Cild: 0 Say: issn 2218 – 0346 2017



Yüklə 4,3 Mb.
Pdf görüntüsü
səhifə26/36
tarix08.07.2018
ölçüsü4,3 Mb.
#54530
1   ...   22   23   24   25   26   27   28   29   ...   36

Azərbaycan Arxeologiyası 
 
Volume 20 № 2 2017, 69-74 
Khazar University Press 
DOI: 10.5782/2218-0346.2017.20.2.69 
69 
 
Qayaüstü incəsənət arxeoloji irs kimi 
 
Sevinc Şirinli 
 
Azərbaycan Milli Elmlər Akademiyası. Arxeologiya və Etnoqrafiya İnstitutu  
 
Qayaüstü  incəsənət  nümunələrinə  dünyanın  insan  tərəfindən məskun-
laşan bütün hissələrində rast gəlmək mümkündür. Hazırda təxminən 20 000 
ərazinin  aid  edildiyi  820  qayaüstü  təsvir  mərkəzi  fərqləndirilir.  Bu  təsvir-
lərin  yaradıcıları  müxtəlif  insan  qrupları  ovçu-yığıcılar,  balıqçı  qəbilələr, 
maldarlıqla məşğul olan insan birlikləri idilər. Bu təsvirlər vasitəsilə minil-
liklər  boyunca  insanların  həyat  tərzi,  onların  dünyagörüşləri,  inamları,  baş 
verən  texniki  yenilikləri  əyani  şəkildə  görmək  mümkündür.  Belə  ki,  təsvir 
olunan heyvanlar ərazinin ekosistemi, flora və faunası, silahlar, alətlər texni-
ki bacarıqlarını, mif və inamların təcəssümü olan rəsmlər isə insan, təbiət və 
“superqüvvə” arasındakı əlaqəni göstərir (5, 20). Dünyanın fərqli coğrafiya-
larında yayılmış təsvirlər arasındakı oxşarlıq maraq doğurur. Gündəlik həyat 
tərzlərindən  asılı  olaraq  eyni  ictimai  sistemdə  yaşayan  fərqli  ərazilərin  təs-
virləri oxşarlıq nümayiş etdirir. Bununla yanaşı lokal fərqləri, hətta rəssamın 
individual olaraq təsvirə yanaşmasını istisna etmək olmaz. 
Qayaüstü  təsvirlərə  açıq  qaya  səthlərində,  sığınacaqların,  dərin  ma-
ğaraların  divarlarında,  tavanlarında,  ayrıca  qaya  parçalarında  yaradılmış 
rəsmlər  aid  edilir.  Bu  cəhətləri  nəzərə  alaraq  qayaüstü  təsvirlər  təbii  qaya 
səthində  yerləşməklə sümük, taxta, parça üzərində  yaradılan “daşına bilən” 
incəsənət  nümunələrindən  fərqlənir.  Qayaüstü  təsvirlərə:  petroqliflər  (daş 
üzərində oyma ilə yaradılan rəsmlər), piktoqraflar (rənglə çəkilmiş rəsmlər) 
və yer fiqurları (geoqlif və intaliolar) aid edilir (6, 60-63).  
Qayaüstü  təsvirlərin  mövzu  əhatəsi  də  çox  genişdir.  Xüsusilə  geniş 
yayılmış  təsvirləri  var  ki,  bu  da  bizə  onları  aşağıdakı  kimi  qruplaşdırmağa 
imkan verir: zoomorflar, antropomorflar, geometrik işarələr, nəqliyyat vasi-
tələri,  abstrak  işarələr.  Təsvirlərin  mövzu  əhatəsi  onların  yayıldığı  ərazinin 
lokal  xüsusiyyətlərindən  asılıdır.  Antopomorf  təsvirlər  ən  geniş  yayılmış 
motiv olsa da onların da çəkilməsində xeyli fərqli cəhətlət vardır. 
Qayaüstü təsvirlərin yaradıldığı landşaft da ən azı bu təsvirlər qədər 
əhəmiyyətlidir. Bu təsvirlər yaradıldığı əraziyə aid olduğundan ətraf mühit-
də baş verən dəyişiklikləri onların vasitəsi ilə izləmək mümkündür. Qayaüs-
tü təsvirlərin öyrənilməsi ilə məşğul olan mütəxəssislərin əksəri hesab edir-
lər ki, “qayaüstü təsvirlər müqəddəs yerlərlə əlaqəlidirlər” və ya “özləri mü-
qəddəsdirlər”.  Misal  olaraq,  M.Devlet  Boyar  abidəsi  haqda  yazırdı:  “bu 
abidə  mövsümü  bayramların  keçirildiyi  qədim  ritual  yerlərdəndir  və  kult 
məqsədilə  yaradılmışdır”.  Bu  cür  fikirlər  A.Okladnikov  tərəfindən  Şişkin 


 
70 
Sevinc Şirinli
 
 
 
 
abidəsi,  A.Mazin  Amur  ətrafı  petroqliflər,  Murqur-Sarqol,  Mərkəzi  Asiya-
nın bir çox qayaüstü təsvir sahələri haqda da söylənilmişdir (4, 13-14).  
Məsələ ilə bağlı bir neçə faktorun nəzərdən keçirilməsi zəruridir: ilk 
olaraq müxtəlif dövr təsvirlərinin çəkilməsi zamanı vahid qayanın seçilməsi. 
Azərbaycan qayaüstü incəsənəti üçün buna ən  yaxşı misal Qobustan abidə-
sidir. Təkcə Böyükdaş dağı yuxarı səki sahəsində yerləşən Ana Zağa mağa-
rasının divarlarını təşkil edən 29, 30 N-li qayalar üzərində 70-dən çox təsvir 
qeydə alınmışdır. Digər tərəfdən qayaüstü təsvirlər öz yerləşməsinə görə də 
müxtəliflik  nümayiş  etdirirlər:  əgər  bir  ərazidə  çoxlu  sayda  təsvir  görmək 
mümkündürsə,  digərində  üzərində  təsvir  olan  kiçik  qaya  parçası  və  ya  sa-
dəcə  1-2  təsvirin  olduğu  sığınacaq  vardır.  Bu  zaman  böyük  bir  ərazinin  və 
ya  sadəcə  təsvirli  daşın  tədqiqata  cəlb  edilməsi  əsas  problem  kimi  qarşıda 
durur.  
Ümumiyyətlə  arxeoloji  ədəbiyyatlarda təsvirlərin  yerləşmə  məsələsi 
ilə bağlı “hamı üçün olan incəsənət” və ya “gizli incəsənət” anlayışlarından 
istifadə  olunur. Birinci  halda böyük qaya panellərinə çəkilən təsvirlər hətta 
uzaq məsafədən seçilir, onlar hamının rahatlıqla görə biləcəyi yerdədir. Bəzi 
təsvirlər isə çətin çıxıla bilən qayalarda, eyni anda yalnız 1 və  ya 2 adamın 
dayana  biləcəyi  dar,  qaranlıq  yerlərdə  yerləşir  ki,  tədqiqatçılar  onları  2-ci 
qrupa aid edir və daha çox rituallarla əlaqələndirirlər. 
Qeyd  etmək  lazımdır  ki,  pertoqliflərin  yerləşdiyi  ərazilər  müəyyən 
hallarda hətta indi də yerli əhali üçün öz əhəmiyyətini saxlamaqdadır. Məsə-
lən, Şərqi Sibirin, Dağlıq Altayın və  ya Avstraliyanın  aborigenləri üçün bu 
təsvirlər hələ də müəyyən əhəmiyyət kəsb etməkdədir. Azərbaycanda isə bu 
məsələ ilə bağlı Qobustan abidəsinə müraciət etmək olar. Cingirdağ-Yazılı-
təpə  ərazisində  İ.Cəfərzadə  tərəfindən  91  N-li  daş  üzərində  qeydə  alınmış 
epiqrafik  yazıya  və  sitayiş  yeri  kimi  qiymətləndirilən  tikili  qalığına  əsasən 
Cingirdağın orta əsrlər boyunca “müqəddəs” yer kimi öz əhəmiyyətini sax-
ladığını  göstərir.  XIX  əsrin  sonlarına  qədər  bu  ərazi  yerli  əhali  tərəfindən 
Cingir baba adı ilə adlandırılmış və onlar dua etmək üçün buraya gəlmişlər 
(3, 18). Böyükdaş dağı aşağı səki sahəsində yerləşən 117 N-li qaya üzərində 
İ.Cəfərzadə tərəfindən mehrab kimi qeydə alınmış təsvirli daş vardır. Həmin 
təsvirin  yanında kiçik ölçülü keçi təsvirləri və heyvan ipini bağlamaq üçün 
istifadə olunan dəlmə vardır. Fikrimizcə bu qurban gətirilmə ayini ilə bağlı 
olmuş, heyvan təsvirləri isə qurban kəsmək üçün gətirilmiş heyvanların sim-
volik təsvirləridir. 
Qeyd etdiyimiz kimi qayaüstü təsvirlərin  yayılma arealı çox müxtə-
lifdir. Arxeoloji ədəbiyyatlarda qayaüstü təsvir sahəsi və qayaüstü təsvir ye-
ri anlayışları bir-birindən fərqləndirilir:  


Yüklə 4,3 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə