Cild: 0 Say: issn 2218 – 0346 2017



Yüklə 4,3 Mb.
Pdf görüntüsü
səhifə23/36
tarix08.07.2018
ölçüsü4,3 Mb.
#54530
1   ...   19   20   21   22   23   24   25   26   ...   36

 
60
  
Bəhlul İbrahimli
  
Son tunc - ilk dəmir dövrünün daş qutu və plitə qəbirlərinin üstü də bir 
qayda olaraq daş  plitələrlə  örtülürdü.  Qeyd edək  ki,  Gilançay vadisi abidə-
lərində indiyədək üstü tirlərlə örtülü bir qəbir kamerası da aşkar edilməmişdir. 
Bunun obyektiv səbəbləri vardır ki, o haqda yuxarıda bəhs etmişdik. 
Daş örtüklərdən Muncuqlu təpə (e.ə. VIII-VI əsrlər) sərdabələrində ge-
niş istifadə olunmuşdur. Burada həm sərdabələrin, həm qurbangahların, həm 
də çoxdəfnli qəbirlərin giriş yollarının (dromoslarının) üstü sal daşlarla örtül-
müşdür. 
Qeyd etmək lazımdır ki, qəbir kameralarının üstünün sal daşlarla örtül-
məsi ənənəsi tunc dövründən indiyədək davam edir. Bu sırada orta əsr türbə-
lərinin sərdabələrini xüsusilə qeyd etmək lazımdır. 
Gilançay vadisi abidələrində memarlığın ən yüksək pilləsi Xaraba Gi-
lan şəhər yeri abidələri, xüsusən də memorial türbələrdir (2, s. 121-122; 3, 
s,45-48). 
Mürəkkəb  quruluşlu  daş  örtüklərin  ən  unikal  nümunələrinə  də  məhz 
Xaraba Gilan şəhər yeri türbələrinin sərdabələrində rast gəlinir. Bu baxımdan 
2 saylı və 4 saylı (Şəkil 2) türbələrin sərdabələrini xüsusilə qeyd etmək la-
zımdır. 
Türbələrin  yerləşdiyi  dağın  cənub tərəfindən başqa hər tərəfi sıldırım 
qayalıqdır.  Cənub  tərəfi  nisbətən  yamacdır  və  bu  maili  yamacda  Naxçıvan 
hakimlərinin sülalə qəbiristanlığı yerləşir. Dağın yüksək tərəfi yalnız türbə-
lərdən ibarətdir. Qəbiristanlığın möhtəşəmliyini təsəvvür etmək üçün burada 
Möminə  Xatın  türbəsinin  analoqu  olan  üç  türbənin  xarabalıqlarına  baxmaq 
kifayətdir. 
1 saylı türbənin yuxarı hissəsi daxili və xarici tərəfdən səkkizbucaqlı, 
sərdabə  hissəsi  isə  daxildən  səkkizbucaqlı,  xaricdən  dördbucaqlı  plandadır. 
Türbə hissəsində divarın eni 1,5 m, üzlüyün eni 12 sm-dir. Üzlərin eni 4,72-
4,78 m-dir. Daxildə qarşı bucaqlar arasındakı məsafə 9 m-dir. Bu türbədə bizi 
maraqlandıran giriş yolunun memarlıq həllidir.  
Türbənin girəcəyi şərq tərəfdəki üzün tam ortasındadır, altı sərdabənin 
döşəməsindən 15 sm hündürdədir, plitə daşlarla işlənmiş çatma tağla tamam-
lanmışdır. Sərdabənin qapısının qarşısında uzunluğu 3m, eni 1,4 m, hündür-
lüyü isə 1,05 m olan dəhlizi - dromosu vardır. Dromosun da üstü tağ şəklində 
örtülü olmuşdur. Maraqlıdır ki, bu türbənin inşasında daş və bişmiş kərpiclər-
dən çox bacarıqla və məqsədyönlü şəkildə istifadə olunmuşdur (4.s. 2-4).  
XII əsrin sonları – XIII əsrin əvvəllərinə aid olan (7, s. 50) 2 saylı türbə 
əvvəlkindən formasına, planına, tikinti texnikasına görə fərqlənir və bu kub-
şəkilli türbənin tikintisində daşdan daha çox istifadə olunmuşdur (Şəkil 1). 
Bu türbənin həm sərdabə, həm də türbə hissəsi kubşəkillidir. Türbənin ziya-
rətgah hissəsi xaricdən iri həcmli plitə dağ daşları ilə, daxildən isə standart 


 
Gilançay vadisi abidələrində daş örtüklərin meydana gəlməsi və inkişafı tarixindən 
61
 
bişmiş kərpiclərlə (20x20x4,5 sm) işlənmişdir. Türbənin daxildən bişmiş kər-
piclərlə işlənməsinin əsas səbəbi interyerin düşünülmüş bədii tərtibatı olmuş-
dur. Unikal memorial abidə olan bu türbə eyni zamanda funksional məqsəd 
daşımış, dağıdılana qədər ziyarətgah kimi fəaliyyət göstərmişdir. Ziyarətga-
hın qərb divarı hər iki tərəfdən həndəsi ornamentli pannolar və yuxarıda or-
tada onları tamamlayan, dekorativ bişmiş kərpiclərlə salınmış kufi xətlə yazı-
dan ibarət portaldan ibarətdir.  
2 saylı türbə Naxçıvanda ye-
ganə  memorial  abidədir  ki,  xaric-
dən  üç  tərəfi  (şərqə  tərəf  baxan 
portalından başqa) sadə olub inter-
yeri ornamentlərlə bəzədilmişdir.  
Bu  türbənin  unikal  plana 
malik,  plitə  daşlarla  çox  nəfis  iş-
lənmiş  sərdabəsi  vardır  (Şəkil  1). 
Sərdabə  xaricdən  kubşəkilli  olub 
daxildən  səkkizbucaqlı  formada-
dır. Sərdabənin tavanını mərkəzdə 
yerləşmiş səkkizbucaqlı dayaq sü-
tunu  saxlayır.  Dayaq  sütunu  da 
səkkizbucaqlıdır.  Sərdabənin  daş 
örtüyü  maraqlı  quruluşa  malik-
dir.  Həm  dayaq  sütunu,  həm  də 
yan  divarlar  eyni  bucaq  altında 
əyilərək  ortada  –  0,5  m  enində  üfüqi  şəkildə  birləşir.  Qeyd  edək  ki,  tavan 
xüsusi  seçilmiş,  eyni  qalınlıqda  daşlarla  və  əhəngkövrə  məhlulu  ilə  işlən-
mişdir. Sərdabənin tavanının analoji memarlıq həllinə Yusif Kuseyir oğlunun 
(XII əsr) sərdabəsində rast gəlinir. 2 saylı sərdabənin də qapısı dağ daşları ilə 
tağ şəklində örtülmüşdür. Qapının qarşısında 1 saylı sərdabədə olduğu kimi 
üstü  daşlarla  örtülü  dəhliz  vardır.  Dəhlizin  qapısı  bir  ədəd  sal  daşla  örtül-
müşdür (4, s. 5-7). 
Xaraba Gilan şəhər yerində rast gəlinən daş örtüklü tikililər içərisində 
4 saylı sərdabənin tavanını və giriş yolunu xüsusi qeyd etmək lazımdır (Şəkil 
2). Sərdabənin hündürlüyü 1,40-1,45 m, uzunluğu 4,3 m, eni şimal divarı ya-
nında 2,18 m, cənub divarı yanında 2,32 m-dir. Özülü, uzunluğu 1 m, qalınlığı 
50  sm  olan  çox  iri  həcmli  daşlarla  işlənmişdir.  Cənub  divarının  eni  1,5  m, 
qərb divarının eni 2,6 m-dir. Sərdabənin tavanı qurularkən mürəkkəb texniki 
üsullardan istifadə olunmuşdur. Tavanın tikilişində xüsusi hazırlanmış romb 
formalı dağ daşlarından və ortada onları bağlayan bir cərgə trapesiya formalı 
Şəkil 1. Xaraba Gilan şəhər yerində 2 
saylı sərdabənin daş örtüyü 
 


 
62
  
Bəhlul İbrahimli
  
daşdan istifadə olunmuşdur. Beləliklə, yarımsferik formalı bir daş örtük – ta-
van alınmışdır. Qeyd etmək lazımdır ki, bu tip daş örtüklər bişmiş kərpiclə 
işlənmiş tavanlardan görünüşünə və möhkəmliyinə görə heç də geri qalmır. 
Sərdbənin giriş yolunun olduqca maraqlı memarlıq həlli vardır. Qapının 
üstü içəri tərəfdən bir ədəd sal daşla (123x40x19 sm) örtülmüş, bayır tərəfdən 
çatma tağla tamamlanmışdır. Qapının qarşısında uzunluğu 2,1 m, eni 0,9 m 
olan dəhliz – dromos vardır. Dromosun girişində daşla işlənmiş altı pillədən 
ibarət  pilləkən vardır. Dromosun üstü  saxlanmasa da sal  daşlarla örtüldüyü 
şübhəsizdir. Sərdabənin şərq divarı qarşısında, pilləkənin başlandığı səviyyə-
də iri həcmli (102x46x12 sm) sal daşlar döşənmiş 16 m
2
 sahə vardır (5, s. 22-
24). Ehtimal ki, bu meydança ziyarətə gələnlər üçün nəzərdə tutulmuşdur.  
Sərdabələrdən başqa daş örtüklərin müxtəlif variantlarının daha sıx rast 
gəlindiyi yer, Xaraba Gilan şəhər yerinin mərkəzində yerləşmiş yaşayış evləri 
və iç qalasındakı (narınqaladakı) tikililərdir. Mərkəzi yaşayış məhəllələrində, 
xüsusən  birinci  məhəllədə 
tikililərin  90  faizi  daşdan-
dır.  Yaşayış  yerlərində  bir 
qayda  olaraq  qapıların  və 
pəncərələrin  üstü  daş  pli-
tələrlə  örtülmüşdür.  Daha 
mürəkkəb daş örtüklərə ya-
şayış  evlərinin,  ictimai  bi-
naların  (daha  çox  hamam-
ların)  damlarında  və  qala-
dakı  su  anbarının  üstündə 
rast  gəlinir.  İki  mərtəbəli 
yaşayış  evlərinin  birinci 
mərtəbələri,  bir  mərtəbəli 
evlərin  əksəriyyətinin  üstü 
tağlı günbəzlə tamamlanır.  
Xaraba Gilan orta əsrlər şəhər yerinin I məhəlləsində 2016-cı ildə apa-
rılmış arxeoloji qazıntılar zamanı aşkar olunmuş ikimərtəbəli yaşayış evinin 
birinci mərtəbəsinin tavanı diqqətə layiqdir (6, s. 130-131). Öncə qeyd edək 
ki,  bu  məhəllənin  özü  əlverişli  tikinti  materialı  olan  sal  daşlarla  zəngindir. 
Qazıntı  sahəsinin  müəyyən  edildiyi  ərazidə  yaşayış  evlərinin  divarlarından 
sökülmüş plitə daş qalaqları vardır. Təcrübə göstərir ki, bu daş qalaqları olan 
yerlərdə,  yerin altında tikililərin divarları  qismən salamat  qalmışdır. Çökək 
yerlər isə tavanı çökmüş otaqların içidir. Yuxarıda göstərilən ərazidə 8x15 m 
(120 m
2
) sahədə üst qat daşlardan təmizləndikdən sonra divar qalıqları izlən-
di. Qazıntı divarların konturlarını təmizləməklə davam etdirildi. Şimal-cənub 
istiqamətində, eni 72-75 smolan daş divarın qərb tərəfində, 1,3 m dərinlikdə 
Şəkil 2. Xaraba Gilan şəhər yerində 4 saylı 
sərdabənin daş örtükləri
 


Yüklə 4,3 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə