Cild: 0 Say: issn 2218 – 0346 2017



Yüklə 4,3 Mb.
Pdf görüntüsü
səhifə11/36
tarix08.07.2018
ölçüsü4,3 Mb.
#54530
1   ...   7   8   9   10   11   12   13   14   ...   36

 
26
 
Pərviz Qasımov
 
 
nehrə də təmsil olunmuşdur. Analoji dəfn kompleksi Mingəçevir ekspedisi-
yası  tərəfindən  1947-ci  ildə  45,  140  saylı  torpaq  dəfnlərdə  qeyd  edilib. 
Amma Mingəçevir ekspedisiyasının aşkar etdiyi 151 saylı torpaq qəbir, ara-
larında gender fərqinin olmasını ehtimal etdiyimiz hər iki qəbir kompleksi-
nin xüsusiyyətlərini daşıyırdı; burada həm silahlar, həm bəzək əşyaları, həm 
də  nehrə  var  idi  [8,  s.170,173–174].  Buradan  iki  nəticə  çıxarmaq  olar:  1) 
Xocalı–Gədəbəy  mədəniyyətində  dəfn  kompleksi  ilə  gender  fərqini  müəy-
yən etmək çətindir. Çünki ölünün cinsindən asılı olmadan eyni əşyalar qəbi-
rə  qoyulur  və  eyni  dəfn  kompleksini  təşkil  edirdi.  Belə  ki,  silahlar,  alətlər, 
keramik məmulatlar və bəzək əşyaları həm qadın qəbrində, həm kişi qəbrin-
də də ola bilərdi. 2) 151 saylı torpaq qəbirin tədqiqində səhvə yol verilib. 
Beləliklə,  Xocalı-Gədəbəy  mədəniyyətinin  dəfn  ənənəsində  gender 
fərqinin ciddi güdülməsi və ya əksinə, gender-neytral (gender-neutrality) ya-
naşmanın hakim olması məsələsi açıq qalır. Belə ki, dəfn inventarı ilə ske-
letlərin cinsi mənsubiyyəti arasında korrelyasiyanın təyin edilməsi üçün cid-
di tədqiqatlara, xüsusilə ciddi antropoloji araşdırmalara ehtiyac var. 
Bu mədəniyyətin dəfn ənənəsində qəbirə təsərrüfat alətləri də qoyulur-
du.  Məsələn, Topdağdağan kurqan nekropolundakı  10 saylı kurqanın  salla-
ma qəbirində biz ucluğu da var idi və orada aşkar edilmiş ucu oval formada 
olaraq arxa tərəfə qatlanmış bıçaqlar sırf militarist yaraq anlamına aid edilə 
bilməz. Vaxtilə, İ.Nərimanov bu tip bıçaqların Azərbaycan etnoqrafiyasında 
qeyd edildiyini, soyulma zamanı heyvan xəzinin və dərisinin zədələnməmə-
si üçün bu cür quruluşlu bıçaqlardan çobanların və ovçuların istifadə etdiyi-
ni göstərmişdir [5, s.91-92]. Beləliklə də, Xocalı–Gədəbəy mədəniyyəti da-
şıyıcılarının inanc sistemində silah kultu ilə yanaşı, əkinçi–maldar və ovçu-
luq təsərrüfatı alətlərinin də sakral xarakter daşıdığını görürük. 
Diqqəti tədqiqatımızın başlıca məsələsinə yönəldərək bildirməliyik ki, 
dəfnlərdə aşkar edilmiş tuncdan olan silahlar, orijinalın təqlidi, yamsılanma-
sı təəssüratını yaradır. Belə ki, Topdağdağan kurqan nekropolundakı 10 say-
lı kurqanın sallama qəbirindəki xəncər və bıçaqlar üzərində istifadədən yara-
nmış  iz  və  zədələr  qətiyyən  müşahidə  edilmir.  Çox  yaxşı  qalmalarına  bax-
mayaraq  xəncərin  və  bıçaqların  bərklik  səviyyəsi  olduqca  aşağıdır.  Bu  isə, 
silahların təyinatı üzrə işlədilməsi fikrini sual altında qoyur. 
Geyimin  bir  elementi  olan  tunc  kəmərin  kövrəkliyi,  üzərində  istifadə 
izlərinin  və  zədələrinin  olmaması  da  belə  bir  fikirin  irəli  sürülməsinə  əsas 
verir  ki,  bu  tip  kəmərlər  (hətta  onların  parçadan  və  ya  dəridən  hazrılanmış 
kəmərin içliyi olması ehtimal edilsə də) onlar orijinalın oxşarı idi və yalnız 
dəfn mərasimi üçün hazırlanırdı. 
Həmçinin, bəzək əşyalarına diqqət yetirərkən də biz onların orijinalın 
yamsılama  xarakter  daşıdığını  ehtimal  edə  bilərik.  2015-ci  ildə  Göytəpə 
neolit  məskənində  aşkar  edilmiş  tunc  dövrünə  aid  1  saylı  torpaq  qəbirdən 


 
Xocalı – Gədəbəy mədəniyyətinin dəfn ənənəsində replika-əşyalar …
 
 
27
 
 
 
olan  üzükdə  həm  qaş  yerinin,  həm  qiymətli  daşların  açıq-aşkar  imitasiyası 
görünməkdədir. 
Bu yerdə başqa bir sual da ortaya çıxır. Xocalı-Gədəbəy mədəniyyəti 
daşıyıcılarının  istifadə  etdiyi  bəzək  əşyaları  yalnız  tuncdanmı  hazırlanıb? 
Nəzərə  alaq  ki,  tunc  hava  ilə  təmasda  tez  oksidləşir  və  əsasən  yaşıl  rəngə 
çalan pasla örtülür.  Bu  cür xüsusiyyətə malik  metal qatışığının parlaqlığını 
saxlamaq üçün onu daim pasdan təmizləmək lazımdır. Tez oksidləşən, yaşıl 
pasla örtülən, təmizləmə və istifadədən nazilərək tez sıradan çıxan bəzək əş-
yası həqiqətənmi son tunc dövrünə aid Xocalı–Gədəbəy mədəniyyəti daşıyı-
cıları arasında qiymətli sayılırdı? Nəzərə alsaq ki, qızıldan bəzək əşyalarına 
Azərbaycan ərazisində daha qədim - xalkolit dövrünə aid qəbir abidələrində 
rast  gəlinib,  onda  tuncdan  düzəldilmiş  bəzək  əşyalarının  Xocalı–Gədəbəy 
mədəniyyəti  daşıyıcılarının  toplumunda  işlədilməsi  şübhəli  görünür.  Üstə-
lik, Göytəpədə tunc dövrünə aid sallama qəbirdən tapılan tuncdan düzəldil-
miş bəzək əşyaları heç də daim istifadədə olmaları təəssüratını yaratmır. 
Beləliklə, Topdağdağan kurqan nekropolundakı 10 saylı kurqanın sal-
lama,  Göytəpə  neolit  məskənində  2015-ci  ildə  aşkar  edilmiş  tunc  dövrünə 
aid 1 saylı torpaq qəbirdə aşkar edilmiş tuncdan olan dəfn inventarları –xən-
cər,  bıçaqlar,  üzük,  sırğalar  və  ola  da  bilsin  digər  məmulatlar  (biz  ucluğu, 
saç üçün sancaq) bizə məlum olmayan orijinalların yamsılanması (replikası) 
idi.  Görünür,  Xocalı-Gədəbəy  mədəniyyətinin  müasir  Tovuz  bölgəsi  ərazi-
sində  yaşamış  daşıyıcıları  öz  ölülərinin  qəbirlərinin  dövründə  istifadə  olu-
nan bəzi orijinal silah və bəzək əşyalarının tuncdan həm nəfis, həm də qaba 
hazırlanmış replikasını (kopyasını) qoyurdular. 
Biz  bu  fikri  bütöv  Xocalı-Gədəbəy  mədəniyyətinə  aid  edə  bilərikmi? 
Qeyd etdiyimiz abidələrdən tapılmış artefaktların birbaşa genetik analogiya-
larına nəinki, Mingəçevir tapıntılarında,  yuxarıda qeyd edildiyi  kimi  Qara-
bağ bölgəsinin dağətəyi hissələrində rast gəlinib. Amma, analoji artefaktlar 
xüsusi tədqiq edildikdən sonra onların orijinal və ya replikativ mahiyyəti ba-
rədə qəti fikir demək olar. Biz dəfn inventarındakı əşyaların replika olması 
barədə fikrimizi yalnız Tovuz bölgəsindəki tapıntılara şamil edə bilərik. 
Bu ənənənin nə ilə əlaqəli olması barədə iki əsas versiyanı göstərmək 
olar.  Birinci  versiyaya  görə,  ola  bilsin  ki,  Şimali  Azərbaycanın  son  tunc 
dövrü əhalisinin inanclarında bir metal kimi tunc sakral yük daşıyırdı. 
İrəli sürdüyümüz ikinci, zənnimizcə daha məntiqli versiyaya görə, ar-
tıq son tuncda yerli əhali bimetallik (tunc+dəmir) və dəmir silahlardan, alət-
lərdən, həmçinin, qiymətli metallardan (gümüş, qızıl və d.) düzəldilmiş bə-
zək əşyalarından istifadə edirdi. Lakin, bu metalların (dəmir və qiymətli me-
tallar) çətin əldə edilməsi səbəbindən, dini inancların tələblərinə uyğun ola-
raq  qəbirə  onlardan  düzəldilmiş  məmulatları  qoymurdular.  Dini  inancların 
tələblərinə  uyğun qəbirə,  dəmirdən olan orijinal  silahların  və  alətlərin, qiy-


Yüklə 4,3 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə