Cild: 0 Say: issn 2218 – 0346 2017



Yüklə 4,3 Mb.
Pdf görüntüsü
səhifə15/36
tarix08.07.2018
ölçüsü4,3 Mb.
#54530
1   ...   11   12   13   14   15   16   17   18   ...   36

 
Azərbaycanda tunc dövrü hərb işinin öyrənilməsinin tarixşünaslığı 
41
 
 
nələri  sırasında  silahlar  həmişə  öz  uzun  ömürlülüyü  ilə  seçilmişdir.  Bu  sə-
bəbdən arxeoloji tapıntılar arasında silahlar ilk yerləri tutaraq qədim yazıya 
qədərki cəmiyyətlərin həyatını və məişətini işıqlandırmaqda önəmli rola ma-
likdirlər. 
Ən qədim və erkən silah nümunələri ovda və məişətdə istifadə edilən 
silahlar və alətlər olmuşdur. İnsanların başqa canlıya qarşı tətbiq etdikləri və 
işlətdikləri ilk silah özünü müdafiə xarakteri daşıyan ibtidai sındırıcı, kəsici 
və dəlici ağac, sümük və daş alətlər olmuşdur ki, bu da vəhşi və xüsusilə də, 
yırtıcı heyvanlardan qorunmaq üçün istehsal olunmuş və istifadə edilmişdir 
(61). Lakin, bu hələ hərb işinin və döyüş sənətinin yaranmasına və varlığına 
dəlalət  etmir.  Ümumiləşdirərək  qeyd  etmək  lazımdır  ki,  arxeologiyanın  di-
gər mənbələrinin öyrənilməsi tarix və kriminalistika ilə çox az bağlıdır am-
ma, məhz silahlar yaradıldığı dövrün tarixi reallıqlarına uyğun olaraq tətbiq 
olunurdu. İstənilən döyüş meydanı həmin tarixdə bir hadisə kimi qiymətlən-
dirilməlidir.  Müasir  elmdə  döyüş  meydanlarının  arxeologiyası  (battlefield 
arhaeology) altında məhz tarixi hadisə başa düşülür (19). 
Beləliklə, bəşəriyyətin keçmişinin silahlar vasitəsilə öyrənilməsi Qərbi 
Avropa  arxeologiyasında  xüsusilə  də,  Britaniyada  “Hərbi  Arxeologiya” 
(Military Archaeology) adlı antropoloji-arxeoloji (Avropa və Amerika ölkə-
lərində  arxeologiya  tarixin  yox  antropologiyanın  sahəsidir)  fənnin  ortaya 
çıxması ilə nəticələndi. Onun tədqiqi sahəsi cəmiyyətin ən qədim zamanlar-
dan müasir dövrə kimi müharibə ilə əlaqədar yaratdığı bütün maddi tapıntı-
ları və qalıqları əhatələyir. Ən ibtidai daş silahlardan və siklopik tikililərdən 
başlayaraq  mərmi  və  sualtı  qayıqlara  qədər  insanlığın  hərb  tarixinin  bütün 
mərhələlərində  yaratdığı  hücum  və  mühafizə  silahları,  müdafiə  tikililəri  və 
döyüş texnikası hərbi arxeologiyanın tədqiq obyektidir (73; 62; 63; 64; 38). 
Lakin maddi mənbələr öz növbəsində aid olduğu dövrün mənəvi və ideoloji 
təsvirini də ifadə etməkdədir. Bəzən arxeoloji qazıntılarda silahların say ba-
xımından az aşkarlanması dövrün tarixi və mifoloji gerçəkliklərinə zidd təs-
vir yaradır. Misal üçün Anadoludakı Het çarlığı demək olar ki, bütün tarixi 
boyu savaşda olmasına rəğmən arxeoloji qazıntılarda qılınc, nizə və ox uc-
luğu cüzi miqdardadır. Bu isə tarixi gerçəkliyi, yəni hetlərin Mittaniya, Su-
riya və Misir ilə müharibələrini şübhə altına salır. Çünki, elmi ağırlıq baxı-
mından maddi dəlillər həmişə yazılı mənbələrdən daha əsaslı və mötəbər he-
sab edilir. Amma əsl səbəbləri araşdırarkən yeni və tam fərqli bir səhnə or-
taya çıxır. Bu qədim cəmiyyətlərin müharibə edib etməməsindən asılı olaraq 
hərbiləşməsi və ya dini inanclarda silah və savaş tanrısının güclü olması ilə 
bağlıdır. Cəmiyyətin dini-ideoloji durumu onun məişətinə və mənəvi dünya-
sına bilavasitə təsir göstərirdi. Hərbiləşmə (militarizasiya) meyilləri isə qə-
dim cəmiyyətin və  ya ilkin  dövlət  qurumunun hər  an savaşmaq iqtidarında 
olmasını şərtləndirsə də, tarixi gerçəklikdə müharibənin və  ya hərbi səfərin 


 
42 
Orxan Zamanov
 
 
varlığına  dəlalət  etmir.  Xüsusilə,  tarixi  Azərbaycan  torpaqlarında  aşkar-
lanmış çoxsaylı silah və istehkam qalıqları əcdadlarımızın hansı tarixi-siyasi 
və  mənəvi-dini  mühitdə  yaşamasını  ortaya  çıxarır.  Azərbaycan  ərazisində 
sürətlə silah işinin və hərb sənətinin tərəqqisi cəmiyyətdə gedən ciddi dəyi-
şiklikdən xəbər verir. Bu baxımdan Azərbaycan arxeologiyası üçün və ümu-
milikdə hərb tariximiz baxımından hərbi arxeologiya və erkən militarizasiya 
məsələlərini  müasir dövrün elmi-texniki nailiyyətləri və  öncəki  illərin kon-
septual baxışlarından kənarda  yeni  milli  ideoloji zəmin  əsasında işıqlandır-
maq zərurəti ortaya çıxmışdır. 
Məsələyə konseptual baxımdan yanaşdıqda ənənəvi iki, amma əslində 
üç  konsepsiya  çərçivəsində  çıxış  etmək  elmi-metodoloji  cəhətdən  düzgün 
olar. 
Birincisi, Marksizm nəzəriyyəsidir ki, müharibəni və onunla bağlı hər 
şeyi ictimai-tarixi gerçəkliyin ancaq sinfi-antoqonist formasiyalara xas hadi-
səsi kimi izah edir. Sinfi cəmiyyətin meydana gəlməsinə qədər sözün həqiqi 
mənasında müharibə və savaş olmayıb. İbtidai icma cəmiyyətində kollektiv 
mülkiyyət  silahlı  münaqişələrin  baş  verməsini  təsadüfi  hal  olmasına  səbəb 
olurdu.  Tayfalararası  toqquşmalar  təbii  resurslar  və  qan  intiqamı  üstündə 
baş verirdi. Bu isə başqasının torpağını işğal etmək və ya əmlakını talamaq 
məqsədi  güdən  planlaşdırılan  savaşdan  tamamilə  fərqli  bir  fenomen  idi. 
Həmçinin  ibtidai  insanlar  ordunun  –  savaşın  əsas  hərəkətverici  qüvvəsinin 
nə  olduğunu  bilmirdilər.  Qəbilələr  bir-birilə  kollektiv  olaraq  döyüşürdülər. 
Bunu Marksizm müharibə hesab etmirdi (43; 80). 
İkincisi, Marksizmin tam əksinə olan çoxsaylı nəzəriyyələr toplusudur 
ki,  burada  müharibənin  insanın  təbiətində  olduğu  və  instinktiv  vərdiş  kimi 
meydana  çıxdığı  ortaya  qoyulur.  Yəni  gec-tez  istənilən  insan  toplusu  hər 
hansı səbəbdən və ya bəhanə ilə bir-biri ilə savaşacaqdır. Belə nəzəriyyələr 
və  ona  bağlı  konseptual  baxışlar  daha  çox  sosiologiyada,  demoqrafiyada, 
antropologiyada, psixologiyada və fəlsəfədə təzahür etdiyindən onların üzə-
rində durmağa ehtiyac yoxdur (32, 11; 10; 29; 66, 8-15). 
Üçüncü, nəzəri fikir bu tədqiqatın başlama ərəfəsində ən son arxeoloji 
qazıntıların verdiyi nəticələrə dayanaraq müharibənin, silahlanmanın və hər-
biləşmənin əsl səbəbini istehsaledici təsərrüfatda və ya bazar iqtisadiyyatın-
da və ilk sivilizasiyaların yaranması ilə əlaqələndirir: 
1.
 
İqtisadiyyatın  və  sivilizasiyanın  yaranması  ilə  Yeni  Daş  dövründə 
(Neolitdə) siyasi mənafelərin ortaya çıxması baş verir. 
2.
 
Siyasi və ideoloji maraqlar iqtisadi qüdrətə (potensiala) və siviliza-
sion iddialara (ambitsialara) malik qədim cəmiyyətləri hərbi güc yolu ilə öz 
istəklərini həyata keçirtməyə rəvac verir. 
3.
 
Müharibə  və  onun  bütün  əlamətləri  insanlığın  sivilizasiya  qurduq-
dan sonra mənimsədiyi fenomendir. 


Yüklə 4,3 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə