Cild: 0 Say: issn 2218 – 0346 2017



Yüklə 4,3 Mb.
Pdf görüntüsü
səhifə31/36
tarix08.07.2018
ölçüsü4,3 Mb.
#54530
1   ...   28   29   30   31   32   33   34   35   36

 
80 
Vüsal Əliyev
 
 
ağacına bənzər nəbati təsvir yerləşdirilmişdir. İçərisi yaşıl şirlə örtülü başqa 
bir qab isə qoşa xətlərlə tor şəklində naxışlanmışdır (14, s. 230-231). 
 
Tapıntılar  göstərir  ki,  relyefdən  asılı  olaraq  Qalatəpənin  0,7–1,1 
metrədək  olan  üst  mədəni  təbəqəsi  XI-XIII  əsrlərə  aiddir.  Burada  bişmiş 
(ölçüləri:  23  x  23  x  4  sm  və  28,5  x  27  x  5  sm)  və  çiy  kərpiclərdən  tikili 
qalıqlarına, təndir qurğularına, təsərrüfat  quyularına, müxtəlif çeşidli, hətta 
bir  qismi  bütöv  olan  saxsı  qab  nümunələrinə,  çay  daşlarından  əmək  alət-
lərinə, şüşə və metaldan bəzək əşyalarına təsadüf edilmişdir. Qazıntı nəticə-
sində gil qapaqların, qazanların, bardaqların naxışlı şirli qabların, kaşıların, 
çıraqların, şüşə bilərziklərin böyük bir kolleksiyası toplanmışdır. Bu maddi 
qalıqlar  ən  yaxın  oxşarlarını  Örənqalanın  (qədim  Beyləqanın)  XI-XIII  əsr 
təbəqəsindən  tapır.  Maraqlıdır  ki,  I  qazıntı  sahəsinin  orta  əsr  təbəqəsindən 
fərqli olaraq II qazıntı sahəsində qalın divarlı konusvari qablara  – sferoko-
nuslara rast gəlinməmişdir. Qazıntı zamanı (kv. B1 və D2) təsərrüfat quyu-
ları ilə yanaşı üç ədəd təndir qurğusu da açılmışdır. Onların ağızlarının dia-
metri demək olar ki, eynidir: 63 sm. Qazıntı sahəsinin ayrı-ayrı yerlərindən 
tapılan və ağızlarının kənarları kəndirvari naxışlanmış, alt hissəsində güclü 
yanıq  izləri  olan  iri  saxsı  qapaqlar  ölçülərinə  görə  məhz  belə  təndirlərin 
ağızını örtmək üçün istifadə edilmişdir (14, s.230).
 
 
B1  kvadratından  şirli  çıraqla  yanaşı  bir  ədəd  Eldənizlər  dövrünə  aid 
beşkünclü mis sikkə də tapılmışdır. II qazıntı sahəsində 1,6 m-dən altda yer-
ləşən  təbəqədə  şirli  keramikaya  rast  gəlinmir.  Bu,  eləcə  də  bəzi  tapıntılar 
(Erkən  Oerta  əsrlər  üçün  səciyyəvi  olan  şüşə  qədəh  qırıqları,  qum  qarışıqlı 
gildən kobud hazırlanmış saxsı qab fraqmentləri və s.) həmin təbəqənin orta 
əsrlərin  daha  erkən  çağlarına  aid  –  təxminən  V-VIII  əsrlərə  aid  olduğunu 
göstərir.  
Qalatəpə şəhər yerindən və nekropolundan əldə edilən qədim artefakt-
lar Albaniyanın Ayniana və ya Enian şəhəri haqqında məlumat vermiş Stra-
bonun yaşadığı dövrlə üst-üstə düşür. Hələ e.ə. III-II əsrlərdə meydana gələn 
bu  şəhərdə  b.e.-nın  ilk  əsrlərində  gur  həyat  olmuş,  memarlıq,  sənətkarlıq, 
qonşu bölgələrlə mədəni-iqtisadi əlaqələr inkişaf etmişdir.  
III əsrdə başlanan Sasani-Roma müharibələri şəhərin tənəzzül dövrünə 
qədəm qoymasına səbəb olmuşdur. Erkən orta əsrlərin böyük dövlətləri (Sa-
sani,  Bizans,  Ərəb,  Xəzər)  arasında  döyüş  meydanına  çevrilən  tarixi  Mil-
Qarabağ düzündə, o cümlədən qədim Ayniana (Enian) şəhərində həyat ritmi 
pozulmuşdur.  Görünür,  ərəb  müəllifi  Əbu  Duləfin  (X  əsr)  bəhs  etdiyi  beş 
mindən  çox  atılmış  kənd  və  qalalar  da  həmin  müharibələrin  qurbanları  idi. 
Xilafətin tənəzzülündən sonra Qalatəpə şəhər yerində həyat yenidən canlan-
mışdır. Lakin XIII  əsrin əvvəllərində monqol  yürüşləri nəticəsində orta əsr 
müəlliflərinin  “Yunan”  adlandırdıqları  bu  şəhərdə  həyat  qəflətən  sönmüş, 
şəhər  birdəfəlik  tərk  edilmişdir.  Görünür,  əhali  işğalçılardan  xilas  olmaq 


 
Mil düzünün orta əsr abidələrinin arxeoloji tədqiqinə dair
  
81 
üçün əvvəlki əsrlərdə olduğu kimi Qarabağın dağlarında və meşələrində öz-
lərinə sığınacaq tapmışdır (17, s. 105-106).  
Qaratəpə yaşayış yeri.  Mil düzündə, Beyləqan  şəhər xarabalıqların-
dan  4  km  şimal-qərbdə,  Beyləqan  rayonunun  Kəbirli  kəndinin  ərazisində 
yerləşən bu abidə kənd tipli yaşayış məskəninin qalıqlarıdır. Burada yaşayış 
məskəni  dəmir  dövrünə  aid  qədim  yaşayış  yeri  üzərində  salınmışdır.  Hün-
dürlüyü  4  m,  diametri  140  m  olan  bu  təpədə  aparılmış  arxeoloji  qazıntılar 
nəticəsində  qalınlığı  4,6  m  olan,  üç  mədəni  təbəqəyə  ayrılan  maddi  mədə-
niyyət qalıqları yatımının varlığı müəyyən olunmuşdur (29, s. 72). Qalınlığı 
0,8 m-ə çatan, XI-XIII əsrin əvvəllərinə aid edilən üst mədəni təbəqədə çiy 
kərpicdən inşa olunmuş tikili qalıqları, ocaqlar, təndirlər, müxtəlif təsərrüfat 
quyuları aşkarlanıb tədqiq edilmişdir. Burada habelə üzərinə gil suvaq çəkil-
miş təxminən 3x4 m ölçüdə döşəmə qalıqları da qeydə alınmışdır. Ehtimal 
ki,  bu  qalıqlar  çubuqdan  hörülmə  evlərə  aiddir  (28,  s.  222).  Qazıntılar  za-
manı tapılmış maraqlı inşaat materiallarından qapının dabandaşını qeyd et-
mək olar. Yaşayış yerindən tapılmış arxeoloji materiallar o qədər də çox ol-
mayıb, əsasən, şirli və şirsiz saxsı qablarla təmsil olunmuşdur. Tapılan ma-
teriallar  əsasında  müəyyən  edilmişdir  ki,  Qaratəpə  yaşayış  yerinin  bütün 
mövcudluğu  dövründə  qədim  sakinlərinin  əsas  təsərrüfatını  əkinçilik  və 
maldarlıq təşkil etmişdir (35, s. 67). Ö.Ş.İsmizadənin qənaətinə görə, lap əv-
vəldən  bütöv  kompleks  şəklində  inşa  olunan  Qaratəpədə  öz  qohumları  ilə 
birlikdə  varlı  tayfa  əyanları  yaşamış  və  onların  geniş  təsərrüfatla  məşğul 
olan çoxsaylı qulluqçuları olmuşdur (28, s. 227). 
Arxeoloji tədqiqatlar göstərir ki, monqolların yürüşü ilə əlaqədar Qa-
ratəpə  kənd  tipli  yaşayış  yerində  həyat  kəsilmiş,  sakinlər  onu  tərk  etmiş, 
sonradan  maldar  əhali  bu  təpədən  qəbiristanlıq  kimi  istifadə  etmişdir
 
(1,  s. 
107).
 
Nərgiztəpə  yaşayış  yeri.  Xocavənd  rayonunda  yerləşən  Nərgiztəpə 
Mil  düzündən  qərbdə  -  Qarabağ  silsiləsinin  dağ  ətəklərinin  Mil  düzü  ilə 
kəsişməsində, Qaraçuğ dağının 7-8 kilometrliyində, Xonaşen (Hunaşen) ça-
yından 0,7 km cənub-qərbdə təbii yüksəklik üzərində yerləşir. Onun hündür-
lüyü 8 m, sahəsi isə 1,3 ha-a yaxındır. Bu ərazi Dağlıq Qarabağın Azərbay-
can nəzarəti altında qalan bir parçası kimi strateji əhəmiyyət kəsb edir. Bu-
radan hazırda işğal  altında olan keçmiş  rayon mərkəzi  Martunini, Kuropat-
kino  qəsəbəsini  və  vandallar  tərəfindən  yandırılaraq  dağıdılmış  Muğanlı 
kəndinin qalıqlarını müşahidə etmək mümkündür (16, s. 68).  
Nərgiztəpə haqqında ilk məlumatı hələ XX əsrin ortalarında Mil-Qara-
bağ  bölgəsində  tədqiqat  aparan  Azərbaycan  Arxeoloji  Ekspedisiyasının 
rəhbəri A.A.İessen vermişdir (26, s. 19). O, orta tunc dövrünə və antik dövr 
küp qəbirləri mədəniyyətinə aid keramika nümunələrinə əsaslanaraq Nərgiz-
təpəni  çoxtəbəqəli  abidə  kimi  qeydə  almışdır.  Lakin  60  ilə  yaxın  ötən  bir 


Yüklə 4,3 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə