Cild: 0 Say: issn 2218 – 0346 2017



Yüklə 4,3 Mb.
Pdf görüntüsü
səhifə34/36
tarix08.07.2018
ölçüsü4,3 Mb.
#54530
1   ...   28   29   30   31   32   33   34   35   36

 
Mil düzünün orta əsr abidələrinin arxeoloji tədqiqinə dair
  
87 
Keywords:  Lowland  Karabakh,  Mil  steppe,  archaeological  monuments, 
medieval settlements, Orengala, Galatepe. 
 
Резюме 
 
К археологическим исследованиям средневековых памятников 
Мильской степи 
 
Вусал Алиев 
Национальная Академия Наук Азербайджана. Институт археологии и 
этнографии 
 
Территория Гарабаха представляет большую ценность в изучении всех 
историко-археологических периодов Азербайджана начиная с нижнего палео-
лита. Географически Гарабах расположен в междуречье Куры и Аракса и сос-
тоит из двух частей – низменного и нагорного. Основную часть низменного 
Гарабаха занимает, в частности, Мильская степь.  
Археологическое исследование памятников Мильской степи началось с 
конца  XIX  века и продолжается по сей день. Среди них наиболее подробно 
исследованным  является  городище  Оренкала  в  Бейлаганском  районе,  кото-
рый в средневековых источниках упоминается как город Бейлаган. Раскопки 
этого  городища,  с  определенными  промежутками,  проводились  приблизите-
льно 20 лет.  
В 2013 г. были начаты раскопки в юго-восточной части Галатепе – 
второй раскопочной площади (200 кв.м). Здесь был открыт и изучен культур-
ный слой, мощностью в 1 метр. Этот слой, относящийся к XI-XIII вв. Привле-
кает внимание богатыми материальными остатками. Здесь были обнаружены 
строительные  остатки  из  сырцового  и  обожженного  кирпича,  тендиры,  хо-
зяйственные ямы, образцы керамики, орудия труда из булыжника, предметы 
украшения  из  стекла  и  металла.  Эти  материалы  схожи  с  обнаруженными  в 
синхронном слое Оренгалы (Бейлаган) артефактами. 
Исследования, проводившиеся в Галатепе, показывают, что жизнь на 
этом  городище  прекратилась  после  первых  набегов  монголов.  Это  можно 
прослеживать  по  культурному  слою  II  участка  раскопок.  Раннесредневеко-
вый слой памятника начинается с глубины 1,2 м. Здесь образцы глазурован-
ной керамики уже не встречаются. 
Среди прочих средневековых памятников Мильской степи можно также 
упомянуть Гаратепе, Наргизтепе, Гурдтепе, Амирахмадтепе и др., источнико-
ведческий анализ которых, на основе исторической и археологической лите-
ратуры, является целью написания данной статьи. 
 
Ключевые  слова:  низменный  Гарабаг,  Мильская  степь,  археологи-
ческие памятники, Оренкала, Галатепе. 
 


Azərbaycan Arxeologiyası 
 
Volume 20 № 2 2017, 88-90 
Khazar University Press 
DOI: 10.5782/2218-0346.2017.20.2.88 
 
88 
 
Qafqaz Albaniyası haqqında yeni kitab: Mübariz C. Xəlilov. 
Albaniyanın tarixi, etnomədəni hüdudları: qərb istiqaməti. Bakı: RS 
Poliqraf, 2017, 116 s. 
 
Qafqaz  Albaniyasının  müxtəlif  elmi 
problemləri  albanşünas  mütəxəssislərin 
diqqət  mərkəzində  qalmaqdadır.  Azərbay-
can  Respublikasının  Prezidenti  yanında 
Bilik Fondu və Bakı Beynəlxalq Multikul-
turalizm  Mərkəzinin  son  bir  neçə  ildə  hə-
yata  keçirdiyi  uğurlu  layihələr  sayəsində 
Qafqazda  təşəkkül  tapmış  ən  qədim  döv-
lətlərdən  biri  olan  Albaniyanın  tarixinə, 
mədəniyyətinə  maraq  daha  da  artmışdır. 
Albaniya  arxeologiyasının  müxtəlif  məsə-
lələrinə  həsr  olunmuş  bir  sıra  iri  həcmli 
monoqrafiyaların  müəllifi  M.C.  Xəlilovun 
bu  təşkilatların  texniki  və  maliyyə  dəstəyi 
ilə  cari  ildə  işıq  üzü  görmüş  növbəti  əsəri 
məhz bu prosesin təzahürüdür. 
Albaniyanın  hüdudlarının  qərb  isti-
qaməti  dedikdə müəllif  ölkənin Gürcüstan 
ərazisində formalaşmış İberiya (ilk orta əsrlərdə Kartli) dövləti ilə sərhədlə-
rini nəzərdə tutmuşdur.  
Ön sözdə M.C. Xəlilov kitabın yazılması məqsədini izah edərək gələ-
cəkdə  tədqiqatdan  doğan  elmi  nəticələrdən  yararlanaraq  Qafqaz  dövlət-
lərinin bir-birinə qarşı hər hansı bir formada ərazi iddiaları ilə çıxış etməsi-
nin arzu edilməz olduğunu vurğulayır, mövzuya sırf elmi problem kimi ya-
naşmağın  zəruriliyini  israrla  qeyd  edir.  Müəllifin  Albaniyanın  26  qəbiləsi 
arasında albanların daha böyük qövm olması haqqında antik coğrafiyaçı və 
tarixçilərindən Strabonun, habelə Plutarxın məlumatlarına əsaslanaraq Əhə-
məni imperiyasının süqutundan dərhal sonra, e.ə. IV əsrin sonunda yaranmış 
Albaniya  tayfalarının  dövlətləri  arasında  Alban  dövlətinin  istər  əhalisinin 
sayı, istərsə də ərazisinin genişliyi baxımından daha iri olması fikri öz yeni-
liyi ilə diqqəti cəlb edir. Beləliklə, M.C. Xəlilov 26 qəbiləyə eyni parametrlə 
yanaşmağın yanlış olduğunu müəyyən edir. Bu vaxta kimi Albaniya hökm-
darı Aran və onun yaşadığı dövr haqqında elmi ədəbiyyatda dəqiq bir  fikir 
səsləndirilməmişdir. Müəllifin xronoloji hesablamaları göstərmişdir ki, Aran 
e.ə. 192-ci ildə Albaniyanın digər tayfalarının kiçik dövlətlərini monoetnik 
Alban  dövləti  ətrafında  birləşdirərək  mərkəzləşdirilmiş,  polietnik  Albaniya 
dövlətini qurmuşdur. 


 
Rəylər, Reviews, Рецензии
  
89 
 
Kitabın  sonrakı  bölmələrində  M.C.  Xəlilov  Albaniya-İberiya  sərhəd-
lərinin dəyişkənliyi dinamikasını izləyir. Məlum olur ki, e.ə. I əsrdə müasir 
Gürcüstan Respublikasının Alazan çayının yuxarı axarlarından Tbilisi şəhə-
rinə kimi uzanan hissəsi Albaniyanın hüdudlarına daxil olmuşdur. Strabona 
qədər bu barədə heç bir məlumatın verilmədiyini nəzərə alan M.C. Xəlilov 
həmin  hüdudların  əzəli  sərhədlər  kimi  dəyərləndirilməsini  mümkün  hesab 
edir.  Böyük  Pliniy  və  Klavdiy  Ptolemey  kimi  görkəmli  antik  dövr  elm  xa-
dimlərinin  fikirlərini  təhlil  edən  müəllif  I-II  əsrlərdə  Albaniya  ərazisinin 
qərbə  doğru  genişlənərək  müasir  Krestovıy  aşırımı  və  Ksani  çayının  şərq 
sahilinə çatdığını dəqiqləşdirir. Mütəxəssislər arasında ilk dəfə olaraq M.C. 
Xəlilov  Böyük  Pliniyin  sərhəd  çayı  kimi  xatırladığı  Okazan  çayını  indiki 
Ksani çayı ilə eyniləşdirmişdir. Bu vaxta kimi bəzi tədqiqatçılar Okazan de-
dikdə  Pliniyin  əslində  Alazan  çayını  nəzərdə  tutduğunu  və  onun  dövründə 
sərhədi Alazanın təşkil etdiyini bildirmişlər. Sarmat qapılarının (indiki Kres-
tovıy aşırımı) və Albaniya-İberiya sərhədlərinin başlanğıc nöqtəsinin Klav-
diy  Ptolemey  tərəfindən  göstərilən  koordinatlarının  üst-üstə  düşməsi  də 
müəllifin  diqqətindən  yayınmamışdır.  Məlumdur  ki,  Klavdiy  Ptolemeyin 
tərtib  etdiyi  xəritələrdəki  koordinatlar  yanlışdır.  Lakin  2  dəfə  təkrarlanan 
səhv koordinatlar iki məntəqənin eyni bir yerdə qərar tutmasına bir işarədir. 
Alazan  və  Okazan  (Ksani)  çayları  arasındakı  ərazilərin  Albaniyanın  yalnız 
siyasi  deyil,  həm  də  etno-mədəni  hüdudlarına  daxil  olduğunu  nəzərə  çat-
dıran M.C. Xəlilov burada yerləşmiş alban yaşayış məntəqələrini və habelə 
alban  etnonimini  özündə  əks  etdirən  toponimləri  sadalayır,  bu  torpaqlarda 
Gürcüstan  arxeoloqları  tərəfindən  aşkar  olunaraq  tədqiq  edilmiş  alban  ar-
xeoloji abidələrinin mövcudluğunu oxucuların diqqətinə çatdırır. 
İlk orta əsr sərhədləri məsələsini araşdırarkən müəllifin əsasən XI əsr 
gürcü  mənbəyi  «Kartlis  Tsxovreba»ya,  habelə  müasir  gürcü  tarixçilərinin 
fikirlərinə  istinad  etməsi  çıxarılan  nəticələri  daha  da  etibarlı  etmişdir.  Son 
zamanlar çox populyar olmuş Kürmük xristian məbədinin (Qax rayonu) et-
no-mədəni  mənsubiyyəti  məsələsinə  toxunan  M.C.  Xəlilov  «Kürmük»  hid-
ronimində tarixi mənbələrdə e.ə. VI-V əsrlərdən etibarən qədim Azərbaycan 
ərazisində  qeyd  edilən  mük  (mik,  muq)  tayfasının  adının  əks  olunduğunu 
müəyyənləşdirir və tutarlı dəlillərlə mükləri orta əsr gürcü mənbələrində xa-
tırlanan movakan qəbiləsi ilə eyniləşdirir. E.ə. VI əsrdən gələn şəcərə xəttini 
müasir  dövrümüzə  kimi  çəkən  müəllif  müklərin  birbaşa  varislərinin  azər-
baycanlıların  müasir  etnoqrafik  qrupunu  təşkil  edən  muğalların  olduğunu 
göstərir. Bu zaman muğallarla movakanların eyni ərazidə məskunlaşması ön 
plana çəkilir. 
Kitabın  sonunda  istinad  edilən  əsas  tarixi  mənbələrdən  fraqmentlər, 
mətndəki  qeydlərin  şərhi  və  habelə  müxtəlif  dövrlərin  sərhədlərini  əks  et-
dirən 3 xəritə verilir. 


Yüklə 4,3 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə