Cild: 0 Say: issn 2218 – 0346 2017



Yüklə 4,3 Mb.
Pdf görüntüsü
səhifə35/36
tarix08.07.2018
ölçüsü4,3 Mb.
#54530
1   ...   28   29   30   31   32   33   34   35   36

 
90 
Rəylər, Reviews, Рецензии 
 
Kitabın eyni zamanda 3 dildə (Azərbaycan, ingilis, rus) nəşr olunması 
oxucu auditoriyasını genişləndirmişdir. 
Yekun  olaraq  müəllifə  tövsiyə  edərdik  ki,  gələcəkdə  Albaniyanın  şi-
mal və cənub istiqamətlərində də sərhədləri məsələsi üzrə araşdırmalar apar-
sın, bu işə dəstək verən təşkilatlar öz köməklərini əsirgəməsinlər.
 
 
Tarix üzrə elmlər doktoru,  professor Q.S. İSMAYILZADƏ  
.  


Azərbaycan Arxeologiyası 
 
Volume 20 № 2 2017, 91-101 
Khazar University Press 
DOI: 10.5782/2218-0346.2017.20.2.91 
91 
 
V (XXI) Ümumrusiya arxeoloji qurultayı: 
şərhlər, mülahizələr, yeniliklər 
 
2017-ci  ilin  oktyabr  ayının  01-
08  tarixləri  arasında  Rusiyanın  Altay 
ölkəsinin  Barnaul  və  Belokurixa  şə-
hərlərində V (XXI)  Ümumrusiya  Ar-
xeoloji  Qurultayı  keçirildi.  Qurultay-
da  508  arxeoloq-alim  iştirak  edirdi. 
13 müxtəlif dövrü əhatə  edən bölmə-
də  çıxışların  dinlənilməsi  nəzərdə  tu-
tulmuşdu. 
Qurultayda  Azərbaycan  nüma-
yəndə  heyətini  AMEA  Arxeologiya 
və Etnoqrafiya İnstitutunun arxeoloq-
ları  t.ü.e.d.,  prof.  Abbas  Seyidov  və 
t.ü.f.d.  Azad  Zeynalov  təmsil  edirdi-
lər. Qurultayın plenar iclasının açılışı 
Barnaul şəhərində, Altay Dövlət Universitetinin binasında oldu. Həmin gün 
günortadan sonra iştirakçılar Altayın mənzərəli istirahət zonasında  yerləşən 
Belokurixa  şəhərinə  yola  düşdülər.  Beş  gün  ərzində  davam  edən  gərgin  və 
maraqlı toplantıda müxtəlif bölmələrin salonlarında və dəyirmi masada 500-
ə yaxın məruzə dinlənildi. 
Abbas Seyidov "Eneolit, erkən və inkişaf etmiş tunc dövrü arxeologi-
yasının problemləri" bölməsində "Naxçıvan ərazisində qədim metallurgiya-
nın inkişafı" adlı məruzə ilə çıxış etdi. O, çıxışında əsaslandırdı ki, Azərbay-
canın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası ərazisində 
qədim tayfaların metalla ilk tanışlığı eneolit dövründən (e.ə. VI-V minillik-
lər) olsa da, "ibtidai metallurgiya"-nın əsası e.ə. IV minilliyin əvvəllərində – 
ilk  tunc  dövründə  qoyulmuşdur.  Qədim  metallurgiya  və  metalişləmə  yerli 
zəmin əsasında inkişaf etsə də, Ön Asiya və digər qonşu ərazilərlə  birbaşa 
bağlı olmuşdur. Ən qədim zamanlardan ərazinin müxtəlif filiz yataqları ilə 
zəngin olması qədim metallurgiyanın inkişafına təsirsiz qalmamışdır. Arpa-
çay sahilində Gümüşlü, Ordubadda - Ağdərə, Culfada - Darıdağ mis, mərgü-
müş, sürmə, sink, gümüş və qızıl yataqları, Şahbuzda - Vayxır, eyni zaman-
da  qonşu  Gədəbəy,  Daşkəsən,  Zəngəzur  rayonları  və  Qarabağ  ərazisində, 
Cənubi Azərbaycanda – Qaradağ və Təbriz yaxınlığında olan qədim filiz ya-
taqları bu problemin həlli üçün şərait yaratmışdır.  
Bu bölmədə 40-a yaxın məruzə dinlənildi və müzakirə edildi. 


 
92 
Xronika, Chronicles, Хроника
 
 
Azad Zeynalov "Paleolit və mezolitdə mədəni ənənələrin formalaşma-
sı və inkişafı" bölməsində iştirak və çıxış etdi. Onun təqdim etdiyi "Bir daha 
Quruçay  mədəniyyətinə  dair"  məruzəsi  Mingəçevir  su  anbarının  sahilindən 
tapılan və Quruçay mədəniyyətinin yayılma arealının geniş ərazilərdə izlən-
məsi  məsələsinə  həsr  edilmişdi.  Qeyd  olundu  ki,  Mingəçevir  su  anbarının 
ətrafından artıq 3-cü çopper-qiqantolit aşkarlanıb. Eyni tipli daş  alət 2013-
cü  ildə  Qaraca-1,  2016-cı  ildə  isə  Bozdaq-1  paleolit  düşərgələrindən  əldə 
edilmişdir. Azərbaycanda paleolit dövrünə  aid  bu formalı  - iki  əllə  tutulan, 
çəkisi 4-4,5 kq-a  çatan alət ilk dəfə Məmmədəli Hüseynov tərəfindən Azıx 
mağarasının VIII təbəqəsində aşkar edilmiş və "ikiəlli çopper-qiqantolit" ad-
landırılmışdır. İlk növbədə, məhz bu əlamətə görə Azıx mağarasından aşkar 
olunmuş  bu  aləti  əsas  götürən  M.M.Hüseynov  bu  mədəniyyətə  “Quruçay 
mədəniyyəti"  adı  vermiş  və  onu  elmi  dövriyyəyə  çıxarmışdır.  Artıq  Azıx 
mağarasından kənarda - Mingəçevir su anbarının ətrafından üçüncü dəfədir 
ki,  belə  alət  tapılır  və  2017-ci  ilin  bu  tapıntısı  çıxış  zamanı  təqdim  olunan 
məruzəyə  arxeoloqların  diqqətinin  yönəlməsinə  səbəb  oldu.  Nəticədə  V 
(XXI)  Ümumrusiya  Arxeoloji  Qurultayının  sədri  Rusiya  EA  akademiki 
Anatoliy Panteleyeviç Derevyanko bölmədəki yekun iclasında çıxışı zamanı 
professor Məmmədəli Hüseynovun vaxtilə elmi dövriyyəyə daxil etdiyi "Qu-
ruçay mədəniyyəti"  adının bu mədəniyyət üçün düzgün və uğurlu seçim ol-
duğunu  vurğuladı.  Artıq  bu  tip  Quruçay  mədəniyyətinə  aid  nəhəng  alətlər 


 
93 
 
Azıx mağarasından çox - çox kənarda, nəinki Mingəçevirdə, Mərkəzi Dağıs-
tanın və Taman yarımadasının qədim paleolit döşərgələrində də aşkar olunub. 
Bu bölmədə isə 50-dən artıq məruzə dinlənildi, müzakirələr və diskus-
siyalar aparıldı. 
Müzakirələr zamanı məlum oldu ki, ermənilər Azıxda tədqiqatları da-
vam  etdirmək  niyyətindədirlər  və  oraya  yeni  alimlər  qrupu  toplamaq  üçün 
canfəşanlıq edirlər. Xüsusilə, L.Qolovanovaya və A.Derevyankoya belə mü-
raciətlər olunub. Lakin onlar bu təklifdən, məlum səbəblərə görə, imtina edi-
blər. 
Qurultayın keçirildiyi  müddətdə Altay  ölkəsinin  bir sıra tarixi  abidə-
lərinə (Denisova mağarasına və ona yaxın açıq paleolit düşərgəsinə) baxışlar 
keçirdik,  muzeylərdə  (Barnaul  və  Qorno-Altaysk şəhərlərində) olduq.  Yeni 
alimlərlə  tanışlığımız  isə  həm  bizim  üçün,  həm  də  onların  Azərbaycan 
arxeologiya elminin nailiyyətlərindən bəhrələnmələrinə şərait yaratdı. Belə-
liklə, V (XXI) Ümumrusiya Arxeoloji Qurultayı zəngin təəssüratlarla yadda 
qaldı. 
 
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçiləri: 
tarix üzrə fəlsəfə doktoru A.Ə.Zeynalov,  
tarix üzrə elmlər doktoru, professor A.Q.Seyidov 


Yüklə 4,3 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə