Cild: 0 Say: issn 2218 – 0346 2017



Yüklə 4,3 Mb.
Pdf görüntüsü
səhifə12/36
tarix08.07.2018
ölçüsü4,3 Mb.
#54530
1   ...   8   9   10   11   12   13   14   15   ...   36

 
28
 
Pərviz Qasımov
 
 
mətli metallardan olan bəzək əşyalarının yalnız tuncdan düzəldilmiş replika-
ları,  yamsılamaları  qoyulurdu.  Həmçinin,  nəzərə  alaq  ki,  bu  cür  strategiya 
regionda  təhlükəli  və  aqressiv  mühitin  mövcudluğu  ilə  də  izah  edilə  bilər; 
tayfalararası müharibələr, sənət sahələrinin, o cümlədən, metallurgiyanın in-
kişafı üçün lazım olan ticarətin zəifləməsi, məğlub tayfaların qəbirlərinin ta-
lanması  təhlükəsi  və  s.  bu  cür  “yamsılama  ənənəsini”  şərtləndirə  bilərdi. 
Unutmayaq  ki,  arxeoloqlar  və  tarixçilər  Yaxın  Şərqdə,  Şərqi  Aralıq  dənizi 
regionunda son tunc dövrünü “tunc kollapsı” və ya “tunc dövrünün katastro-
fu” (“the Late Bronze age collapse”) adlandırırlar. İri miqyaslı ekoloji-təbii 
dəyişiliklər, ilk növbədə zəlzələlər [6, s.61] və bunun nəticəsi kimi qonşu re-
gionlarda  müharibələrin və  dağıdıcı  miqrasiyaların intensivləşməsi,  mədəni 
mərkəzlərin məhvi kimi proseslər Cənubi Qafqazdan yan keçə bilməzdi [1, 
s.1862-1863].  Ümumiyyətlə,  “son  tunc  dövrü  kollapsında”  Cənubi  Qafqa-
zın,  o  cümlədən,  Şimali  Azərbaycanın  yeri  xüsusi  tədqiq  edilməli  mövzu-
dur. 
Yalnız e.ə. I minilliyin əvvəlindən etibarən stabilləşmənin başlanması, 
ticarət  əlaqələrinin  intensivləşməsi,  metallurgiyanın  daha  da  təkmilləşməsi 
dəfn inventarında dəmir və qiymətli metallardan olan orijinal məmulatların 
təmsilini gücləndirdi. 
Zənnimizcə,  ikinci  versiya  daha  məntiqlidir.  Əgər  irəli  sürdüyümüz 
ikinci  versiya  tarixi  gerçəkliyə  cavab  verirsə,  onda  biz  qəbul  etməliyik  ki, 
Ön  Asiyada,  o  cümlədən,  Cənubi  Qafqazda  artıq  orta  tuncun  sonunda  və 
bütünlüklə  son  tuncda  strateji  məmulat  kimi  dəmirdən  istifadə  edilirdi  (ilk 
növbədə  silahların  hazırlanmasında).  Amma  o  dövrdə  dəmir  hələ  də  asan 
olmayan yollarla əldə edildiyindən ona “qənaət” edilərək, dəfn mərasimi və 
dəfn ənənəsinə uyğun qəbirə yerləşdirmək üçün dəmir məmulatın tunc yam-
sılamaları  düzəldilirdi.  Ona  görə  də,  Xocalı–Gədəbəy  mədəniyyətində  biz 
daha çox məhz dəfn üçün istehsal edilmiş, üzərində heç bir istifadə izi və zə-
dəsi olmayan, gerçəkdə istifadəsi mübahisəli olan tuncdan düzəldilmiş repli-
kalara  rast  gəlirik.  Biz  bunu  əsasən  Tovuz  bölgəsində  tapılmış  artefaktlar 
əsasında deyə bilərik. 
Meteorit mənbəli dəmir məmulatı qalıqlarına hələ e.ə. V minilliyə aid 
Təpə-Sialkda  rast  gəlinib,  bu  metaldan  Şumerdə  və  Qədim  Misirdə  e.ə.  IV 
minillikdə istifadə edilirdi (tabl.6). Bu mövzu barədə geniş ədəbiyyat vardır. 
Amma  meteorit,  nikelli  metalın  işlədilməsi  məsələsi  indiyədək  mübahisəli 
olaraq qalır [7, s.408, 417, 418, 421]. 
Belə bir məntiqi sual ortaya çıxır ki, niyə dəmirdən olan orijinal silah-
lara  rast  gəlinmir  və  ya  az  rast  gəlinir?  Görünür,  dəmir  məmulatlar  strateji 
material  kimi  dəyərləndirilərək  sıradan  çıxdıqda,  yalnız  və  yalnız  yenidən 
əridilərək,  yeni  məmulat  üçün  işlədilirdi.  Dəmirə  bu  cür  münasibət  yalnız 
erkən dəmir dövrünədək davam etdi. 


 
Xocalı – Gədəbəy mədəniyyətinin dəfn ənənəsində replika-əşyalar …
 
 
29
 
 
 
Eynilə bu nəticə, Xocalı-Gədəbəy mədəniyyətinə aid dəfn inventarın-
da  rast  gəlinən,  tuncdan  düzəldilmiş,  öz  dövründə  gerçək  istifadəsi  şübhə 
doğuran bəzək əşyalarına da aid edilə bilər. 
Göründüyü  kimi  bu  ənənəyə  rasional  izah  vermək  mümkündür.  Am-
ma  nəzərə  almaq  lazımdır  ki,  Xocalı-Gədəbəy  mədəniyyətinə  aid  müxtəlif 
tipli  qəbir  abidələrində  aşkar  edilmiş  dəfn  inventarındakı  qabların  bəziləri 
də,  məişət  istifadəsi  üçün  nəzərdə  tutulmamışdır.  Söhbət,  naxışları  əmələ 
gətirən cızmaları  ağ pasta ilə doldurulmuş  qara  cilalı və  nazik  divarlı nəfis 
qablardan  gedir.  Onda,  biz  bu  ənənədə  rasional  başlanğıcla  yanaşı  sakral 
mahiyyətin də mövcudluğunu qəbul etməliyik. 
 
Ədəbiyyat: 
1.
 
Drake Brandon L. The influence of climatic change on the Late Bronze Age 
Collapseand  the  Greek  Dark  Ages  //  Journal  of  Archaeological  Science 
vol.39 (6), June 2012, pp. 1862–1870. 
2.
 
Quliyev  F.E.,  Qasımov  P.P.,  Hüseynov  F.R.,  Brileva  O.,  Səlimbəyov  Ş.A., 
Ələkbərov  V.Ə.  Topdağdağan  nekropolu.  Tovuz  rayonu  Azərbaycanda 
arxeoloji  tədqiqatlar–  2013-2014,  Bakı:  -  “Xəzər  Universiteti”  nəşriyyatı, 
2015, s. 384 – 393. 
3.
 
Müseyibli N., Agayev G., Aşurov S., Aliyev I., Huseynov M., Najafov Sh., 
Guliyev  F.  Tovuzchai  Necropolis  Report:  On  Excavations  of  Tovuzchai 
Necropolis at kilometre point 378 of Baku-Tbilisi-Ceyhan and South Cauca-
sus pipelines Right of Way. Baku, 2008, pp. 82 – 85. 
4.
 
Nəcəfov Ş. Zəyəmçay nekropolu qəbirlərinin xronologiyası. Azərbaycan ar-
xeologiyası, cild 11, say 1-2, 2008, s.55 – 64. 
5.
 
Nərimanov İ.  Gəncəçay rayonunun arxeoloji abidələri.  Elmlər Akademiyası 
Nəşriyyatı, Bakı, 1958, 143 s. 
6.
 
Nur Amos, Cline Eric H. Poseidon’s Horses: Plate Tectonics and Earthquake 
Storms in the Late Bronze Age Aegean and Eastern Mediterranean // Journal 
of Archaeological Science vol.27 (1), January 2000, pp. 43–63. 
7.
 
Photos E. The Question of Meteoritic versus Smelted Nickel-Rich Iron: Ar-
chaeological  Evidence  and  Experimental  Results,  World  Archaeology,  vol. 
20,  No.  3,  Archaeometallurgy  (February  1989),  Published  by:  Taylor  & 
Francis, Ltd, 1989, pp. 403-421. 
8.
 
Асланов Г.М., Ваидов Р.М., Ионе Г.И. Древний Мингечаур (эпоха энео-
лита и бронзы), Баку: Изд-во АН Азерб. ССР, 1959, 189 с. 
9.
 
Гасымов П.П. Кольцевой вал из материкового суглинка: об одном эле-
менте конструкции в курганах поздней бронзы Евразии / «Кадырбаев-
ские  чтения-2016».  Материалы  V  Международной  научной  конферен-
ции (6-7 октября 2016 года), – Актобе: ИП Жанадилова С. Т., 2016, s. 89 
– 95. 


Yüklə 4,3 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə