Cild: 0 Say: issn 2218 – 0346 2017



Yüklə 4,3 Mb.
Pdf görüntüsü
səhifə16/36
tarix08.07.2018
ölçüsü4,3 Mb.
#54530
1   ...   12   13   14   15   16   17   18   19   ...   36

 
Azərbaycanda tunc dövrü hərb işinin öyrənilməsinin tarixşünaslığı 
43
 
 
4.
 
İlk silahlar qədim əmək alətləri əsasında düzəldilərək sonrakı təka-
mülün nəticəsi kimi ancaq insanı məhv etmək üçün yaradılmışdır. 
5.
 
İqtisadi  münasibətlər  sistemi  dəyişdikcə  müharibələrin  xarakteri, 
silahlanmanın növü və hərbiləşmənin mahiyyətini də dəyişərək indiki vəziy-
yətə gəlib çıxmışdır. 
Müasir  ETT  çağında  innovativ  nailiyyətlərin  keçmişin  öyrənilməsinə 
tətbiqi qaçılmaz və labüd xarakter almışdır. EHM-ların və riyazi metodların 
hərb tarixinin rekonstruksiyasına tətbiqi ilə dəqiq elmlərin mütəxəssislərinin 
keçmişin  araşdırılmasına cəlb  olunması  əhəmiyyətli  olduğu kimi,  özünəxas 
çətinliklər törədir. Lakin, qarşıya çıxan problemləri ayrı-ayrı ixtisas və peşə 
sahiblərinin  birgə  fəaliyyəti,  qarşılıqlı  fikir  mübadiləsi  və  nəhayət  adaptiv 
nəşrlərin çap edilməsi aradan qaldıracaqdır (71, 4-101; 40, 206-231). 
Araşdırma müddətində militagenez və militarizasiya ilə bağlı bir sıra 
müşahidələr  və  elmi  faktların  təhlili  yeni  baxışların  formalaşmasına  gətirib 
çıxartdı. İlk növbədə müharibələrin təsnifatı və analogiyaları ilə bağlı fərqli 
hipotezlər  meydana  çıxdı.  Bir  çox  hərb  tarixi  üzrə  tədqiqatçılar  müharibə-
lərin  ən  qədim  zamanlardan  ta  insan  yaranandan,  antropogenezin  başlanğı-
cından  bəri  mövcudluğunu  müdafiə  etsələr  də,  bəzi  faktlar  və  son  araşdır-
malar bu fikri qəbul etməyə imkan vermir. İki başlıca məsələ müharibə kimi 
sistemli, məqsədyönlü və kütləvi hadisə və prosesin tarixöncəsi (prehistory) 
dövrdə  mövcudluğunu  şübhə  altına  salır.  Birincisi,  əhali  və  demoqrafik 
amildir  ki,  onu  nəzərə  almadan  istənilən  tarixi-hərbi  və  digər  araşdırma 
əsassız olacaqdır (36, 19-66; 77, 13-43; 56; 57,48-68). İkincisi, təbii və bio-
loji amillərdir ki, onların diqqətdən yayınması öz növbəsində istənilən döv-
rün paleopsixoloji, etno-psixoloji, antropoloji, kulturoloji və sair vacib xüsu-
siyyətlərinin təsir gücünün düzgün qiymətləndirmədən nəticə çıxarmağa və 
beləlilklə  də,  qüsurlu  yekunlaşdırmaya  gətirib  çıxaracaqdır  (21,  24-31;  70, 
4).  Problemin  geniş  izahına  və  şərhinə  nəzərdə  tutulmuş  başlıca  tədqiqat 
işində yer veriləcəkdir, amma burada qısaca bəzi vacib məqamları qeyd et-
mək  lazımdır.  Ən  önəmlisi  istənilən  müharibə  silahlı  toqquşmadır.  Tarixə 
nəzər  saldıqda  ov  və  turnir  fəaliyyəti  xaric  bütün  toqquşmalar  müharibəyə 
öz  məqsəd  və  təşkilatlanması  baxımından  bənzəsə  də,  əsl  savaşdan  fərqlə-
nirlər.  Azərbaycan  dilinin  özündə  belə  bir  çox  anlayışlar  müharibə  kəlmə-
sinin  ya  sinonimi  ya  da  onun  tərkib  hissəsi  roluna  malikdir.  Misal  üçün 
istila,  işğal,  təcavüz,  hərbi  yürüş,  hücum,  vuruş,  döyüş  və  s.  Bütün  bunlar 
hərb  sənətinin  tərkib  hissəsidir,  lakin  basqın,  talan,  qarət,  qırğın,  münaqişə 
öz məqsədi və xarakterik bir sıra xüsusiyyətləri ilə müharibədən fərqlənirlər. 
Bu onunla bağlıdır ki, son sadalananlar istər ibtidai, istər müasir cəmiyyət-
lərdə,  həm  insanlararası  münasibətlərdə,  həm  də  xalqlar  və  dövlətlərarası 
münasibətlərdə mütəmadi  baş  verirlər. Üstəlik onların  baş  verməsi  mühari-
bənin olmasını şərtləndirmir. Bunun tam əksinə döyüş və ya hərbi səfər an-


 
44 
Orxan Zamanov
 
 
caq müharibə zamanı baş verir, daha doğrusu müharibənin varlığına dəlalət 
edir. Qısaca qeyd edilməlidir ki, qarət, talan və qırğın daha çox irimiqyaslı 
soyğunçuluq və qətliam hadisəsidir. Bu problem daha çox kriminalistikanın 
tədqiqat sahəsidir. Lakin basqın və münaqişə isə tam fərqli proseslərdir. On-
lar  məişət  səviyyəsindən  beynəlmiləl  səviyyəyə  qədər  bütün  dövrlərdə  cə-
miyyət həyatının tərkib hissəsi kimi mövcud olublar. İlk öncə basqın haqda 
danışanda  qəti  söyləmək  olar  ki,  insan  övladının  ovçuluq  və  balıqçılıq  ilə 
məşğul olmağa başladığı ən qədim zamanlardan qəbilə və icmanın münasi-
bətlər sistemində onun yeri daim olub. Hər hansı qonşu və düşmən qəbiləyə 
hədə-qorxu gəlmək, onun varidatına sahib çıxmaq, kəşfiyyat aparmaq, əsir-
ləri geri qaytarmaq və təcrübə toplamaq üçün basqın ən geniş silahlı təcavüz 
və toqquşma üsulu olub. Məhz ovçuluğun inkişafı ilə qədim insanlar əvvəl 
heyvan sürüləri üzərinə, sonra həmnöv canlılara basqınlar etməyə başladılar. 
Basqın  qətiyyən  hücum  ilə  səhv  salınmamalıdır.  Hücum  döyüş  əməliyyatı-
nın tərkib hissəsidir və ayrılıqda heç vaxt tətbiq olunmayıb. Beynəlxalq ter-
minologiyada basqın anlayışı reyd kimi başa düşülür. Atın əhilləşməsi və at-
çılığın  yayılması ilə reyderlik və  ya  basqınçılıq  savaşın  tərkib hissəsi  kimi 
tarixi  dövrdə  öz  aktuallığını  saxlayırdı.  Bir  çoxları  səhvən  basqınçılığı  və 
tayfalararası münaqişələri müharibə sayır və savaşın kökünü Yeni Daş döv-
ründən  əvvəlki  mərhələdə  axtarırlar.  Bilavasitə  münaqişənin  (konfliktin) 
(75, 315-331) özündən bəhs edəndə həm terminoloji, həm də etimoloji çatış-
mazlıqlar  meydana  çıxır.  Sosiologiyaya  görə  münaqişə  ictimai  ziddiyyət-
lərin büruzə şəkli olub, müxtəlif cəmiyyət icmalarının maraqlarının toqquş-
masıdır (74, 417). Bir qədim yunan ifadəsində deyilir ki, müharibə hər şeyin 
ölçüsüdür.  Son  ifadədə  münaqişə  əslində  müharibə  ilə  eyniləşdirilir.  Lakin 
ibtidai cəmiyyətlərdə miqrasiya və köç edən icmalar bir-biri ilə təsadüfən və 
ya  bilərəkdən  üz-üzə  gəldikdə  yaranan  münaqişə  qətiyyən  müharibə  sayıla 
bilməz. Münaqişə icma daxili hal olub qəbilənin və ya tayfanın bölünməsinə 
səbəb olurdu. Bu bir növ ailə daxili ziddiyyətlərin kəskinləşməsi və ailənin 
dağılması halı ilə eyniyyət təşkil edir. Münaqişə cəmiyyətin istənilən üzvləri 
və ya qrupları arasında baş verə bilər. Tamamilə  ayrı məsələdir ki, tayfala-
rarası  sərhəd  və  ya  ticarət  anlaşılmazlığı  münaqişəyə  çevrilir  və  sonra  mü-
haribəyə  gətirib  çıxarır.  Bu  zaman  nəzərə  alınmalıdır  ki,  ibtidai  insanların 
yaşadığı dövrdə münaqişələr iri miqyaslı hərbi əməliyyatlara çevrilə bilməz-
di. Buna o vaxtkı bəşəriyyətin nə insan ehtiyatları, nə iqtisadi resursları, nə 
də intellektual imkanları yol verərdi. Basqınlar və münaqişələr müharibələ-
rin  yaranmasına və inkişafına qədərki,  dünyanın  ayrılmaz gerçəkliyi  idi və 
insan aqressiyasının, zorakılığının və iddialarının silahlı təcəssüm şəkli idi-
lər. Beləliklə, insanlığın ən qədim dövrlərdən müasir çağa kimi olan tarixin-
də  silahlı  toqquşmaların  təqribən  üç  növünü  fərqləndirmək  mümkündür. 
Bunlar aşağıdakı ardıcıllıqda konkret verilmişdir: 


Yüklə 4,3 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə