Cild: 0 Say: issn 2218 – 0346 2017



Yüklə 4,3 Mb.
Pdf görüntüsü
səhifə24/36
tarix08.07.2018
ölçüsü4,3 Mb.
#54530
1   ...   20   21   22   23   24   25   26   27   ...   36

 
Gilançay vadisi abidələrində daş örtüklərin meydana gəlməsi və inkişafı tarixindən 
63
 
daş döşənmiş dəhlizin bir hissəsi aşkar olundu. Dəhlizin eni 105 sm-dir, divarı 
əhənglə suvanmışdır. Suvaq bir neçə qatdır, ev görünür bir neçə dəfə təmir 
olunmuşdur. Daş döşənmiş dəhlizin şimal tərəfində sal daşlarla qurulmuş pil-
ləkən vardır. Pilləkən evin divarının suvağını da örtmüşdür. Görünür bu pil-
ləkən ev dağıldıqdan sonra ikinci tələsik aparılmış bərpa zamanı işlənmişdir.  
Bu hissədə divar daşlarına və suvağın divarın içərisinə tərəf dönməsinə 
əsasən vaxtilə qapı olduğunu söyləməyə əsas verir. Belə vəziyyət otağın içə-
risində də təkrarlanır. Divarın küncünə yaxın divarın suvağı daha yaxşı sax-
lanmışdır. Uçqun təmizlənərkən əhəng suvağın qalıqları ağac, bişmiş kərpic 
qırıqları, keramika fraqmentləri aşkar olunur. Bu mədəni təbəqə şəhərin ən 
son dağıldığı vaxta aiddir və bu təbəqədən XIII əsrə aid mis sikkələr, şirli və 
fayans qablar aşkar olunur. 
Otağın  içərisinə  tərəf 
qazıntını  davam  etdirdik  və 
burada evin birinci mərtəbəsi-
nin salamat qalmış tağlı tava-
nının bir hissəsini təmizlədik. 
Tavan  iri  həcmli  daşlarla  və 
əhəngkövrə (orta əsr «semen-
ti»)  ilə  işlənmişdir  (Şəkil  3). 
Əl ilə uçurulduğu aydın görü-
nür.  Tağın  cənub  tərəfində 
müxtəlif qalınlıqlı dağ daşları 
ilə işlənmiş divar qalığı vardır. 
Tağla üzbəüz qarşı tərəfdə də 
divar qalığı aşkar olundu. Divarın üst daşlarının maili qoyulması onun tağın 
alt hissəsi olduğunu göstərir. Bu divarın şimal tərəfə daha yaxşı saxlanmışdır 
və  divarın  bu  hissəsi  ikinci  mərtəbənin  otağına  aiddir.  Yuxarıda  qeyd  etdi-
yimiz kimi bu otaqdan dəhlizə qapı olmuş, bərpa zamanı işlənərək tutulmuş-
dur. İkinci mərtəbənin də otağı əhənglə süvanmışdır. Belə görünür ki, yaşayış 
evinin həm eşik tərəfi, həm də içərisi əhənglə süvanmışdır. İkinci mərtəbənin 
şimal-şərq və şimal-qərb künclərində tağın dayaq divarları yerləşir. Tağ ota-
ğın hər tərəfində mərkəzə doğru əyildiyindən, künclərdə kifayət qədər (1,0-
1,5 m) boş yer qalır. Bu baş yerlər istifadəsiz qalmasın deyə hər iki küncdə 
təndir qurulmuşdur. Şərq tərəfdəki təndirlərin ortada diametri 78-80 sm-dir. 
Kənarlarının vəziyyətinə görə təndirdən uzun müddət istifadə olunmamışdır. 
Monqolların hücumu zamanı yaşayış evi dağıdılmış, sonra bir müddət bərpa 
olunsa da, sonradan tərk edilmişdir. Təndirin içərisi süvaq qalıqları, torpaqla, 
daşla doldurulmuşdur. Bərpadan sonra təndirdən istifadə olunmamışdır. Tən-
dirdən otağın içərisinə tərəf də kanalcıq (15 sm enində) vardır. Bunun nə məq-
sədlə istifadə olunduğunu demək çətindir. Qarşı tərəfdəki – otağın şimal-qərb 
Şəkil 3. Xaraba Gilan şəhər yerində yaşayış 
evinin daş örtüyü 


 
64
  
Bəhlul İbrahimli
  
küncündəki təndir daha yaxşı saxlanmışdır. Təndirin içərisi suvaq qalıqları və 
heyvan  sümükləri  ilə  ağzına  qədər  dolu  idi.  Otağın  içərisinə  daş  döşənən 
zaman təndir döşəmənin altında qalmışdır. Otağın bərpadan sonrakı dövrünə 
məxsus istilik sisteminə aid heç nə (ocaq, təndir, buxarı) aşkar olunmadı. İkin-
ci mərtəbədəki otağın cənub tərəfdəki küncləri saxlanmadığından burada tən-
dirlərin olun-olmadığı haqda fikir yürütmək olmur. 
Yaşayış evinin birinci mərtəbəsi ikinci mərtəbəyə nisbətən daha yaxşı 
saxlanmışdır. Tavanı tağla örtülmüşdür. Şərq tərəfdə tağ salamat qalmış, qa-
lan yerlərdə uçmuşdur. Qazıntı zamanı tağın iri hissələri aşkar olunurdu. Bu 
hissələr ikinci mərtəbənin divar daşları və döşəməsinin daşı, torpağının tökül-
məsi nəticəsində bir-birinə qarışmışdır. Otağın tağı və divarları müasir dövrdə 
dağıdılmışdır. Döşəməyə  yaxın  torpaqlı, çürüntülü,  qalınlığı  50-55 sm  olan 
mədəni qat aşkar olundu. Mədəni 
təbəqədən şirli qab qırıqları, mis 
sikkələr,  parça  hissələri  tapılır. 
Otağın  içərisi  dəfinə  axtaranlar 
tərəfindən bir neçə dəfə  dağıntı-
ya məruz qalmışdır. Bəzi yerlər-
də  döşəməni  də  qazmışlar.  Ona 
görə də mədəni təbəqə otağın çox 
yerində  saxlanmamışdır.  Arxeo-
loji  tapıntılar  otağın  cənub-qərb 
küncündə,  şimal-şərq  küncündə 
və  otaqdan  qərb  tərəfdəki  dəh-
lizdə  aşkar  olunur.  Tapıntıların 
əksəriyyəti  qədim  bərpadan 
(monqolların  hücumu  zamanı 
baş  vermiş  dağıntıdan)  sonrakı 
dövrə XIII əsrin 30-40-cı illərinə 
aiddir. 
Yaşayış evinin birinci mər-
təbəsinin  planını  xüsusilə  qeyd 
etmək  lazımdır.  Otağın  içərisi 
xaç  formasındadır.  Bu  memarlıq  üsulundan  Xaraba-Gilanda  geniş  istifadə 
olunmuşdur. Sahəsi böyük olan tikililərin üstünü örtmək üçün bu ən əlverişli 
üsuldur.  Bölgə  zəlzələlərin  tez-tez  baş  verdiyi  seysmik  zona  olduğundan 
tikililərin xüsusi üsullarla möhkəm inşasına diqqət verilmişdir. Xaraba-Gilan 
memarları  bir  çox  antiseysmik  üsuldan  istifadə  etmişlər  ki,  bunlardan  da 
düşünülmüş plana malik binaların əhəngkövrə və dağ daşı ilə işlənmiş dam 
örtükləri xüsusi diqqətə layiqdir.  
Şəkil 4. Dulusçu kürəsi “cəhənnəmi”sinin 
(ocağının) daş örtüyü 


 
Gilançay vadisi abidələrində daş örtüklərin meydana gəlməsi və inkişafı tarixindən 
65
 
Yaşayış evinin birinci mərtəbəsindəki tağ örtüklü otağın ölçüləri 5,7 m 
x 5,3 m, (30,2 kv. m) olub təqribən kvadrat formasındadır. Otağın içərisində 
tavanın, xaç formasında, tərəfləri 2,6 m olan dayaq divarları işlənibdir. Ölçü 
işləri zamanı həmişə xaçın tərəflərinin dəqiq olmasına diqqət verilmişdir, bu 
isə  tavan  üçün  hazırlanmış  qəlibin  ölçülərindən  asılı  olmuşdur.  Xaçın  orta 
künclərində  diametri  3-5 sm  olan ağaclardan istifadə olunmuşdur ki,  bu da 
orta  hissədə  dairəvi  örtüyün  möhkəmliyi  üçün  edilibdir.  Analoji  konstruk-
siyalı tağlı örtükdən türbələrin sərdabələrinin üstü örtülərkən də istifadə olu-
nubdur. Maraqlıdır ki, bu evin tikintisində bənna müəyyən qüsurlara yol ver-
mişdir. Birincisi, ölçü dəqiq aparılmamış, ikinci isə örtük qəlibləri standart-
bərabər yanlı hazırlanmayıbdır. Örtük qəliblərinin tərəflərinin bərabər olma-
ması otağın şərq tərəfində aydın izlənir. Belə ki, tağın şimal dayaq divarının 
hündürlüyü 1,1 m olduğu halda, cənub dayaq divarının hündürlüyü 1,3 m-dir. 
Görünür, tağ örtükləri o qədər möhkəm quruluşa malikdir ki, bu qədər ölçü 
səhvləri onun davamlılığına xələl gətirməmişdir. Xaçın şimal və cənub tərəf-
lərinin uzunluğu 1,3 m, şərq və qərb tərəflərinin uzunluğu isə 1,5 m-dir. İkinci 
mərtəbədə olduğu kimi, birinci mərtəbənin də içərisinə daş döşənmişdir. Şərq 
tərəfin daş döşəməsi bütünlüklə salamat qalmışdır. Qalan yerlərdə, yalnız cə-
nub tərəfin şərq küncündə daş döşəmə qismən saxlanmışdır. Otağın giriş yolu 
şərq tərəfdə olub, eni 93 sm-dir. Bu hissədə qapının olduğu divar 1,6 m hün-
dürlüyündə  salamat  qalmışdır.  Otağın  şimal  divarı  çəkisi  bir  neçə  ton  olan 
daşlarla işlənibdir. Ehtimal ki, bu nəhəng daşlar dağın təkindən çıxan daşlar-
dır, onları ən yaxında olan divarların tikintisində istifadə etmişlər. 
Bu  yaşayış  evinin  qərb  tərəfi  məhəllənin  müdafiə  divarına  bitişik  iş-
lənib. Müdafiə divarının eni bəzi yerlərdə 2 m bəzi yerlərdə 2,5 m-dir. Güman 
ki, müdafiə zamanı bu evlərin damından müdafiə divarının üstünə çıxırmışlar. 
Yaşayış  evinin  tədqiqi  Xaraba-Gilan  şəhər  yerində  Naxçıvan  memarlığının 
inkişaf  dövründə  şəhər  evlərinin  sahəsi,  quruluşu,  fasadı  və  yeri  haqqında 
müəyyən  fikir  söyləməyə  imkan  verir.  Xüsusən  daşla  işlənmiş  dam  örtük-
lərinin  müxtəlifliyi  Naxçıvan  ustalarının  yüksək  bacarığını  və  qabiliyyətini 
nümayiş etdirir.  
Xaraba Gilan şəhər yeri ətrafındakı istehsalla bağlı tikililərdə orijinal 
quruluşa  malik  daş  örtüklərə  rast  gəlinmişdir  (Şəkil  4).  Belə  örtüklərdən 
dulusçu  kürələrinin  və  əhəng  kürələrinin  ocaqlarının  üstünü  xüsusilə  qeyd 
etmək lazımdır. Bu örtüklərdəki sal daşlar yüksək temperaturanın təsirindən 
partlamaması üçün onların üstü palçıqla örtülmüş, bu qat da zamanla odun 
təsirindən bişərək çəhrayı rəng almışdır.  
Bu  məqalədə  biz  müxtəlif  tarixi  dövrlərdə  memarlıqda  diqqəti  cəlb 
edən, onun inkişafına təkan verən bəzi elementlərin, xüsusən daş örtüklərin 
evolyusiyasına nəzər saldıq.  


Yüklə 4,3 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə