Cild: 0 Say: issn 2218 – 0346 2017



Yüklə 4,3 Mb.
Pdf görüntüsü
səhifə27/36
tarix08.07.2018
ölçüsü4,3 Mb.
#54530
1   ...   23   24   25   26   27   28   29   30   ...   36

 
Qayaüstü incəsənət arxeoloji irs kimi
  
71
 
I. Qayaüstü təsvir sahəsi təsvirlərin yerləşdiyi məkandır. Bir qayaüs-
tü  sahə digərindən 500  metrlik məsafə  ilə  ayrılır. Hazırda 20  000 qayaüstü 
təsvir sahəsi fərqləndirilir. 
II.  Bir qayaüstü təsvir sahəsinə bir neçə qayaüstü təsvir yeri aid ola 
bilər.  Onlar  arasındakı  məsafə  20  kilometrlik  məsafə  şəklində  hesablanır. 
Ümumilikdə təxminən 820 bu cür ərazi qeydə alınmışdır (5,11). 
Qayaüstü təsvirlərin dövrləşdirilməsi bu sahə ilə məşğul olan arxeo-
loqların  qarşısında  duran  əsas  problemlərdən  biridir.  Hazırda  təsvirin  yaşı-
nın müəyyənləşdirilməsində arxeoloqlar müxtəlif metodlardan istifadə edir-
lər.  Bu  baxımdan  nisbi və  mütləq  xronologiya  anlayışlarına  diqqət  yetirək: 
nisbi  xronolgiyaya-bir  lokal  arealda  yerləşən  təsvirlərin  xronolji  ardıcıl-
lığının  yaradılması,  motiv  və  ya  motivlərin  ümumi  xronoloji  çərçivə  daxi-
lində dövrləşdirilməsi aiddir. (məs: A təsviri B təsvirindən qədimdir; A təs-
viri C fazasına daxildir). Nisbi xronologiya digər xronologiyalar kimi müx-
təlif dəlillərin kombinasiyasına  əsaslanan zaman  daha  yaxşı  nəticələr verir. 
Bu  dəlillərə  qayaüstü  təsvirin  mövzu  əhatəsi  də  daxildir.  Misal  üçün  təsvir 
olunan  heyvan  növlərinin  ərazidə  nə  vaxt  yayılması  və  ya  nəslinin  kəsil-
məsi; silahların, alətlərin nə vaxt meydana çıxması; insanların məşğuliyyət-
lərinin müəyyənləşdirilməsi təsvirinin nisbi xronologiyasının  yaradılmasına 
kömək edir (7, 75-76). 
Çoxsaylı qayaüstü təsvirlərin toplaşdığı ərazilərdə təsvirlərin üst-üstə 
çəkilməsi müşahidə olunur. Bu kəsişmələr uzun dövr ərzində fərdlər və mə-
dəniyyətlər arasındakı “dialoq” dur. Lakin bu zaman nəzərə almaq lazımdır 
ki,  digərinin  üzərində  yerləşən  təsvir  yaşı  göstərmək  üçün  mütləq  göstərici 
ola  bilməz.  Bu  zaman  təsvirin  yerləşməsi,  mövzu  əhatəsi,  ölçüsü  diqqətə 
alınmalıdır.  Üst-üstə  düşmələrin  daha  dəqiq  xronologiyasının  hazırlanması 
üçün Harris matrix diaqramından istifadə olunur. 
Qayaüstü  təsvirlərin  yaradılması  və  mənası  barədə  emprik  biliklər 
müəyyən  etnoqrafik  və  tarixi  dövr  daxilində  ərazinin  yaşının  müəyyənləş-
dirilməsində istifadə olunur. 
Hazırda qayaüstü təsvirlərin tədqiqində kalibrləşdirilmiş yaşın müəy-
yən  edilməsinə  xidmət  edən  mütləq  xronologiyadan  istifadə  olunur.  Lakin 
burada da “mütləq xrolonogiya” anlayışına diqqətlə yanaşmaq lazımdır. Bu 
məqsədlə ən çox istifadə olunan isə radiokarbon analizinin nəticələridir.  
Bundan əlavə təsvirlərin yerləşdiyi ərazidə aşkarlanan arxeoloji arte-
faktlar,  geologiya,  həmçinin  arxeologiyanın  dəqiq  elmlərlə  əlaqəsi  təsvir-
lərin yaşının müəyyən edilməsində əhəmiyətlidir. 
Xronolji baxımdan Qobustan Azərbaycanda ən qədim qayaüstü təs-
vir mərkəzi olmaqla yanaşı həm də uzun tarixi mərhələni əhatə etməkdədir. 
Abidənin ilk tədqiqatçısı İ.Cəfərzadə qayaüstü təsvirləri xronoloji baxımdan 
6  mərhələyə  ayırır:  bölgüdə  anfas  və  profildən  siluet  formasında  çəkilmiş 


 
72 
Sevinc Şirinli
 
 
 
 
qadın  və  kişi  təsvirləri  ən  qədim  olmaqla  e.ə.  VIII-minilliyə  aid  edilir.  Ən 
son təsvirlər isə erkən orta əsrlər dövrünə aid edilməklə VIII-IX əsrlər gös-
tərilir. Bununla yanaşı İ.Cəfərzadə XIX əsrin sonlarına qədər Qobustanda bu 
ənənənin davam etdiyini qeyd edir (3, 17). 1965-ci ildən C.Rüstəmovun rəh-
bərliyi F.Muradovanın iştirakı ilə Qobustanda aparılan arxeoloji qazıntıların 
nəticələri təsvirlərin xronologiyası məsələsinə aydınlıq gətirdi və onları daha 
erkən mərhələyə aid etməyə imkan verdi. Bu baxımdan Ana Zağa, Kənizə, 
Ovçular  zağası,  Öküzlər-1,  Öküzlər-2,  Firuz,  Firuz-2,  Maral,  Ceyranlar, 
Qayaarası-1, Qayaarası-2 düşərgələrindən arxeoloji qazıntılar zamanı tapıl-
mış rəsmli daşlar və 43 ədəd qayanın mədəni təbəqə örtmüş sahəsindən aş-
kar  edilən  yüzlərlə  qədim  şəkillər  qayaüstü  təsvirlərin  dövrünün  müəyyən-
ləşdirilməsində  həlledici  əhəmiyyətə  malikdir.  Hazırda  Qobustanın  ən  qə-
dim rəsmləri e.ə. XVIII-XV minilliklərə, yəni Üst Paleolitin sonundan erkən 
Mezolitə  keçid  dövrünə  aid  edilir  (1,182-183).  Qobustan  qədim  qayaüstü 
təsvirlərin daşlar üzərində çəkilməsi texnikası cəhətdən də zəngindir. Onlar 
əsasən oyma üsulu ilə kontur verilməklə, sürtmə-cilalama üsulu ilə, iti metal 
alətlə  çox nazik  və  dayaz  (1,0-1,5) cızma xətlərlə  və  rənglə  çəkilmişdir  (2, 
14). 
Hazırda baş verən qlobal proseslərin fonunda mədəni mirasın qoru-
nub  saxlanması,  öyrənilməsi,  gələcək  nəsillərə  ötürülməsi  müasir  cəmiy-
yətlər  üçün  əsas  prioritetlərdəndir.  Qayaüstü  təsvirlərin  xüsusilə  “kövrək” 
sənət  nümunələri  olmasını  nəzərə  alsaq  bu  sahədə  fəaliyyətin  gücləndiril-
məsi  zəruridir.  Daha  çox  açıq  qaya  səthlərində  yaradılmış  qayaüstü  incə-
sənət  nümunələri  bu  gün  bir  çox  təhlükələrlə  üz-üzədirlər:  iqlim  dəyişik-
likləri, müxtəlif təbii proseslər nəticəsində qayaların səthninin zədələnməsi, 
insan fəaliyyətinin nəticələri və digər faktorlar. 
Bu  məqsədlə  bir  sıra  beynəlxalq  və  lokal  təşkilatlar  yaradılmışdır. 
Otuzdan  çox  qayaüstü  incəsənət  nümunəsinin  yerləşdiyi  abidə  UNESCO 
tərəfindən qorunmaya alınmışdır. Sevindirici haldır ki, respublikamızın əra-
zisində  yerləşən  Qobustan  abidəsi  də  2007-ci  ildə  UNESCO-nun  “Dünya 
Mədəni İrs Siyahısı”na daxil edilmişdir. Çünki qayaüstü incəsənət nümunə-
ləri  təkcə  yaradıldığı  yerə,  xalqa  yox  bütün  insanlığa  miras  qoyulmuş  mə-
dəni irsimizdir. 
 
Ədəbiyyat: 
1. Azərbaycan Arxeologiyası. I cild, Bakı, “Şərq-Qərb”, 2008, 445 s. 
2. Rüstəmov C. N. Qobustan petroqlifləri, Bakı, “Kooperasiya”, 2003, 104 s. 
3.  Джафарзаде  И.  М.  Гобустан-  наскальные  изображения,  Баку,  Изд.  “Элм”, 
1973, 346 s. 


Yüklə 4,3 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə