Cild: 0 Say: issn 2218 – 0346 2017



Yüklə 4,3 Mb.
Pdf görüntüsü
səhifə10/36
tarix08.07.2018
ölçüsü4,3 Mb.
#54530
1   ...   6   7   8   9   10   11   12   13   ...   36

 
24
 
Pərviz Qasımov
 
 
Bu  tip  xəncərlər  Mingəçevirdəki  torpaq  qəbirlərdə  aşkar  edilmişdir. 
Q.Aslanov, R.Vahidov, Q.İone onları öz bölgülərində II qrup xəncərlərə aid 
etmişlər [8, tabl. XIV, şəkil 4–11]. 
Sallama dəfndə aşkar edilən iki bıçaq tiyələri öz formasına görə iden-
tikdir.  Hər  iki  bıçaq  tiyəsinin  ucu  oval  formada  olaraq  bir  tərəfə  burulur. 
Amma, ölçülərinə görə bıçaq tiyələri bir-birindən fərqlənir. 
Uzun ölçülü bıçaq tiyəsinin uzunluğu 16.25 sm-dir. Tiyənin qalınlığı 
təqribən 0.15 (ucunda)-0.4 (dəstəkdə) sm, eni 2-1 sm arasında dəstəkdən uca 
qədər daralmışdır. Tiyənin dəstək tərəfdəki çiyinlərinin eni 1.9 sm-dir. Tiyə-
nin çiyinlərinin birinin (ucun burulduğu istiqamətdəki tiyənin tərəfi) davamı 
kimi dartılmış və orta nahiyyəsində daralan üçbucaq formasında olan saplaq 
(dəstək içliyinin) uzunluğu 3.15 sm-dir. Amma 0.2 sm qalınlığa, eni 0.6 sm 
malik dartılmış üçbucaq formasında olan saplaq (dəstək içliyinin) baş tərəfi 
ucun burulma tərəfinə əks istiqamətə meyllidir (tabl. 3, şəkil-4). 
Nisbətən qısa ölçülü bıçaq tiyəsi sallama dəfndəki skeletin sağ ayağı-
nın baldır sümüyü yanında tapılmışdır. Saplaq (dəstək içliyi) istisna olmaqla 
tiyənin ucundan çiyinlərinə qədər uzunluğu 9.8 sm-dir. Tiyənin ucuna yaxın 
eni  1.24  sm,  çiyinlərində  eni  1.7  sm-dir.  Tiyənin  çiyinlərinin  birinin  (ucun 
burulduğu istiqamətdəki tiyənin tərəfi) davamı kimi dartılmış və orta nahiy-
yədə daralan üçbucaq  formasında olan saplağın  (dəstək içliyinin) uzunluğu 
2.13  sm-dir.  Tiyənin  qalınlığı  0.1  (ucunda)  0.3  sm-dir  (çiyinlərində).  Tiyə-
nin çiyinlərinin birinin (ucun burulduğu istiqamətdəki tiyənin tərəfi) davamı 
kimi  dartılmış  və  orta  nahiyyəsində  daralan  üçbucaq  formasında  olan  sap-
lağın (dəstək içliyinin) uzunluğu 2.24 sm-dir. Saplağın (dəstək içliyinin) qa-
lınlığı  0.2  sm-dir.  Ucun  burulduğu  tiyə  tərəfinin  üzərində  çiyinlərdən  2.08 
sm, ucdan 2.91 sm və bir-biriləri arasında 4.58 sm olmaqla 0.16 sm diametr-
li iki deşik vardır (tabl. 3, şəkil-5). 
Analoji  xəncər və bıçaq tiyələrini  E.A.Rösler və  A.A.İvanovski  Dağ-
lıq Qarabağ, Şəmkir, Gəncə bölgələrinin kurqan və d. tipli dəfn abidələrində 
aşkarlamışdır [8,s.75; 10,s.153,157; 11,s.124,132,136]. 
Sözügedən  tunc  xəncər  və  bıçaq  tiyələri  üzərində  istifadəni  göstərən 
xarakterik əlamət və zədələrə rast gəlinməyib. 
Topdağdağan  kurqan  qrupundakı  10  saylı  kurqanın  sallama  qəbirin 
dəfn inventarında  tapılmış,  təsərrüfatda işlədilən  biz ucluğu dartılmış  dörd-
bucaqlı  konusvari  formaya  malikdir.  Ucluğun  konus  kəsiyində  ən  enli  yeri 
(0.49 sm) onu uclarına doğru nazikləşən hissələrə ayırır: uc və saplaq (dəs-
tək  içliyi).  Ucun  uzunluğu  6.56  sm,  saplağın  uzunluğu  1.53  sm-dir.  Uc  və 
saplaq ilə birgə biz ucluğunun uzunluğu 8.09 sm-dir (tabl.3, şəkil–6). Ucluq 
üzərində istifadədən əmələ gələn xarakterik zədə və izlər müşahidə edilmə-
yib.  Oxşar  biz  ucluğunu  Mingəçevir  ekspedisiyası  da  qeyd  etmişdir  [8, 
s.77]. 


 
Xocalı – Gədəbəy mədəniyyətinin dəfn ənənəsində replika-əşyalar …
 
 
25
 
 
 
Topdağdağan  kurqan  qrupundakı  10  saylı  kurqanın  sallama  qəbirin 
dəfn  inventarında  tuncdan  kəmər  fraqmentlərinə  də  rast  gəlinmişdir.  Uzun 
və  enli  tunc  lövhə  fraqmentləri  skeletin  baş  hissəsinin  üzərində  aşkar  edil-
mişdir.  Məmulat  təqribən  ortadan  bükülmüş  şəkildə  idi.  Onun  yerdə  olan 
hissəsi ortadan bir qədər əyilmiş qövsvari formada, nisbətən tam şəkildə idi 
(tabl. 4, şəkil–2, 3). Bükülü yarısı isə, əsasən üç fraqment şəklində əldə edil-
di  (tabl.  4,  şəkil-1,  4,  5).  Rekonstruksiyada  kəmərin  uzunluğu  (23.3sm+ 
19.3sm+17sm+8.74 sm  =) 68.34 sm,  eni  5.5 sm, qalınlığı  təqribən 0.1 sm-
dir (tabl. 4, şəkil-6). Kəmərin hər iki başının ucları oval şəkilli olmaqla, uc-
larında son həddən 1.18 sm və 1.6 sm məsafədə diametri 0.3 sm olan deşik-
lər vardır. Həmçinin, kəmərin bel hissəsində iki deşik də qeydə alınıb. 
Göytəpə  neolit  məskəni,  son  tunc  dövrü  torpaq  qəbiri.  2015-сi  ildə 
Göytəpə  neolit  məskənində  (Tovuz  rayonu)  son  tunc  dövrünə  aid  sallama 
qəbirdə  tuncdan  baş  sancağı  fraqmenti  (tabl.5,  şəkil-1)  skeletin  başının  ya-
nında olan qabların arasında tapılmışdır. Güclü korroziyaya uğramış sanca-
ğın  bir  tərəfinin  yalnız  qalıqları  qalmışdır.  Fraqmentin  uzunluğu  7.39  sm, 
tunc  milin  qalınlığı  0.3  sm  idi.  Fraqmentin  mühafizə  edilmiş  digər  tərəfi 
yastılanmış formaya malikdir. Saç sancağının çəkisi təqribən 2 mq-dır. 
Skeletin  sol  çiyini  nahiyəsində  iki  sırğa  aşkar  edilmişdir.  Sırğalardan 
birinin  diametri  4.84  sm,  onun  düzəldiyi  tunc  məftilin  qalınlığı  0.35  sm. 
İkinci sırğanın diametri 4.7 sm, onun düzəldiyi tunc məftilin qalınlığı 0.38 
sm.  Hər iki sırğanın  çəkisi təqribən  9 q-dır. Sırğalar üzərində  korroziya iz-
ləri güclü olduğundan ehtimal edilən naxış formasını müşahidə etmək müm-
kün deyildi (tabl.5, şəkil-2). 
Skeletin  baş  nahiyəsinin  yanındakı  sağ  əlinin  orta  barmağında  tunc 
üzük  vardı.  Üzük  korroziyaya  uğrayaraq  iki  hissəyə  bölünmüşdür.  Üzüyün 
diametri 2,4 sm, onun hazırlandığı tunc məftilin qalınlığı 0.21 sm idi. Üzü-
yün çəkisi təqribən 2 mq-dır. Üzük üzərində korroziya izləri güclü olduğun-
dan ehtimal edilən naxış formasını müşahidə etmək mümkün deyildi. Amma 
aydın idi ki, üzük üzərində qaşın imitasiyası var (tabl.5, şəkil-3). 
Öncə  bir  məsələyə  diqqət  yetirək.  Yalnız  dəfn  inventarı  əsasında  əv-
vəlcə  ehtimal  etmişdik  ki,  Topdağdağan  kurqan  nekropolundakı  10  saylı 
kurqanın sallama qəbiri  kişiyə, 2015-ci ildə Göytəpə neolit məskənində  aş-
kar edilmiş tunc dövrünə aid 1 saylı torpaq qəbirdəki skelet qadına aid idi. 
Belə ki, Topdağdağan 10 saylı kurqanın sallama qəbrində tuncdan hazırlan-
mış xəncər, bıçaqlar, biz ucluğu və çaxmaqdaşından ox ucluğu aşkar edildi 
[2, s.389 – 390]. 
Göytəpə  neolit  məskənində  2015-ci  ildə  aşkar  edilmiş  tunc  dövrünə 
aid  1  saylı  torpaq  qəbirin  inventarı  isə,  ilkin  ehtimala  görə,  gender  fərqini 
göstərirdi.  Burada  qətiyyən  silah  və  alətlərə  rast  gəlinmirdi,  yalnız  ehtimal 
etdiyimiz kimi qadın bəzək əşyaları, tısbağa çanağı, keramik inventarda isə, 


Yüklə 4,3 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə