Cild: 0 Say: issn 2218 – 0346 2017



Yüklə 4,3 Mb.
Pdf görüntüsü
səhifə29/36
tarix08.07.2018
ölçüsü4,3 Mb.
#54530
1   ...   25   26   27   28   29   30   31   32   ...   36

 
76 
Vüsal Əliyev
 
 
takaran Balasaqan, daha əvvəllər – antik dövrdə isə yunan-roma mənbələrin-
də Kaspiana adlanmışdır (3, s. 16). Müxtəlif dövrlərdə Mil düzünün Gərgər 
(Qarqar),  Honaşen,  Peyğəmbər  düzü  adlanmasına  da  rast  gəlinir.  Hazırda 
Füzuli, Beyləqan, Xocavənd, Ağcabədi və Ağdam camaatı bu düzə daha çox 
“Haramı  düzü”  deyirlər.  Mənbələr  tarixən  bu  düzdə  gur  həyat  olduğunu 
təsdiq  edir.  Məsələn,  X  əsr  ərəb  coğrafiyaşünas  səyyahı  Əbu  Düləf  “Ri-
salə”sində gəzdiyi ölkələrdən, o cümlədən Azərbaycandan danışarkən yazır: 
“Varsan və əl-Beyləqan şəhərləri Balasakan düzündə yerləşir. Bu düzdə beş 
min və ya daha çox xaraba kənd var. Halbuki onların evlərinin divarları və 
binaların bəzilərinin özülü dağılmamışdır. Deyirlər ki, həmin kəndlər Allah-
taalanın “Quranda” zikr etdiyi ar-Rasın sahiblərinin olmuşdur” (20, s. 80). 
  Mil  düzü  abidələrinin  arxeoloji  tədqiqi  XIX  əsrin  sonlarından  baş-
lanmış və hal-hazırda da davam etməkdədir. Həmin abidələr sırasında ən ge-
niş şəkildə öyrəniləni Beyləqan rayonu ərazisində yerləşən və orta əsr mən-
bələrində  Beyləqan  şəhəri  kimi  öz  əksini  tapmış  Örənqala  abidələr  komp-
leksidir. Sovet dövründə burada müəyyən fasilələrlə 20 ilə yaxın müddətdə 
arxeoloji tədqiqat işləri aparılmışdır. Mil düzünün digər orta əsr abidələrin-
dən  Qaratəpə,  Qalatəpə,  Qurdtəpə,  Əmirəhmədtəpə  və  b.-nın  adını  çəkmək 
olar.  Təqdim  etdiyimiz  hazırkı  məqalədə  məqsəd  mövcud  tarixi-arxeoloji 
ədəbiyyat  əsasında  Mil  düzünün  orta  əsr  abidələrinin  arxeoloji  tədqiqinə 
dair ətraflı və ümumiləşdirilmiş məlumat verməkdən ibarətdir. 
Örənqala şəhər yeri. Örənqala şəhər məskənində 1933, 1936, 1951, 
1953-1958 və 1959-1968-ci illərdə məqsədyönlü arxeoloji qazıntılar aparıl-
mışdır.  Örənqala  haqqında  arxeoloji  və  tarixi  məlumatların  tədqiqi  ilə 
İ.İ.Meşşaninov, Ə.K.Ələkbərov, İ.M.Cəfərzadə, Y.A.Paxomov, A.A.İessen, 
Q.M.Əhmədov, A.L.Yakobson və başqaları məşğul olmuşdur (11, s. 4). 
Örənqala şəhər yeri Mil düzündə, indiki Beyləqan rayonunun mərkə-
zindən  təxminən  17  km  şimal-qərbdə  yerləşir.  Onun  ərazisi  təxminən  36 
hektardır (11, s. 6). Örənqalanın ətrafında müxtəlif ölçülü təpələr vardır. Bu 
təpələrin böyük əksəriyyəti şəhər yerindən qərb istiqamətində yerləşmişdir. 
Qərbə doğru təpələr 2,5 km-ə qədər uzanır və nəhayət, Mil-Minarə adlanan 
abidələr kompleksinin xarabalıqlarında qurtarır. Mil-Minarə adlı abidə XIX 
əsrin birinci yarısında müəyyən qədər salamat qalsa da, XIX əsrin ikinci ya-
rısında tamamilə dağıdılmışdır (11, s. 8).  
Örənqala  şəhər  yeri  haqqında  ilk  elmi  əsərin  müəllifi  akademik 
İ.İ.Meşşaninov olmuşdur (33, s. 5-31). İ.İ.Meşşaninov II Dünya müharibəsi 
dövründə  −  1944-cü  ildə  yazdığı  başqa  bir  məqaləsində  Örənqala  şəhər 
yerinin  ümumi  təsvirini  vermiş,  orta  əsrlərdə  onun  iqtisadi  və  siyasi  rolun-
dan bəhs etmişdir (32, s. 7-8).  
Örənqala şəhər yeri haqqında müəyyən qədər məlumata A.K.Ələkbə-
rovun “Örənqala qazıntıları” adlı məqaləsində də rast gəlirik (23, s. 64-70). 


 
Mil düzünün orta əsr abidələrinin arxeoloji tədqiqinə dair
  
77 
Müəllifin  irəli  sürdüyü  fikirlərdən  xüsusilə  maraq  doğuranı  onun  ilk  dəfə 
olaraq  şəhərin  çiçəklənmə  dövrünü  XII  əsrdən  hesab  etməsi,  Beyləqanın 
əvvəlki adının Paytakaranla əlaqələndirməsi, Örənqalanın Beyləqan şəhəri-
nin xarabaları olması haqqında nəticələridir (10, s. 10). 
İ.M.Cəfərzadənin “1951-ci ildə Örənqalada qazıntı işləri” adlı məqalə-
sində Örənqala şəhər yerinin daha geniş təsviri verilir və şəhərin şimal-şərq 
qala divarlarında aparılmış qazıntıların nəticələrindən danışılır. Müəllif Ki-
çik  şəhərin  Böyük  şəhər  xarabaları  üzərində  qurulduğu  fikrini  ortaya  atır. 
Sonrakı tədqiqatlar nəticəsində bu fikir həqiqətən də öz təsdiqini tapmışdır. 
Lakin müəllif şəhərin əsasının qoyulmasını e.ə. IV əsrin sonlarına aid etmiş 
və  onun  tarixi  adının  isə  “Yunan”  olduğu  fikrini  bildirmişdir  (24,  s.  109-
135).  Bu  fikri  Örənqalanın  növbəti  tədqiqatçılarından  heç  biri  dəstəkləmə-
mişdir.  İ.M.Cəfərzadənin  yuxarıda  qeyd  olunan  məqaləsində  Örənqala  ilə 
bağlı əfsanələrdən də bəhs olunmuşdur. Bu əfsanələrin birində Makedoniya-
lı İsgəndər şərqə yürüş zamanı Azərbaycanda Oltanqala və Örənqala adlı iki 
qala tikdirməsi haqqında xəbər verilir (8, s. 116-117). 
Örənqalanın  əsaslı  surətdə  arxeoloji  tədqiqi  1953-cü  ildən  baş-
lanmışdır. Həmin  ilin  qazıntıları haqqında ilk məlumatı  A.A.İessen “1953-
cü ildə Azərbaycan ekspedisiyasının işləri” adlı məqaləsində vermişdir (27, 
s. 115-128). “Azərbaycan (Örənqala) arxeoloji ekspedisiyasının əsərləri”nin 
1-ci  cildini  isə Örənqala şəhər məskəninə  aid  ilk sanballı  əsər  hesab  etmək 
olar. Bu əsərin ən qiymətli cəhəti odur ki, Örənqalada 1953-1955-ci illərdə 
aparılmış qazıntılardan əldə edilən materialların böyük əksəriyyəti nəşr olu-
nmuş,  toplanmış  artefaktlar  ayrı-ayrı  müəlliflər  tərəfindən  (məsələn,  A.L. 
Yakobson,  N.V.Minkeviç-Mustafayeva)  hazırlanmış  müfəssəl  hesabatlarda 
və  məqalələrdə  (B.A.Şelkovnikov,  A.V.Rəhimov,  Q.M.Əhmədov,  A.L.Ya-
kobson və b.) öz əksini tapmışdır (10, s. 10). 
Örənqala  haqqında  yazılmış  əsərlərin  içərisində  1959-1968-ci  illərdə 
Örənqala arxeoloji ekspedisiyasına rəhbərlik etmiş Qara Əhmədovun 1979-
cu ildə çap etdirdiyi “Orta əsr Beyləqan şəhəri” adlı kitab xüsusi əhəmiyyət 
kəsb  edir.  Bu  əsərdə  orta  əsr  Azərbaycan  şəhəri  olan  Beyləqanın  ictimai-
iqtisadi  və  siyasi  tarixi,  həmçinin  mədəni-məişət  həyatı,  şəhərin  meydana 
gəlməsi, formalaşması, inkişaf dövrləri və tənəzzülə uğraması səbəbləri ya-
zılı mənbələr, numizmatik və xüsusilə zəngin arxeoloji materiallar əsasında 
araşdırılmışdır  (10,  s.3).  Əsərdə  Örənqala  haqqında  danışılarkən  onun  ya-
xınlığında  yerləşən  digər  abidələr  haqqında  da  müəyyən  məlumatlar  veril-
mişdir.  Təqdirəlayiq  haldır  ki,  Q.Ə.Əhmədov  bu  əsərində  yaşadığı  dövrün 
müəyyən tələb və  çətinliklərinə baxmayaraq,  Azərbaycanın siyasi  və tarixi 
maraqlarını elmi dəlillər vasitəsilə müdafiə etmişdir. Bütövlükdə isə, Örən-
qala  tədqiqatları  Azərbaycan  arxeologiyasında  orta  əsrlər  arxeologiyasının 
ayrıca bir sahə kimi formalaşmasında mühüm rol oynamışdır.  


Yüklə 4,3 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə