluğa verilməsi səbəbindən səsvermə
hüquqlarını itirməsi məsələsini araşdırıb (
Alayoş Kişş Macarıstana qarşı
). Onun rəyi bundan
ibarət olub ki, belə tədbir qanuni məqsəd daşıya bilər, yəni yalnız qərarlarının nəticələrini
qiymətləndirmək və şüurlu və düşüncəli qərarlar qəbul etmək iqtidarında olan vətəndaşların
dövlət işlərində iştirakını təmin etmək məqsədindən irəli gələ bilər. Lakin nəzərdən keçirilən
halda səsvermə hüququna qoyulmuş qadağa heç nəyə fərq qoymadan və qəyyumluq altında
olan şəxsin faktiki imkanlarından asılı olmayaraq avtomatik olaraq tətbiq edilən, habelə tam
qəyyumluğa verilmə ilə qismən qəyyumluğa verilmə arasında fərq qoyulmadan tətbiq edilən
məhdudiyyət idi. Bundan başqa, Məhkəmə hesab etdi ki, əqli və ya psixi qüsuru olan
şəxslərin ayrıca kateqoriya kimi təsnifləşdirilməsi suallar doğura bilən təsnifatdır və onların
hüquqlarının məhdudlaşdırılması məsələsi ciddi şəkildə yoxlanılmalıdır. Beləliklə, o, bu
nəticəyə gəldi ki, şəxsin heç nəyə fərq qoyulmadan və məhkəmə tərəfindən fərdi qaydada
qiymətləndirmə aparılmadan səsvermə hüquqlarından məhrum edilməsi qarşıya qoyulan
məqsədə mütənasib sayıla bilməz.
B. Məhbuslarla bağlı xüsusi hallar
19. Ümumiyyətlə məhbuslar Konvensiya ilə təmin olunan bütün təməl hüquq və
azadlıqlardan istifadə etməkdə davam edirlər, amma azadlıq hüququ istisna təşkil edir, belə
ki, bu halda həbsin qanuniliyi məsələsi açıq-aydın Konvensiyanın 5-ci maddəsinin tətbiq
dairəsinə düşür (
Hörst Birləşmiş Krallığa qarşı (№ 2)
[BP], 69-cu bənd). 1 saylı Protokolun
3-cü maddəsi ilə təmin edilən hüquqlarla bağlı istisnalara yol verilmir. Buna görə də
məhbusun sadəcə olaraq məhkum edilməsi nəticəsində həbsdə saxlanan şəxs statusunda
olması o demək deyil ki, o, Konvensiyada nəzərdə tutulmuş hüquqlarını itirməlidir. Bu
hüquqların saxlanması cəmiyyəti Konvensiyada nəzərdə tutulmuş hüquq və azadlıqları
aradan qaldırmağa yönələn fəaliyyətlərdən qorumaq üçün tədbirlər görülməsinə mane olmur.
20. Beləliklə, 1 saylı Protokolun 3-cü maddəsi, məsələn, qulluq mövqeyindən sui-istifadə
edərək ciddi pozuntuya yol verən, yaxud davranışı qanunun aliliyi prinsipinə və ya
demokratik cəmiyyətin dayaqlarına zərər yetirən şəxsin seçki hüquqlarına məhdudiyyətlərin
tətbiqini istisna etmir. Bununla belə, mülki hüquqlardan məhrum etmə kimi sərt tədbir
düşünülməmiş şəkildə tətbiq edilməməlidir və mütənasiblik prinsipi müvafiq şəxs
barəsindəki sanksiya ilə onun davranışı və fərdi xüsusiyyətləri arasında nəzərəçarpan və
yetərli əlaqənin olmasını tələb edir (
yenə orada
, 71-ci bənd).
21. Beləliklə, məhbusun siyasi hüquqlarından məhrum edilməsi cinayətin qarşısını almaq və
vətəndaş məsuliyyətini artırmaq kimi qanuni məqsədlərə, eləcə də qanunun aliliyinə hörmət
prinsipinə və demokratik rejimin lazımi qaydada fəaliyyət göstərməsinə və qorunub
saxlanmasına xidmət edə bilər. Lakin belə tədbir avtomatik surətdə və ya mütənasiblik
tələbinə uyğun olmayan şəkildə tətbiq edilə bilməz.
22. Dövlətlər məhkum olunmuş məhbusların səsvermə hüquqlarının məhdudlaşdırılması
tədbirlərinin mütənasibliyini müəyyənləşdirməyi məhkəmələrin öhdəsinə buraxmağı qərara
ala və ya belə tədbirin hansı hallarda tətbiq edilməli olduğunu müəyyən edən müddəaları
qanunvericiliklərinə daxil edə bilərlər. Sonuncu halda qanunverici orqan məhdudiyyətin
ümumi şəkildə, avtomatik surətdə və heç nəyə fərq qoymadan tətbiq edilməsinə yol
verməmək üçün toqquşan maraqlar arasında balansı gözləməlidir. Müvafiq olaraq, xüsusi
9
Avropa İnsan Hüquqları Məhkəməsi
1
SAYLI
P
ROTOKOLUN
3-
CÜ MADDƏSI ÜZRƏ TƏLIMAT
–
A
ZAD SEÇKI HÜQUQU
məhkəmə qərarı olmadan səsvermə hüququna qadağanın tətbiqi özü-özlüyündə 1 saylı
Protokolun 3-cü maddəsinin pozuntusuna səbəb olmur (
Skoppola İtaliyaya qarşı (№ 3)
[BP],
102-ci bənd).
23.
Hörst Birləşmiş Krallığa qarşı (№ 2)
[BP] məhkəməişində Məhkəmə 1 saylı Protokolun
3-cü maddəsinin pozulduğunu müəyyən etdi, belə ki, səsvermə hüququna qoyulmuş qadağa
heç nəyə fərq qoymadan avtomatik olaraq həbs cəzası çəkənlərin hamısına tətbiq edilən
qadağa idi. Bu qadağa 48.000 məhbusu əhatə edirdi ki, bu da yüksək rəqəm idi və o, bir
günlük həbsdən tutmuş ömürlük azadlıqdan məhrumetməyə qədər bütün növ həbs cəzalarına
və ən xırda hüquq pozuntularından tutmuş ən ağırına qədər müxtəlif növ hüquq pozuntularına
aid idi. Bundan əlavə, şəxs tərəfindən törədilmiş hüquq pozuntusu ilə onun səsvermə
hüquqlarından məhrum edilməsi arasında birbaşa əlaqə yox idi. Məhkəmə həmçinin
Söyler
Türkiyəyə qarşı
məhkəmə işində 1 saylı Protokolun 3-cü maddəsinin pozulduğunu müəyyən
etdi, həmin işdə məhkum olunmuş şəxslərin səsvermə hüququna qoyulan məhdudiyyətlərin
dairəsi və təsiri daha geniş idi, belə ki, onlar hətta cəzasını həbsxanada çəkməyən və ya daha
həbsdə saxlanılmayan məhkumlara da şamil olunurdu.
Frodl Avstriyaya qarşı
məhkəmə
işində səsvermə hüquqlarından məhrum edilmə sistematik olaraq bütün məhbuslara deyil,
yalnız bilərəkdən hüquq pozuntusu törətdiyinə görə bir ildən artıq müddətə azadlıqdan
məhrumetmə cəzasına məhkum olunanlara şamil olunurdu. Bununla belə, bu tədbirin
avtomatik tətbiqi ilə şəxsin davranışı və ya işin halları arasında heç bir əlaqə yox idi. Buna
görə də Məhkəmə bu qənaətə gəldi ki, səsvermə hüququnun qadağan olunması qarşıya
qoyulmuş məqsədlərə mütənasib deyildi.
24. Lakin
Skoppola İtaliyaya qarşı (№ 3)
[BP] məhkəmə işində Məhkəmə yalnız dəqiq
müəyyənləşdirilmiş müəyyən hüquq pozuntularına görə məhkum olunmuş, yaxud qadağanın
tətbiqi üçün qanunla müəyyən edilən həddən daha yuxarı müddətə azadlıqdan məhrumetmə
cəzası almış şəxslərin səsvermə hüququna tətbiq edilənqadağanı araşdırdı. Qanunverici orqan
bu tədbirin müddətinin hər bir işin konkret hallarına uyğun olaraqtənzimlənməsinə diqqətlə
yanaşmışdı. O, həmçinin qadağanın müddətini təyin olunmuş cəzanın müddətindən asılı
olaraq müəyyənləşdirmiş və beləliklə, onu dolayısı ilə cəzanın ağırlıq dərəcəsinə
uyğunlaşdırmışdı. Məhkum olunmuş məhbusların çoxu qanunverici orqana seçkilərdə
səsvermə imkanını qoruyub saxlamışdılar. Bundan əlavə, bu sistem daimi qadağanın şamil
olunduğu məhkumların səsvermə hüquqlarını bərpa etməsinin mümkünlüyünü nəzərə
tuturdu. Beləliklə, İtaliyanın seçki sistemi həddən artıq sərtliyi ilə səciyyələnən sistem
deyildi. Buna görə də Məhkəmə qərara aldı ki, 1 saylı Protokolun 3-cü maddəsinin pozuntusu
baş verməyib.
25. Bununla belə, qeyd etmək lazımdır ki, 1 saylı Protokolun 3-cü maddəsinin pozulduğunun
müəyyən edilməsi üçün məhkumlar həqiqətən səs vermələrinin qarşısının alındığını sübut
etməlidirlər. Onların təkcə həbsdə saxlanılan şəxs durumunda olmalarına istinad etmələri
yetərli deyil, belə ki, müvafiq seçkilərin tarixindən əvvəl onların vaxtından qabaq azad
edilməsi və ya psixiatriya müəssisəsinə yerləşdirilməsi və s. bu kimi hadisələr baş verə bilər.
Buna görə də belə şikayət ərizələri açıq-aydın əsassız sayılaraq qəbul olunmayan elan edilir
(
Dann və başqaları Birləşmiş Krallığa qarşı
(qərardad)).
26. Bundan başqa, Məhkəmə məhbusun səsvermə hüququna qoyulmuş qadağanın səbəb
olduğu pozuntulara son qoymaq üçün məhz hansı tədbirlərin görülməsinin zəruri olduğunu
dövlətlərə bildirməyi heç vaxt məqsədəuyğun saymayıb. Ən yaxşı halda o, bunun üçün
müddət təyin edib (
Qrins və M.T. Birləşmiş Krallığa qarşı
, 120-ci bənd). Bununla belə,
dövlətlər pozuntuya səbəb olmuş qanunvericilikdə dəyişikliklər etməyin mürəkkəbliyinə
istinad edə bilməzlər.
Ançuqov və Qladkov Rusiyaya qarşı
məhkəmə işində Məhkəmə bu
arqumenti nəzərə aldı ki, qadağa parlament tərəfindən dəyişdirilə bilməyən Konstitusiya
10
Avropa İnsan Hüquqları Məhkəməsi