Cild: 0 Say: issn 2218 – 0346 2017



Yüklə 4,3 Mb.
Pdf görüntüsü
səhifə30/36
tarix08.07.2018
ölçüsü4,3 Mb.
#54530
1   ...   26   27   28   29   30   31   32   33   ...   36

 
78 
Vüsal Əliyev
 
 
Xatırladaq ki, Örənqala sözünün mənşəyi və abidənin hansı tarixi şə-
hərin  xarabalıqları  olması  haqqında  uzun  müddət  mübahisələr  getmişdir. 
Burada  ilkin  arxeoloji  tədqiqatlar  aparmış  akademik  İ.İ.Meşşaninov  və 
İ.M.Cəfərzadə belə qənaətə gəlmişdir ki,  Örənqala şəhərin əsl  adı  deyil  və 
bu ad ona  “örənə”,  yəni virana qaldıqdan sonra  yerli əhali tərəfindən veril-
mişdir (33, s. 118). Orta əsr mənbələrində də “Örənqala” adlı toponimə rast 
gəlinmir. Yalnız XVI əsrdə Rusiyada tərtib edilmiş bir coğrafi xəritədə Kür 
çayından cənubda “Uren” adlı şəhər yeri qeyd edilmişdir (30, s. 89). 
1933-cü  ildə  professor  Y.A.Paxomov  (33,  s.  28),  1936-cı  ildə  isə 
Ə.K.Ələkbərov (22, s. 67) tarixi məlumatlara əsaslanaraq Örənqalanın həqi-
qətən orta əsr Beyləqan şəhərinin xarabalığı olması fikrini irəli sürmüşdür. 
Lakin onlar öz fikirlərini elmi dəlillərlə əsaslandırıb nəşr etdirmədiklərindən 
bu  məsələ  bir  müddət  açıq  qalmışdı.  İ.M.Cəfərzadə  1951-ci  ildə  yazdığı 
əsərdə  qeyd  etmişdir  ki,  Örənqala  Beyləqan  şəhərinin  deyil,  orta  əsr  ərəb 
müəlliflərinin əsərlərində qeyd olunan Yunan adlı şəhərin xarabalığıdır (8, s. 
135).  İ.Cəfərzadənin  bu  fikrinə  reaksiya  verən  A.A.İessen  1953-cü  ildə 
Örənqala  qazıntılarına  həsr  etdiyi  hesabatında  bir  sıra  ərəb  səyyahlarının 
verdikləri  şəhərlərarası  məsafələr  haqqında  məlumatları  nəzərdən  keçir-
məklə Y.A.Paxomov  və Ə.K.Ələkbərovun  fikrini  düzgün saymışdır  (27,  s. 
127-128). 
Örənqala  şəhərinin  hansı  şəhərə  aid  olması  haqqında  mübahisələrə 
yalnız 1955-ci ildə son qoyulmuşdur: abidənin sənətkarlar məhəlləsində qa-
zıntı  aparılan  zaman  bir  ədəd  bütöv  və  dörd  ədəd  istehsalat  tullantısı  olan 
şar-konusvari qab parçası aşkar olunmuşdur. Onların üzərinə bişməzdən əv-
vəl  kiçik  möhürlər  vurulmuşdur.  Möhürlərin  içərisində  isə  ərəbcə  “Fəzlun 
Beyləqanda hazırlamışdır” sözləri yazılmışdır. Bu qab parçalarının istehsalat 
tullantısı olması, yəni başqa yerdən gətirilməsinin mümkünsüzlüyü Örənqa-
lanı Beyləqan şəhərinin xarabalıqları hesab edən alimlərin fikrini qəti şəkil-
də təsdiq etmişdir (11, s. 14). 
Qalatəpə  şəhər  yeri.  Qalatəpə  Ağcabədi  rayonunun Salmanbəy-
li kəndi  yaxınlığında,  Qarqarçayın  sağ  sahilində  yerləşir.  Təpənin  şimal  tə-
rəfdən  hündürlüyü  20  metrə  çatır.  Azərbaycan  ərazisində  qədim  suvarma 
sistemlərindən  biri  olan  Gavurarx  burada  Qarqarçayla  kəsişir.  Yuxarı  və 
aşağı hissədən ibarət olan şəhər məskəninin ümumi sahəsi 26 hektara yaxın-
dır. Bu ərazi antik və erkən orta əsrlərdə Qafqaz Albaniyasının Uti (Vtiya) 
vilayətinə daxil idi. Strabon “Coğrafiya” əsərində bu vilayətə daxil olan iki 
şəhərin (Ayniana və Anariaka) adını çəkmişdir (19, 7-ci fəsil). IX-X əsr ərəb 
müəlliflərinin (Kufi, İstəxri, İbn Hövqəl, Müqəddəsi) əsərlərində isə Aynia-
na (yaxud Enian) şəhər adına yeni formada – “Yunan” şəklində rast gəlinir 
(20, s. 91, 114, 136).  


 
Mil düzünün orta əsr abidələrinin arxeoloji tədqiqinə dair
  
79 
  Mənbələri təhlil edən Z.İ.Yampolski Enianı qədim Azərbaycan şəhə-
ri kimi  səciyyələndirir
 
(39,  s.  366-369).  R.S.Məlikov  bu  şəhərin  xan  və  ya 
xanxani adlı alban tayfaları tərəfindən inşa olunması ehtimalını irəli sürmüş 
(31,  s.  124-125),  K.V.Treverə  görə  isə,  Enian  əslində  Xanxan  adlanmış  və 
əvvəllər Albaniyanın Uti, sonralar isə Paytakaran vilayətinin tərkibində ol-
muşdur (38, s. 143).  
XX  əsrin  ortalarında  orta  əsr  Beyləqan  şəhər  xarabalığında  –  Örən-
qalada tədqiqat aparan alimlər (A.İessen, İ.Cəfərzadə və b.) Yunan şəhəri və 
onun lokalizəsi ilə bağlı müxtəlif fikirlər söyləmişlər. Q.M.Əhmədov Qala-
təpənin Mil düzündə az-çox şəhər xarabalığına bənzəyən yaşayış yeri oldu-
ğunu vurğulamış, onun Enian adlı şəhərin qalıqları olması barədə mülahizə 
yürütmüşdür (10, s. 15).
 
Qalatəpə ətrafında 1897-ci ildə ilk kəşfiyyat işləri aparan Şuşa realnı 
məktəbinin müəllimi E.Resler Gavurarxın yatağında antik dövrə aid küp qə-
birləri  aşkara  çıxarmışdır  (37,  s.  155-156).  1927-ci  ildə  Ə.K.Ələkbərov 
Qalatəpə şəhər xarabalığı ətrafında qazıntı aparmış və bir neçə küp qəbir aç-
mışdır (22, s. 37-44). 1974-cü ildə F.L.Osmanov Qalatəpədə  yoxlama şurf 
qoymuş,  burada  dulus  kürəsinin  izlərinə  və  orta  əsr  saxsı  məmulatına  rast 
gəlmişdir (34, s. 23-27). 
Mil-Qarabağ arxeoloji ekspedisiyasının Qalatəpə dəstəsi T.R.Əliyevin 
rəhbərliyi ilə 2008-ci ildən Qalatəpə antik və orta əsr şəhər yerində tədqiqat-
lara başlamışdır (13, s. 78-83).  
2008-2012-ci  illərdə  Qalatəpədə  300  kv.m  sahədə  qalınlığı  10  metrə 
yaxın  mədəni  təbəqə  qazılaraq  tədqiq  edilmişdir.  İlkin  tədqiqatlar  abidənin 
0,7-0,8 m qalınlığında olan üst qatının orta əsrlərə – IX-XIII əsrin əvvəlləri-
nə aid olduğunu göstərmişdir. Bu təbəqədə bişmiş kərpicdən inşa olunmuş 
tikili qalıqları, ocaq yerləri, suvaqlı döşəmə açılmış, saxsı, daş, şüşə və me-
taldan hazırlanmış əşyalar əldə olunmuşdur.  
2013-cü ildə Qalatəpə akropolunun cənub hissəsində qala divarlarının 
quruluşunu  aydınlaşdırmaq  üçün  yağış  sularının  açdığı  yarğanda  uzunluğu 
24 (şərq – qərb istiqaməti üzrə), eni isə 1,5 m olan sahə təmizlənmişdir. Bu-
rada bişmiş kərpiclərdən (29 x 27 x 7 sm; 27 x 12 x 6,5 sm) 4 m enində inşa 
olunmuş orta əsrlərə aid  qala divarının qalıqları aşkara çıxarılmışdır
 
(14, s. 
228).     
2013-2016-cı  illərdə  Qalatəpə  II  qazıntı  sahəsində  (200  kv.m)  tədqi-
qatlar  aparılarkən  orta  əsrlərə  aid  1,6  m  qalınlığında  mədəni  təbəqə  açılıb 
öyrənilmişdir. Bu təbəqə şirli qablarla çox zəngindir. Onların bəziləri orna-
mentinə,  hazırlanma  texnologiyasına  görə  gözəl  sənət  nümunələridir.  Boş-
qab tipli belə qablardan birinin içərisinə ərəb qrafikası ilə yazılmış epiqrafik 
mətni  xatırladan  naxış  həkk  olunmuş,  mərkəzdəki  kiçik  dairədə  isə  həyat 


Yüklə 4,3 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə