76
Vüsal Əliyev
takaran Balasaqan, daha əvvəllər – antik dövrdə isə yunan-roma mənbələrin-
də Kaspiana adlanmışdır
(3, s. 16). Müxtəlif dövrlərdə Mil düzünün Gərgər
(Qarqar), Honaşen, Peyğəmbər düzü adlanmasına da rast gəlinir. Hazırda
Füzuli, Beyləqan,
Xocavənd, Ağcabədi və Ağdam camaatı bu
düzə daha çox
“Haramı düzü” deyirlər. Mənbələr tarixən bu düzdə gur həyat olduğunu
təsdiq edir. Məsələn, X əsr ərəb coğrafiyaşünas səyyahı Əbu Düləf “Ri-
salə”sində gəzdiyi ölkələrdən, o cümlədən Azərbaycandan danışarkən yazır:
“Varsan və əl-Beyləqan şəhərləri Balasakan düzündə yerləşir. Bu düzdə beş
min və ya daha çox xaraba kənd var. Halbuki onların evlərinin divarları və
binaların bəzilərinin özülü dağılmamışdır. Deyirlər ki, həmin kəndlər Allah-
taalanın “Quranda” zikr etdiyi ar-Rasın sahiblərinin olmuşdur”
(20, s. 80).
Mil düzü abidələrinin arxeoloji tədqiqi XIX əsrin sonlarından baş-
lanmış və hal-hazırda da davam etməkdədir. Həmin abidələr sırasında ən ge-
niş şəkildə öyrəniləni Beyləqan rayonu ərazisində yerləşən və orta əsr mən-
bələrində Beyləqan şəhəri kimi öz əksini tapmış Örənqala abidələr komp-
leksidir. Sovet dövründə burada müəyyən fasilələrlə 20 ilə yaxın müddətdə
arxeoloji tədqiqat işləri aparılmışdır. Mil düzünün digər orta əsr abidələrin-
dən Qaratəpə, Qalatəpə, Qurdtəpə, Əmirəhmədtəpə və b.-nın adını çəkmək
olar. Təqdim etdiyimiz hazırkı məqalədə məqsəd mövcud tarixi-arxeoloji
ədəbiyyat əsasında Mil düzünün orta əsr abidələrinin arxeoloji tədqiqinə
dair ətraflı və ümumiləşdirilmiş məlumat verməkdən ibarətdir.
Örənqala şəhər yeri. Örənqala şəhər məskənində 1933, 1936, 1951,
1953-1958 və 1959-1968-ci illərdə məqsədyönlü arxeoloji qazıntılar aparıl-
mışdır. Örənqala haqqında arxeoloji və tarixi məlumatların tədqiqi ilə
İ.İ.Meşşaninov, Ə.K.Ələkbərov, İ.M.Cəfərzadə, Y.A.Paxomov, A.A.İessen,
Q.M.Əhmədov, A.L.Yakobson və başqaları məşğul olmuşdur
(11, s. 4).
Örənqala şəhər yeri Mil düzündə, indiki Beyləqan rayonunun mərkə-
zindən təxminən 17 km şimal-qərbdə yerləşir. Onun ərazisi təxminən 36
hektardır
(11, s. 6). Örənqalanın ətrafında müxtəlif ölçülü təpələr vardır. Bu
təpələrin böyük əksəriyyəti şəhər yerindən qərb istiqamətində yerləşmişdir.
Qərbə doğru təpələr 2,5 km-ə qədər uzanır və nəhayət, Mil-Minarə adlanan
abidələr kompleksinin xarabalıqlarında qurtarır. Mil-Minarə adlı abidə XIX
əsrin birinci yarısında müəyyən qədər salamat qalsa da, XIX əsrin ikinci ya-
rısında tamamilə dağıdılmışdır
(11, s. 8).
Örənqala şəhər yeri haqqında ilk elmi əsərin müəllifi akademik
İ.İ.Meşşaninov olmuşdur
(33, s. 5-31). İ.İ.Meşşaninov II Dünya müharibəsi
dövründə − 1944-cü ildə yazdığı başqa bir məqaləsində Örənqala şəhər
yerinin ümumi təsvirini vermiş, orta əsrlərdə onun iqtisadi və siyasi rolun-
dan bəhs
etmişdir (32, s. 7-8).
Örənqala şəhər yeri haqqında müəyyən qədər məlumata A.K.Ələkbə-
rovun “Örənqala qazıntıları” adlı məqaləsində də rast gəlirik
(23, s. 64-70).
Mil düzünün orta əsr abidələrinin arxeoloji
tədqiqinə dair
77
Müəllifin irəli sürdüyü fikirlərdən xüsusilə maraq doğuranı onun ilk dəfə
olaraq şəhərin çiçəklənmə dövrünü XII əsrdən hesab etməsi, Beyləqanın
əvvəlki adının Paytakaranla əlaqələndirməsi, Örənqalanın Beyləqan şəhəri-
nin xarabaları olması haqqında nəticələridir
(10, s. 10).
İ.M.Cəfərzadənin “1951-ci ildə Örənqalada qazıntı işləri” adlı məqalə-
sində Örənqala şəhər yerinin daha geniş təsviri verilir və şəhərin şimal-şərq
qala divarlarında aparılmış qazıntıların nəticələrindən danışılır. Müəllif Ki-
çik şəhərin Böyük şəhər xarabaları üzərində qurulduğu fikrini ortaya atır.
Sonrakı tədqiqatlar nəticəsində bu fikir həqiqətən də öz təsdiqini tapmışdır.
Lakin müəllif şəhərin əsasının qoyulmasını e.ə. IV əsrin sonlarına aid etmiş
və onun tarixi adının isə “Yunan” olduğu fikrini bildirmişdir
(24, s. 109-
135). Bu fikri Örənqalanın növbəti tədqiqatçılarından heç biri dəstəkləmə-
mişdir. İ.M.Cəfərzadənin yuxarıda qeyd olunan məqaləsində Örənqala ilə
bağlı əfsanələrdən də bəhs olunmuşdur. Bu əfsanələrin birində Makedoniya-
lı İsgəndər şərqə yürüş zamanı Azərbaycanda Oltanqala və Örənqala adlı iki
qala tikdirməsi haqqında xəbər
verilir (8, s. 116-117).
Örənqalanın əsaslı surətdə arxeoloji tədqiqi 1953-cü ildən baş-
lanmışdır. Həmin ilin qazıntıları haqqında ilk məlumatı A.A.İessen “1953-
cü ildə Azərbaycan ekspedisiyasının işləri” adlı məqaləsində vermişdir
(27,
s. 115-128). “Azərbaycan (Örənqala) arxeoloji ekspedisiyasının əsərləri”nin
1-ci cildini isə Örənqala şəhər məskəninə aid ilk sanballı əsər hesab etmək
olar. Bu əsərin ən qiymətli cəhəti odur ki, Örənqalada 1953-1955-ci illərdə
aparılmış qazıntılardan əldə edilən materialların böyük əksəriyyəti nəşr olu-
nmuş, toplanmış artefaktlar ayrı-ayrı müəlliflər tərəfindən (məsələn, A.L.
Yakobson, N.V.Minkeviç-Mustafayeva) hazırlanmış müfəssəl hesabatlarda
və məqalələrdə (B.A.Şelkovnikov, A.V.Rəhimov, Q.M.Əhmədov, A.L.Ya-
kobson və b.) öz əksini tapmışdır
(10, s. 10).
Örənqala haqqında yazılmış əsərlərin içərisində 1959-1968-ci illərdə
Örənqala arxeoloji ekspedisiyasına rəhbərlik etmiş Qara Əhmədovun 1979-
cu ildə çap etdirdiyi “Orta əsr Beyləqan şəhəri”
adlı kitab xüsusi əhəmiyyət
kəsb edir. Bu əsərdə orta əsr Azərbaycan şəhəri olan Beyləqanın ictimai-
iqtisadi və siyasi tarixi, həmçinin mədəni-məişət həyatı, şəhərin meydana
gəlməsi, formalaşması, inkişaf dövrləri və tənəzzülə uğraması səbəbləri ya-
zılı mənbələr, numizmatik və xüsusilə zəngin arxeoloji materiallar əsasında
araşdırılmışdır
(10, s.3). Əsərdə Örənqala haqqında danışılarkən onun ya-
xınlığında yerləşən digər abidələr haqqında da müəyyən məlumatlar veril-
mişdir. Təqdirəlayiq haldır ki, Q.Ə.Əhmədov bu əsərində yaşadığı dövrün
müəyyən tələb və çətinliklərinə baxmayaraq, Azərbaycanın siyasi və tarixi
maraqlarını elmi dəlillər vasitəsilə müdafiə etmişdir. Bütövlükdə isə, Örən-
qala tədqiqatları Azərbaycan arxeologiyasında orta əsrlər arxeologiyasının
ayrıca bir sahə kimi formalaşmasında mühüm rol oynamışdır.