Cild: 0 Say: issn 2218 – 0346 2017



Yüklə 4,3 Mb.
Pdf görüntüsü
səhifə32/36
tarix08.07.2018
ölçüsü4,3 Mb.
#54530
1   ...   28   29   30   31   32   33   34   35   36

 
82 
Vüsal Əliyev
 
 
dövr  ərzində  bu  abidədə  arxeoloji  tədqiqat  işləri  aparılmamışdır.  2013-cü 
ildə  isə Nərgiztəpə  yenidən diqqəti  cəlb  etmiş,  AMEA Arxeologiya və  Et-
noqrafiya  İnstitutu  Xocavənd  rayonunun  cəbhə  xətti  boyunca  olan  ərazi-
lərində ilkin kəşfiyyat-axtarış işləri aparmaq məqsədilə Nərgiztəpə arxeoloji 
dəstəsini  təşkil  etmiş,  2014-2015-ci  illərdə  isə  Azərbaycan  Respublikası 
Prezidentinin yanında Elmin İnkişafı Fondunun dəstəyi ilə bu abidədə inten-
siv  tədqiqatlar  aparılmışdır.  Nərgiztəpənin  ətrafında  Tunc  və  Erkən  Dəmir 
dövrü, Antik dövr abidələri ilə yanaşı,  orta əsrlərə aid  yaşayış  yerləri, tikili 
qalıqları və qabiristanlıqlar da var. Abidənin cənub ətəyindəki qəbirüstü daş-
lardan  bəzilərinin  üzərinə  qazma  üsulu  ilə  müxtəlif  işarə  və  damğalar  (ox, 
kaman və s.), oyma naxışlar salınmışdır. Belə təsvirlər oğuz türklərinin adı 
ilə bağlı olub Azərbaycanda erkən orta əsrlərdən yayılmağa başlamışdır (16, 
s. 68). 
  Rəvayətlərə  görə,  Kitabi-Dədə  Qorqud  dastanındakı  əhvalatların 
müəyyən hissəsi, əsasən də Qaraca Çobanla bağlı hadisələr məhz bu abidə 
ətrafında  baş  vermişdir,  buradakı  iri  həcmli  daşlar  isə  Qaraca  Çobanın  sa-
pand daşları və ya daşa dönmüş qoyunlarıdır. Dastan qəhrəmanı Qazan xan 
isə dastanda “Qaraçuğun qaplanı” adlandırılır. Təsadüfi deyildir ki, Nərgiz-
təpə  yaxınlığında  Qarabağ  dağ  silsiləsinə  məxsus  yüksəkliklərdən  birinin 
adı da məhz “Qaraçuğ”dur. Onun hündürlüyü 632 metrdir (18, s. 70).  
Nərgiztəpədə aparılan arxeoloji qazıntılar zamanı müəyyən edilmişdir 
ki,  abidənin  üst  təbəqəsi  orta  əsrlərə  (IX-XIII  əsrərə)  aiddir.  Bu  təbəqədə 
ocaq  yerləri  açılmış,  şirli  və  şirsiz  keramika  nümunələrinə,  daşdan  əmək 
alətlərinə rast gəlinmişdir. 
Əmirəhməd təpəsi adlı orta əsr yaşayış yeri Mil düzündə - Ağcabədi 
rayonunun Kəbirli kəndi ərazisində, Govurarxın sağ tərəfində, ondan 1,2 km 
məsafədə diametri 130  mhündürlüyü isə 2,m olan təpənin  üstündə  yer-
ləşir. Abidənin mövcud olduğu sahədən və ətraflarından xeyli miqdarda şirli 
və şirsiz saxsı qab qırıqları tapılmışdır. Həmin saxsı nümunələri IX-XIII əsr-
lərə aiddir (15, s. 52). XX əsrin ortalarınadək Kəbirli kəndinin əvvəlki qəbi-
ristanlığı  Əmirəhmədtəpənin  üzərində  olmuşdur.  Ənənəvi  olaraq  abidənin 
ətrafı əkin yeri kimi istifadə edilir. 
Qurdtəpə yaşayış yeri Ağcabədi rayonunun Aran kəndində, Gavurar-
xın sol sahilində  yerləşən kənd tipli  yaşayış məskənidir. Dəniz səviyyəsin-
dən  təxminən  60  m  yüksəklikdə  olan  bu  abidə  dairəvi  şəkildədir,  diametri 
110 m, ətraf ərazidən hündürlüyü 1,7 m-dir. Təpənin şimal tərəfindən Govu-
rarx keçir, qalan üç tərəfdən isə abidə ev və həyətyanı sahələrlə əhatə olu-
nub. 1976-cı ildə Qurdtəpədən 120 m məsafədə yerləşən sahədən böyük tə-
sərrüfat küpü aşkar edilmişdir. Bu tapıntı yaşayış məskəninin keçmişdə daha 
böyük ərazini əhatə etdiyini söyləməyə imkan verir. Yaşayış yerinin şimal-
qərb  tərəfində  16  kv.m  sahədə  arxeoloji  qazıntı  aparılmış,  IX-XIII  əsrlərə 


 
Mil düzünün orta əsr abidələrinin arxeoloji tədqiqinə dair
  
83 
aid maddi mədəniyyət qalıqları, əsasən, şirsiz və şirli saxsı qab qırıqları ta-
pılmışdır (15, s. 53). Abidənin yaxınlığında kanal tikintisi zamanı antik dövr 
sütun altlıqlarına oxşar iki ədəd daş sütun altlığı aşkara çıxarılmışdır. Bu ta-
pıntılar, eyni zamanda orta əsr saxsı qabları ilə yanaşı, buradan e.ə. I minil-
liyin ikinci yarısına aid materiallara da təsadüf edilməsi bəhs etdiyimiz abi-
dənin çoxtəbəqəli olduğunu təsdiq edir. Arxeoloji materialların təhlili Qurd-
təpənin  alt  təbəqəsinin  Qaratəpənin  alt  təbəqəsi  ilə  eynilik  təşkil  etdiyini 
(e.ə. VII-VI əsrlərə aid olduğunu) göstərir (12, s. 82-87). 
Yuxarıda bəhs olunan hər iki yaşayış  yeri (Əmirəhmədtəpə və Qurd-
təpə) vaxtilə Govurarxın  yanı  ilə  uzanan  karvan  yolu  üstündə  yerləşmişdir 
və onlar Mil düzündəki orta əsr şəhər məskənləri olan Qalatəpə ilə Örənqala 
arasında əlaqə rolunu oynamışlar (1, s. 103).
 
Mil  düzünün  orta  əsr  şəhərləri  Araz  və  Kür  çaylarından  çəkilmiş  su-
varma şəbəkəsi (kanalları) vasitəsi ilə təchiz olunurdu. Bu baxımdan başlan-
ğıcını Araz çayından götürən, ümumi uzunluğu 60  km olan Govurarx, Mil 
düzünün, o cümlədən  Beyləqan  şəhərinin təsərrüfat  həyatında mühüm əhə-
miyyətə  malik  idi  (10,  s.  93).  Ətraf  ərazidə  su  mənbəyi  olmadıqda  və  ya 
kifayət etmədikdə suyun yer səthinə yaxın olan sahələrdə quyu və ovdanlar 
qazmaqla yeraltı sulardan istifadə edilirdi (1, s. 83). 
Orta  əsr  memarlığı  içərisində  Arran  məktəbinin  xüsusi  rolu  var  idi. 
Memarlıq  məktəbinin  başlıca  mərkəzləri  Bərdə,  Gəncə,  Şəmkir,  Beyləqan 
və  Dəbil  şəhərləri  olmuşdur.  Tədqiqatçıların  fikrincə,  bu  memarlıq  məktə-
binin  rüşeymləri  ilkin  olaraq  IX  əsrdə  Bərdədə  təşəkkül  tapmış,  X-XI  əsr-
lərdə  Gəncədə,  Şəmkirdə,  Dəbildə  və  Beyləqanda  inkişaf  etmiş,  XII  əsrdə 
çiçəklənmə  çağını  yaşamış,  monqol  işğalından  sonra  öz  əvvəlki  əhəmiy-
yətini  itirmişdir.  Arran  memarlıq  məktəbinin  öyrənilməsində  onun  nüma-
yəndələrinin ərazisində aparılan arxeoloji qazıntı işlərinin əhəmiyyəti olduq-
ca böyükdür (9, s. 85). 
Mil düzündə ilk monqol yürüşlərindən sonra demək olar ki, həyat sön-
müş, bir vaxtlar çiçəklənən şəhər və kəndlər xarabalığa çevrilmişdir. Yalnız 
XIII əsrin ikinci yarısında – Azərbaycan ərazilərinin monqol Hülakülər döv-
lətinin tərkibinə qatılmasından, bu dövlətin əsas, mərkəzi bölgələrindən biri 
olmasından  sonra  Mil  düzündə  nisbi  sabitlik  yaranmış,  müəyyən  canlanma 
başlanmışdır. Mil düzünün bəzi  abidələrində  aparılan tədqiqatlar bunu təs-
diq edir. Məsələn, indiki Füzuli rayonu ərazisində 1273-1274-cü illərdə me-
mar  Əli  Məcidəddin  tərəfindən  Şeyx  Babı  Yaqubinin  şərəfinə  çox  möhtə-
şəm bir türbə ucaldılmış, xanəgah tikilmişdir. Burada aparılan arxeoloji təd-
qiqatlar  nəticəsində  nüfuzlu  və  müqəddəs  şəxslərin  dəfn  olunduğu  yeraltı 
məqbərələr açılmışdır (6, s. 74-75)
  Azərbaycan  tarixinin  tədqiqində  Mil  düzü  abidələrinin,  o  cümlədən 
şəhər və kənd tipli orta əsr yaşayış məskənlərinin öyrənilməsinin müstəsna 


Yüklə 4,3 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə