Cild: 0 Say: issn 2218 – 0346 2017



Yüklə 4,3 Mb.
Pdf görüntüsü
səhifə22/36
tarix08.07.2018
ölçüsü4,3 Mb.
#54530
1   ...   18   19   20   21   22   23   24   25   ...   36

 
58
  
Bəhlul İbrahimli
  
şayan qədim tayfaların altı min illik tarixini, mədəniyyətini və təsərrüfat hə-
yatının bütün sahələrini xronoloji ardıcıllıqla araşdırmağa imkan verir (1, s. 
62-68).  
Maraqlıdır ki, tənəzzül dövrlərində memarlığın, ümumilikdə maddi mə-
dəniyyətin inkişafı ləngisə də amma, zaman keçdikcə dirçəliş, yenidən can-
lanma baş vermiş, qədim ənənələr yaddan çıxmamış, daha təkmil şəkildə da-
vam etdirilmişdir. Təkamül memarlıqda daha aydın nəzərə çarpır. İstər tikili-
lərin plan quruluşunda, istərsə tikinti texnikasında, istərsə də tikinti material-
larının və bərkidici maddələrin çeşidində zamanla baş verən keyfiyyət dəyi-
şikliyi xüsusilə təqdirə layiqdir. Manna və Midiya dövrlərinin siklopik qala-
ları, orta əsrlərin möhtəşəm qala divarları, Əcəmi məktəbinin orta əsr türbə-
ləri, tağlı körpülər, saraylar və karvansaralar Azərbaycan memarlarının dünya 
mədəniyyətinə verdiyi ən layiqli töhfələrdəndir. Bu memarlıq inciləri birdən 
birə yaranmamış, min illərin ənənəsi üzərində qurulan uzun bir inkişaf yolu 
keçmişdir.  
Memarlıq ənənələri içərisində yuxarıda adı çəkilən abidələrin daş tiki-
lilərində, xüsusən memarlıqda mürəkkəb və çətin quruluş (konstruksiya) sa-
yılan daş örtüklərdə baş verən təkamül diqqəti cəlb edir.  
Öncədən onu qeyd etmək lazımdır ki, Naxçıvanın quru iqlim zonasına 
daxil  olması,  burada  meşə  zolaqlarının  çox  azlığı  və  eyni  zamanda  burada 
torpağın təkinin, dağların müxtəlif cinsli və formalı daş təbəqələrindən ibarət 
olması səbəblərindən bölgə tarixinin müxtəlif dövrlərində daş tikililər həmişə 
üstünlük təşkil etmişdir. Bu tikinti materialının, xüsusən son geoloji dövrdə 
dağların əmələ gəldiyi zaman, vulkan lavaları (axıntıları) nəticəsində yaran-
mış plitə daşların zənginliyi bölgədə daş memarlığının ən qədim zamanlardan 
müasir  dövrə  qədər  üstünlük  təşkil  etməsini  şərtləndirmişdir.  Hələ,  eneolit 
dövründən  başlayaraq  yarımqazma  evlərin  alt  hissəsi,  tunc  dövrü  evləri  və 
qəbirləri bu daşlarla inşa olunurdu. 
Ən qədim və ən sadə daş örtük eneolit dövründə təsərrüfat quyularının 
ağzını örtən daş plitələr hesab olunmalıdır. Daha mürəkkəb quruluşlu daş ör-
tüklərə erkən tunc dövrünün qəbir abidələrində rast gəlinir.  
Qeyd etmək lazımdır ki, qədim qəbirlərin mürəkkəb quruluşa və zəngin 
avadanlığa  malik  olmasının  obyektiv  səbəbləri  vardır.  Məlumdur  ki,  tunc 
dövründə “axirət dünyası”na inanan, ölümü real qəbul etməyən, onu “əbədi 
yuxu”, qəbri isə “gor evi” adlandıran insanlar qəbirləri evlərə uyğun hazırla-
yır, “o dünyada” istifadə etmək üçün ölünün yanına geyim, bəzək və ərzaq 
qoyurdular. Qədim qəbirlərə, onların həcminə, quruluşuna, bu qəbirlərdə rast 
gəldiyimiz hər bir əşyaya, onların qəbirdə  yerinə və vəziyyətinə, miqdarına 
və keyfiyyətinə, aid olduğu dövr haqqında zəngin məlumat verən informasiya 
bazası  kimi  baxmalıyıq.  Bu  baxımdan  qəbirlər  bizə  qədim  insanların  təkcə 
dini-ideoloji baxışları deyil, onların təsərrüfat həyatı, məişəti, istehsal sahələri 


 
Gilançay vadisi abidələrində daş örtüklərin meydana gəlməsi və inkişafı tarixindən 
59
 
və iqtisadi-mədəni əlaqələri haqqında da zəngin məlumat verir. Bir sözlə, qə-
dim qəbirləri o dövrün real həyatının imitasiyası hesab etmək olar. 
 Plovdağ qəbirlərində rast gəlinən “qurbangahlar” qədim evlərin ərzaq 
anbarlarını xatırladır. Ərzağın qorunması isə qədimdə ən mühüm problem ol-
muşdur. Daş tikililər bu sarıdan ən etibarlı vasitə sayıla bilərdi. Ola bilsin, 
məhz bu səbəbdən təkcə daş qutu qəbirlərin deyil, torpaq qəbirlərin də “qur-
bangahı” daşdan tikilirdi.  
Naxçıvan  ərazisində  ilk  mürəkkəb  konstruksiyalı  daş  örtüyə  malik 
“qurbangaha” I Plovdağ nekropolunun 8 saylı qəbrində rast gəlinmişdir. Qur-
bangah  dördbucaqlı  planda  işlənmişdir,  bir  cərgə  sal  daş  içəridən  divarlara 
dayanmış  şəkildə  azca  maili  qoyulmuşdur.  Maili  qoyulmuş  daşların  kənarı 
qurbangahın divarından 8-10 sm aşağıdadır. Qurbangahın içərisinə gil qablar 
qoyulduqdan sonra maili qoyulmuş daşların üstü sal daşlarla örtülmüşdür. Be-
ləliklə, qurbangaha qoyulmuş ərzaq etibarlı şəkildə mühafizə olunmuş olur.  
  8 saylı qəbrin qurbangahında rast gəldiyimiz quruluş (konstruksuya) 
çox  güman  ki,  tunc  dövrü  evlərində  də  mövcud  olmuşdur.  Hələlik,  faktiki 
material olmadığından bu haqda yalnız ehtimal irəli sürmək olar. Qədim nax-
çıvanlılar qovurma qazanlarının, qış üçün tədarük olunmuş digər ərzaqların 
saxlanmasında belə quruluşlu tikililərdən evlərin içərisində və  ya təsərrüfat 
təyinatlı otaqlarda (“qış evi”) istifadə edə bilərdilər. Belə quruluşlu tikilinin 
üstünlüyü ondan ibarət idi ki, burada ərzağı sərin yerdə, daim eyni tempera-
turda saxlamaq mümkün idi və belə miniatür anbarlara gəmiricilərin daxil ol-
ması mümkün deyildi.  
1986-cı ildə I Plovdağ yaşayış yerində aşkar edilən diametri 40 sm, də-
rinliyi  50  sm  olan  taxıl  quyusunun  da  ağzı  daş  plitə  ilə  örtülmüşdür.  Taxıl 
quyusunun içərisindən 6 kq-a yaxın darı unu aşkar olunmuşdur. 
İkinci minilliyin ikinci yarısında memarlıq artıq öz bəsit formasından 
çıxmış və dövrünə görə kifayət qədər inkişaf etmişdir. Bu inkişafda qədim 
sivilizasiya mərkəzləri ilə daimi sıx əlaqələr, müdafiə tikililərinin yaranma-
sını şərtləndirən təcavüzkar dövlətlərin yaranması az rol oynamırdı. Bu dövr-
də Cənubi Qafqazın ən möhtəşəm siklopik tikililəri məhz Naxçıvan ərazisin-
də yaranmışdır. Son tunc dövrünün şəhərləri üç qat siklopik divarlarla əhatə 
olunurdu ki, zaman keçdikcə bu ənənə Manna və Midiya dövlətləri ərazisində 
geniş yayılmışdır.  
Sumbatan  dizə  şəhər  yerində  aparılan  arxeoloji  qazıntılar  göstərdi  ki, 
qala divarının iç tərəfindəki taxçaların hamısının üstü sal daşlarla örtülüb. Qa-
la divarının yuxarı hissəsi dövrümüzə qədər saxlanmasa da çox ehtimal ki, 
mazğalların üstü də sal daşlarla örtülü olmuşdur.  


Yüklə 4,3 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə