78
Vüsal Əliyev
Xatırladaq ki, Örənqala sözünün mənşəyi və abidənin hansı tarixi şə-
hərin xarabalıqları olması haqqında uzun müddət mübahisələr getmişdir.
Burada ilkin arxeoloji tədqiqatlar aparmış akademik İ.İ.Meşşaninov və
İ.M.Cəfərzadə belə qənaətə gəlmişdir ki, Örənqala şəhərin əsl adı deyil və
bu ad ona “örənə”, yəni virana qaldıqdan sonra yerli əhali tərəfindən veril-
mişdir
(33, s. 118). Orta əsr mənbələrində də “Örənqala” adlı toponimə rast
gəlinmir. Yalnız XVI əsrdə Rusiyada tərtib edilmiş bir coğrafi xəritədə Kür
çayından cənubda “Uren” adlı şəhər yeri qeyd edilmişdir
(30, s. 89).
1933-cü ildə professor Y.A.Paxomov
(33, s. 28), 1936-cı ildə isə
Ə.K.Ələkbərov
(22, s. 67) tarixi məlumatlara əsaslanaraq Örənqalanın həqi-
qətən orta əsr Beyləqan şəhərinin xarabalığı olması fikrini irəli sürmüşdür.
Lakin onlar öz fikirlərini elmi dəlillərlə əsaslandırıb nəşr etdirmədiklərindən
bu məsələ bir müddət açıq qalmışdı. İ.M.Cəfərzadə 1951-ci ildə yazdığı
əsərdə qeyd etmişdir ki, Örənqala Beyləqan şəhərinin deyil, orta əsr ərəb
müəlliflərinin əsərlərində qeyd olunan Yunan adlı şəhərin xarabalığıdır
(8, s.
135). İ.Cəfərzadənin bu fikrinə reaksiya verən A.A.İessen 1953-cü ildə
Örənqala qazıntılarına həsr etdiyi hesabatında bir sıra ərəb səyyahlarının
verdikləri şəhərlərarası məsafələr haqqında məlumatları nəzərdən keçir-
məklə Y.A.Paxomov və Ə.K.Ələkbərovun fikrini düzgün saymışdır
(27, s.
127-128).
Örənqala şəhərinin hansı şəhərə aid olması haqqında mübahisələrə
yalnız 1955-ci ildə son qoyulmuşdur: abidənin sənətkarlar məhəlləsində qa-
zıntı aparılan zaman bir ədəd bütöv və dörd ədəd istehsalat tullantısı olan
şar-konusvari qab parçası aşkar olunmuşdur. Onların üzərinə bişməzdən əv-
vəl kiçik möhürlər vurulmuşdur. Möhürlərin içərisində isə ərəbcə “Fəzlun
Beyləqanda hazırlamışdır” sözləri yazılmışdır. Bu qab parçalarının
istehsalat
tullantısı olması, yəni başqa yerdən gətirilməsinin mümkünsüzlüyü Örənqa-
lanı Beyləqan şəhərinin xarabalıqları hesab edən alimlərin fikrini qəti şəkil-
də təsdiq
etmişdir (11, s. 14).
Qalatəpə şəhər yeri. Qalatəpə Ağcabədi rayonunun Salmanbəy-
li kəndi yaxınlığında, Qarqarçayın sağ sahilində yerləşir. Təpənin şimal tə-
rəfdən hündürlüyü 20 metrə çatır. Azərbaycan ərazisində qədim suvarma
sistemlərindən biri olan Gavurarx burada Qarqarçayla kəsişir. Yuxarı və
aşağı hissədən ibarət olan şəhər məskəninin ümumi sahəsi 26 hektara yaxın-
dır. Bu ərazi antik və erkən orta əsrlərdə Qafqaz Albaniyasının Uti (Vtiya)
vilayətinə daxil idi. Strabon “Coğrafiya” əsərində bu vilayətə daxil olan iki
şəhərin (Ayniana və Anariaka) adını çəkmişdir
(19, 7-ci fəsil). IX-X əsr ərəb
müəlliflərinin (Kufi, İstəxri, İbn Hövqəl, Müqəddəsi) əsərlərində isə Aynia-
na (yaxud Enian) şəhər adına yeni formada – “Yunan” şəklində rast gəlinir
(20, s. 91, 114, 136).
Mil düzünün orta əsr abidələrinin arxeoloji
tədqiqinə dair
79
Mənbələri təhlil edən Z.İ.Yampolski Enianı qədim Azərbaycan şəhə-
ri kimi səciyyələndirir
(39, s. 366-369). R.S.Məlikov bu şəhərin xan və ya
xanxani adlı alban tayfaları tərəfindən inşa olunması ehtimalını irəli sürmüş
(31, s. 124-125),
K.V.Treverə görə isə, Enian əslində Xanxan adlanmış və
əvvəllər Albaniyanın Uti, sonralar isə Paytakaran vilayətinin tərkibində ol-
muşdur
(38, s. 143).
XX əsrin ortalarında orta əsr Beyləqan şəhər xarabalığında – Örən-
qalada tədqiqat aparan alimlər (A.İessen, İ.Cəfərzadə və b.) Yunan şəhəri və
onun lokalizəsi ilə bağlı müxtəlif fikirlər söyləmişlər. Q.M.Əhmədov Qala-
təpənin Mil düzündə az-çox şəhər xarabalığına bənzəyən yaşayış yeri oldu-
ğunu vurğulamış, onun Enian adlı şəhərin qalıqları olması barədə mülahizə
yürütmüşdür
(10, s. 15).
Qalatəpə ətrafında 1897-ci ildə ilk kəşfiyyat işləri aparan Şuşa realnı
məktəbinin müəllimi E.Resler Gavurarxın yatağında antik dövrə aid küp qə-
birləri aşkara çıxarmışdır
(37, s. 155-156). 1927-ci ildə Ə.K.Ələkbərov
Qalatəpə şəhər xarabalığı ətrafında qazıntı aparmış və bir neçə küp qəbir aç-
mışdır
(22, s. 37-44). 1974-cü ildə F.L.Osmanov Qalatəpədə yoxlama şurf
qoymuş, burada dulus kürəsinin izlərinə və orta əsr saxsı məmulatına rast
gəlmişdir
(34, s. 23-27).
Mil-Qarabağ arxeoloji ekspedisiyasının Qalatəpə dəstəsi T.R.Əliyevin
rəhbərliyi ilə 2008-ci ildən Qalatəpə antik və orta əsr şəhər yerində tədqiqat-
lara başlamışdır
(13, s. 78-83).
2008-2012-ci illərdə Qalatəpədə 300 kv.m sahədə qalınlığı 10 metrə
yaxın mədəni təbəqə qazılaraq tədqiq edilmişdir. İlkin tədqiqatlar abidənin
0,7-0,8 m qalınlığında olan üst qatının orta əsrlərə – IX-XIII əsrin əvvəlləri-
nə aid olduğunu göstərmişdir. Bu təbəqədə bişmiş kərpicdən inşa olunmuş
tikili qalıqları, ocaq yerləri, suvaqlı döşəmə açılmış, saxsı, daş, şüşə və me-
taldan hazırlanmış əşyalar əldə olunmuşdur.
2013-cü ildə Qalatəpə akropolunun cənub hissəsində qala divarlarının
quruluşunu aydınlaşdırmaq üçün yağış sularının açdığı yarğanda uzunluğu
24 (şərq – qərb istiqaməti üzrə), eni isə 1,5 m olan sahə təmizlənmişdir. Bu-
rada bişmiş kərpiclərdən (29 x 27 x 7 sm; 27 x 12 x 6,5 sm) 4 m enində inşa
olunmuş orta əsrlərə aid qala divarının qalıqları aşkara çıxarılmışdır
(14, s.
228).
2013-2016-cı illərdə Qalatəpə II qazıntı sahəsində (200 kv.m) tədqi-
qatlar aparılarkən orta əsrlərə aid 1,6 m qalınlığında mədəni təbəqə açılıb
öyrənilmişdir. Bu təbəqə şirli qablarla çox zəngindir. Onların bəziləri orna-
mentinə, hazırlanma texnologiyasına görə gözəl sənət nümunələridir. Boş-
qab tipli belə qablardan birinin içərisinə ərəb qrafikası ilə yazılmış epiqrafik
mətni xatırladan naxış həkk olunmuş, mərkəzdəki kiçik dairədə isə həyat