Cild: 0 Say: issn 2218 – 0346 2017



Yüklə 4,3 Mb.
Pdf görüntüsü
səhifə20/36
tarix08.07.2018
ölçüsü4,3 Mb.
#54530
1   ...   16   17   18   19   20   21   22   23   ...   36

Azərbaycan Arxeologiyası 
 
Volume 20 № 2 2017, 52-56 
Khazar University Press 
DOI: 10.5782/2218-0346.2017.20.2.52 
52 
 
Tunc dövrünün  
hakimiyyət rəmzi silahlarında  
tariximizin izləri 
 
Allahverdi Əlimirzəyev 
Azərbaycan Milli Elmlər Akademiyası. Tarix İnstitutu 
 
E.ə. III-II minilliklərdə Yaxın Şərqin qüdrətli hökmdarları hərbi güc-
lərini və siyasi iradələrini nümayiş etdirmək məqsədi ilə öz silahlarını vacib 
atribut kimi zəbt etdikləri, başqa sözlə hakimiyyətlərinin tanındığı kənar şə-
hər  və  ölkələrin  baş  məbədində  və  ya  inzibati  mərkəzində  saxlayırdılar. 
Adətən belə silahların üzərində sahibinin adı, titulu, nadir hallarda, hətta it-
faf edildiyi tanrı və ya tanrıların adları da yazılırdı. E.ə. XV əsrə qədər dəs-
təyi ağacdan, başlığı isə daşdan olan toppuzlar hakimiyyəti simvolizə edirdi-
lər.  Belə  silahin  elmə  məlum  ən  qədim  nümunəsi  hazırda  Luvr  muzeyində 
sərgilənir  [2,  figs.  112,  328].  Şumerin  Kiş  şəhərinin  (indiki  İraqda  Təll-
Uheymir  qəsəbəsi)  hökmdarı  Mesilimə  (e.ə.  XXVI  əsrin  ortaları)  məxsus 
olan  bu  toppuz  başlığını  E.de  Sarzekin  rəhbərliyi  ilə  fransız  arxeoloqları 
XIX  əsrin  70-ci  illərində  İraqın  Telloh  qəsəbəsindən  (qədim  Şumer  şəhər-
dövləti Laqaş)  aşkara çıxarmışdır. Toppuzun üzərində  iki aslanın  təsviri və 
“Mesilim, Kişin hökmdarı” ifadəsi yazılıb. Mesilim Laqaş və Umma şəhər-
ləri arasında baş vermiş sərhəd münaqişəsinin həllində qarant kimi çıxış et-
miş və şəxsi silahını xeyrinə qərar çıxartdığı Laqaş şəhərində, tanrı Ninqir-
sunun  məbədində  qoymuşdur.  Sonralar  hakimiyyəti  simvolizə  edən  silah-
ların istifadəsi ənənə halını almış və onun müxtəlif nümunələri digər yerlər-
də də aşkara çıxarılmışdır. Məsələn, tariximizin qədim dövrü ilə bağlı buna 
bənzər 3 toppuz başlığı hazırda dünya muzeylərində sərgilənir. Onlardan ən 
qədimi 1881-ci ildə aysorlu arxeoloq Hörmüz Rəssamın rəhbərliyi ilə İraqın 
Abu-Habba  qəsəbəsində  (qədim  Şumer  şəhəri  Sippar)  aparılan  qazıntılarda 
tapılıb və hazırda Britaniya muzeyində saxlanır. Onun sahibi Lasirab özünü 
“Kutium ölkəsinin və dünyanın dörd tərəfinin qüdrətli hökmdarı” adlandırır 
(şəkil №1).  
 
Şəkil №1 


 
Tunc dövrünün hakimiyyət rəmzi silahlarında tariximizin izləri 
53
 
 
 
Toppuzun üzərində akkad dilində mixi işarələrlə yazılmış ithaf xarak-
terli  fraqmentar  mətndə  deyilir:  “Qüdrətli  Lasirab,  Kutiumun  hökmdarı 
...[bu toppuzu] ithaf etdi. Kim bu yazını pozsa və [əvəzinə] öz adını yazsa, 
qoy Kutiumun tanrısı, tanrı İştar və tanrı Sin onun özünü və nəslini məhv et-
sin...” [4, pp. 294-295].  
Şumer  hökmdar  siyahılarından  məlum  olub  ki,  Lasirab  təqribən  e.ə. 
2137-2135-ci illərdə Urmiya gölü hövzəsində yaşayan kuti (və ya quti) tay-
falarının  başçısı  kimi  Şumer  şəhərlərini  hakimiyyəti  altında  saxlayıb  [1,  с. 
125-126]. O, Avan şəhərini zəbt etməsi şərəfinə indiki Dərbəndi-Belula kən-
dində  (İraqın  İranla  sərhəddi  yaxınlığındakı  Şeyxxan  vadisində)  qaya  üzə-
rinə barelyefini və mixi yazılı kitabəsini həkk etdirmişdir [2, fig. 47]. 
Tariximizlə bağlı tuncdan düzəldilmiş iki ədəd toppuz başlığı 1970-
ci illərdə Robert Daysonun rəhbərliyi ilə Pensilvaniya Universitetinin arxeo-
loqlarının Həsənli kəndində (Urmiya gölünün cənub sahili yaxınlığında) qa-
zıntılarında  tapılıb.  Üzərindəki  mətnlər  hər  ikisinin  də  Simaşki  ölkəsinin 
hökmdarı  Tan-Ruhuraterə  (e.ə.  1945-1925-ci  illər)  məxsus  olduğunu  gös-
tərir [3, p. 123, şəkil №2]. 
 
Şəkil №2 
 Elamlıların  e.ə.  XXI  əsrin  ortalarında  yaratdıqları  Simaşki  dövləti 
konfederativ quruluşlu olmaqla kutilərin və lullubilərin torpaqlarını da əhatə 
edirdi. Təqribən 150 il mövcud olmuş bu dövləti şumerlilər “Su adamlarının 
ölkəsi”  adlandırırdılar.  Simaşki  ölkəsinin  sayca  səkkizinci  hökmdarı  Tan-
Ruhurater  Eşnunna  şəhər-dövlətinin  (indiki  İraqın  Diyala  rayonunda  Təll-
Əsmər qəsəbəsi) başçısı, bəşər tarixində ikinci qədim qanunlar külliyatının 
banisi Bilalamanın kürəkəni olmuşdur. 
E.ə.  II  minilliyin  ortalarında  Ön  Asiyanın  qabaqcıl  mərkəzlərində 
metallurgiya və metalişləmə sənət sahələri geniş vüsət alır və tuncdan düzəl-
dilmiş qılınclar əsas hakimiyyət atributuna çevrilir. Elam hökmdarı Humba-
numenaya (e.ə. XIII əsr) məxsus belə tunc qılınclardan biri Həmədandan aş-
kar olunub və hazırda Nyu-Yorkda, Metropoliten Sənət muzeyində saxlanır 
[5, fig. 6].  
75 sm uzunluğunda başqa bir tunc qılınc naməlum şəraitdə Marağa-
dan tapılmışdır və hazırda Təbrizdəki Azərbaycan tarixi muzeyində sərgilə-


 
54
 
 
Allahverdi Əlimirzəyev
 
 
nir. Qılıncın dəstəyində “Simbar-Şipak, dünyanın hökmdarı” sözləri yazılıb 
[6; şəkil №3]. 
 
Şəkil №3 
Mənşəcə kaşşulu (=kaspili) olan Simbar-Şipak Babilistan torpaqların-
da “II Sahil səltənəti” adı ilə tanınan yeni sülalənin təməlini qoymuş və 17 il 
(e.ə.  1025-1008-ci  illər)  hökmranlıq  etmişdir.  Onun  qılıncının  Marağadan 
tapılması  təqribən  130  il  sonra  tərtib  olunmuş  Aşşur  salnaməsi  ilə  təsdiq 
olunur. Belə ki, e.ə. 881-ci ildə lullubilərin Zamua ölkəsinə (Urmiya gölün-
dən  cənubda)  hərbi  yürüş  edən  Aşşur  hökmdarı  II  Aşşurnazirapalın  salna-
məsində  vaxtı  ilə  Simbar-Şipakın  Atlila  şəhərini  viran  qoyduğundan  xəbər 
verilir; şəhər II Aşşurnazirapalın əmri ilə bərpa olunduqdan sonra “Dur-Aş-
şur”  (“Tanrı  Aşşurun  qalası”)  adlandırılmışdır.  Kaşşuların  (kaspilərin)  Ur-
miya gölü hövzəsində izləri digər arxeoloji və yazılı məlumatlarla da təsdiq-
lənir.  Belə  ki,  Həsənlidən  üzərində  Babilistanın  kaşşulu  hökmdarı  Kadaş-
man-Enlilin  (  e.ə.  XIII  əsr)  ismi  yazılmış  daş  su  qabı  tapılmışdır.  Bundan 
əlavə, Urmiya gölü hövzəsindəki dövlətlərə başçılıq edənlər kaşşulara məx-
sus yanzu (və ya anzu) hökmdar titulu daşıyırdılar; bu titul Manna hökmdarı 
İranzunun ismində də nəzərə çarpır. 
Beləliklə,  haqqında  bəhs  etdiyimiz  silahlar  erkən  vaxtlardan  Azər-
baycanın cənubunun Ön Asiyada baş verən hərbi-siyasi proseslərə qoşuldu-
ğundan,  zaman-zaman  müxtəlif  hökmdarların  siyasi  təsir  zonasına  düşdü-
yündən xəbər verir. 
 
Ədəbiyyat: 
1.Алимирзоев  А.  Борьба  царей  Кутиума  за  власть  (К  новой  интерпретации 
старых источников) // Аzərbaycan Аrxeologiyası, 2011, № 1-2, c.119-128. 
2.Contenau G. Manuel d’archéologie Orientale depuis les Origins Jusqu á l’époque 
d’Alexandre. Tom I, Paris, Auguste Picard, 1927, 545 p. 
3.Dyson R. The Iron Age  Architecture at Hasanlu: An  Essay // Expedition, 1989, 
Vol. 31, № 1-2, pp.107-127. 
4.Gelb  I.,  Kienast  B.  Die  Altakkadischen  Königsinschriften  der  Dritten  Jahrtau-
sends v. Chr. Stuttgart, Freiburger Altorientalische Studien, 1990, 321 s. 


Yüklə 4,3 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə